Hollandiya! Səciyyəvi Holland memarlığı



Yüklə 284,9 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix15.03.2018
ölçüsü284,9 Kb.
#31711
1   2   3   4   5   6   7   8   9   10   11

10

| Cultuur & onderwijs

11

Mədəniyyət və təhsil   | 

Tarixi və müasir Hollandiya

Niderlandın şah əsəri Amsterdam kanalları boyunca 

səyahət edən qonaqlar özlərini açıq havada yerləşən 

17-ci əsr muzeyində hiss edə bilərlər. Sahillərində 

möhtəşəm binalar sıralanmış kanallar paralel əyrilərlə 

uzanaraq son nəticədə Amstel çayına axır. YUNESKO-

ya görə “insanın ixtiraçılıq qabiliyyətinin şah əsəri” 

olan kanal rayonu memarlıq və planlaşdırmanın nadir 

nümunəsidir və Qızıl Dövründə Niderlandın iqtisadi, 

siyasi və mədəni sahələrdə çiçəklənməsini əks etdirir.



Çiçəklənən mədəniyyət 

Qızıl 


Dövründə yetişmiş sənətkarların - məsələn, Rembrandt 

və Yohan Vermeerin əsərləri hələ də bütün dünyanı 

heyran edir. Filosof Spinoza bu sənətkarlarla eyni əsrdə, 

humanist Erasmus isə daha əvvəl yaşamışdır. Qızıl 

Dövrün sənətkarlarından  sonra 19-cu və 20-ci əsrlərdə 

Vinsent van Qoq və Piet Mondrian kimi rəssamlar 

yetişir. Mondrianın əsərləri bir çox müasir Hollandiya 

dizaynerinə, o cümlədən Gerrit Rietveldin əl işlərinə 

ilham vermişdir. 

İndi Niderland

 əsl mədəniyyət beşiyidir. 

Niderland cəmiyyəti xarici təsirlərə məruz qalmışdır: 

dəb, qida məhsulları, idman, festivallar, interyer 

dizaynı. Niderlandın mədəniyyəti inkişaf edərək 

çiçəklənir. Amsterdamın “Concertgebouw” orkestri 

dünyada yuxarıdan birinci beş yeri tutan simfonik 

orkestrlərin arasındadır və “Netherlands Danstheater” 

(Niderland rəqs teatrı) dünya səviyyəli müasir rəqs 

şirkətidir. Siz dünyanın hər yerində əsərləri beynəlxalq 

miqyasda alqışlanan Niderland dizaynerlərinə, sənaye 

dizaynerlərinə və memarlarına rast gələ bilərsiniz. Hər il 

təxminən 200 kitab 50 müxtəlif dilə tərcümə olunur.

Bəs gələcəkdə necə olacaq?

 

Gələcək dövr Hollandiyanın elektron mədəniyyəti 



üçün xüsusən vədedici görünür. Mədəniyyət getdikcə 

rəqəmsal format alır və artıq biz interaktiv vasitələrsiz 

keçinə bilmirik. Buna görə də, universitet və digər ali 

təhsil müəssisələrinin interaktiv media və oyun dizaynı 

peşələrini təklif etməsi kifayət qədər məntiqidir. Bizim 

açıq mədəni mühit və incəsənət təhsili sayəsində 

Hollandiyanın rəqs, dizayn, musiqi və ədəbiyyat sahələri 

çağdaş dünyamızın təmayüllərini təyin edir. Təklif 

olunan ali təhsil kurslarının rəngarəngliyinin isə misli-

bərabəri yoxdur və demək olar ki, hamının təhsil almaq 

imkanı var. Təhsil sistemi müstəqilliyi dəstəkləyir və 

yüksək elmi standartlara cavab verir. Təəccüblü deyil ki, 

bir çox gənclər Niderlanda gələrək burada təhsil almaq 

istəyirlər. 

Amsterdam kanalları: UNESCO-nun Dünya  

Mədəni İrsi guşəsi

Photo: Siebe Swart/Hollandse Hoogte

10




13

12

| Mədəniyyət və təhsil 

Pekində Çin Dövlət Televiziyasının baş ofisi, Rotterdamda 

“Kunsthal” muzeyi, Las-Veqasda “Guggenheim” muzeyi 

və Nyu-Yorkdakı “Prada” mağazası bir ümumi cəhətə 

malikdir – bu binaların layihəsi hollandiyalı memar Rem 

Koolhaas tərəfindən təsis edilmiş “OMA” memarlıq firması 

və tədqiqatçılar qrupu tərəfindən hazırlanıb. “OMA”-nın 

əsas ofisi hələ də Rotterdamda yerləşir. İcraçı tərəfdaş  

Victor van der Chijs bizə beynəlxalq aləmdə məşhur olan 

“Biz həmişə 

axıra qədər gedirik”

Dünya memarları  



çiyin-çiyinə işləyirlər

Hər gün ziyarətçilər axınla 

Amsterdamın “Rijksmuseum” 

muzeyinə gəlirlər və onlar 

Rembrandtın şah əsəri olan 

Gecə Keşiyi əsərinin qarşısında 

heyranlıqla dayanırlar. 

“Rijksmuseum” muzeyinin 

kolleksiyası çoxu 17-ci əsrin 

Holland sənətkarlarının 

işləri olan 1 milyondan çox 

maddi-mədəniyyət qalıqları 

ilə öyünür. “Rijksmuseum” 

muzeyi Hollandiyanın ən 

böyük və ən əhəmiyyətli milli 

muzeyidir. Əsas bina ilk dəfə 

13 iyul1885-ci il tarixində 

açılmışdır. İllər keçdikcə qoşa 

tavanlardan və ikinci dərəcəli 

divarlardan tutmuş hava 

nəzarət sistemlərinə kimi 

müxtəlif sistemlərə və hər cür 

offislərə bir çox dəyişikliklər 

edilmişdir. Nəhayət ki, 

hərtərəfli əsaslı təmirin vaxtı 

gəlib çatmışdır, belə ki, indi 

bina təmir olunur, yenilənir və 

bərpa olunur və təsəvvür edilə 

bilməyəcək dərəcədə mürəkkəb 

işlər görülür.   Xoşbəxtlikdən 

təmir işləri ictimaiyyətin buraya 

gələrək 17-ci əsrin heyrətamiz 

abidəsindən zövq almasına 

mane olmur. Ötən 125 il 

ərzində ziyarətçilərin sayı 1885-ci 

ildə 250.000-dən 20-ci əsrin 

sonlarında təxminən 1 milyona 

qədər artmışdır.

Yeni stilli “Rijksmuseum” muzeyi 

19-cu əsrin abu-havasını yenidən 

əks etdirən çox möhtəşəm  

və həmçinin bir çox müasir 

avadanlıqlar ilə təmin olunmuş 

bina olacağını vəd verir. Bu muzey 

milyonlarla Hollandiyalı və xarici 

insanların millətin bütün tarixini 

əhatə edən zəngin kolleksiyasını 

bütün gözəllikləri ilə seyr edə 

biləcəkləri yerdir.



rijksmuseum

” 

amsterdam

İncəsənət və tarix muzeyi

Photo: Rijksmuseum/Eric Smits



 

  | 

yerə toplayır və mədəniyyətləri bir-birinə 

qovuşdurur. Memarlıq ayrı-ayrı şəxslərdən 

deyil, qrup proseslərindən asılıdır. Biz 

beynəlxalq tərkibə üstünlük veririk”. 

“OMA”-nın sirri nədədir?

“Biz daim dünyanın hər yerindən olan 

şəxslərin bilik və fikirlərindən istifadə 

edərək dəqiq yerli həll variantları 

üzərində işləyirik. “OMA” firmasında 

dünyanın 35-dən çox ölkəsindən olan 

mütəxəssislər çalışırlar. Əməkdaşların 

yalnız 20%-ni hollandiyalılar təşkil edir. 

Biz hər ay dünyanın müxtəlif yerindən 

təxminən 700 ərizə alırıq. Beləliklə də, 

ən yaxşıların arasından seçə bilirik. Bizim 

əməkdaşlarımız daim axıra qədər gedir, 

innovasiyalar və yeni baxış tərzini müəyyən 

etmək istəyirlər. Biz həmişə növbəti yeni 

binamızla daha çox qürur duyuruq”.  

Zəhmətkeşlik, məqsədyönlük 



hollandiyalıların 

qanındadırmı?

“Ola bilər. Niderlandın əhalisi çox sıx 

olduğu üçün novator olmaq və tutarlı 

ideyalar irəli sürmək tələb olunur. “OMA” 

şirkəti ona görə müvəffəqiyyət qazanır ki, 

biz müştərilərimizi dinləyə bilirik, onların 

istək və arzularına diqqətlə yanaşırıq. Bizi 

fərqləndirən əsas amil isə bizim düzgün 

yerli həll variantları axtarmağımızdır. Nyu-

York üçün layihələşdirdiyiniz binanın əkiz 

tayını Kuala Lumpurda tikə bilməzsən. Belə 

ki, həmin bina yerli şərait, mədəniyyət və 

qaydalara uyğun olmalıdır. Hollandiyalılar 

şəraitə tez uyğunlaşırlar, onlar beynəlxalq 

səviyyədə işləməyə öyrəşiblər və digər 

mədəniyyətləri yaxşı qavraya bilirlər”.

 Deməli ona görə də baş ofis 

Rotterdamdadır?

“Biz əsas ofisi Rotterdamda ona görə 

saxlayırıq ki, bizim əslimiz də burdandır. 

Eyni zamanda, Nyu-York, Pekin və 

Honq-Konqda da ofislərimiz var. Həm 

də Niderland biznes üçün sərfəli yerdir. 

Hollandiyalılar sahibkarlığa meyillidirlər, 

burada infrastruktur yaxşı inkişaf edib və 

biz hökumətdən dəstək alırıq. Beynəlxalq 

layihələrimizin hər hansı biri ilə bağlı 

problem yaranarsa, biz həmişə həmin 

ölkədə yerləşən Hollandiya səfirliyinə 

güvənə bilərik. Onlar da öz növbəsində 

bizə yeni ideyalarla yardım edir və bizi yeni 

müştərilərlə görüşdürürlər”. 

“Səciyyəvi Hollandiya” 

memarlığı kimi bir məfhum 

varmı?

“Xeyr, yoxdur. Lakin Hollandiya memarları 

bütün dünyada məşhurdurlar. Bu da 

qismən Rem Koolhaasın adı ilə bağlıdır. 

Uğurlu holland memarlarının əksəriyyəti 

“OMA” üçün çalışmışlar. Hollandiya 

memarları əla təlim keçmiş tənqidi və açıq 

fikirli mütəxəssisdirlər və həmişə nadir həll 

variantlarını axtarırlar. “OMA” Niderland və 

başqa ölkələrdən istedadlı memarları bir 



ollandiyalılar 

beynəlxalq 

səviyyədə işləməyə 

alışıblar

H

Intro te lang

48 tekens

6 woorden 


Yüklə 284,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə