Hollandiya! Səciyyəvi Holland memarlığı



Yüklə 284,9 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix15.03.2018
ölçüsü284,9 Kb.
#31711
1   2   3   4   5   6   7   8   9   10   11

22

23

Beynəlxalq sülh və təhlükəsizlik  | 

Dünya  səyahətçiləri və vasitəçiləri

Niderland beynəlxalq dünyagörüşünün dərin kökləri var

Holland tacirləri. 

Biz 17-ci əsrdən başlayaraq 

dünya okeanlarına və materiklərinə səyahətlər edirik. 

Hollandlar hələ də onları müdafiə edən dambalardan daha 

irəliyə baxmağa meyil edirlər. Biz həvəsli bütün dünyanı 

gəzirik, lakin dünyanın qalan hissəsini də vətənimizə 

gətirməyi xoşlayırıq. Lakin bizim digər ölkələrə və insanlara 

dərin kökləri olan marağımız tək mədəniyyət və səyahətlə 

məhdudlaşmır. Niderland həmçinin stabil ticarət mühiti və 

beynəlxalq sülh və təhlükəsizlik üçün çox çalışır.



Şöhrət və nüfuz.

 Niderlandın silahlı 

qüvvələri Avropanın ən müasir və ən yaxşı təchiz edilmiş 

ordularından biri olsa da, hollandlar sülhsevər və dinc 

xalqdır. Bununla belə, əsrlər boyu biz də müharibələrlə 

üzləşmişik. 16-cı əsrdə biz ispanlara qarşı üsyan 

etmişik, 17-ci əsrdə ingilislərlə dənizdə ticarət uğrunda 

döyüşmüşük. Tariximizin uğursuz səhifələri də var. 

Holland qul alveri 19-cu əsrin sonlarına qədər davam 

etmişdir və 20-ci əsrin ortalarında biz İndoneziya ilə silahlı 

münaqişəyə qatılmışdıq.

Sadiq.

 21-ci əsrdə Hollandiya nümunə göstərməyə 

çalışır. Biz BMT layihələrində fəal iştirak edirik, bir neçə 

beynəlxalq məhkəmə və tribunal bizim ölkəmizdə yerləşir 

və biz beynəlxalq cavabdehlik və öhdəlikləri bilirik. 

Hollandiya konstitusiyası, hətta hökumətdən beynəlxalq 

normativ qaydaları inkişaf etdirməyi tələb edir. Hollandiya 

hökuməti, həmçinin əməkdaşlığın inkişafına  və hərbi 

əməliyyatlara nisbətən böyük miqdarda vəsait xərcləyir. 

Hazırkı hərbi əməliyyatlar, əsasən, sülhü bərpa etməyə 

və ya silahlı münaqişədən sonra ölkələrin dirçəldilməsinə 

yönəlmişdir. 



Azadlığı formalaşdıran.

 Üzləşdiyimiz 

problemlərlə, yəni iqlim dəyişikliyi, enerji təchizatı və 

beynəlxalq təhlükəsizliklə əlaqədar digər Avropa ölkələri ilə 

əməkdaşlıq Niderland üçün getdikcə daha vacib əhəmiyyət 

kəsb edir. Biz fərdiyyətçi olsaq da, həyatımızı istədiyimiz 

kimi yaşamaq üçün azadlıq tələb etsək də, bərabərliyə 

çalışırıq və əməkdaşlığa üstünlük verməyimiz və ümumi 

razılığa gəlmək üçün zəifləməyən cəhdlərimizlə tanınmışıq.

Photo: Nationaal Archief






24

25

  | 

| Beynəlxalq sülh və təhlükəsizlik

Sülh naminə fəaliyyət 

Əslində dəyişikliklər diktə edir di ki, 

Niderland bundan sonra digər ölkələrin 

bir-birinə və öz əhalisinə hörmətlə 

yanaşmalarına nail olmaq üçün əlindən 

gələni etsin. Bu da yerinə yetirilir - 

Haaqada olan bütün hakimlər, vasitəçilər 

və inspektorlar vasitəsi ilə Niderland 

konstitusiyada verilmiş bu məqsədə - 

tək ölkədə deyil, bütün dünyada sülhə, 

ədalətə və təhlükəsizliyə nail olmağa 

çalışır. Beynəlxalq Ədalət Məhkəməsi 

siyasi təbiətli münaqişələr istisna olmaqla, 

ölkələr arasında olan münaqişələri həll 

etməyə cavabdehlik daşıyır.

Əsas ədliyyə orqanı  

Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş 

Millətlər Təşkilatının əsas məhkəmə 

orqanıdır. Onun vəzifəsi səciyyəvi 

beynəlxalq münaqişələrə baxmaq, 

hüquqi mübahisələri həll etmək və hüquq 

normalarını aydınlaşdırmaqdır. Məhkəmə, 

həmçinin məsləhətçi rolunu oynayır. O, Baş 

assambleyaya, Təhlükəsizlik şurasına və 

BMT təşkilatlarına məsləhətlər verir. Siyasi 

mübahisə, hüquqi mübahisə və maraqların 

toqquşmasını bir-birindən fərqləndirmək 

heç də asan deyil. Yoxlanılmış qaydaya 

əsasən, hər hansı mübahisənin hüquqi 

mübahisə hesab edilməsi üçün baxılan 

məsələ hüquq normaları ilə əlaqədar 

olmalıdır.   

