Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə7/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

Hüseyn Cavid "Qız məktəbində"
-Quzum, yavrum! Adın nədir?
-Gülbahar.
-Peki,sənin anan, baban varmı?
-Var.
-Nasıl,zənginmidir baban?
-Evet, zəngin, bəyzadə...
-Öyle ise, geydiyin geyim
neyçin böyle sade?
Yoxmu sənin incilərin, altun bilərziklerin?
Söyle, yavrum! Heç sıxılma...
-Var, efendim, var...
Lakin
Müellimem hər gün söylər,
onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz...
Bu dünyada senin
ən çox sevdiyin kimdir, quzum,
söylərmisən?
-Ən çox sevdiyim ilkin
O ALLAH ki, yeri-göyü,
insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra ONUN gönderdiyi elçilər.
-Başqa sevdiklərin nasıl,yoxmu?
-Var...
-Kimdir onlar?
-Anam, babam, müellimem
bir de bütün insanlar...

100 nəfərdən 1-i oğuzlu A.Tahirzadə haqqında məlumat, Qərib Yüzbaşı-Cümhuriyyət dövründə oğuzlular haqqında məlumat oxunur.


Ordu quruculuğu
Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün Hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi. Ordu quruculuğunun ilkin mərhələsi Stepan Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələrinin Gəncə istiqamətində fəal döyüş əməliyyatlarına başlaması ilə bir vaxta düşürdü. Yeni qurulan Azərbaycan ordusu Göyçay istiqamətində uğurlu döyüş əməliyyatları keçərək Bakıya gedən yolu düşmən qüvvələrindən təmizlədi. Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı. 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə isə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. Ən önəmli tədbirlərdən biri də Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermək tələb olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, "Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması — bir sözlə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir "çox sağ ol". Zabitlərin çoxu rus dilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi. 1919-cu ildə Bakıya gəlmiş ingilis jurnalisti Skotlend Liddel yazır: Bakıya çatdım.Hər yerdə yol boyu yeni qurulmuş Azərbaycan ordusunun əsgəri ilə qarşılaşdım. Hamısı hərbi salam verirdi. Mən təəəcüb içində idim. Bu mənim son 2 ildə gördüyüm adamlar deyildi. Bunlar yeni adamlar idi.İntizamlı gənc və qüvvətli əsgərlər idi.
Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (podpraporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi. 1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə müvəqqəti hərbi şura yaradıldı. Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə qədər Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirəsi və müvafiq qərar qəbul edilməsi ilə məşğul olurdu. Onun tərkibinə piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, istehkamat və yeni yaradılmış ləvazimat idarələrinin rəisləri, General-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. 1919-cu ilin martında Azərbaycan ordusunun idarəetmə orqanlarında mühüm keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri ilə mart ayının 26-da Baş ərkani-hərb (Baş qərargah) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. Bundan sonra ordu hissələrinin formalaşdırılması daha ahəngdar xarakter aldı.

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə