Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Onda  Fidanın  rəfiqəsinə  bərk  acığı  tutmuş,  ona  təpinmişdi.  Ceksə  türkcə 



“mərhəba”  deyib  ədəb-ərkanla  onların  hər  ikisinə  təşəkkür  edib  gedər-getməz 

Natəvan hisslərini cilovlaya bilməmiş, çılğıncasına Fidanı dümsükləmişdi:  

-  Ay  qız,  sir-sifət  turşutma,  öz  aramızdı,  təzə  qonşunuz  bomba  oğlandı,  - 

deyə  qəlbindən  keçənləri  açıq-saçıq  şəkildə  dilinə  gətirməyə  çəkinməmişdi,  - 

bax,  ərə  gedəndə  beləsinə  gedəsən,  o  dəqiqə  bilinir,  həm  subaydı,  həm  də 

imkanlıdı.  Hə,  hə  zənnim  məni  aldatmır,  subay  adama  oxşayır,  səncə,  o  məni 

alar?  

Fidan  Natəvanın  hərəkətindən  diksinmiş,  rəfiqəsini  ciddi  baxışlarla  xeyli 



süzüb təəccüblə demişdi: 

- Dəlisən, Nata, yəni sən doğrudan da bunu ürəkdən deyirsən? 

Natəvan dərindən “ah” çəkib özünü sındırmamışdı: 

-  Ürəkdən,  ya  böyrəkdən,  nə  dəxli  var,  canım.  Mən  səndən  fərqli  surətdə 

sevib-sevilmədən də ailə həyatı qurub xoşbəxt olmağın mümkünlüyünü bilirəm. 

Sənin  geniş  təxəyyülün,  zəngin  fantaziyan  var,  xəyalplovla  yaşayırsan, 

gözləyirsən  ki,  ürəyində  tutduğun  ağ  atlı  oğlana  həyatda  rast  gələcəysən. 

Unudursan,  beləsi  ya  köhnə  nağıllarda,  ya  da  elə  köhnə  ağ-qara  kino  fimlərdə 

olur.  İndiki  oğlanlar  varlı  qızla,  qızlarsa  varlı  oğlanla  ailə  qurmaq  arzusuyla 

yaşayır, alışıb-yanırlar.  

- Hamının adından danışma, günaha batarsan, məni çıx. Deyirsən, yəni həqiqi 

eşqdən, məhəbbətdən əsər-əlamət qalmayıb?  

-  Fida,  inan  mənə,  məhəbbət  dediyin  cəfəngiyat  adama  ağrı-acıdan,  göz 

yaşından  savayı  heç  nə  vəd  etmir.  Eşq  xəstəliyinə  mübtəla  qızların  çoxu  ərə 

gedəndən  uzağı  dörd-beş  ay  sonra  peşman  olurlar.  Məhəbbəti  ehtiyacın  iti 

qılıncı elə doğrayıb-tökür ki, heç aşiq-məşuq cınqırını da çıxara bilmir.  Ailədə 

hər  xırda  məsələyə  görə  söz-söhbətlər  uzanıb-böyüyür,  bu  da  gec-tez 

boşanmalara gətirib çıxarır.  

-  Elə  danışırsan,  sanki  bu  həyatı  üç-dörd  dəfə  yaşamısan.  Yaxşı  bilirsən  ki, 

çox  var-dövlət,  pul,  qızıl-gümüş,  sənin  düşündüyün  kimi  imkanlı  adama  ərə 

getmək  xoşbəxtlik  qapılarını  hər  bəxtəvər  qızın  üzünə  taybatay  açmır.  Bəzən 



 

bəxtəvərliyilə  öyünən,  yaxud  çoxunun  xoşbəxt  sandığı  qadınlar  da  bitib-



tükənməyən  zənginlik  içində  öz  əbədi  bədbəxtliklərinə  yas  saxlayırlar.  Mal-

mülk, var sahibi olmaq  hələ əsl  xoşbəxtlik deyil. Fikir  ver, gördüyün bu  gözəl 

binanı  imkanlı  bir  kişi  qızına  cehiz  vermişdi,  bəlkə  sən  demişkən,  onunla  ilə 

həyatı quran oğlan da qızın özündən çox var-dövlətinə aşiq imiş, demək çətindi, 

amma onlara  nə burada rahat yaşamaq, nə də  milyonçunun topdağıtmaz  mülkü 

qismət oldu.  

Natəvan səbirsizliklə həmsöhbətinin sözünü kəsdi: 

-  O  zaman  başqa,  indi  bambaşqa,  indi  hər  kəs  müstəqildi,  istədiyi  kimi 

yaşaya bilər. Mənim ağlıma görə əsl həyat yaşamağı bacaranındı, tale yollarını 

istədiyi  kimi  seçənlər  imkanlı,  yaxşı  vəzifəli-pullu  mənsəb  sahibləridi,  gec-tez 

sən  də  bu  fikrimlə  barışacaqsan,  xoşbəxtlik  də,  bədbəxtlik  də  nisbidir,  hər  bir 

qızın,  qadının  özündən  asılıdır...  Fidan  xanım,  yoxsa  sən  də  bəziləri  kimi dini 

ayrıseçkiliyi  əsas  tutub  müsəlman  qızının  ingilisə,  almana,  fransıza  ərə 

getməyini  qəbahət  sayırsan?    İnanmıram  avropalaşmış  böyük  bir  mədəniyyət 

mərkəzinin göbəyində yaşayan təhsilli rəfiqəm bu cür bəsit düşünsün...  

Fidanın gücü özünə çatmış, susmuşdu. Natəvanla aralarında ilk dəfəydi belə 

qəribə  fikir  ayrılığı  ciddi  mübahisəyə  səbəb  olurdu.  Məgər  insanları  tanımaq 

mümkündü?  Neçə  illərin  mehriban  münasibətləri,  dostluğu  da  kifayət  deyil. 

Xətrini  dünyalar  qədər  istədiyi,  yaxın  bilib  qəlb  açdığı  rəfiqəsinin  belə  boş 

məntiqlə  özünü  haqqa  çıxarmasına  həm  təəccüblənir,  həm  də  təəssüflənirdi. 

“Lənət kor  şeytana”  deyib,  gecəki  maraqlı  yuxusunu  yadına  saldı.  Yuxusunda 

ağ  gəlinlik  paltarını  köksünə  sıxan,  ağlayan  qız  görmüşdü.  Hamının  gözü 

qarşısında  onun  qolundan  tutub  faytona  mindirdilər,  o,  nəmli  kirpiklərini 

qaldırıb, həsrət içində son dəfə yaraşıqlı malikanəsinə baxıb pıçıldayırdı: “İlahi, 

kaş mənim bu qarmaqarışıq şəhərdə rahat ömür-gün keçirə biləcəyim hisli-paslı 

bir darısqal daxmam olaydı...” Qoca faytonçunun da halı özündə deyildi, dərin 

kədər içində dodaqaltı mızıldanırdı: “fəlakətin gücünə bax, xudaya, yersiz gəlir 

yerli  baş  götürüb  qaçır.  Halalı  haram  gözlə-qaş  arasında  üstələyir...  Bu  zülmü 

necə götürürsən?”  



 

Bir istədi yuxusunu açıb Natəvana danışsın, bundan vaz keçdi. Çünki rəfiqəsi 



özgə  hava  üstə  köklənmişdi,  baxışı,  duruşu  qəlbinin  sirli-soraqlı  dünyasını 

indicə faş eləmişdi:  

- Vallah,  mənə gülmə, əgər əcnəbi qonşun razı olsa, bu saat uça-uça ona ərə 

gedərəm.  Nəyim  artığdı,  niyə  də  getməyim.  Düzünü  desəm,  mən  ilk  baxışdan 

vurulmuşam.  İndən  belə  Ceki  görmək  üçün  tez-tez  sizə  gəlməli  olacağam. 

Bilirsən, utanmağın yeri deyil, Fida, deyirəm, bəlkə bir dəfə evdə olanda yuxarı 

qalxım, qapısını döyüm,  lap rəsmi deyim  cənab Cek,  mən sənə aşiq olmuşam. 

Bizim bir həzin mahnımızda deyildiyi kimi  

 

“Bir gün qapını döysəm, 



Sənə sevirəm, desəm, 

Neylərsən mənə, neylərsən?” 

 

Fidan iztehzaya keçdi: 



-  Özü  də  ona  aşiq  olmamışdan  qabaq,  itinə-pişiyinə  bərk-bərk  vurulduğunu 

söyləməyi  də  unutma!  O  da  qayıdıb  ağzından  vura  ki,  gözəl  qız,  aşiqlik 

ağılsızlığın birinci əlamətidir... Get, özünü həkimə göstər, yaxşıca yoxlatdır.  

Natəvan ciddiləşdi: 

-  Bura  bax,  sən  məni  məsxərəyə  qoyursan?  Yoxsa  Ceki  “ələ  keçirəcəyimə” 

şübhən var?  

Fidan bu dəfə rəfiqəsinin gözlərinin içinə baxıb təəssüflə: 

-  Bayaqdan  dediklərinin  ciddi  olduğuna  inanmağım  gəlmirdi,  zarafat  hesab 

eləyib  əhəmiyyət  vermirdim.  İndi  belə  oldu,  məni  yaxşı  eşit,  əgər  Cekin 

qapısını döyəcəksənsə, daha bizim qapını açma, - dedi...  

Fidanın sərt sözlərindən inciyən Natəvan dönüb getməzdən qabaq: 

- Sən də gözünü düz-əməlli aç, ətrafına yaxşı-yaxşı bax, yuxulu-yuxulu yox, 

- dedi – indi iyirmi birinci əsrdi, motal iyi verən köhnə fikirlərindən əl çək, axı 

nə səni, nə də məni anamız təzədən dünyaya gətirməyəcək. Əfəllik, ütülü əxlaq 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə