Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə6/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

Xəlil Rza Azadlıq şeiri
Axc təhsil
Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma türk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi. Xalq Maarifi Nazirliyi 1919-20-ci il tədris ilinin əvvəlindən Ali ibtidai məktəblərin bütün siniflərinin və orta tədris məktəblərinin üç sinifinin milliləşdirilməsini qərara aldı.
1918-ci il 7 sentyabr fərmanı ilə bütün Ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini və onların ana dili tədrisi tətbiq edilib. Bu təlimlərin tədrisi üzrə xərcləri dövlət öz üzərinə götürüb. Azərbaycan dövləti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənirdi. Məsələn, alman koloniyalarında tədris keçən müəllimlərin hər birinə 1918 və 1919-cu ildə inspeksiya tərəfindən hər ay 90 rubl ödənilirdi. 1918-ci ildə Səhiyyə Nazirliyi təsis edilir, bu nazirliyə rəhbərlik isə dr. Rəfiyevə həvalə edilir. Bu illərdə Bakı və Gəncə kimi şəhərlərdə onlarla yeni aptek və xəstəxana açılır. ADR-in xaricə təhsil almağa göndərilən əksər tələbələri əsasən də Almaniya, Sankt-Peterburq, Moskva, Kiyev və digər şəhərlərdə tibbi təhsil də alırdı. 1919-cu ildə tibb fakültəsi də olan Bakı Dövlət Universitetinin əsası qoyulub, kafedranın ilk rəhbəri görkəmli cərrah, professor V.İ.Razumovski (1920-ci ilə qədər) olur. Burada, həmçinin tibb, tarix dərsləri tədris edilirdi. Qısa bir müddət ərzində Razumovskinin rəhbərliyi altında Xüsusi Hazırlıq Komissiyası yaradılır. Xalq təhsili məsələləri ilə məşhur müəllim Əlicabbar Orucəliyevin başçılıq etdiyi Bakı Şəhər Dumasının tədris şöbəsi də məşğul olurdu. Demək olar ki, şəhərin bütün aşağı ibtidai məktəbləri Bakı şəhər idarəsinin nəzdində idi, ona görə də bu məktəblər şəhər məktəbləri adlanırdı. 1919-cu ilin 15 iyul tarixli iclasında Şəhər Dumasının şəhər məktəblərinin müəllimləri üçün 1600 rubl təqaüd təyin edilib. O vaxta qədər isə təqaüd 1075 rubl idi. Həmçinin məktəblərdə yardım ictimai idarəsi isti səhər yeməkləri təşkil edirdi. Vəsaitin yığılması üçün idarə lotereya və əvvəlki illərdən qalmış əşyaların satış yarmarkasını keçirirdi. Məktəblilərə vətəndaşlar, xeyriyyəçilər, mesenatlar da yardım edirdi. Məsələn, H.Z.Tağıyevin fabriki 4-cü türk qızlar məktəbinə aztəminatlı məktəblilər arasında bölünməsi üçün 400 arşın parça təqdim etmişdi. Həftə ərzində hər bir dil və ümumtəhsil fənləri üzrə müəllimlər üçün 18 saat qanuni norma hesab edilirdi və sinif rəhbərliyi təyin edilirdi. Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycanda Xalq Maarifi Nazirliyi 1918-ci ildə may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilib. Maarif naziri isə s AXC hökumət başçısı olan Nəsib bəy Yusifbəyli olub.

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə