| İnsanlar və cəmiyyət
|
| Su, texnologiya və innovasiya
28
29
Sabahın ölkəsi
Niderlandda dünyanın ən böyük radioteleskopu var
İnkişaf.
Hollandlar novatordur. Torpaq
çatışmır? Onda öz torpağımızı hazırlayarıq! Ölkənin
40%-dən çoxu orta əsrlərdən bəri torpaqların
mənimsənilməsi və polderlərin (qurudulmuş dəniz
sahəsi) yaradılması kimi fərasətli (o dövr üçün)
fikrin sayəsində yaradılmışdır. Qaranlıq küçələr?
Qızıl Dövrün tacirləri yağ lampalarından istifadə
edərək küçələri işıqlandırmaq üsulunu fikirləşmiş
Jan van der Heyden sayəsində evə tez getməyə
məcbur olmurdular. Bununla belə, bu, həmişə
yaxşı xəbər olmurdu, çünki yağ lampalarının
vaxtaşırı olaraq yanğın yaratmaq xassəsi var
idi. Bəlkə elə buna görə də Van der Heyden
yanğınsöndürmə şlanqlarını kəşf etdi? Bir neçə
ildən sonra Christiaan Huygens kəfgirli saatı kəşf
etdi və bunu səbəbi vaxtı izləmək deyil, onun
həddindən artıq dəqiq vaxt ölçüsü tələb edən
astronomiyaya olan sevgisi idi (Huygens Titan və
Saturn həlqələrini kəşf etmişdir).
Yerin “gözləri”.
LOFAR (Aşağı tezlikli
sıra) Hollandiyanın astronomiyada bu yaxınlarda
əldə etdiyi yenilikdir. Bəşəriyyətin yaranmasını
görmək cəhdi ilə Drenthe əyalətinin Exloo
şəhərinin 50 kilometrlik radiusunda minlərlə
sensor həddindən artıq həssas radioteleskop
yaradır. Avropanın digər səkkiz stansiyasına
bərkidilmiş bu radioteleskop başa çatdıqda, hazırkı
teleskoplardan yüz dəfələrlə həssas olan dünyanın
ən böyük teleskopunun bir hissəsi olacaq. Bunu
bilsəydilər, 400 il bundan əvvəl Sacharias Jansen
və Hans Lippershey bəlkə də öz teleskoplarını
patentləşdirmək üçün mübahisə etməzdilər. Belə
ki, LOFAR ilə müqayisədə onların teleskopu opera
eynəyindən də zəif idi...
Minlərlə sensorlar.
Bütün bu
sensorlar başqa sahələrin də istifadə edə biləcəyi
geniş optik lifli şəbəkəyə qoşulmuşdur. Məsələn,
kənd təsərrüfatı alimləri dəqiq əkinçilik üzrə
tədqiqat apara, simsiz sensorlardan istifadə
etməklə istehsal proseslərini optimallaşdıra
bilərlər. Geofiziklər seysmik sensorlardan istifadə
edərək şimali Niderlandın geoloji xəritəsini
hazırlayırlar. O, qaz hasilatı və çökmə ilə bağlı
maraqlı məlumatlar verir. Suyun idarə edilməsi
ilə də bağlı, bu, həmişəki kimi hələ də vacib olan
məsələ ilə biz orta əsrlərdən bəri məşğul oluruq.
Bu, ölkənin yarıdan çoxunun dəniz səviyyəsindən
aşağıda olmasının nəticəsidir.
Source: Astron stichting Lofar
|
31
|
1953-cü il 31 yanvar gecəsi.
Tufan şiddətlənir, qabarma
da yüksəkdir, amma bu, yeni
bir şey deyil. Lakin, həmin
gecə tufan qasırğa gücünə
çatdı. Cəmi bir neçə saat
içində fəlakət baş verdi.
Dəniz suyu dəniz dambaları
üstündən aşdı. Polderləri su
basdı, su dambaların növbəti
sırasına çatdı və onlar dağıldı.
Zeeland, Brabant və Cənubi
Hollandiyanın digər böyük
ərazilərini su basdı və 1.800
nəfər boğulub öldü.
Yarım əsr sonra da bu prinsip
kifayət qədər sadə görünür:
su NAP səviyyəsindən, yaxud
Amsterdam orta dəniz
səviyyəsindən üç metr yuxarıya
qalxan kimi şlüz qapıları
örtülür və daşqın suları Şərqi
Schledtdə daxil ola bilmir.
Mühafizə səddini tufan
şiddətindən altmış beş nəhəng
beton dayaq saxlayır. Onlar da
öz növbəsində xüsusi olaraq
bu məqsədlə dəniz dibində
qoyulmuş plitələrin üstündə
dayanır. Daşqın qapılarını idarə
edən hidravlik silindrlər də
texnologiya möcüzəsidir. Onlar
yalnız qapıları qaldırmır, həm
də lazım gələrsə, onları aşağı
sala bilər.
Şərqi Scheldt tufan şiddətindən
mühafizə səddinin üstündəki
cığırdan suyun açıq qapılardan
sürətlə axmasını eşidə
bilərsiniz. Burada suyun
rəhmsiz gücünü görmək,
eşitmək və hiss etmək
olar. Lakin sədd möhkəm
dayanmışdır, bu novator
mühəndislik nailiyyəti həm
Zeelandı, həm də ətraf mühiti
müdafiə edir.
1853-
cü
ilin
daşqinlari
Dənizi ram etmək
Photo: Marijke Volkers
31
|
30
Dambadan daşqın səddinə
qədər
Şərqi Scheldtdə tufan şiddətindən
mühafizə səddi, şübhəsiz ki, Delta
Layihəsinin ən təsiredici hissəsidir.
Əslində çayın enli mənsəbi normal
damba ilə bağlanmışdı, lakin heç zaman
başa çatdırılmamışdı. Onu tamamilə
kəsib götürmək təbii mühiti zədələyərdi.
Tədricən “Şərqi Scheldt” tufandan mühafizə
səddi “Neeltje Jans” süni adasında tikildi.
Sədd başa çatdırıldıqdan sonra ada Neeltje
Jans adlı təhsil-əyləncə parkına çevrildi.
Burada 66-cı dirəyi (heç zaman istifadə
edilməmişdir), o cümlədən ‘Qabarmaları
idarə etmə: ay, külək və biz’ sözləri həkk
edilmiş xatirə daşını hələ də görmək olar.
Ən böyük təhlükə: böyük
çaylar
Bununla belə, əsrlər boyu Hollandiya üçün
yalnız dəniz təhlükə törətmirdi. Ölkədən
axan üç iri çay - Reyn, Maas və Vaal da
xeyli təhlükələr yaratmışdır. Əldə etdiyimiz
təcrübə ilə biz suyun idarə edilməsi
sahəsində şübhəsiz dünya birincisinə
çevrilmişik. Daşqınlar tez-tez baş verirdi,
lakin son dəfə çay dambası 1926-cı ildə
dağılmışdır. 1995-ci ildə vəziyyət bir
qədər gərginləşdi və 250,000 nəfər təxliyə
edildi, lakin dambalar dözdü. Ondan
sonra ciddi tədbirlər görüldü. Təbiətə öz
işini görməyə imkan verildi, çaylar üçün
də yer əlavə edildi. Eyni zamanda bir sıra
novator tədbirlər tətbiq edildi. Məsələn,
suyun səviyyəsi çox yuxarı qalxdıqda
drenajı artıran və səviyyə aşağı olduqda
çayı gəmiçilik üçün yararlı edən qeyr-adi
dalğaqıranı göstərmək olar.
Örnək üçün dərslik vəsaiti
Hollandiya suyun idarə edilməsi üzrə
dünyanın qalan ölkələri üçün əsas ilham
mənbəyi və örnək olmaq üçün bir dərslik
vəsaitidir. Birləşmiş Ştatlarda yerləşən
bir Holland şirkəti Yeni Orleanda 2005-
ci ildə Katrina Qasırğasının yaratdığı
daşqının təkrar olunmasının qarşısını alma
yollarını axtarır. Hollandlar Amerikalılara
və dünyanın qalan ölkələrinin xalqlarına
ayaqlarını quru saxlamağa məmnuniyyətlə
kömək edərlər.
“Dünyanın yeddi müasir möcüzəsindən biri”, Amerika
Tikinti Mühəndisləri Cəmiyyəti Niderlandı böyük qabarma
dalğalarından qoruyan sahilyanı mühafizə sistemini
təsvir edən Delta Layihəsini belə adlandırır. Biz bir qədər
daha təvazökarıq, lakin mühəndisliyin belə möhtəşəm
nailiyyətindən heç də az qürur duymuruq.
Mühəndisliyin unikal
nailiyyətləri
“Dənizdə qabarmaları idarə
etmə: ay, külək və biz’
| Su, texnologiya və innovasiya
İndi Niderlandı mühafizə edən sahilyanı
mühafizə sisteminin tikintisi 57 illik
ağır zəhmətin bəhrəsidir. İşlər 1953-cü
ildə fəlakətli daşqından sonra başladı
(çərçivəyə baxın). Üç həftə sonra Delta
Komissiyası təşkil edildi. Onun üzvləri
arasında ölkənin cənub qərbindəki
dambaların alçaq olmasından narahat olan,
daşqından əvvəl Delta Layihəsi planlarını
hazırlamış Johan van Veen də var idi.
ederlands
watermanagement
is een belangrijke
inspiratiebron voor de
rest van de wereld’
‘N
nog vertalen