10
| Cultuur & onderwijs
11
Mədəniyyət və təhsil |
Tarixi və müasir Hollandiya
Niderlandın şah əsəri Amsterdam kanalları boyunca
səyahət edən qonaqlar özlərini açıq havada yerləşən
17-ci əsr muzeyində hiss edə bilərlər. Sahillərində
möhtəşəm binalar sıralanmış kanallar paralel əyrilərlə
uzanaraq son nəticədə Amstel çayına axır. YUNESKO-
ya görə “insanın ixtiraçılıq qabiliyyətinin şah əsəri”
olan kanal rayonu memarlıq və planlaşdırmanın nadir
nümunəsidir və Qızıl Dövründə Niderlandın iqtisadi,
siyasi və mədəni sahələrdə çiçəklənməsini əks etdirir.
Çiçəklənən mədəniyyət
Qızıl
Dövründə yetişmiş sənətkarların - məsələn, Rembrandt
və Yohan Vermeerin əsərləri hələ də bütün dünyanı
heyran edir. Filosof Spinoza bu sənətkarlarla eyni əsrdə,
humanist Erasmus isə daha əvvəl yaşamışdır. Qızıl
Dövrün sənətkarlarından sonra 19-cu və 20-ci əsrlərdə
Vinsent van Qoq və Piet Mondrian kimi rəssamlar
yetişir. Mondrianın əsərləri bir çox müasir Hollandiya
dizaynerinə, o cümlədən Gerrit Rietveldin əl işlərinə
ilham vermişdir.
İndi Niderland
əsl mədəniyyət beşiyidir.
Niderland cəmiyyəti xarici təsirlərə məruz qalmışdır:
dəb, qida məhsulları, idman, festivallar, interyer
dizaynı. Niderlandın mədəniyyəti inkişaf edərək
çiçəklənir. Amsterdamın “Concertgebouw” orkestri
dünyada yuxarıdan birinci beş yeri tutan simfonik
orkestrlərin arasındadır və “Netherlands Danstheater”
(Niderland rəqs teatrı) dünya səviyyəli müasir rəqs
şirkətidir. Siz dünyanın hər yerində əsərləri beynəlxalq
miqyasda alqışlanan Niderland dizaynerlərinə, sənaye
dizaynerlərinə və memarlarına rast gələ bilərsiniz. Hər il
təxminən 200 kitab 50 müxtəlif dilə tərcümə olunur.
Bəs gələcəkdə necə olacaq?
Gələcək dövr Hollandiyanın elektron mədəniyyəti
üçün xüsusən vədedici görünür. Mədəniyyət getdikcə
rəqəmsal format alır və artıq biz interaktiv vasitələrsiz
keçinə bilmirik. Buna görə də, universitet və digər ali
təhsil müəssisələrinin interaktiv media və oyun dizaynı
peşələrini təklif etməsi kifayət qədər məntiqidir. Bizim
açıq mədəni mühit və incəsənət təhsili sayəsində
Hollandiyanın rəqs, dizayn, musiqi və ədəbiyyat sahələri
çağdaş dünyamızın təmayüllərini təyin edir. Təklif
olunan ali təhsil kurslarının rəngarəngliyinin isə misli-
bərabəri yoxdur və demək olar ki, hamının təhsil almaq
imkanı var. Təhsil sistemi müstəqilliyi dəstəkləyir və
yüksək elmi standartlara cavab verir. Təəccüblü deyil ki,
bir çox gənclər Niderlanda gələrək burada təhsil almaq
istəyirlər.
Amsterdam kanalları: UNESCO-nun Dünya
Mədəni İrsi guşəsi
Photo: Siebe Swart/Hollandse Hoogte
10
|
13
12
| Mədəniyyət və təhsil
Pekində Çin Dövlət Televiziyasının baş ofisi, Rotterdamda
“Kunsthal” muzeyi, Las-Veqasda “Guggenheim” muzeyi
və Nyu-Yorkdakı “Prada” mağazası bir ümumi cəhətə
malikdir – bu binaların layihəsi hollandiyalı memar Rem
Koolhaas tərəfindən təsis edilmiş “OMA” memarlıq firması
və tədqiqatçılar qrupu tərəfindən hazırlanıb. “OMA”-nın
əsas ofisi hələ də Rotterdamda yerləşir. İcraçı tərəfdaş
Victor van der Chijs bizə beynəlxalq aləmdə məşhur olan
“Biz həmişə
axıra qədər gedirik”
Dünya memarları
çiyin-çiyinə işləyirlər
Hər gün ziyarətçilər axınla
Amsterdamın “Rijksmuseum”
muzeyinə gəlirlər və onlar
Rembrandtın şah əsəri olan
Gecə Keşiyi əsərinin qarşısında
heyranlıqla dayanırlar.
“Rijksmuseum” muzeyinin
kolleksiyası çoxu 17-ci əsrin
Holland sənətkarlarının
işləri olan 1 milyondan çox
maddi-mədəniyyət qalıqları
ilə öyünür. “Rijksmuseum”
muzeyi Hollandiyanın ən
böyük və ən əhəmiyyətli milli
muzeyidir. Əsas bina ilk dəfə
13 iyul1885-ci il tarixində
açılmışdır. İllər keçdikcə qoşa
tavanlardan və ikinci dərəcəli
divarlardan tutmuş hava
nəzarət sistemlərinə kimi
müxtəlif sistemlərə və hər cür
offislərə bir çox dəyişikliklər
edilmişdir. Nəhayət ki,
hərtərəfli əsaslı təmirin vaxtı
gəlib çatmışdır, belə ki, indi
bina təmir olunur, yenilənir və
bərpa olunur və təsəvvür edilə
bilməyəcək dərəcədə mürəkkəb
işlər görülür. Xoşbəxtlikdən
təmir işləri ictimaiyyətin buraya
gələrək 17-ci əsrin heyrətamiz
abidəsindən zövq almasına
mane olmur. Ötən 125 il
ərzində ziyarətçilərin sayı 1885-ci
ildə 250.000-dən 20-ci əsrin
sonlarında təxminən 1 milyona
qədər artmışdır.
Yeni stilli “Rijksmuseum” muzeyi
19-cu əsrin abu-havasını yenidən
əks etdirən çox möhtəşəm
və həmçinin bir çox müasir
avadanlıqlar ilə təmin olunmuş
bina olacağını vəd verir. Bu muzey
milyonlarla Hollandiyalı və xarici
insanların millətin bütün tarixini
əhatə edən zəngin kolleksiyasını
bütün gözəllikləri ilə seyr edə
biləcəkləri yerdir.
“
rijksmuseum
”
amsterdam
İncəsənət və tarix muzeyi
Photo: Rijksmuseum/Eric Smits
|
yerə toplayır və mədəniyyətləri bir-birinə
qovuşdurur. Memarlıq ayrı-ayrı şəxslərdən
deyil, qrup proseslərindən asılıdır. Biz
beynəlxalq tərkibə üstünlük veririk”.
“OMA”-nın sirri nədədir?
“Biz daim dünyanın hər yerindən olan
şəxslərin bilik və fikirlərindən istifadə
edərək dəqiq yerli həll variantları
üzərində işləyirik. “OMA” firmasında
dünyanın 35-dən çox ölkəsindən olan
mütəxəssislər çalışırlar. Əməkdaşların
yalnız 20%-ni hollandiyalılar təşkil edir.
Biz hər ay dünyanın müxtəlif yerindən
təxminən 700 ərizə alırıq. Beləliklə də,
ən yaxşıların arasından seçə bilirik. Bizim
əməkdaşlarımız daim axıra qədər gedir,
innovasiyalar və yeni baxış tərzini müəyyən
etmək istəyirlər. Biz həmişə növbəti yeni
binamızla daha çox qürur duyuruq”.
Zəhmətkeşlik, məqsədyönlük
hollandiyalıların
qanındadırmı?
“Ola bilər. Niderlandın əhalisi çox sıx
olduğu üçün novator olmaq və tutarlı
ideyalar irəli sürmək tələb olunur. “OMA”
şirkəti ona görə müvəffəqiyyət qazanır ki,
biz müştərilərimizi dinləyə bilirik, onların
istək və arzularına diqqətlə yanaşırıq. Bizi
fərqləndirən əsas amil isə bizim düzgün
yerli həll variantları axtarmağımızdır. Nyu-
York üçün layihələşdirdiyiniz binanın əkiz
tayını Kuala Lumpurda tikə bilməzsən. Belə
ki, həmin bina yerli şərait, mədəniyyət və
qaydalara uyğun olmalıdır. Hollandiyalılar
şəraitə tez uyğunlaşırlar, onlar beynəlxalq
səviyyədə işləməyə öyrəşiblər və digər
mədəniyyətləri yaxşı qavraya bilirlər”.
Deməli ona görə də baş ofis
Rotterdamdadır?
“Biz əsas ofisi Rotterdamda ona görə
saxlayırıq ki, bizim əslimiz də burdandır.
Eyni zamanda, Nyu-York, Pekin və
Honq-Konqda da ofislərimiz var. Həm
də Niderland biznes üçün sərfəli yerdir.
Hollandiyalılar sahibkarlığa meyillidirlər,
burada infrastruktur yaxşı inkişaf edib və
biz hökumətdən dəstək alırıq. Beynəlxalq
layihələrimizin hər hansı biri ilə bağlı
problem yaranarsa, biz həmişə həmin
ölkədə yerləşən Hollandiya səfirliyinə
güvənə bilərik. Onlar da öz növbəsində
bizə yeni ideyalarla yardım edir və bizi yeni
müştərilərlə görüşdürürlər”.
“Səciyyəvi Hollandiya”
memarlığı kimi bir məfhum
varmı?
“Xeyr, yoxdur. Lakin Hollandiya memarları
bütün dünyada məşhurdurlar. Bu da
qismən Rem Koolhaasın adı ilə bağlıdır.
Uğurlu holland memarlarının əksəriyyəti
“OMA” üçün çalışmışlar. Hollandiya
memarları əla təlim keçmiş tənqidi və açıq
fikirli mütəxəssisdirlər və həmişə nadir həll
variantlarını axtarırlar. “OMA” Niderland və
başqa ölkələrdən istedadlı memarları bir
ollandiyalılar
beynəlxalq
səviyyədə işləməyə
alışıblar
H
Intro te lang
48 tekens
6 woorden