Hollandiya! Səciyyəvi Holland memarlığı



Yüklə 284,9 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix15.03.2018
ölçüsü284,9 Kb.
#31711
1   2   3   4   5   6   7   8   9   10   11

| İnsanlar və cəmiyyət

  | 

| Su, texnologiya və innovasiya 

28

29

Sabahın ölkəsi 

Niderlandda dünyanın ən böyük radioteleskopu var 



İnkişaf.

 Hollandlar novatordur. Torpaq 

çatışmır? Onda öz torpağımızı hazırlayarıq! Ölkənin 

40%-dən çoxu orta əsrlərdən bəri torpaqların 

mənimsənilməsi və polderlərin (qurudulmuş dəniz 

sahəsi) yaradılması kimi fərasətli (o dövr üçün) 

fikrin sayəsində yaradılmışdır. Qaranlıq küçələr? 

Qızıl Dövrün tacirləri yağ lampalarından istifadə 

edərək küçələri işıqlandırmaq üsulunu fikirləşmiş 

Jan van der Heyden sayəsində evə tez getməyə 

məcbur olmurdular. Bununla belə, bu, həmişə 

yaxşı xəbər olmurdu, çünki yağ lampalarının 

vaxtaşırı olaraq yanğın yaratmaq xassəsi var 

idi. Bəlkə elə buna görə də Van der Heyden 

yanğınsöndürmə şlanqlarını kəşf etdi? Bir neçə 

ildən sonra Christiaan Huygens kəfgirli saatı kəşf 

etdi və bunu səbəbi vaxtı izləmək deyil, onun 

həddindən artıq dəqiq vaxt ölçüsü tələb edən 

astronomiyaya olan sevgisi idi (Huygens Titan və 

Saturn həlqələrini kəşf etmişdir). 



Yerin “gözləri”.

 LOFAR (Aşağı tezlikli 

sıra) Hollandiyanın astronomiyada bu yaxınlarda 

əldə etdiyi yenilikdir. Bəşəriyyətin yaranmasını 

görmək cəhdi ilə Drenthe əyalətinin Exloo 

şəhərinin 50 kilometrlik radiusunda minlərlə 

sensor həddindən artıq həssas radioteleskop 

yaradır. Avropanın digər səkkiz stansiyasına 

bərkidilmiş bu radioteleskop başa çatdıqda, hazırkı 

teleskoplardan yüz dəfələrlə həssas olan dünyanın 

ən böyük teleskopunun bir hissəsi olacaq. Bunu 

bilsəydilər, 400 il bundan əvvəl Sacharias Jansen 

və Hans Lippershey bəlkə də öz teleskoplarını 

patentləşdirmək üçün mübahisə etməzdilər. Belə 

ki, LOFAR ilə müqayisədə onların teleskopu opera 

eynəyindən də zəif idi...  



Minlərlə sensorlar.

  Bütün bu 

sensorlar başqa sahələrin də istifadə edə biləcəyi 

geniş optik lifli şəbəkəyə qoşulmuşdur. Məsələn, 

kənd təsərrüfatı alimləri dəqiq əkinçilik üzrə 

tədqiqat apara, simsiz sensorlardan istifadə 

etməklə istehsal proseslərini optimallaşdıra 

bilərlər. Geofiziklər seysmik sensorlardan istifadə 

edərək şimali Niderlandın geoloji xəritəsini 

hazırlayırlar. O, qaz hasilatı və çökmə ilə bağlı 

maraqlı məlumatlar verir. Suyun idarə edilməsi 

ilə də bağlı, bu, həmişəki kimi hələ də vacib olan 

məsələ ilə biz orta əsrlərdən bəri məşğul oluruq. 

Bu, ölkənin yarıdan çoxunun dəniz səviyyəsindən 

aşağıda olmasının nəticəsidir.

 

Source: Astron stichting Lofar 



  | 


31

  | 

   


1953-cü il 31 yanvar gecəsi. 

Tufan şiddətlənir, qabarma 

da yüksəkdir, amma bu, yeni 

bir şey deyil. Lakin, həmin 

gecə tufan qasırğa gücünə 

çatdı. Cəmi bir neçə saat 

içində fəlakət baş verdi. 

Dəniz suyu dəniz dambaları 

üstündən aşdı. Polderləri su 

basdı, su dambaların növbəti 

sırasına çatdı və onlar dağıldı. 

Zeeland, Brabant və Cənubi 

Hollandiyanın  digər   böyük 

ərazilərini su basdı və 1.800 

nəfər boğulub öldü. 

Yarım əsr sonra da bu prinsip 

kifayət qədər sadə görünür: 

su NAP səviyyəsindən, yaxud 

Amsterdam orta dəniz 

səviyyəsindən üç metr yuxarıya 

qalxan kimi şlüz qapıları 

örtülür və daşqın suları Şərqi 

Schledtdə daxil ola bilmir. 

Mühafizə səddini tufan 

şiddətindən altmış beş nəhəng 

beton dayaq saxlayır. Onlar da 

öz növbəsində xüsusi olaraq 

bu məqsədlə dəniz dibində 

qoyulmuş plitələrin üstündə 

dayanır. Daşqın qapılarını idarə 

edən hidravlik silindrlər də 

texnologiya möcüzəsidir. Onlar 

yalnız qapıları qaldırmır, həm 

də lazım gələrsə, onları aşağı 

sala bilər. 

Şərqi Scheldt tufan şiddətindən 

mühafizə səddinin üstündəki 

cığırdan suyun açıq qapılardan 

sürətlə axmasını eşidə 

bilərsiniz. Burada suyun 

rəhmsiz gücünü görmək, 

eşitmək və hiss etmək 

olar. Lakin sədd möhkəm 

dayanmışdır, bu novator 

mühəndislik nailiyyəti həm 

Zeelandı, həm də ətraf mühiti 

müdafiə edir. 

1853-



 

ilin

 

daşqinlari

 

Dənizi ram etmək

Photo: Marijke Volkers



31

   | 

30

Dambadan daşqın səddinə 

qədər

Şərqi Scheldtdə tufan şiddətindən 

mühafizə səddi, şübhəsiz ki, Delta 

Layihəsinin ən təsiredici hissəsidir. 

Əslində çayın enli mənsəbi normal 

damba ilə bağlanmışdı, lakin heç zaman 

başa çatdırılmamışdı. Onu tamamilə 

kəsib götürmək təbii mühiti zədələyərdi. 

Tədricən “Şərqi Scheldt” tufandan mühafizə 

səddi “Neeltje Jans” süni adasında tikildi. 

Sədd başa çatdırıldıqdan sonra ada Neeltje 

Jans adlı təhsil-əyləncə parkına çevrildi. 

Burada 66-cı dirəyi (heç zaman istifadə 

edilməmişdir), o cümlədən ‘Qabarmaları 

idarə etmə: ay, külək və biz’ sözləri həkk 

edilmiş xatirə daşını hələ də görmək olar.



Ən böyük təhlükə: böyük 

çaylar 

Bununla belə, əsrlər boyu Hollandiya üçün 

yalnız dəniz təhlükə törətmirdi. Ölkədən 

axan üç iri çay - Reyn, Maas və Vaal da 

xeyli təhlükələr yaratmışdır. Əldə etdiyimiz 

təcrübə ilə biz suyun idarə edilməsi 

sahəsində şübhəsiz dünya birincisinə 

çevrilmişik. Daşqınlar tez-tez baş verirdi

lakin son dəfə çay dambası 1926-cı ildə 

dağılmışdır. 1995-ci ildə vəziyyət bir 

qədər gərginləşdi və 250,000 nəfər təxliyə 

edildi, lakin dambalar dözdü. Ondan 

sonra ciddi tədbirlər görüldü. Təbiətə öz 

işini görməyə imkan verildi, çaylar üçün 

də yer əlavə edildi. Eyni zamanda bir sıra 

novator tədbirlər tətbiq edildi. Məsələn, 

suyun səviyyəsi çox yuxarı qalxdıqda 

drenajı artıran və səviyyə aşağı olduqda 

çayı gəmiçilik üçün yararlı edən qeyr-adi 

dalğaqıranı göstərmək olar.



Örnək üçün dərslik vəsaiti

Hollandiya suyun idarə edilməsi üzrə 

dünyanın qalan ölkələri üçün əsas ilham 

mənbəyi və örnək olmaq üçün bir dərslik 

vəsaitidir. Birləşmiş Ştatlarda yerləşən 

bir Holland şirkəti Yeni Orleanda 2005-

ci ildə Katrina Qasırğasının yaratdığı 

daşqının təkrar olunmasının qarşısını alma 

yollarını axtarır. Hollandlar Amerikalılara 

və dünyanın qalan ölkələrinin xalqlarına 

ayaqlarını quru saxlamağa məmnuniyyətlə 

kömək edərlər. 

“Dünyanın yeddi müasir möcüzəsindən biri”, Amerika 

Tikinti Mühəndisləri Cəmiyyəti Niderlandı böyük qabarma 

dalğalarından qoruyan sahilyanı mühafizə sistemini 

təsvir edən Delta Layihəsini belə adlandırır. Biz bir qədər 

daha təvazökarıq, lakin mühəndisliyin belə möhtəşəm 

nailiyyətindən heç də az qürur duymuruq.



Mühəndisliyin unikal

 nailiyyətləri 

“Dənizdə qabarmaları idarə 

etmə: ay, külək və biz’

| Su, texnologiya və innovasiya 

İndi Niderlandı mühafizə edən sahilyanı 

mühafizə sisteminin tikintisi 57 illik 

ağır zəhmətin bəhrəsidir. İşlər 1953-cü 

ildə fəlakətli daşqından sonra başladı 

(çərçivəyə baxın). Üç həftə sonra Delta 

Komissiyası təşkil edildi. Onun üzvləri 

arasında ölkənin cənub qərbindəki 

dambaların alçaq olmasından narahat olan, 

daşqından əvvəl Delta Layihəsi planlarını 

hazırlamış Johan van Veen də var idi.

ederlands 

watermanagement 

is een belangrijke 

inspiratiebron voor de 

rest van de wereld’

‘N

nog vertalen



Yüklə 284,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə