NC proqram
3
NC proqramında sətrlər onların yerinə
yetiriləcək ardıcıllığına uyğun nömrələnir.
Dəzgahın idarə sistemi proqramdakı əmrləri
yalnız bu ardıcıllıqla oxuyur və icra edir. İşçi
tsikllərdən istifadə edilməsi proqramın həcmini
kəskin azaldır və proqramın oxunma sürətini
artırır. Ancaq sərbəst həndəsəyə malik his-
sələrin emalında (məsələn: 3 və ya 5 koor-
dinatlı frezləmədə) belə tsikllərdən istifadə
etmək mümkün olmur. Bu halda bütün trayek-
toriya G01 funksiyası ilə düzxətt şəklində
verildiyindən proqramların həcmi həddindən
artıq böyük alınır. Belə böyük proqramların
dəzgahda oxunması və interpolyasiya olunması
üçün “bir neçə sətir əvvəlcədən oxumaq”
(adətən 100 sətr) funksiyasından istifadə
olunur. Beləliklə, dəzgahın işçi sürəti sabit
saxlanılır.
(alm. das NC-programm, ingl. NC-program)
NC proqramlaşdırma NC-dəzgahlarında his-
sənin emalı üçün lazım olan idarə proqramının
tərtibidir. Üç növ proqramlaşdırma üsulu fərq-
lənir: əl ilə, maşınla (burada kompyüter və
onun periferiyası nəzərdə tutulur) və sexdə bir
başa proqramlaşdırma.
Sexdə proqramlaşdırma zamanı sadə dəz-
gahlar bir başa iş yerində idarəetmə sistemi
üzrə proqramlaşdırılır. Müasir dəzgahlarda
hissənin emalı üçün lazım olan kəsmə
hərəkətlərinin icrası dəzgaha daxil edilmiş
parametrlər və əmrlər əsasında həyata keçirilir.
Proqramlaşdırma dəzgahda emal getdiyi vaxt,
paralel yerinə yetirilərək, boş dayanma vaxtını
minimallaşdırır. Monitorda qrafiki təsvir,
makro və tsiklik proqramların tətbiqi və
verilənlərin etibarlı yaddaşa verilməsi kimi
köməkçi funksiyalar proqramlaşdırmanı asan-
laşdırır. Ancaq kompleks hissələrin emalında
və tez-tez proqramlaşdırmada bu kifayət etmir.
Onda proqramlaşdırma istehsalın hazırlığı
ərəfəsində aparılır. Bu məqsəd üçün tətbiq
olunan
avtomatlaşdırılmış
layihələndirmə
sistemləri →CAD/CAM-dan ibarət olur. Bun-
dan əlavə işçi proqramlar əl ilə də tərtib oluna
bilər. Əl ilə proqramlaşdırmada proqramçı alət
trayektoriyasının bütün koordinatlarını və bu
nöqtələr arasındakı hərəkəti xaraketrizə edən
əyrini əl ilə hesablamalı, idarə sistemi üçün
əmrlərdən ibarət NC sətrlərini tərtib etməli və
sonda NC proqram şəklidə yaddaşa verməlidir.
Bu üsul çox əməktutumludur və burada xə-
taların yaranma ehtimalı yüksəkdir. Hal-
hazırda sürətli CAD/CAM- sistemləri əl ilə
proqramlaşdırmanı sıxışdırmaqdadır.
CAD/CAM- sistemlərindən istifadə etməklə
mürəkkəb proseslər (məsələn: 5 koordinatlı
frezləmə) proqramlaşdırılır. Alət trayektoriya-
sının avtomatik hesablanması üçün NC proses-
sora malik sistemlər həm də tərtib edilmiş
trayektoriyanın qrafiki təsviri üçün yüksək böl-
gülü monitorlarla təchiz edilirlər. Kəsmə
hərəkətlərini hesablanması →CAD sistemində
əvvəlcədən layihələndirilmiş həndəsi model
əsasında aparılır. Texnoloji parametrlər ya
proqramçı tərəfindən dialoq şəklində daxil
edilir, ya da bunun üçün nəzərdə tutulmuş
verilənlər bankından götürülür (şəkil 1). Proq-
ramlaşdırmadan sonra, alət trayektoriyası dəz-
gahın idarə sistemindən asılı olmayaraq NC-
proqramlaşdırma sistemindən CLDATA (Cut-
ter location DATA) kodları şəklində xaric
edilir. Sonra bu kodlar dəzgaha uyğun →post-
prosessor tərəfindən dəyişdirilir. Hazır proq-
ram dəzgahın idarəetmə sisteminə İntranet üzrə
ötürülür.
