Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə5/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

Sonra uşaqlar xorla Çırpınırdı qara dəniz mahnısını oxuyurlar

Məlumatlar: Azərbaycan xalq cümhuriyyətinin tədbirləri


1
Parlament quruculuğu
Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın 1918-ci il, 17 iyun tarixli qərarından hələ 6 ay keçməmiş, daha doğrusu, Hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il, noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. Azərbaycanda çox sivil Avropa nümunəli dövlət idarəçiliyi yaranmışdı. Azərbaycanı Milli Məclis (Parlament) tərəfindən təşkil olunan və onun qarşısında məsul olan hökumət kabinəsi idarə edirdi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi. Müstəqillik elan olunandan 1918-ci il iyunun 18-nə kimi parlament rolunu hələ 1918-ci il mayın 27-də yaradılmış Müvəqqəti Milli Şura icra etmişdi. Onun sədri Məmməd Əmin Rəsulzadə seçilmişdi. İlk parlament 1918-ci il dekabrın 7-də çağırılmışdı. Onun sədri Ə.M.Topçubaşov müavini H.B.Ağayev və katibi Rəhim Vəkilov seçilmişdi. Parlamentin əsas heyətini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Bundan başqa parlamentə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan 36 müsəlman deputatı seçilmişdi. Cəmi 17 ay fəaliyyət göstərən Azərbaycan Parlamentinin 145 iclası olmuşdu. Onun 121 iclasına Həsən bəy Ağayev, 23 iclasına isə Məmməd Yusif Cəfərov sədrlik etmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim edilmiş, ondan 230-a yaxını müzakirə olunub qəbul edilmişdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdi. Parlamentin qəbul etdiyi mühim qərarlar:Azərbaycan cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə, “Azərbaycan vətəndaşlığı haqqında qanun”, mətbuat haqqında nizamnamə , Şərqdə qadınlara ilk dəfə seçki hüququ və s.

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə