| İnsanlar və cəmiyyət
|
Bütün problemlərinizi unudana və ritmlər ruhunuzu tam çulğalayana qədər
musiqiyə qərq olun.
Burada sizin köməyinizə Armin van Buuren çatacaq. Belə
ki, bunu onun kimi bacaran yoxdur. Artıq dörd ildir ki, Britaniyanın “DJ Mag”
jurnalının oxucuları onu dünyanın ən yaxşı disk-jokeyi (DJ) seçirlər. Armin
bütün dünyada bu cür müvəffəqiyyət qazanmış ilk disk-jokeydir.
Ülyahəzrət Kraliçanın doğum günü, futbol yarışları,
konki sürmə - bütün bunlar
hollandiyalıların təpədən-dırnağa narıncı rəngə bürünmələri üçün əla fürsətdir.
Narıncı pariklər, eynəklər, papaqlar... bu zaman nə qədər qeyri-adi görünsən,
bir o qədər yaxşıdır. Milli rəng olan narıncı rəng 16-cı əsrdə İspanlara qarşı
qiyam qaldırmış və millətin atası sayılan “William of Orange” (Oranjist Vilhelm)
ilə bağlıdır.
Yenidən istismara verilmiş A2 saylı Amsterdam avtomagistralında təcrübəli
sürücünün ürəyi həyəcandan bir az tez-tez döyünməyə başlayır.
Üç zolaqdan altı
zolağa genişləndirilmiş bu avtomagistralda nəqliyyat tıxaclarının sayı xeyli
azalmışdır. Lakin qəribə də olsa bir həqiqətdir ki, yol açıldığı gündən etibarən sürət
həddinin pozulması ilə bağlı cərimələrin də sayı xeyli çoxalmışdır.
Sizcə konki ilə təbii buz üzərində bir gündə 200 kilometr məsafəni qət etmək
ağılsızlıqdırmı?
Bəlkə də, elədir, lakin qış kifayət qədər sərt olarsa, Friesland
əyaləti Elfstedentocht - on bir Friesland şəhəri arasında marafon yarışları təşkil
edir. Bu, milli bir tədbirdir və 1997-ci ildən bəri keçirilməsə də, hər qış
hollandiyalılar dərin maraqla hava proqnozunu izləyir və həmin il buzun kifayət
qədər qalın olub olmayacağını bilmək istəyirlər.
Ocaq başında
mahnı
Hər il dekabr ayının 5-də
axşam vaxtı Niderlandın
küçələri demək olar ki,
tam boşalır. Uşaqdan
tutmuş böyüyə kimi hamı
evdə oturaraq öz sədaqətli
köməkçisi Zwarte Pieten
(Qara Peter) ilə damdan-dama
səyahət edən ağ atlı Müqəddəs
Nikolayın (St Nicholas)
gəlməyini gözləyirlər. Dekabr
ayının 5-i ərəfəsində isə
uşaqlar öz ayaqqabılarını ocaq
başının (qeyd: burada kamin)
qarşısına qoyur və xüsusi
mahnı oxuyurlar ki, Müqəddəs
Nikolay onların ayaqqabılarına
hədiyyə və pepernoten (kiçik
ədviyyatlı peçenyelər) qoysun.
Klederdracht
Vroeger zag je meteen uit welk
dorp iemand kwam. Elk dorp
had namelijk z’n eigen kleding.
Tegenwoordig wordt deze
klederdracht bijna niet meer
gedragen. Toch zijn er nog
steeds bewoners van dorpen
als Volendam, Staphorst of
Arnemuiden die zich dagelijks
in klederdracht hullen om zo de
traditie te behouden.
9
8
“Noğuldu oğul balam,
qızıldı qız balam”
Hollandiyalılar yeni uşağın dünyaya göz açmasını bayram
etmək üçün üstünə cirə səpilmiş xırtıltılı krekerlər (“beschuit
met muisjes”) hazırlayırlar. Çəhrayı cirə qız, mavi cirə isə oğlan
uşağı üçündür. Bu, xalis holland adət-ənənəsidir. Səpilən cirələr
muisjes, yaxud “kiçik siçanlar” adlanır. Tarixçilər bu adın mənşəyi
xüsusunda fikir ayrılığına düşüblər. Belə ki, bəzi tarixçilərin
fikrincə, şəkərlə örtülmüş cirənin kiçik quyruqlu forması onun bu
cür adlandırılmasının əsas səbəbidir. Digərləri isə inanırlar ki, bu
ad siçanların tez-tez balalaması ilə bağlıdır.
Uşaqlarla dolu olan velosiped
arabaları
Niderland şəhərlərinin velosiped yolları simurq quşu kimi küldən
yaranan fenomenlə - araba qoşqulu velosipedlərlə doludur. Öz
valideyn borcuna ciddi yanaşan insanlar bu yolla öz uşaqlarını
evdən məktəbə, idman klubuna və yenidən evə daşıyırlar. Yağışlı
havada bəzi arabalar mobil inkubator kimi şəffaf örtük çəkilmiş
bağlı vaqona çevrilir. Bu velosipedlər təkcə uşaqları daşımaq
üçün istifadə olunmur, belə ki, tədarük olunmuş azuqələrin, ev
heyvanlarının və idman çantalarının da məhz bu üsulla daşınmasına
rast gəlmək olar.
Kiloqramlarla biyan
Niderland Avropa Birliyində biyanın (hollandiya dilində “drop”)
ən böyük istehsalçısıdır. Biz hərəmiz orta hesabla ildə iki
kiloqram biyan yeyirik. “Drop” sözünün haradan yarandığı isə
müəmmalıdır. Alman dilində biyan “Lakritz”, italyan dilində
“liquirizia”, fransız dilində isə “ réglisse” adlanır. Lakin bu
ölkələrin istehsal etdikləri biyanın dadı bizim biyanın dadından
fərqlənir. Qəribədir ki, biz “drop”un tərkibini tam bilmirik, çünki
əslində bütün şirniyyata bu adla istinad etmək olar.
İlk qadın tibb tələbəsi
olan Aletta Cakobs (Aletta Jacobs)
1871-ci ildə təhsil almaq üçün
Leidenə getmişdir. Təhsilini başa
vurduqdan sonra o, Niderlandın ilk
qadın həkim-terapevti olmuşdur.
Cəmiyyətdə öz yerini tutmaq üçün
mübarizə aparmış Aletta Cakobs
Niderlandda qadınların bərabərliyi
naminə ilk addımı atmışdır.
1871
Hollandiyada sizə
qəhvə ilə bir yerdə peçenye də
təklif edəcəklər. Xoşbəxtlikdən, biz
hollandiyalılar çoxlu qəhvə içirik,
yəni orta hesabla gündə üç fincan
və ya ildə təxminən 140 litr.
140
Photo: Erik Smits
Photo: Ton Borsboom
Photo: Inge Yspeert/ Hollandse Hoogte
Photo: Taco van der Eb / Hollandse Hoogte
Photo: Ton Lammerts
Photo: AFAC
Photo: Gaby Kooijman
Nog vertalen >