Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə8/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

Şeir:
Zəlimxan Yaqub
Ordum varsa, yurdum var
Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,
Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
Düşmənin yuvasını əlimlə pozmalıyam.
Səngəri dırnağımla, dişimlə qazmalıyam.
Tarixi qələmlə yox, qanımla yazmalıyam,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
Gözlər od, əllər silah, canlar sipər olmalı,
Kirpiyimiz sıxılmış yurda çəpər olmalı,
Damarda qan coşmalı, canda təpər olmalı,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
Bizə od vuranları yandırıb-yaxan gərək.
Torpağı gözümüz tək qoruyub baxan gərək
Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
Torpağa sahib olub yer üstə yerləşməsək,
Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,
Millətin taleyini dürüst fikirləşməsək,
Özgələrdən bizlərə dırnaq qədər yardım yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz,
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!
Turacı rəqsi-şagirdimizin ifasında

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının bəzilərinin həyat və fəaliyyətinə qısa nəzər salaq. (Cümhuriyyətin qurucuları bölməsi Uşaqlar hissə ilə çəxaracaq qurucular haqqında məlumat verirlər.hər bir uşaq əlində qurucuların şəkli olan vərəqlə gəlir səhnəyə)



M. Rəsulzadə, Ə. Topcubaşov, N. Yusifbəyli, S.Mehmandarov, F.Xoyski, Ü.Hacıbəyli və b. Haqqında məlumatlar oxunur
Şagirdlərdən biri kamançada Ü.Hacıbəylinin əsərlərindən bir parça çalır.
Daha sonra Cümhuriyyət nəğməsi oxunur.
Beynəlxalq aləmdə tanınma
Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. 1918 il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya - Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu. Azərbaycan nümayəndələri Mehmet Rəşadın vəfatından sonra taxta əyləşmiş Sultan VI Mehmet Vahideddin tərəfindən qəbul edildi. Həmin gün Sultan taxta çıxması münasibətilə İstanbulda olan diplomatik nümayəndələr üçün təntənəli rəsmi qəbul (audiensiya) mərasimi düzəltmişdi. Gözləmə zalında bir çox xarici nümayəndəliklər olmasına baxmayaraq, Sultanın şəxsi təşəbbüsü ilə Azərbaycan nümayəndələri birinci qəbul edildilər. Onları Ənvər Paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Xalq Cümhuriyyəti adından VI Mehmeti təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi: "Sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək, bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm".Bu qəbul barədə Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu". Bundan başqa 1919-cu iyunun 16-da Denikin təhlükəsinə qarşı səyləri birləşdirmək məqsədilə Azərbaycan ilə Gürcüstan arasında hərbi müdafiə müqaviləsi imzalandı. Gürcüstanda Azərbaycan səfirliyi yaradıldı. 1920-ci ilin mart ayının 21-də İranla Azərbaycan arasında Dostluq haqqında müqavilə imzalandı. Tehranda Azərbaycan səfirliyi, Təbrizdə konsulluq yaradıldı. Azərbaycan hökumətinin ən vacib məqsədi beynəlxalq aləmdə tanınma idi. 1918- ci il dekabr ayının 28 də Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibi təsdiq edildi.Nümayəndə heyətinə Paris sülh konfransında respublikanı təmsil etmək, Azərbaycan Respublikasının de-fakto tanınmasına nail olmaq, Azərbaycan milli mənafeyini və suverenliyini qorumaq səlahiyyətləri verilmişdi. Nümayəndə heyəti 1919-cu ildə yanvar ayında Parisə getmək üçün yola düşdü. İstanbulda Fransa hökumətinin vizasını 3 ay gözlədilər. Nəhayət mayda nümayəndə heyəti Parisə gəldi. Ermənistan hökuməti ABŞ vasitəsilə Azərbaycana olan ərazi iddialarına nail olmaq istəyirdi Lakin ABŞ-ın Ermənistandakı ali komissarı Haskel yerlərdə vəziyyətlə ətraflı tanış olduqdan sonra avqust ayında Bakıda pardığı danışıqlarda Qarabağın və Zəngəzurun Azərbaycana məxsus olduğunu bildirdi. 1920-ci il yanvarın 11-də Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonun təklifi ilə “Antanta” nın ali şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-fakto səviyyəsində tanıdığını bildirdi. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti faktiki olaraq dünya birliyinin üzvünə çevrildi.
B. Vahabzadə Azərbaycan şeiri
Bəxtiyar Vahabzadə
Azərbaycan
Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.
Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.
Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.

Bəxtiyar Vahabzadə-Bayraq şeiri


Sarı gəlin mahnısı şagirdimizin ifasında


Nəriman Həsənzadə-Azərbaycan şeiri
Müslüm Moqamayev Azərbaycan mahnısı(xorla)

Lakin bu sevinc uzun sürmədi. Başımızın üzərini yenidən qara buludlar aldı. 1920-ci ilin aprelində Bakıda 20-dən çox dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. Bütün bunlara baxmayaraq ictimai-siyasi vəziyyət getdikcə mürəkkəbləşirdi. Sovet Rusiyasının müstəqil Azərbaycan Cümhuriyyətinə diplomatik təzyiqi güclənmişdi. Ardı arası kəsilmədən notalar göndərirdi. Beynəlxalq şəraitə görə bir başa hərbi müdaxiləyə cəsarət etməyən Rusiya Azərbaycanın daxilində çevriliş edə biləcək qüvvələr formalaşdırdı. 1920-ci ildə kommunist partiyası yaradıldı. Partiyalararası çəkişmələrin güclənməsi və parlamentdə sosialist fraksiyasının pozuculuq fəaliyyəti nəticəsində 5-ci hökumət kabineti istefa verdi. Yeni höüməti təşkil etmək mümkün olmadı.Hələ mart ayının 22-də Novruz bayramı günü daşnak dəstələri Azərbaycan ordusunun Xankəndi qarnizonuna hücum etdilər. Eyni zamanda Ermənistan ordusu Qazax və Gəncə qəzalarına da basqın etdi. Azərbaycan hökuməti ordunu təcili Qarabağa göndərdi. Respublikanın şimal sərhədləri müdafizəsiz qaldı. Aprel ayının 21-də Qafqaz cəbhəsi komandanlığının XI Qırmızı ordu rəhbərliyinə və Volqa Xəzər donanmasına göndərdiyi 490 nömrəli direktivdə aprelin 27-də Azərbaycan sərhədlərini keçib 5 gün ərzində Yalama-Bakı əməliyyatını yerinə yetirmək əmr edilirdi.Aprel ayının 25-dən 26-na keçən gecə XI Qırmızı ordu hissələri Azərbaycan Xalq Cümhuriyyəyinin sərhədlərini keçdi. Həmin gün axşam saat 11-də Azərbaycan parlamenti özünün son iclasına toplandı.


Səhnəcik: Uşaqlar təlaş içində toplanır.
-saat neçədir
-23-00
-Deməli son dəqiqələrdir. Sona yaxınlaşmışıq.
-Həm dənizdən , həm qurudan şəhər mühasirədədir.
-Qoşunları yığmaq vaxt alacaq, bütün hərbi birləşmələr Qarabağdan, Zəngəzurdan dönənə qədər artıq çox gec olacaq.
-Qorxunun əcələ faydası yoxdur. Toplanaq, son nəfəsimizə qədər vuruşaq.
-Biz vurşaq bəs dinc camaat, qadın, uşaq, qocalar.
-Daşnaklar da qərb bölgəsində öz mənfur caynaqlarını işə salıblar
- Qanımızla, canımızla qurduğumuz bu dövləti, hakimiyyəti bolşeviklərə verilməsinin qəti əleyhinəyəm.
-Nə edək, nə qərar verək?
- Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə ciir təhliikəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək
-Başqa çarəmiz yoxdur. Nahaq qan tökülməsinin qarşısın almaq üçün hakimiyyəti təhvil verməliyik.
Aparıcı: Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məhəmməd Əmin Rəsulzadə və Sultanməcid Qənizadə M.H.Hacınskinin hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxdılar. Bununla belə, qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, Vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildirdilər. Nəticədə, Parlament səs çoxluğu ilə aşağıdakı şərtlərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etdi:
1.Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;
2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;
4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin heyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;
7. Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.
Lakin qəbul edilən bu qərarları elə ilk gündən Sovet Rusiyası ağ kağız parçası adlandırdı. Müstəqilliyimizə son qoyuldu. Azərbaycan yenidən istila olundu. Cümhuriyyətin qurucuları təqiblərə məruz qaldılar.
Səhnəcik:
2 uşaq Rəsulzadəni həbsə atır. Ağlın indi başına gələr. Müstəqillik, azadlıq haqqında düşünməyə yəqin ki, daha vaxtın olmayacaq.
-Nə deyirlər?
-Deyirlər, danışma sus.
- Ya susmalıyıq, ya da sonumuz Nargində, cəhənnəm adasında bitəcək.
-Susmaq? Bu günə qədər azadlıq, istiqlal ideyası ilə yaşayan birinə susmağı əmr etmək ona ölmüdən betər həyat yaşatmaq deməkdir.
Susmaram
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar.
Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq,
Oğuzların, elxanların Vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!
Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Zülmə qarşı üsyankaram əzilsəm də susmaram!
2 uşaq gəlir gedək yoldaş Pankratov sizi çağırır:
-Nədir, Niyə bizim sənə etimadımıza inamırsan? Yoldaş Stalin sizə böyük hörmət bəsləyir. Mən bir neçə gündən sonra Moskvaya yola düşəcəm. Sizi də özümlə aparacam. Yoldaşlarınız Məmmədəli bəy, Abbasqulu bəy də sizinlə gedəcək.
-Bu cür minnətlə danışmayın. Çox da sevinməyin. Siz istilacıların ömrü bu torpaqda çox da uzun sürməyəcək. Zülmlə abad olanın sonu bərbad olar.
-Burda həddinizi aşmayın cənab Rəsulzadə. Axı dedim Stalin sizə böyük hörmət bəsləyir
-Həddini aşan sən özünsən, Bədbəxt qəsbkar.
-23 ay...cəmi 23 ay...niyə qürrələnirsən, nəyə qürrələnirsən. Stalin soruşur , o bilmək istəyir ki, «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?
- «çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!».
Aparın, azaddır.

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə