Hollandiya ixrac malları barədə düşünən zaman ağla ilk gələn günəş panellərinin
istehsalı üçün maşınlar olmur.
Lakin bu maşınlar külli miqdarda Çinə ixrac edilir.
Belə nəhəng tələb nəticəsində Hollandiya istehsalçısı “OTB Solar” şirkəti öz
dövriyyəsini demək olar ki, üç dəfə artırmışdır.
Hər il Holland musiqiçilərinin xarici satışları daha da artır.
André Rieu, Tiësto və
Ferry Corsten Hollandiyanın birinci dərəcəli musiqi ixracatçılarıdır, bir neçə
Holland disk-jokeyi (DJ), məsələn Laidback Luke və Marco V, xarici klub
səhnələrinin ulduzlarıdır. “Within Temptation” adlı rok qrup da xaricdə nüfuz
qazanmışdır.
21
Məşhur hollandiyalı gəmiqayıran
Sənayeçi və gəmiqayırma maqnatı Cornelis Verolme (1900-1981)
Niderlandın ən böyük gəmiqayıranı idi. Onun “Verolme United
Shipyards” tərsanəsində ən böyük gəmilər tikilirdi. Onlardan biri,
indiyədək Hollandiyada tikilmiş ikinci ən böyük gəmi kimi, ən böyük
holland gəmisi olaraq rekorda sahib ola bilərdi. Olduqca xarizmatik və
böyük planları olan Verolme həmişə böyük, daha böyük və ən böyük
gəmi tikmək istəyirdi. Hazırda “Keppel Verolme (KV)” şirkəti dəniz
platformalarının və xüsusi təyinatlı gəmilərin tikintisi və təmiri üzrə
dünya bazarının lideri olan Sinqapurun “Keppel Offshore & Marine”
şirkətinin bir hissəsidir.
Zanbaq vurğunluğu
Hollandiya mağazasında bu gün bir dəstə zanbaq üçün sizdən
təxminən üç avro alacaqlar. Bu, zanbağın dəbdə olduğu uzaq 17-ci
əsrdən qalma bir adətdir. Zanbaq vurğunluğunun güclü olduğu
dövrlərdə zanbaq tumurcuqları ağlasığmaz qiymətə satılırdı.
Onlardan biri 5.400 quldenə satılmışdı (həmin vaxt bu qədər pula
Amsterdamın mərkəzində əzəmətli kanalqırağı bir mülk almaq
olardı)!
ci il yanvarı ayının 1-də
Avropa Birliyinin üzvü olan 12 ölkədə,
Monako, San Marino və Vatikan şəhərində
Avro tətbiq edildi. Niderland əhalisinin
əksəriyyəti öz əvvəlki pul vahidi olan
quldenlə məyusluqla vidalaşmalı oldu.
2002
Source: Rijksmuseum Photoservice
Source: Keppel Verolme
Photo: Rob Verhorst/Hollandse Hoogte
Source: NL Agency
|
20
Cəmi ixrac edilən malların dəyərinin təxminən dörddə biri Almaniyanın,
digər dörddə bir hissəsi isə digər Avropa ölkələrinin payına düşür. Bunun
ardınca 20% ilə Afrika gəlir. Hazırda Asiyaya ixrac edilən mallar 15%, Şimali
və Cənubi Amerikaya ixrac edilən mallar isə 10%-dən çoxdur.
İstixanadan meyvə və tərəvəz
Baxdıqca uzanan istixanalar sırası Hollandiyanın digər səciyyəvi
bir mənzərəsidir. Niderlandda birinci kommersiya istixanaları
təxminən 1850-ci illərdə (bitkilərin davamlı işıq və sabit
temperaturlu mühitdə daha tez böyüdüyü aşkar edilən zaman)
tikilmişdir. İllər keçdikcə isə istixanaların keyfiyyəti tədricən
artırdı. İstixanalar üçün ilk rəsmi standartlar bu sənayenin
pionerləri ilə müzakirələr əsasında 1970-ci illərdə hazırlanmışdır.
Modelləşdirmə daimi təkmilləşməyə səbəb oldu və hazırda 10.000
hektardan çox istixana sahəsi olan Niderland indi dünya ölkələrinin
hər birindən dəfələrlə çox istixanaya malikdir.
| İqtisadiyyat, ticarət və kənd təsərrüfatı
Hollandiya pendiri
Hollandiya və pendir – iki ayrılmaz məfhum. Hollandiya hələ orta
əsrlərdən pendir ixracı ilə məşğuldur. Məlum olan ən yaxşı pendir
2010-cu ildən patentlə qorunan “Edam və Gouda” pendirləridir.
Ancaq burada hazırlanmış pendirlər “Gouda Holland” və ya “Edam
Holland” adlana bilər və keyfiyyət etiketi daşıyır. Dünyanın qalan
yerlərindən olan pendir istehsalçıları isə yalnız “Gouda” və “Edam”
sözlərindən istifadə edə bilərlər. Əksər “Edam və Gouda” pendirləri
Polşa və Almaniyada, pendirin xeyli hissəsi isə Yeni Zelandiya və
Birləşmiş Ştatlarda hazırlanır.
Uşaqlar üçün televiziya
xəbərləri (ixrac məhsulu
kimi)
2004-cü ildən etibarən, “Jeugdjournaal”
Uşaqlar üçün xəbərlər şəbəkəsi uşaqlar
üçün nəzərdə tutulmuş televiziya şou-xəbər
proqramını inkişaf etməkdə olan ölkələrə
ixrac edir. Artıq 29 ildir ki, Niderlandda
göstərilən bu şounun özünəməxsus
xüsusiyyətləri var. İnkişaf etməkdə olan
ölkələrin həmkar televiziya işçilərinə öz
proqramlarını hazırlamaq üçün 18 aylıq
təlim keçirlər. Məqsəd isə ondan ibarətdir
ki, düzgün məlumat alan uşaq bu məlumatı
digərlərinə ötürəcək. İnkişaf etməkdə olan
ölkələrdə əhalinin 40%-i 15 və ya daha
aşağı yaşlı sakinlərdir. Niderlandda isə
bu rəqəm 15% təşkil edir. Bu konsepsiya
indi Surinama, Peruya, Cənubi Afrikaya,
İndoneziyaya, Burma və Antil adalarına
da “ixrac” edilmişdir. Proqramın əsas
konsepsiyaya uyğun olması şərti ilə, onun
məzmununu yerli proqram müəllifləri özləri
müəyyən edirlər.
Hər il Rotterdam limanına dörd milyon ton yük
gəlir və digər yük gəmilərinə, daxili gəmilərə
və ya yük maşınlarına yüklənir. İndi əlinizdə
tutduğunuz jurnal da yəqin ki, Rotterdamdan
göndərilmişdir.
400.000.000
Photo: Nationale Beeldbank
Source: ECT
Source: FloraHolland
Niderland dünyanın ən böyük çiçək ixracatçısıdır,
onların bəzilərinin xaricdə
bəslənməsi isə bir o qədər də mühüm rol oynamır. Çin ticarət nümayəndələri bizim
mənfəətli çiçək ticarətimizə xüsusi maraq göstərirlər. Bununla belə, bizim güllərlə
əlaqədar maddi-texniki təchizat və qlobal ticarət sahəsində biliklərimiz
əvəzedilməzdir.