Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

28 


Hamiləlik  dövrünün  xeyli  hissəsini  xəstəxanada  keçirən  Fidanın  da  ərinin 

üzünü  görməyə  gözü  yox  idi.  Uşağın  dünyaya  gəlişi  belə  aralarındakı 

soyuqluğa son qoymadı.  

Əfqan ortada yaranmış bu süni soyuqluqdan sui-istifadə edib subay oğlanlar 

kimi gəzib dolanır, günlərlə evə gəlmirdi. Elə bil onun üçün ailəli olmağının elə 

də  əhəmiyyəti  yox  idi.  Fidan  gələcəyindən,  taleyindən  bərk  nigarançılıq 

keçirirdi: “İlahi, rəhm et, mənim ailə həyatım səhvlər üzərində qurulub, bu səhv 

addımlar,  qərarlar  nə  vaxta  kimi  davam  edəcək?  Bəlkə  bu  uşağı  dünyaya 

gətirməklə daha bir səhvə imza atdım?”.  

Cavabsız  sualların  məngənəsində  sıxıldıqca  özünə  də,  həyatına  da  ona  bu 

həyatı bəxş edənlərə də nifrət edirdi.  

Bir dəfə Natəvan hirsli-hirsli zəng edib, Əfqanı hansı restorandasa cavan bir 

xanımla göründüyünü bildirdi: “Bu dünyada nə ideal sevgi var, nə ailə, Fidacan, 

belə şeyləri özünə dərd eləmə, vaxtın olsa, məni ara, gəl görüşüb dərdləşək...”.  

Fidanı yenə fikir-xəyal əsir-yesir eləmişdi, bir kimsəylə dərdləşmək fikri yox 

idi.  Valideynlərinin  onun  bu  məhbəs  həyatından  xəbər  tutub,  narahat 

olacaqlarından qorxurdu. Hər şeyi amansız taleyin ixtiyarına buraxmışdı, dönük 

bəxt isə xoş gələcək vəd verməkdən deyəsən, qaçırdı.  

Bir  payız  günü  Əfqan  yenə  adəti  üzrə  səfərdə  idi.  Fidan  oğlunu  yatızdırıb 

televizora  baxırdı,  ailədə,  ərlə  arvad  arasında  baş  verən  narazılıqlardan  bəhs 

edən  veriliş  gedirdi.    Gənc  bir  qadın  narkotikə  batağlığına  yuvarlanan,  əri 

tərəfindən  aldadıldığını,  iki  körpə  uşaqla  kirayədə  yaşadığını  ürək  yanğısıyla 

söyləyir,  zarın-zarın  ağlayırdı.  Bir  ağbirçək  ana  övladlarından  giley-güzar 

edirdi,  xəyanətdən,  dönüklükdən  danışdıqca  canlı  efirdə  emosiyalar  qızışırdı. 

Sarışın  aparıcı  qız  da  dərdlərinə  əlac  axtaranlara  tez-tez  “dərdini  bizə  danış, 

çünki  sən  tək  deyilsən”    deyə  həyəcanla  təsəlli  verirdi:  “Böyük  hind  yazıçısı 

Taqorun  təbirincə  desək,  Dünya  həyatı  bütün  insanların  itirdikləri  məhəbbətin 

hesabına zənginləşir... Qoy gölü görməyə gözləri olanlar tikanı da görsünlər...”.  




 

29 


Bu  zaman  Fidana  elə  gəldi  ki,  aparıcı  qız  onu  və  ekran  qarşısında  oturan 

onun  kimiləri  nəzərdə  tutur.  Deyirlər  dünyada  dərdsiz  insan  yoxdur,  görəsən, 

doğrudanmı, belədir?  

Görünür,  hər  kəs  həyatda  bir  dəfə  ağılsızlıq  edir,  sonra  ömür  boyu  ya 

ağılsızcasına  atdığı  addımın  bəlasını  çəkir,  ya  da  bütün  həyatını  səhvini 

düzəltməyə  -  doğru  yol  axtarmağa  sərf  edir.  Həyat  yollarında  büdrəmək  hələ 

yıxılmaq deyil, amma hər yıxılanın ayağa qalxma ehtimalı da olmur.  

Telefon zənginə düşüncələrdən ayrıldı. Dəstəyi qaldırıb: 

- Bəli, - dedi, - eşidirəm. 

Telefonun o başındakı səs xırıldadı: 

-  Salam,  Fidan  xanım,  necəsiniz?  Yəqin  Siz  də  mənim  kimi  “Sən  tək 

deyilsən”ə  baxırsınız?  Baxırsınız,  öz  uğursuz  taleyiniz  barədə  düşünürsünüz! 

Elə mən də sizi düşünürəm, demək istəyirəm ki, siz tək deyilsiniz, Fidan xanım! 

Axı siz həqiqətən o adamın ucbatından çəkdiyiniz iztirablara layiq deyilsiniz.  

- Yaxşı, deyin görüm, axı siz kimsiniz dərdimə şərik çıxırsınız, adımı hardan 

bilirsiniz?  

- Sizi sevən bir kəs... 

- Ailəvi olduğumu bilə-bilə bu nə sözdü işlədirsiniz, qorxmursunuz? Heç, nə 

qədər  böyük  qəbahət  işlətdiyinizi  bilirsiniz?  Xahiş  edirəm,  bir  daha  bura  zəng 

etməyin! 

- Mən sizdən heç nə istəmirəm, xahiş edirəm, bir az məni dinləyin!  

- Axı siz kimsiniz, niyə sizi dinləməliyəm?  

- Adım Röyaldı.  

Fidan  bir  andaca  Röyal  adında  kimisə  tanıyıb-tanımadığını  xatırlamağa 

çalışdı: “Röyal kimdir, mənim belə bir tanış-bilişim yoxdu, axı?”.  

-  Tanımırsınız  məni,  məhəllədəki  tay-tuşlarım  məni  sadəcə,  Qarabala 

çağırırlar... Uzaqdan görüb-tanımadığım bir qadının, yaxından tanıyıb-bildiyim 

bir  fırıldaqçıyla  yaşaması  sadəcə  əzab  verirdi  mənə.  Sonra  o  gözəl  qadına  elə 

uzaqdan-uzağa  dəlicəsinə  vuruldum,  onu  düşdüyü  tordan  xilas  etməyi  qərara 



 

30 


aldım.  O  qadın  sizsiniz!  Evliykən  tənha  qadının  taleyini  yaşamaqdan 

bezmədinizmi, Fidan xanım? Mən sizinlə görüşüb söhbət etmək istəyirəm. 

-  Ay  oğlan,  deyəsən,  ünvanı  səhv  salmısınız,  burda  nə  sevdiyiniz  qadın  var, 

nə də görüşüb ürəyinizi boşaltmaq istədiyiniz başqa bir kəs...  

Sözünü  qurtaran  kimi  dəstəyi  yerinə  qoydu.  Dərhal  da  qəlbini  təəssüf  hissi 

bürüdü:  “Qarabala?  Onu  tay-tuşları  niyə  belə  çağırırlar?  Bəlkə  əsmərbənizli 

olduğuna görə?! Bütün bunlar adicə təsadüf ola bilər, yalnız təəssürat da. Bəs, o 

bu  evin  telefon  nömrəsini,  mənim  adımı,  sevmədiyim  adamla  yaşamağımı 

hardan  bilir?  “Tanıyıb-bildiyim  fırıldaqçı”  deyəndə  Əfqanımı  nəzərdə  tutur? 

Necə də fikrini düzgün ifadə elədi” “Evliykən tənha qadın taleyini yaşamaqdan 

bezmədinizmi,  Fidan  xanım...”.  Görəsən,  mənimlə  görüşüb  nə  barədə  söhbət 

etmək istəyirdi?..” 

Bir  azdan  yenə  telefon  zəng  çaldı.  Fidan  tərəddüdlə  uşaq  mürgüləyən  otaq 

tərəfə baxıb dəstəyi ehtiyatla götürdü.  

Bayaqkı xırıltılı səs bu dəfə bulanıq su kimi birdən-birə durulmuşdu.  

- Fidan xanım, sizi and verirəm o tək Allaha, dəstəyi tez asmayın, məni axıra 

qədər  dinləyin,  bilirəm,  bu  zəngi  etmək  üçün  çox  gecikmişəm,  çox!  Xahiş 

edirəm,  azca  səbrinizi  basın,  məni  dinləyin,  bir  halda  ki,  görüşməyə  razı 

deyilsiniz,  onda  sizə  söyləyəcəklərimi  telefonla  da  söyləyərəm,  amma  düzü, 

hardan,  nədən  başlayacağımı  heç  özüm  də  bilmirəm...  Mən...  mən  sizin 

qəmxarınızam,  həmdəminiz  olub,  dərdinizə  şərik  olmağa  çalışan  dünyanın 

bəlkə də ən bədbəxt bəndəsiyəm. Bəlkə xəyallarınızda surətini canlandırdığınız, 

arayıb-axtardığınız,  amma  həyatda  qarşınıza  çıxıb,  sizə  məhəbbətini  açıb-

söyləməyə cəsarəti çatmayan bəxtsiz cavanam.  

Fidan bu an nə deyəcəyini bilmədi. “Sən... Sən...” – deyib duruxdu.  

-  Hə,  mən,  mən  sizin  xilaskarınız  olmağa  cürəti  çatmayan  qorxağın,  acizin 

biriyəm.  Mən  sizi  sevirəm,  bir  gün  lap  uzaqdan-uzağa  görməyəndə  dünyam 

qaralır,  həyatım  alt-üst  olur.  Mən  xəstəyəm,  Fidan,  bəlkə  sabah  həyatda 

olmayacağam,  mənimlə  danışmağa  razı  olmağınız,  ağrılı  qəlbimin  səsini 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə