Hollandiya! Səciyyəvi Holland memarlığı



Yüklə 284,9 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix15.03.2018
ölçüsü284,9 Kb.
#31711
1   2   3   4   5   6   7   8   9   10   11

15

  | 

14

indhoven Dizayn 

Akademiyası və Delft 

Texnologiya Universiteti 

ölkənin hüdudlarından 

kənarda da böyük nüfuza 

malikdir. Bu təhsil ocaqlarında həm 

Niderland, həm də başqa ölkələrdən 

olan istedadlı məzunlar yetişir. Bəs 

görəsən Niderlandda yaşayış və təhsil 

barədə nə demək olar?

Çini, şüşə və plastmas lent

Holland dizayneri Hella Jongeriusun (1963) 

uzunboğaz şüşələri eyni zamanda həm incəsənət 

əsəri, həm də faydalı əşya olan xüsusi vazlardır. 

Bu, Jongeriusun səciyyəvi əl işidir. Öz dövrünün ən 

vacib sənaye dizaynerlərindən biri olan Jongerius 

öz dizaynlarını natamam etmək və qəsdən 

uyğunsuzluqlar yaratmaqla novator ideyaları ilə 

məşhurlaşmışdır.

Balaca toppuşlar 

üçün yüksək 

texnologiya

“Smart Jacket” (ağıllı gödəkcə) 

vaxtından əvvəl doğulmuş körpələr 

barədə narahatlığı aradan qaldırır. 

Bu gödəkcə yumşaqdır, daxili tekstil 

sensorlara malikdir və beləliklə də, 

daha elektrodları körpənin həssas 

dərisinə yapışdırmaq lazım gəlmir. 

Bu gödəkcələr körpələrə ya süni 

kamerada, ya da kənarda geyindirilir 

ki, valideynləri onları əllərində 

saxlaya bilsinlər. “Smart Jacket” 

gödəkcəsi Eyndhoven Texnologiya 

Universitetinin ağıllı texnologiya 

məhsuludur

Rubenssayağı rahatlıq

Köhnə döşəyinizin ikinci dəfə “həyata 

gəlməyə” haqqı olduğu barədə 

heç düşünmüsünüzmü? Özü də 

necə “həyat”! Bu “Madam Rubens” 

konsepsiyasını dizayner Frank Willems 

fikirləşmişdir və bu konsepsiya köhnə 

döşəyi zərif dizayner stuluna çevirməyi 

nəzərdə tutur. Willems (31) Eindhoven 

Dizayn Akademiyasının ümidverici 

məzunudur. Su və havakeçirməyən 

poliuretan örtük “Madam Rubensi” 

təmiz və təravətli - tam müasir bir 

“xanım” kimi saxlayır.  



| Mədəniyyət və təhsil 

Şəhərdə 

lazımlı 

nəqliyyat 

vasitəsi

 

“Qugo” yeni Hollandiya dizaynının 

müasir və ağıllı düşünülmüş bir 

hissəsidir. Kiçik və yığcam, elektrik 

mühərriki ilə işləyən, şəhərdə bir yerdən 

digər yerə getmək üçün rahat və tam 

unikal nəqliyyat vasitəsi olan bu üç 

təkərli avtomobil dinamik, manevrli, 

lakin stabildir. “Spyker Cars” şirkətinin 

yaradıcısı tərəfindən layihələşdirilmiş 

“qugo” avtomobilinin maksimal sürəti 

saatda 25 km-dir.



E

Hər ilin yay 

mövsümündə “Lowlands” (düzənlik) 

festivalına təxminən 55.000 nəfər 

qonaq gəlir. Burada tək pop musiqisi ilə 

deyil, həm də alternativ musiqi, video-

incəsənət və əyləncənin digər növləri ilə 

maraqlanan geniş tamaşaçı kütləsi də 

iştirak edir.

55.000

Heyrətamiz lampa

 

Bu heyrətamiz lampa cini çağırmır, lakin qəribə 

formada olur. Gənc dizayner Pieke Bergmansın dediyi 

kimi, bizim “işıq lampamız” bütün gözlənilməz 

formalarda və ölçülərdə olur. Hollandiyada yaradılan 

bu möcüzəli lampa Milanın Dilmos incəsənət 



qalereyasında nümayiş etdirilir.

Alessia Cadamuro (29), İtaliya

  

  “İnternetdən öyrəndim ki, 

Hollandiyada nadir magistr 

dərəcəsinə - İnsan və 

Bəşəriyyət Magistri 

dərəcəsinə yiyələnmək olar. 

Bura gəldiyim ilk gündən 

gördüm ki, bu ölkənin 

insanları mehribandırlar və 

ingiliscə danışa bilirlər. Mən 

əksər dostlarımla burada, 

kursda tanış olmuşam”.

Dayo Oladunjoye (26), 

Nigeriya

 

 

“Mən 2007-ci ilin 

qışında bura gələndə 

təyyarədən düşən kimi 

diqqətimi cəlb edən yerli 

landşaft oldu. Mənə 

demişdilər ki, qışda burada 

havalar soyuq keçir, amma 

şaxta adamın lap sümüyünə 

işləyirdi! Hollandiya bir çox 

yaxşı memar yetişdirib və ona 

görə də mən təhsil dalınca bu 

ölkəyə gəlmişəm”.

İndira Nurtanti  (34), 

İndoneziya 

 

“Mən öyrəşmişəm 

ki, hər yerdə insanlar 

Cakartada olduğu kimi 

çoxdur, küçələr izdihamlıdır, 

lakin Hollandiya tam fərqlidir. 

Elə bil burada adamdan çox 

velosiped var! Əlbəttə, bazar 

günləri istisna olmaqla. Çünki 

həmin gün hər yer izdihamlı 

olur”. 

Rony Chan (27), Honq-Konq

 

 

“Eyndhovendə təhsil aldıqdan 

sonra burada, yəni 

Hollandiyada özümə studiya 

açdım. İndi buranın həyat 

tərzinə öyrəşmişəm, insanları 

tanıyıram və London və Paris 

kimi iri şəhərlərə yaxınam. 

Çin dizayn üslubundan fərqli 

olaraq, mən yaradıcı, 

innovasiyalı və bir qədər də 

dəlisov Holland dizaynından 

daha çox ilham alıram”.  

Garance Echazarreta (25), 

Fransa

  

“Mən belə hesab 

edirəm ki, bura uyğunlaşmaq 

üçün əlindən gələni 

etməlisən. Ona görə də mən 

bura gələn kimi qonşularımı 

yeməyə dəvət etdim. Mən 

kiçik mağazalara gedirəm və 

holland yeməklərini dadına 

baxmağı xoşlayıram. Burada 

hollandiyalıların belə bir adəti 

də var - onlar evdəki əşyaları 

böyük qonaq otağının 

pəncərəsinin qabağına 

düzürlər”. 

 

Henry Wilson (27), Avstraliya 

  

 “Mən bura gələndə yerli 

mədəniyyət səviyyəsi məni 

yaxşı mənada bir qədər 

təəccübləndirdi. Mən 

Hollandiyaya dizayn öyrənməyə 

gəlmişəm. Lakin digər 

ölkələrdən olan tələbələrlə 

birgə təhsil almaqla və 

Avropada səyahət etməklə həm 

özümü daha yaxşı tanıdım, həm 

də başqa mədəniyyətlər barədə 

çox şey öyrəndim”.

Kristun Thors (28),

 

İslandiya

 

   “Mən Hollandiyanın 

velosiped sürmə mədəniyyəti 

ilə tanışlığı səbirsizliklə 

gözləyirdim və Eyndhovenə 

gələn kimi özümə velosiped 

aldım. Mən həmçinin siyənək 

balığından hazırlanan 

ekzotik xörəkləri, irisli vafli 

(stroopwafels) və tərəvəzlə 

əzilmiş kartofu (stamppot) 

xoşlayıram. Lakin diqqətimi 

cəlb edən o oldu ki, burada 

kişilər hündür və 

qıvrımsaçdırlar. İslandiyada 

isə belə deyil”.

Sources: Design Academy Eindhoven, 

Silvestris, TU Eindhoven, Centraal 

museum Utrecht, Hella Jongerius, Frank 

Willems, Pieke Bergmans

Niderland 1900-cü 

ildə icbari təhsil sistemini tətbiq 

etmişdir: bütün 6-12 yaşlı uşaqlar 

mütləq məktəbə getməli idi. 85 il 

sonra isə ibtidai məktəb sistemi 

tətbiq edilib. Burada uşaqlar beş 

yaşından məktəbə gedirlər və orta 

məktəbi 16 yaşında bitirirlər. 

1900



Yüklə 284,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə