Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

52 


Fidan üzünü kişiyə tutub dedi: 

-  Əmican,  xahiş  edirəm,  boşanma  məsələsində  mənə  kömək  etdiyinə  görə 

Mehman  ustaya  sonsuz  təşəkkürümü  çatdırın,  istəsəm  dəömrüm  boyu  onun 

borcundan  çıxa  bilmərəm.  Amma  inanın,  bundan  sonra  hər  gün  Allaha  dua  edib, 

ona  şəfa  diləyəcəyəm.  Siz  də  zəhmət çəkmisiniz...  Əziyyətinizi,  gətidiyinizi  halal 

edin! 


-  Halal-xoşunuz  olsun,  qızım,  böyük  Llah  mərhəmətinizi  üstündən 

əskiltməsin! 

***** 

O  gün  Mehman  ustanın  başına  gələn  qeyri-adi  qəzavü-qədəri  eşidib  məyus 



olsa da, Əfqandan tezliklə boşanacağı fikri Fidanın qəlbini fərəh hissiylə doldurdu. 

-  Sabah  yəqin  Röyal  da  bu  xəbərə  ürəkdən  sevinəcək-dedi.  Onunla 

keçirəcəyi xoş günlərin xəyalı ilə şirin düşüncələr qoynunda yuxuya getdi.  

Aradan bir müddət ötüb keçdi. Xəstəxanadan çıxanda Röyalın anası: 

-  Əgər  mənimlə  qalsa,  məhəllədə  köhnə  curlarına  qoşulub,  yenə  pozulacaq, 

həkim  “köhnə  tanışlarından”  ayırın,  demişdi,  imkanın  varsa,  qoy  sənin  yanında 

qalsın, qızım. 

Fidan Röyalın gəlişinə təntənəli surətdə hazırlıq gördü. Süfrəyə hər cür naz-

nemət düzdü.  

Gecə yataq otağına keçən Röyal məhəbbətlə üzünə gülümsəyərək:  

- Fidan, məni həyata qaytarmağın, bunun üçün çəkdiyin iztirablar, sevgimizə 

böyük  dəyər  verdiyinə  işarədir.  Hər  dəfə  gözlərimi  yumanda  səni  ağ  gəlinlik 

paltarında  görürəm.  O  toyda  mən  də  vardım.  Köhnə  məhəllədən  çağırdığım 

uşaqlardan  iki-üç  nəfərlə  birgə  idik.  Mən  ömründə  ilk  dəfə  ağ  gəlinlikdə  üz-

gözündə heç bir təbəssüm, sevinc əlaməti olmayan qız görürdüm. Gözlərindən qəm 

yağırdı. O dəqiqə bilinirdi, ərə getdiyin adamı sevmirsən... 

- Qəribədir, sən bunu mənə ilk dəfədir deyirsən... 

-  Mən  sənə  daha  heç  vaxt  yalan  danışmayacağam.  Kişi  sözü  verirəm.  Bu 

sözləri deyəndən sonra Fidanı bərk-bərk qucaqlayıb dodaqlarından öpdü.  

- Mən sənə inanmaq istəyirəm, sevgilim. 




 

53 


Röyal  onu  ehtirası  coşduran  öpüşlərə  qərq  edə-edə:  “İnan...  inan...  inan...”-

deyir, Fidanın çılpaq sinəsindən, boynundan-boğazından, baldırlarından dönə-dönə 

öpüb  oxşayırdı.  Röyalın  öpüşləriondən,  onunla  keçirdiyi  intim  məqamların 

həyəcanından məst olmuşdu Fidan: 

- Əsmərbənizli sevgilim, bu anı o qədər gözləmişəm ki,.. 

Səhər Fidan dünyanın ən xoşbəxt qadını kimi yuxudan oyandı.  

“İstəyirəm  səninlə  keçən  bu  xoşbəxt  günlərim  heç  vaxt  bitib-tükənməsin, 

Röyal...”. 

Bir  həftədən  sonra  anasına  baş  çəkmək  adıyla  məhəlləyə  getmək  istədiyini 

bildirəndə  Fidan  narahat olub, etiraz etdi.  Röyal  yenə şirin dilini  işə salıb  Fidanın 

saqqızını oğurladı: 

-  Darıxma,  gülüzlüm,  darıxma,  tez  qayıdacağam.  Mahnıda  deyildiyi  kimi, 

“harda olsam gələrəm, təki sən səslə məni...” 

-  Yaxşı,  get,  başa  düşürəm,  anandı,  ancaq  unutma  ki,  xəstəxana  xərclərinə 

görə xirtdəyəcən borc içindəyəm, hər ikimiz əl-ələ verib işləməliyik, borcdan yaxa 

qurtarıb  yeni  həyatımıza  rahat  başlaya  bilək.  Uşağı  bağçaya  verə  bilmirəm.  Pul 

lazımdı. Bir sözlə, mənim qayğılarım başımdan aşır. Bir yandan da səni nəzarətsiz 

qoymaq istəmirəm. 

-  Saata  bax,  söz  verirəm,  düz  bir  saatdan  sonra  evdə  olacağam.  Atamın 

qəbrinə and içirəm... 

Fidan  istədi desin  narkotika tapmaq  üçün  bir  saat da çoxdu.  Amma atasının 

qəbrinə and içmiş adamın  birdən-birə bu qədər də üstünə  getmək, xətrinə dəymək 

istəmirdi.

 

O gün Röyal doğrudan da sözünün üstündə durdu, dediyi vaxtda qayıtdı. 



Amma bir neçə gündən sonra yenə harasa getdi və dediyi vaxtda qayıtmadı, xeyli 

yubandı. Fidan dərhal Röyalın anasına zəng etdi. Dəstəyi Röyal qaldırdı.  

-  Elə  indicə  sənə  zəng  edəcəkdim.  Qorxma,  heç  nə  olmayıb,  anamı 

gözləyirəm...  

- Anan hələ işdən qayıtmayıb? 

-  Bilirsən,  Fidan  məsələ  bir  az  başqa  cürdür.  Mənə  üç  yüz  dollar  təcili 

lazımdı, anam bir tanışından borc almağa gedib. 



 

54 


- Üç yüz dollar? 

-  İş  tapmışam,  əgər  vaxtında  aparıb  verməsəm,  əldən  çıxacaq...  Gülüzlüm, 

əgər anam tapmasa, sən mənə kömək edərsən? 

Fidan bir anlıq fikrə getdi. Röyaldan bu sualı gözləmirdi. Belə çıxırdı, onun 

geri dönməsi üçün: “Hə, tapmışam!” deməliydi. Amma necə desin? 

- Fidanım, niyə susdun? 

- Bilmirəm, hələ düşünürəm, kimə ağız açım... 

- Gülüzlüm, üçcə gün vaxt veriblər, əgər tapıb verməsəm... 

Fidan könülsüz:  

- Üç gün az vaxt deyil, Allah kərimdi,-dedi. 

Dəstəyi  qoyandan  sonra  çox  düşünüb-daşındı.  Bircə  yolu  qalırdı,  gedib 

Natəvandan birc götürmək, bəlkə yanında yaxşı bir işə də düzəldə bildi. Bu fikirlə 

onu arayıb-tapmaq qərarına gəldi. 

***** 


Natəvan  rəfiqəsiylə  bağlı  büsbütün  baş  verənləri  cikinə-bikinəcən  öyrəndi. 

Fidan üçün tanıdığı adamın qarşısında sınmaq ağır idi, amma həmsöhbətinin yerli-

yersiz  suallarına  cavab  verməkdən  ayrı  çarəsi  qalmadı.  Yerli-yataqlı  danışdı, 

ürəyini boşaltdı.  

- Hə,  həyat təlatümlü  və zalımdır. Belə zəmanədə  yaşamaq adamdan  böyük 

məharət tələb edir, əziz rəfiqəm,-deyə Natəvan mentonlu siqaret yandırıb damağına 

qoydu,-uşaq  vaxtı  mənm  də  bütün  qızlar  kimi  anama  bənzəmək  istəyirdim,  onun 

kimi  geyinməyi,  xörək  bişirməyi  arzulayırdım.  Şükür  Allaha,  böyüdüm,  gözüm 

açıldı, söz verdim ki, mən

 

anamın çəkdiyi əzabları çəkməməliyəm, yalnız biş-düş 



qayğısına  qalıb,  ər  danlağı  eşidib,  “neynim,  necə  edim”  deyə-deyə  ömrünün  otuz 

ilini  yelə  verən  bu  qadın  indi-indi  xoş  gün  görür,  ənlik-kirşanın,  masajın  nə 

olduğunu  anlayır.  Ağır  fiziki  iş  görməkdən  beli  donqar  olmuş  atamısa  ilk  dəfə 

sanatoriyaya  göndərəndə  uşaq  kimi  kövrəlib  ağlayırdı.  Beş-altı  il  bundan  qabaq 

məni görməyə gözü olmayan qohum-əqraba, tanış-biliş üçün indi az qala əlçatmaz 

İngiltərə şahzadəsi Dianaya çevrilim...  




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə