Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   2   3   4   5   6   7   8   9   ...   27

 

10 


həyatda  rast  gələcəyinə  inanır,  şirin  xəyallar  aləmiylə  yaşayırdı...  Axı,  elə  bir 

oğlan hardasa var, sadəcə tanışmaq, ürcah olmaq, rast gəlmək tale məsələsidir. 

Natəvandan  sonra  Fidanın  ürək  sirrini  danışmağa  rəfiqəsi  yox  idi,  kiçik  bacısı 

ilə aralarında  xeyli  yaş  fərqi  vardı, qəlbini  aça bilmirdi.  Anasıyla bir-iki kəlmə 

kəsən  kimi  söhbət  gah  hərlənib-fırlanıb  ingilis  oğlana  ərə  getməyə  hazırlaşan 

Natəvanın  üstünə  çıxır,  gah  da  Fidanın  varlı-karlı  ailəyə  gəlin  getməyinin 

üstünə. Açıq-aşkar ana qızını tezliklə ərə verməyə tələsdirirdi. Ona görə Fidanın 

son vaxtlar anasıyla söhbəti tutmur, mövzusu sanki tükənmişdi. 

Bişirdiyi isti qutabları Aynazla ərinə göndərəndən sonra anası ona yaxınlaşıb:  

-  Ay  qızım,  qadan  alım,  nigarançılığın  nədir?  Xəlvətə  çəkilib  öz-özünə  nə 

danışırsan? – deyə astaca soruşurdu. Fidan anasının bu gözlənilməz gedişindən 

çaşıb  qaldı,  nə  cavab  verəcəyini  bilmədi,  elə  bil  hansısa  bir  xoşagəlməz  iş 

üstündə  yaxalanmışdı.  Gözlərini  sevimli  anasının  baxışlarından  yayındırmağa 

çalışdı.  

-  Heç,  heç  ay  ana,  burda  nə  var,  elə-belə  bağ-bağçaya  baxa-baxa  fikrə 

dalmışam.  

Anası saçlarını sığallaya-sığallaya məni dilə tutdu: 

-  Ağıllı,  qəşən  balam,  bəsdi  göylərdə  gəzib-dolaşdın,  yerə  enməyin,  ətrafa 

baxmağın  vaxtıdı.  Sən  indicə  nəsə  danışırdın,  mən  pıçıltılarını  eşidirdim,  nə 

dərd-sərin varsa, gəl məndən gizlətmə, aç ürəyini anana, bəlkə istədiyin var? 

Fidan xəfifcə gülümsündü: 

- Yox anam, mənim aşiq ola biləcəyim şəxs yoxdu. Özün də yaxşı bilirsən ki, 

küçə iti kimi qızların arxasınca sülənən kəslərdən zəndi-zəhləm gedir. Axı, sən 

özün də deyirsən, sevsəm də, məni elə-belə təsadüfi oğlana ərə vermək fikriniz 

yoxdu. 

-  Ey,  ay  qızım,  qız  yükü,  duz  yükü:  deyiblər,  kaş,  Allah  qarşına  halal  süd 



əmmiş  birini  çıxaraydı,  bizim  də  yükümüz  azalaydı.  Onda  təhsil  haqqını 

ödəmək bizə çətin gəlməzdi. 

Fidan anasını qucaqladı: 



 

11 


-  Darıxma  ana,  vədəsi  var,  çalışıb  sizi  bu  qayğıdan  qurtaracağam,  inşallah. 

Anası  pörtmüş  sifətində  puçurlanan  tər  damcılarını  önlüyünün  ətəyi  ilə  silib 

sözünə ara verdi: 

- Bəlkə Natəvanla o ingilis gədəsinin eşq macərası barədə xəyala qapılmısan? 

Özünü  boş-boş  yoranacan,  rəfiqənlə  barışsan,  məsləhətdi.  “Niyyətin  hara, 

mənzilin  də  ora”  –  deyiblər,  ay  qızım,  sağ  əli  sənin  başına.  Allah  bütün  subay 

qızları  xoşbəxt  eləsin,  Natəvan  da  onların  içində.  Məncə,  o  qız  ailəsini  əzab-

əziyyətdən,  maddi-mənəvi  bataqlıqdan,  kasıbçılıqdan  qurtarmaq  naminə 

fədakarlıq  edir.  Təki  Allah  bu  fədakarlığının  əvəzini  min  qat  artıq  versin,  çox 

zirək qızmış, xoşbəxt olsun! 

-  Ana,  öz  işidi,  mənə  “nə  istisi  soyuğu”,  başlama.  Açma  sandığı,  tökmə 

pambığı. 

-  Başlama,  başlama,  deyirsən,  məgər  özünü  bu  dünyanın  adamı  kimi 

aparırsan, mən nəsə başlayım? Mən istəyirəm sən də yaxşı yerə gedəsən. Yağ-

bal  içində  yaşayasan,  neynim,  necə  edim,  deməyəsən,  heç  nədən  korluğun 

olmaya. 


Natəvan  söhbətin  yaxşı  nəticələnməyəcəyini  bildiyi  üçün  anasının  xətrinə 

dəymədən aradan çırmaq istədi: 

- Yaxşı, yaxşı, mən gedib imtahanlara hazırlaşım... 

- Otur rahatca yeməyini ye, mənim o qədər iş-gücüm var ki... Atanın məxmər 

pencəyini bayaqdan sabunlu islağa qoymuşam, gedim onu yuyum.  

 

 



 

                                * * *   

 

 

...  Günlərin  bir  günüydü,  adəti  üzrə  Fidan  öz  otağına  çəkilmişdi.  Yastığına 



dirsəklənib  yenə şirin  xəyallara dalmışdı. Anası evdə yox  idi, daha doğrusu, aşağı 

mərtəbədə  yaşayan  qonşu  qadınla  həyətə  enmişdi.  Aynaz  da  bayırdaydı,  öz  tay-




 

12 


tuşları  ilə  oynayırdı.  Göldə  həzin  meh  əsir,  sakit  hava  hökm  sürürdü.  Kiçik 

nəfəslikdən  otağa  daxil  olan  bayır  havası  pəncərənin  tül  pərdəsini  asta-asta 

yellədirdi.  Fidan  qəfildən  öz-özünə  səksəndi,  ona  elə  gəldi  ki,  eyvanda  kimsə 

gəzişir,  onun  hərəkətlərinə  göz  qoyur,  durub  balkona  baxdı,  sonra  nəfəsliyi 

bağladı.  

-  Bəlkə  nostalji  duyğulardır,  doğrudan  da  yanılıram,  indi  heç  kəs  xəyalında 

nəzərdə  tutduğu  sevgiylə  həyatda  rastlaşmır,  mənsə  yarpaqlar  titrəşəndə, 

pəncərəmi  xəfif  meh  döyəndə,  elə  bilirəm,  bu  odur,  illərlə  gözlədiyim  şəxsdir, 

oğlanın  nurlu  surəti  böyür-başımda  pərvaz  edir,  yağışın,  küləyin  diliylə  mənə  öz 

məhəbbətini  bəyan  edir  –  deyə  pıçıldadı.  Sonra  dərindən  köks  ötürdü,  qəlbində: 

“Yox, Fidan, yox, belə getsə, sən mütləq xəstəlik tapacaqsan. Bəlkə təcrübəli anam 

haqlıdır, göydən yerə enib ətrafıma baxmalıyam, ya yox, axı həyatda gözlənilməz 

hadisələr nə qədər desən olur.” – düşündü.  

Gözlərini yumub heç nə, heç kim barədə düşünmək istəmirdi. Özünü əbəs yerə 

“bəlkə”lərlə  yorduğunu  yaxşı  başa  düşürdü.  Amma  narahat  qəlbi  ilə  bacara 

bilmirdi.  Ürəyə  hökm  etmək  doğrudan  da  asan  deyilmiş.  Düşüncələr  yenə  onu 

qoynuna alıb uzaqlara çəkib apardı... 

Budur, telefonuna gələn səsli mesaj onu şirin-şəkər xəyallardan ayırdı. Barışmaq 

naminə dəridən-qabıqdan çıxan Natəvanın kövrək səsiydi:  

-  Fida,  sənə  qurban,  incikliyi  bir  yana  burax,  yaxında  toyum  olacaq,  çox 

istəyirəm,  bu  xoşbəxt  anımda  yanımda  olasan,  başımın  üstündən  atdığım  gül 

çələngini sən tutarsan... 

Fidanın  bütün  vücudu  oyandı,  təsəvvüründə  bir  anlıq  rəfiqəsini  ağ  gəlinlik 

paltarında  canlandırdı.  O,  xoşbəxtcəsinə  hamıya  xoş  təbəssüm  göstərir,  Cekin 

verdiyi gül dəstəsini “Vağzalı” sədası altında başının üstündən geri atırdı, bir dəstə 

yeniyetmə qız onu tutmağa çalışsa da, gül dəstəsi axırda Fidanın qucağına düşürdü. 

Bu  hal  həmişə  təkrarlanır,  sevinən  məhz  Fidan  olurdu.  Həyəcandan  yanaqları  od 

tutub  alışan  qız  nə  edəcəyini  bilmirdi.  Bu  dəfə  elə  bil  qucağına  bir  dəstə  köz 

düşmüşdü. Amma bədənini bürüyən təravətli hərarətdən xoşhallanırdı, ətrafdakılar 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə