Nəzarət kartı
5
1. Nəzarət kartı keyfiyyət göstəricisinin
orta ədədi qiymətinin və R kartı onun
səpələnməsinin dəyişməsinə nəzarət üçün
tətbiq olunur (məsələn: uzunluq ölçüləri, kütlə,
diametr, möhkəmlik həddi, və s.) . Ondan
seriyalı və kütləvi istehsalda, dəqiqlik ehtiyatı
olan, dəqiqlik əmsalı 0,75÷0,85 arasında
yerləşən və keyfiyyət göstəricisi Qaus və ya
Maksvell qanununa əsasən paylanan texnoloji
proseslərin araşdırılmasında istifadə olunur.
Nəzarət kartların dəqiqliyə yüksək tələbat
qoyulmuş proseslərdə, təhlükəsizlik üçün mə-
sul olan hissələrdə (aviasyada, avtomobilqa-
yırmada), ölçmədə, idaretmə sistemlərində və
s. istifadə olunan məmullarda tətbiq olunması
məsləhət görülür.
2. - R-də 1-ci halda olduğu kimi tətbiq
olunur, ancaq daha dəqiq proseslərdə.
3. P nəzarət kartı texnoloji proseslərin zay
məmullarının sayı əsasında nəzarət və idarə
olunmasında istifadə olunur. Zay məmulun
payını hesablamaq üçün onların sayı yoxlama
üçün götürülən məmulların sayına bölünür.
Bundan
əlavə,
bu
kart
məmul
buraxmanın intensivliyinin yoxlanmasında da
yararlıdır.
4. pn nəzarət kartı sabit həcmli (n) seçmədə
zay məmulların sayına nəzarət tələb olunduqda
istifadə olunur. Bu P kartına uyğun gəlir, fərq
yalnız n sabitindədir.
Nəzarət kartlarının tətbiqi müəyyən hazır-
lıqlar tələb edir. İlkin olaraq hissələrin həcmi,
seçimin aparılma tezliyi, nəzarət sərhədləri
təyin olunur və prosesin dayanıqlığı analiz
edilir. Bundan sonra proses statistik idra-
əolunan hala gətirilir, analiz nəticəsində pro-
sesə təsir edən məlum sistematik təsirlər əlavə
tədbirlərin köməyi ilə aradan qaldırılır.
Məsələn, əgər material xassələrinin meyillən-
məsi prosesə ciddi təsir göstərirsə, onda mate-
rialın hazırlığına əlavə tələblər qoyulur.
Nəzarət
kartlarının
qurulmasında
orta
hissədə çəkilən üfüqi xətt orta ədədi qiyməti
göstərir (şəkil 1). Yuxarı və aşağı hissədə ona
paralel uzanan xətlər isə uyğun olaraq yuxarı
və aşağı sərhədlərdir. Ordinat oxunda ölçünün
qiymətləri, absis oxunda isə hissənin nömrəsi
və ya onun götürüldüyü vaxt yer alır.
Nəzarət kartlarının qiymətləndirilməsi sayə-
X
T
K
T
σ
6
=
Şəkil 1. Nəzarət kartı
Nəzarət kartı
6
sində sistematik və təsadüfi xətalar aşkarlanır.
Sistematik meyillənmələr müəyyən qanunauy-
ğunluqlara malikdir. Nəzarət kartında ölçmə
qiymətlərinin gedişindən bu qanunauyğunluğu
görmək mümkündür. Məsələn, əgər ölçmə qiy-
mətləri sərhədə doğru xətti yaxınlaşırsa, onda
emal zamanı alət yeyilməsini güman etmək
olar. Orta xətt ətrafında periodik meyillənən
əyrilərdə prosesin orta xəttinin sürüşməsi
nəzərə çarpır. Səbəb kimi alətin tilinin zə-
dələnməsini göstərmək olar. Potensial prob-
lemlərin analizində təkcə sərhəd şərtləri deyil,
həm də ölçmə qiymətlərinin diaqramdakı və-
ziyyəti müəyyən rol oynayır. Ölçülən para-
metrin 90%-i mərkəzi sahənin üçdə birində
yerləşdikdə və ya onların 40%-dən azı bu sahə-
yə düşdükdə sistematik təsirin mümkünlüyü
ehtimal olunur.
(alm. die Kontrollkarte, ingl. Control Card)
Nəzarətin planlanması istehsal prosesində
hazırlanan məhsulun keyfiyyətinin təmin
olunması üçün məhsulun vacib göstəricilərinin
müəyyən olunması və onların nəzarəti tez-
liyini, bunun üçün lazım olan ölçmə vasi-
tələrinin və nəzarətçilərin təyinini əhatə edən
tədbirlər toplusudur. Nəzarətin uğurlu plan-
lanması üçün istehsal prosesində iştirak edən
bütün sahələrin (konstruksiyaetmə, istehsalın
hazırlığı, istehsal prosesi və keyfiyyətə nə-
zarət) nəzərə alınması zəruridir. Nəzarət planı
mükəmməl aparıldıqda məhsulun keyfiyyətini
tam təmin etmək mümkündür.
Nəzarəti planlaşdıran şəxs konstruksiya sə-
nədləri əsasında öncə keyfiyyətə təsir amilləri
müəyyənləşir və bunun əsasında nəzarət göstə-
ricilərini təyin edir. Bu göstəricilər konstruk-
torla razılaşdırılır.
Keyfiyyət göstəriciləri material daxilindən
başlayan məhsulun yaranması prosesindən
tutmuş yığma prosesinə qədər istehsalı əhatə
edən bütün zəncir boyu yoxlanılır. Nəzarətlərin
sayını minimallaşdırmaq, amma bununla key-
fiyyət göstəricilərinin verilmiş qiymətdən
meyillənməsini vaxtında aşkar etmək üçün
nəzarət prosesinin planlanması lazımdır.
Nəzarət planı tərtib edildikdən sonra hər bir
mərhələ üçün uyğun nəzarət/ölçmə vasitəsi
təyin olunur. Bu mərhələdə ölçmənin dəqiqliyi,
ölçmə vasitələrinin tətbiq olunduğu sahədə
ətraf mühit və onların səmərəli istifadəsi
nəzərə alınmalıdır. Nəzarət/ölçmə əməliyyatı-
nın incəlikləri də (məsələn: köməkçi vasitələr,
ölçmə obyektinin yuyulması və s.) əvvəlcədən
planda göstərilir.
Bu informasiya əsasında hər bir maşın hissəsi
və nəzarət prosesi üçün nəzarət planı və
göstərişi işlənilir. Sonda nəzarətin nəticələri
sənədləşdirilir.
(alm. die Prüfplanung, ingl. Inspection Planning)
Nəzarətli dağılma yeri maşın hissələrində
konstruktiv, mexaniki və ya fiziki tədbirlər
üçün nəzərdə tutulan konstruksiya elementidir.
Qəza və ya həddən artıq yükləmədə bu element
məqsədli olaraq sıradan çıxır və hissədə nə-
zarətli dağılma baş verir. Bu tədbirlə bütün
maşına dəyəbiləcək zədənin qarşısı alınır və ya
xüsusi funksiya əldə edilir. Nəzərdə tutulmuş
dağılma yerində çox vaxt kərtik kəsilir. Kər-
tiyin təsirindən burada konsentrasiya olunmuş
gərginlik yığılır və hissənin en kəsiyi
zəiflədilir.
Bəzi hallarda maşınlarda həddən artıq yük-
ləmədə sıradan çıxan elementdən istifadə
edilir. Məsələn, muftalarda kəsilən çiviləri bu-
na misal göstərmək olar. Bu elementlərin en
kəsiyinin ölçüləri bütün düyümə nisbətən zəif
seçilir ki, həddən artıq yükləmədə yalnız orada
sınma baş versin.
Şəkil 1. Nəzarətli dağılma yerinə malik bərkidici
element
(alm. die Sollbruchstelle, ingl. Breaking point)