26
27
Niderland və demokratiya: fərdi
seçim azadlığı
Niderland parlamentli demokratiyadır. Hər dörd
ildən bir hollandlar insanların adından hökumətin
fəaliyyətinə nəzarət edən yeni parlamenti seçir. Rəsmi
olaraq hökumət dövlət başçısı və nazirlərdən təşkil
edilmişdir, lakin əslində kral, əsasən, nümayəndə
rolunu oynayır. Mülki azadlıqlar və qanunun hökmü
konstitusiyada tam təsbit edilmişdir. Hollandlar fərdi
azadlığa, üstünlüyə və seçimə xeyli üstünlük verirlər,
ona görə də homoseksualların evlənməsinə, aborta
və eftanaziyaya qarşı burada az etiraz eşitmək olar.
Hollandların əksəriyyəti bunları rəsmi problem kimi
deyil, fərdi seçim kimi qəbul edir.
Əsrlərlə davam edən
qanun
Hər dövlətin öz qanunvericilik sistemi var. Bu
sistemlərin əksəriyyəti elə oxşardır ki, onlar
hüquqi ənənənin bir hissəsi kimi götürülür.
Avropada iki qanunvericilik ənənəsi var:
mülki qanunvericilik və ümumi qanunvericilik.
Niderland qanunvericilik sistemi mülki
qanunvericilik prinsipinə əsaslanan ölkələrdən
biridir. Avropanın materik hissəsində ölkələrin
çoxu bu sistemdən istifadə edir, yəni qanun
məcəllələrdə təsbit edilmişdir və peşəkar
hakimlər bu qanunlar əsasında qərar qəbul
edirlər. Digər, ümumi qanunvericiliyə əsaslanan
sistem 14-cü əsrdə İngiltərədə yaranmış və
əsasən Britaniya İmperiyası vasitəsilə dünyanın
hər yerinə yayılmışdır. Ümumi qanunvericilik
ənənəsinə malik olan ölkələrdə yazılı məcəllələr
yoxdur. Qanun orada qanunvericilər tərəfindən
deyil, məhkəmə təcrübəsi və ya presedent
əsasında yaradılır.
Somali dəniz quldurlarını
dayandırmaq üçün ciddi tədbirlər
Atlanta Əməliyyatı Aden Körfəzində və Hind Okeanında dəniz
quldurluğuna qarşı aparılan kampaniyanın şifrəli adıdır. O,
gəmiləri, xüsusilə də Dünya Ərzaq Proqramı (WFP) çərçivəsində
hərəkət edən təchizat gəmilərini Somali sahillərindəki dəniz
quldurlarından qorumaq üçün nəzərdə tutulub. Ərazinin
ölçüsünü və hər il Aden körfəzindən 20.000 - 30.000 gəminin
keçdiyini nəzərə alsaq, bu heç də asan məsələ deyil. Dəniz
quldurları sahildən 750 kilometr məsafəyə qədər ərazidə
fəaliyyətdədir. 2010-cu ilin aprel ayında Johan de Witt HNLMS
(əlahəzrət Niderland kralının gəmisi) Atlanta Əməliyyatında
iştirak etmək üçün Somali sularına üz tutdu. Johan de Witt
dəniz quldurlarına qarşı göndərilmiş altıncı Holland gəmisidir.
Tutularaq gəminin göyərtəsinə gətirilmiş quldurlar Hollandiya
Dövlət Prokurorluğunun cavabdehliyi altına düşür.
iderlandda beynəlxalq
məhkəmə və tribunallardan
və Avropa təşkilatlarından
tutmuş KSQT-a (Kimyəvi
silahların qadağan edilməsi
üzrə təşkilat) kimi 30-a qədər beynəlxalq
təşkilat yerləşir. Onların birlikdə 8000
əməkdaşı vardır və bu əməkdaşlar demək
olar ki, 6.000 ailə üzvü ilə müşayiət olunur.
Onlardan bir neçəsini sizin diqqətinizə
çatdırırıq.
| Beynəlxalq sülh və təhlükəsizlik
N
Maastricht sazişi 1991-ci ilin
dekabr ayında Niderland Avropa Birliyinə sədrlik
edərkən imzalanmışdır. Bu AB sazişi siyasi və valyuta
birliyinin əsasını qoydu. Sözügedən saziş 1993-cü
ildə qüvvəyə minmişdir.
Paris Müqaviləsi Qərbi
Almaniya, Fransa, Belçika, Lüksemburq və
İtaliya tərəfindən 18 aprel 1951-ci il tarixində
Niderlandda imzalanıb. Bu müqavilə Avropa
Kömür və Polad Cəmiyyətinin başlanğıcını qoydu
və bu cəmiyyət sonradan AB-nə çevrildi.
1991
1951
İran-ABŞ iddiaları üzrə tribunal
İranda yerləşən Amerika
əmlakının milliləşdirilməsi ilə
bağlı iddiaları həll edir və
Amerika Birləşmiş Ştatları girov
saxlananların buraxılması
əvəzində dondurulmuş İran
vəsaitlərini azad etdikdən
sonra yaradılıb.
ESA Avropa Kosmos
Agentliyinin
bir neçə Avropa
ölkələrində sahələri var.
Onlardan ən böyüyü, təşkilatı
texnoloji qovşağı olan Kosmik
Tədqiqatlar və Texnologiyalar
üzrə Avropa Mərkəzi (KTTAM)
Noordwijk şəhərində
yerləşmişdir.
Haaqa Beynəlxalq Cinayət
Məhkəməsi
hərbi cinayətlərdə
və insaniyyətə qarşı
cinayətlərdə təqsirləndirilən
şəxsləri mühakimə etmək
məqsədini güdür.
Avropol
beynəlxalq
cinayətkarlıqla mübarizə
məqsədi ilə cinayət kəşfiyyat
məlumatlarını toplayır və təhlil
edir. Haaqada yerləşən baş
ofisdə Avropa Birliyindən və
Avstraliya, Kanada, ABŞ və
Norveç kimi digər tərəfdaş
ölkələrdən olan həmkarları ilə
yaxından əməkdaşlıq edən 620
işçi çalışır.
Keçmiş Yuqoslaviya üçün
Beynəlxalq Cinayət Məhkəməsi
Birləşmiş Millətlər Təşkilatı
tərəfindən Balkanlarda aparılan
müharibə zamanı təşkil
edilmişdi. Onun məqsədi
müharibə zamanı hərbi cinayət
törətməkdə təqsirləndirilən
şəxslərin işinə baxmaq və lazım
gələrsə, onlara cəza tətbiq
etməkdir.
Photo: Peter van Bastelaar/AVDD
|