(alm. die NC-Programmierung, ingl. NC-Program-
ming)
NC→ Rəqəmli idarəetmə
Nəqliyyat robotu maşın hissələrini və
düyümlərini istehsal prosesi zamanı bir yerdən
başqa yerə nəql etdirmək üçün tətbiq edilir
(şəkil 1). Nəqliyyat robotları istehsalın müx-
təlif sahələrində tətbiq olunan stasionar
qatçəkmə və qaynaq → sənaye robotlarının iş
sahələrini genişləndirmək məqsədilə yara-
dılmışdır. Stasionar işləyən, yerə bağlı robot-
ların işçi sahələri məhdud olur. Proses zamanı
hissənin verilməsi, iş zamanı döndərilməsi və
götürülməsi kimi köməkçi əməliyyatlar da
icra olunur. Bu robotun hərəkət imkanlarını
məhdudlaşdırır. Bundan əlavə robotun iş taktı
hücrədə olan maşınlarla uzlaşdırıldığından
əlavə hərəkətlərə imkan qalmır. Ona görə də,
nəqliyyat robotlarını digər maşınlardan asılı
Nəqliyyat robotu
4
Şəkil 1. Arabalı nəqliyyat robotu
olmayaraq tətbiq etməklə daha yüksək mənfəət
əldə etmək olur. Nəqliyyat robotları material
axınında istifadə olunan nəqliyyat sisteminin
tərkib hissəsi sayılır. Nəqliyyat robotları
aşağıdakı xassələrinə görə fərqlənirlər:
Xətti hərəkətli, bu robotlar şin üzərində
oturdulur. Bu quruluşun başqa növü yuxarıda
yerləşdirilmiş şinlərdən asılmış nəqliyyat
robotudur.
Səthi hərəkətli, bu robotlar araba üzərində
oturdula, ya da asılqanlı yolla yerdəyişə bilir.
Fəza hərəkətli, bu növ robotlar portal
kranla, və ya çarpaz şinlər üzərində hərəkət
edəbilən kranla hərəkət etdirilə bilir.
Yerdə oturdulmuş şində hərəkət edən
nəqliyyat robotu ağır hissələrin daşınmasında,
yüksək sürət lazım gəldikdə istifadə olunur.
Əgər şinlərin döşəmədə oturdulması mümkün
olmazsa, onda şinlər tavandan asılır. Bu
quruluş baha başa gəlir və texnoloji imkanları
sexdə yerləşən avadanlıqlar, divar sütunları
ucbatından məhdud olur.
Nəqliyyat robotunun kranla
kombinasiyası fəzada işçi sa-
hədən də uzaqlara çatan yer-
dəyişmə hərəkətini icra etmək
olur.
Robotun
yerdəyişməsi
kranla, hissələrin tutulması isə
robot əlinin tətbiqi ilə aparılır.
(alm. der Transportroboter, ingl.
Transport robot )
Nəzarət kartı prosesin xas-
sələrinin qrafiki təsviri olub,
onun statistik idarə olunma də-
rəcəsini qiymətləndirməyə xid-
mət edir. Nəzarət kartları tex-
noloji proseslərə nəzarət nəti-
cəsində əldə olunan məlumatın
müəyyən
sistemlə
təsvirinə
imkan verir. Nəzarət kartlarının
tətbiqi prosesin çıxış paramet-
rinin qiymətinin dayanıqlıq ha-
lından çıxmasını aşkar etmək və
onun səbəblərini aradan qal-
dırmaq məqsədi daşıyır. Nəza-
rət kartı 1924-cü ildə V.Şuhart tərəfindən
işlənib maşın hissələrinin mexaniki emalı
prosesində sistematik təsirlərdən yaranan
meyillənmələrin →statistik analizində tətbiq
olunmuşdur.
Qurulan diaqramlar prosesin dinamikasını
səciyyələndirir. Müxtəlif nəzarət kartlarından
istifadə olunur: median, p-kartı, pn-kartı,c-
kartı.
Aşağıdakı kart növləri vardır:
Orta ədədi qiymətlər ( - kartı);
Median ( - kartı);
Orta ədədi meyillənmə (S - kartı);
Səpələnmə (R - kartı);
Məmulun zay hissələrinin sayı (np -
kartı);
Məmulun zay hissələrinin payı (Р - kartı);
Zayların sayı (C-kartı)
Məmul vahidinə düşən zayların sayı (U -
kartı).
İlk dörd kart kəmiyyət göstəricilərinə, yerdə
qalan dördü isə keyfiyyət göstəricilərinə
nəzarət üçün tətbiq olunur. Kartların seçilməsi
aşağıdakı meyyarlar üzrə aparılır:
X
~
X