On beş hakim 

BƏM doqquz il müddətinə təyin edilən on 

beş hakimdən ibarətdir. Məhkəmənin pre-

zidenti və vitse-prezidenti üç il müddətinə 

təyin edilir. Hakimlər ölkələr tərəfindən 

təyin olunur və BMT Baş assambleyası və 

Təhlükəsizlik şurası tərəfindən seçilir. Hər 

hansı bir ölkədən heç vaxt birdən artıq 

hakim olmur. Məhkəmənin əməkdaşları da 

beynəlxalq tərkibə malikdir və Məhkəmə 

iki rəsmi dildə - ingilis və fransız dillərində 

fəaliyyət göstərir. Tərcümələr məhkəmənin 

daimi işçiləri olan (rəsmən and içdikdən 

sonra cəlb olunan) tərcüməçilər tərəfindən 

yerinə yetirilir.

Niderland dünyanın yeganə ölkəsidir ki, konstitusiyası 

xüsusi olaraq dövlətdən beynəlxalq hüquq qaydalarını 

təbliğ etməyi tələb edir. Ona görə də, Haaqa tam əsasla 

dünyanın hüquq paytaxtı kimi tanınır. Bir çox beynəlxalq 

hüquq təşkilatları, o cümlədən onların arasında ən məşhur 

olan Beynəlxalq Ədalət Məhkəməsi burada yerləşir.

Hollandiya konstitusiyası deyir  

‘Beynəlxalq hüququ qaydaları təbliğ et’

Haaqa: dünyanın  



hüquq paytaxtı

 

Keçmiş Liberiya prezi-



denti Çarlz Teylor 1997-ci 

ildə Naomi Kempbellə xam 

(cilalanmamış) brilyant 

vermişdi ya yox? Supermodel 

bununla bağlı Leidschendamda 

Sierra Leone üçün təşkil edilmiş 

Xüsusi məhkəmədə ifadə 

verdi. Teylor hərbi cinayətlərdə 

təqsirləndirilir. Onun qonşu 

Sierra Leonedə qanlı vətəndaş 

müharibəsini maliyyələşdirmək 

üçün qana bulaşmış brilyant-

lardan istifadə etməsi güman 

olunur. Kembellin məhkəmə 

qarşısına gəlməsi mətbuatın 

diqqətini xeyli cəlb etdi. 

Sierra Leona üçün Xüsusi 

məhkəmə Haaqada keçirilən 

bir çox beynəlxalq məhkəmə 

və tribunallardan biridir və 

beynəlxalq ictimaiyyətin 

(xüsusilə də Birləşmiş 

Millətlər Təşkilatının) ölkəmizi 

beynəlxalq məhkəmə prosesləri 

üçün təhlükəsiz yer saydığını 

bir daha sübut edir. Belə 

proseslər çox həssasdır və ter-

rorçuluq və hərbi cinayətlərdə 

şübhələndirilən insanlarla 

bağlıdır. 

Çarlz Teylor hələ də Sierra 

Leonedə geniş dəstəyə malik 

olduğu üçün BMT Müdafiə 

Şurası məhkəmə prosesini 

Haaqada keçirmək qərarı verdi. 

Böyük Britaniya təklif etdi 

ki, məhkəmə Teylora həbs 

cəzası verərsə, o, Britaniya 

həbsxanasında saxlana bilər. 

gözəl

 



 

yirtici

 

Keçmiş prezident və supermodel Haaqa məhkəməsində 

25

Photo: EPA/Vincent Jannink/Pool



  | 

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 

1945-ci ildə Haaqanın Sülh sarayında 

təşkil edilmişdir və bunun ardınca daha 

çox hüquqi təşkilat yaradılmışdır. Onların 

Haaqanı öz iqamətgahı  kimi seçməyə 

yaxşı əsasları var. Niderlandın yaxşı 

səyahət qovşaqları vardır və o, stabil, 

təhlükəsiz və etibarlı, qanunun hökmünə 

əməl edilən ölkə kimi tanınır. Bun-

dan əlavə, 1950-ci ildə Hollandiyanın 

konstitusiyasına edilmiş dəyişiklik 

Niderlandı yüksək mənada beynəlxalq 

qanunvericilik mərkəzinə çevirmişdir.



aaqada olan 

bütün bu 

hakimlər, vasitəçilər 

və inspektorlarla biz 

Konstitusiyamızda 

göstərilmiş məqsədə 

nail olmağa çalışırıq”. 

“H


Yüklə 284,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə