15
|
14
indhoven Dizayn
Akademiyası və Delft
Texnologiya Universiteti
ölkənin hüdudlarından
kənarda da böyük nüfuza
malikdir. Bu təhsil ocaqlarında həm
Niderland, həm də başqa ölkələrdən
olan istedadlı məzunlar yetişir. Bəs
görəsən Niderlandda yaşayış və təhsil
barədə nə demək olar?
Çini, şüşə və plastmas lent
Holland dizayneri Hella Jongeriusun (1963)
uzunboğaz şüşələri eyni zamanda həm incəsənət
əsəri, həm də faydalı əşya olan xüsusi vazlardır.
Bu, Jongeriusun səciyyəvi əl işidir. Öz dövrünün ən
vacib sənaye dizaynerlərindən biri olan Jongerius
öz dizaynlarını natamam etmək və qəsdən
uyğunsuzluqlar yaratmaqla novator ideyaları ilə
məşhurlaşmışdır.
Balaca toppuşlar
üçün yüksək
texnologiya
“Smart Jacket” (ağıllı gödəkcə)
vaxtından əvvəl doğulmuş körpələr
barədə narahatlığı aradan qaldırır.
Bu gödəkcə yumşaqdır, daxili tekstil
sensorlara malikdir və beləliklə də,
daha elektrodları körpənin həssas
dərisinə yapışdırmaq lazım gəlmir.
Bu gödəkcələr körpələrə ya süni
kamerada, ya da kənarda geyindirilir
ki, valideynləri onları əllərində
saxlaya bilsinlər. “Smart Jacket”
gödəkcəsi Eyndhoven Texnologiya
Universitetinin ağıllı texnologiya
məhsuludur
Rubenssayağı rahatlıq
Köhnə döşəyinizin ikinci dəfə “həyata
gəlməyə” haqqı olduğu barədə
heç düşünmüsünüzmü? Özü də
necə “həyat”! Bu “Madam Rubens”
konsepsiyasını dizayner Frank Willems
fikirləşmişdir və bu konsepsiya köhnə
döşəyi zərif dizayner stuluna çevirməyi
nəzərdə tutur. Willems (31) Eindhoven
Dizayn Akademiyasının ümidverici
məzunudur. Su və havakeçirməyən
poliuretan örtük “Madam Rubensi”
təmiz və təravətli - tam müasir bir
“xanım” kimi saxlayır.
| Mədəniyyət və təhsil
Şəhərdə
lazımlı
nəqliyyat
vasitəsi
“Qugo” yeni Hollandiya dizaynının
müasir və ağıllı düşünülmüş bir
hissəsidir. Kiçik və yığcam, elektrik
mühərriki ilə işləyən, şəhərdə bir yerdən
digər yerə getmək üçün rahat və tam
unikal nəqliyyat vasitəsi olan bu üç
təkərli avtomobil dinamik, manevrli,
lakin stabildir. “Spyker Cars” şirkətinin
yaradıcısı tərəfindən layihələşdirilmiş
“qugo” avtomobilinin maksimal sürəti
saatda 25 km-dir.
E
Hər ilin yay
mövsümündə “Lowlands” (düzənlik)
festivalına təxminən 55.000 nəfər
qonaq gəlir. Burada tək pop musiqisi ilə
deyil, həm də alternativ musiqi, video-
incəsənət və əyləncənin digər növləri ilə
maraqlanan geniş tamaşaçı kütləsi də
iştirak edir.
55.000
Heyrətamiz lampa
Bu heyrətamiz lampa cini çağırmır, lakin qəribə
formada olur. Gənc dizayner Pieke Bergmansın dediyi
kimi, bizim “işıq lampamız” bütün gözlənilməz
formalarda və ölçülərdə olur. Hollandiyada yaradılan
bu möcüzəli lampa Milanın Dilmos incəsənət
qalereyasında nümayiş etdirilir.
Alessia Cadamuro (29), İtaliya
“İnternetdən öyrəndim ki,
Hollandiyada nadir magistr
dərəcəsinə - İnsan və
Bəşəriyyət Magistri
dərəcəsinə yiyələnmək olar.
Bura gəldiyim ilk gündən
gördüm ki, bu ölkənin
insanları mehribandırlar və
ingiliscə danışa bilirlər. Mən
əksər dostlarımla burada,
kursda tanış olmuşam”.
Dayo Oladunjoye (26),
Nigeriya
“Mən 2007-ci ilin
qışında bura gələndə
təyyarədən düşən kimi
diqqətimi cəlb edən yerli
landşaft oldu. Mənə
demişdilər ki, qışda burada
havalar soyuq keçir, amma
şaxta adamın lap sümüyünə
işləyirdi! Hollandiya bir çox
yaxşı memar yetişdirib və ona
görə də mən təhsil dalınca bu
ölkəyə gəlmişəm”.
İndira Nurtanti (34),
İndoneziya
“Mən öyrəşmişəm
ki, hər yerdə insanlar
Cakartada olduğu kimi
çoxdur, küçələr izdihamlıdır,
lakin Hollandiya tam fərqlidir.
Elə bil burada adamdan çox
velosiped var! Əlbəttə, bazar
günləri istisna olmaqla. Çünki
həmin gün hər yer izdihamlı
olur”.
Rony Chan (27), Honq-Konq
“Eyndhovendə təhsil aldıqdan
sonra burada, yəni
Hollandiyada özümə studiya
açdım. İndi buranın həyat
tərzinə öyrəşmişəm, insanları
tanıyıram və London və Paris
kimi iri şəhərlərə yaxınam.
Çin dizayn üslubundan fərqli
olaraq, mən yaradıcı,
innovasiyalı və bir qədər də
dəlisov Holland dizaynından
daha çox ilham alıram”.
Garance Echazarreta (25),
Fransa
“Mən belə hesab
edirəm ki, bura uyğunlaşmaq
üçün əlindən gələni
etməlisən. Ona görə də mən
bura gələn kimi qonşularımı
yeməyə dəvət etdim. Mən
kiçik mağazalara gedirəm və
holland yeməklərini dadına
baxmağı xoşlayıram. Burada
hollandiyalıların belə bir adəti
də var - onlar evdəki əşyaları
böyük qonaq otağının
pəncərəsinin qabağına
düzürlər”.
Henry Wilson (27), Avstraliya
“Mən bura gələndə yerli
mədəniyyət səviyyəsi məni
yaxşı mənada bir qədər
təəccübləndirdi. Mən
Hollandiyaya dizayn öyrənməyə
gəlmişəm. Lakin digər
ölkələrdən olan tələbələrlə
birgə təhsil almaqla və
Avropada səyahət etməklə həm
özümü daha yaxşı tanıdım, həm
də başqa mədəniyyətlər barədə
çox şey öyrəndim”.
Kristun Thors (28),
İslandiya
“Mən Hollandiyanın
velosiped sürmə mədəniyyəti
ilə tanışlığı səbirsizliklə
gözləyirdim və Eyndhovenə
gələn kimi özümə velosiped
aldım. Mən həmçinin siyənək
balığından hazırlanan
ekzotik xörəkləri, irisli vafli
(stroopwafels) və tərəvəzlə
əzilmiş kartofu (stamppot)
xoşlayıram. Lakin diqqətimi
cəlb edən o oldu ki, burada
kişilər hündür və
qıvrımsaçdırlar. İslandiyada
isə belə deyil”.
Sources: Design Academy Eindhoven,
Silvestris, TU Eindhoven, Centraal
museum Utrecht, Hella Jongerius, Frank
Willems, Pieke Bergmans
Niderland 1900-cü
ildə icbari təhsil sistemini tətbiq
etmişdir: bütün 6-12 yaşlı uşaqlar
mütləq məktəbə getməli idi. 85 il
sonra isə ibtidai məktəb sistemi
tətbiq edilib. Burada uşaqlar beş
yaşından məktəbə gedirlər və orta
məktəbi 16 yaşında bitirirlər.
1900