Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları


İstiqlal bəyannaməsi oxunur: (Fətəli xan)



Yüklə 43,3 Kb.
səhifə3/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

İstiqlal bəyannaməsi oxunur: (Fətəli xan)
Bir uşaq səhnəyə gəlir və deyir: Dünya dövlətlərinə, hamıya, hamıya, hamıya Azərbaycan müstəqil dövlətdir.
1. Bu gündәn etibarәn Azәrbaycan xalqı hakimiyyәtә malik olduğu kimi, Cәnub-Şәrqi Zaqafqaziyanı әhatә edәn Azәrbaycan da tam hüquqlu müstәqil bir dövlәtdir.
2. Müstәqil Azәrbaycan dövlәtinin idarә forması Xalq Cümhuriyyәtidir.
3. Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir.
4. Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir.
5. Azәrbaycan Xalq Cümhuriyyәti öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müәssislәr Mәclisi toplanıncaya qәdәr Azәrbaycanın başında xalqın seçdiyi Milli Şura vә Milli Şura qarşısında mәsuliyyәt daşıyan Müvәqqәti hökumәt durur.
Bayrağın səhnəyə gəlişi
Səhnəyə “Koroğlu” üverturasının sədaları ilə əvvəl qırmızı, ardınca üç rəngli bayraq gətirilir.

Bir nəfər şagird Bayraq çeirini söyləyir.
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada.


Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayır.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş kuş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.(hamı bir yerdə)
Aparıcı: Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 1918-ci ilin 24 iyununda qəbul edilmişdir. Üzərində qırmızı fonda 8 guşəli ay ulduz əks olunmuşdur. İdeyası Əli bəy Hüseynzadəyə məxsus Üç rəngli ay, ulduzlu bayrağımız isə Azərbaycan hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə qəbul edilmuşdir. İndi ölkəmizdə 9 noyabr Bayraq günü kimi qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin təklifinə əsasən 1920-ci il yanvarın 30-da Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında qərar qəbul etmişdi. Bu məqsədlə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etmişdir. Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir.Gəlin Azərbaycan Xalq Cümhuriyyətinin ilk himnini dinləyək.
Xarici siyasət

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə