Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   2   3   4   5   6   7   8   9   ...   27

 

16 


Fidan  səsinin  ahəngini  qaldıra  bilmirdi,  çünki  yan  otaqda  atası  həmişəki  adəti 

üzrə  televizorun  qarşısında  oturub  kriminal  xəbərləri  dinləyirdi:  kimsə  öz  doğma 

qızının  bədəninə  on  yeddi  bıçaq  zərbəsi  vurub  öldürmüşdü,  başqa  birisi  narkotik 

maddə  satarkən  yaxalanmışdı,  yetmiş  yaşlı  bir  kişi  isə  ov  tüfəngiylə  intihar  edib 

özünü  öldürmüşdü.  Aparıcı  anonslardan  sonra  kriminal  olayların  ətraflı  şərhinə 

başladı.  

Fidan başını buladı: 

-  Ay  ana,  sən  nə  danışırsan,  sizin  zəmanədə  adamların  bir-birinə  etibarı  vardı, 

indi  tamam  fərqli  zamandı,  yalançılar,  riyakarlar  o  qədər  artıb  ki...  bəlkə  xarici 

görünüşü atamın xoşuna gələn o adam daxilən şikəst, bəlkə də nadürüstün biridir, 

atamın qılığına girməyi bacarıb? 

Güləfşan xanım səsini lap yavaşıtdı: 

- Allah eləməsin qızım, gül kimi oğlandı, atan adam sərrafdı, belə məsləhət bilir, 

o ailənin başçısıdır, nə desə odur. Biz onun əksinə gedə bilmərik, - oğlan zəng edib 

valideynlərinə bildirib, tezliklə xaricdən gəlib, sənə elçi düşəcəklər.  

- Könlün istəməyən adama ərə gedincə ata evində qız qarımaq məsləhətdir...  

- Ağlını başına yığ qızım, indiki zəmanədə hər qızın qapısını elçi döymür.  Atan 

o  adama  kişi  sözü  verib,  özün  də  yaxşı  bilirsən,  onu  dediyi  sözdən  daşındırmaq 

asan  deyil,  ən  çətin  anımızda,  bu  evi  satmağa  razı  olmadı,  qeyrəti  götürmədi, 

halbuki satsaydı, biz də başqaları kimi şəhər kənarında ev alıb, pulun artığına sizi 

bəy  balası  kimi  dolandırardıq.  Amma  bir  kəlmə  kişiyanə  söz  dedi,  üstündə  də 

durdu:  “Bu  ev  mənə  atamdan  qalıb,  məndən  də  övladlarıma  qalacaq...”Ağladım, 

yalvarıb-yaxardım, ay kişi, göz qalıb bu evin dalınca, o vaxt şura hökuməti mülkün 

sahibindən  halallıq-xoşluq  almayıb,  bədbəxt  tərki-vətən  olub,  yad  ölkələrə  düşüb, 

ona  görə  də  o  boyda  hökumət  də  dağıldı,  burda  yaşayanların  da  hərəsi  bir  tərəfə 

köçüb  getdi,  bu  yerin  xeyrini  heç  kim  axıracan  görmədi.  Di  gəl,  “iki  ayağını  bir 

başmağa dirədi”, atanı yola gətirə bilmədim ki, bilmədim. 

Fidan bayaqdan söykənib, çinar ağacına baxa-baxa dərin xəyala dalmışdı. Daha 

anasının  danışdıqlarının  fərqində  deyildi;  nə  vaxtsa  gördüyü  qəribə  yuxunu 

dumanlı  şəkildə  xatırladı,  o  yuxuda  ağ  gəlinlik  paltarını  köksünə  sıxan  qaraqaş, 




 

17 


qaragöz bir qız ağlayırdı. Onun qolundan tutub zor-xoş  faytona  mindirirdilər. Qız 

nəmli  kirpiklərini  ağır-ağır  qaldırıb  həsrətlə  atasının  cehiz  verdiyi  yaraşıqlı 

malikanəyə  baxırdı.  Onun  ailəsi  bu  məmləkətdən,  bu  şəhərdən  baş  götürüb 

getməyə  məhkum  idi.  Qızsa  köksündən  qopan  yanıqlı  səslə  taleyini  pıçıldayırdı: 

“İlahi,  kaş  mənim  bu  şəhərdə  rahat  yaşaya  biləcəyim  hisli-paslı  kasıb  bircə 

daxmam olaydı”. Görkəmindən, çöhrəsindən öz aqibətini heç bir qıza arzulamayan 

bir  ifadə  vardı.  Hamının  bəxtəvər  sandığı  o  milyonçu  qızı  sanki  illərin  o  üzündən 

indi də hərarətlə Fidana boylanırdı. O qəmli baxışlarıyla Fidana sanki nəsə demək 

istəyirdi.  

Qız gah Natəvana oxşayırdı, gah da elə Fidanın özünə. Eynən Natəvanın səsiylə 

tez-tez danışır, bir ucdan uydururdu: “Yaxşı fikirləş, unutma ki, sən milyonçu qızı 

deyilsən,  oğlanlar  dərdindən  dəli-divanə  olsunlar,  naşükürlük  eləmə,  Fidan, 

qismətinə çıxan oğlandan üz döndərmə!”. Yox, yox deyəsən, bu, həmin qız deyildi. 

Əslində onların heç birinin oxşar cəhətləri yox idi.  

Fidan  həyatında  baş  verəcək  arzuolunmaz,  mənasız  “toy-nişan”  əhvalatından 

savayı  heç  nə  barədə  düşünə  bilmirdi.  Ciddi  ailə  qayda-qanunlarına  kor-koranə 

tabeçilik  onu  bezib-usandırsa  da  ayrı  çıxış  yolu  tapa  bilməməsi  bir  o  qədər 

əzabverici  idi.  Sanki  qaranlıq,  dar  bir  dalana  sıxışmışdı,  hara  gedəcəyini 

müəyyənləşdirməmişdi.  Həyatının,  taleyinin  bu  həlledici  anında  qərar  vermək 

iqtidarında olmaması qəlbində inanılmaz işgəncəyə çevrilmişdi.  

Elə  bil  havası  çatmırdı.  Tez-tez  eyvana  çıxıb  dənizə  sarı  boylanır,  ümman 

dərdinə ümmanlardan əlac umurdu. Günəşin rəngbərəng şüaları altında bərq vuran 

sular  Fidanın  dərdindən  xəbərsiz-ətərsiz  sayrışırdı.  Əslində  qanı  qaralan  adamın 

dənizi  seyr  etmək,  sahilyanı  bulvarda  gəzib-dolaşmaq  əhvalını  duruldurdu. 

Fidanınsa lil,-- ovqatı durulmur, qəlbində atasını qınayır, - axı niyə bu addımı atdı, 

- düşünürdü.  

Məgər  atam-anam  bilmirlər  ki,  ehtiyac  üzündən  qızlarını  ağına-bozuna 

baxmadan ərə verən valideynlərin sonrakı peşmançılıqları daha ağır olur?! Atasına 

tərəddüd  içində  haqq  qazandırdı,  vaxtında  mənzillərini  satsaydı,  bəlkə  onu  belə 

tələm-tələsik,  tanımadığı  adama  ərə  verməyə  razı  olmazdı.  Amma  daha  gec  idi, 




 

18 


ehtiyac  boğaza  çökmüş,  iş-işdən  keçmişdi.  Atasının  verdiyi  sözdən  dönməzliyini 

dərk  edirdi.  Köhnə  kişilərdə  verilən  söz  qanun  qədər  güclü,  “Quran”  ayəsi  qədər 

müqəddəs olur. Həyat Fidan üçün gözlənilməz, qəribə sürprizlər hazırlayırdı. Təki 

Allah axırın xeyirə calasın.  

-  İnsan  yaşa  dolduqca  daha  çox  keçmişiylə  yaşayır,  nəinki  gələcəyilə  -  anası 

qızının  ürəyindən  keçənləri  dalğın  baxışlarından,  əzgin-yorğun  duruşundan 

oxumuşdu...  

“Desənə mən öz gələcəyimi atamın keçmişinə qurban verməliyəm”. Anası kimi 

Fidan da yaxşı başa düşürdü, atası ilə mübahisə etməyin heç bir faydası və mənası 

yoxdu...  

- Ana, o oğlanı atam hardan tanıyır? 

-  Atanın  daimi  müştərisidir,  deyir  həmişə  təzə  ayaqqabılarının  dabanını 

düzəltdirmək  üçün  yanıma  gələndə  ordan-burdan  söhbət  edərdik.  Necə  olubsa, 

ortaya  söz  düşüb,  məsələ  açılıb,  kişinin  qılığına  girib,  etibarını  qazanıb.  Atan  da 

köhnə  kişidir  bala,  uşaq  deyil,  yaxşını  yamandan  ayırmaqda  pərgardır.  Ata-anası 

xaricdə  yaşadığından  tifil  mehrini  atana  salıb,  hətta  ona  “atam”  deyə  müraciət 

edib...  Bu  xaric  söhbəti  də  çox  yerinə  düşdü,  kimdən  əskiksən,  Natəvan  kimi  sən 

də bal ayını başqa ölkədə keçirərsən. Lap kinolarda olduğu kimi...  

Fidan dodaqaltı acı-acı mızıldandı: 

- Zəhər qədər acı dadan bal ayını... 

- Ananın hər sözünə istehza etmək sənə yaraşmır, qızım. Belə məyus olmaq sənə 

yaraşmır. Bəlkə hər şey düşündüyümüzdən qat-qat yaxşıdır.  

Yeniyetmə  çağlarından  tez-tez  eşitdiyi  “Fidan  çox  ağıllı  qızdır,  tərbiyəlidir, 

qanacaqlıdır”  kəlmələri  valideynlərlə  pərdəni  aradan  götürməməyə  vadar  etmişdi. 

Ona  görə  döyüşdə  məğlub  olacağını  qabaqcadan  bilən  əsgər  kimi  ağ  bayraq 

qaldırmağa məcbur idi: 

-  Nə  deyirəm,  təki  siz  məyus  olmayın,  ana,  təki  kürəkən  seçimində 

yanılmayasınız.  

-İnşallah, yanılmarıq.  



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə