Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

58 


Belə  çıxırdı  bir  həftəyə  ya  üç  yüz  dolları  qaytarmalıydı,  ya  da  taleyin 

istəklərinə boyun əyib, özünü  hamamçı Rozanın  ixtiyarına buraxmalıydı. Roza da 

ondan  –  daha  doğrusu,  onun  bədənindən  qazanc  məqsədiylə  istifadə  edəcəkdi. 

“İlahi, sən mənə arxa ol, məni pis yola düşməkdən qoru!”. 

Durub gedəndə arxadan hamamçı Rozanın amiranə səsi gəldi: 

- Bir həftədən sonra cavab gözləyirəm, haa...   

O  gecə  Fidan  qarışıq  yuxu  gördü.  Guya  çar-naçar  hamamçı  Rozanın  yazıb 

verdiyi  ünvana  gedir.  Qapısı  açıq  bağ  evində  bir  otağa  daxil  olur,  hündür  tavanlı 

geniş  mənzilin  ortasındakı  masaya  içkilər  düzülüb,  mer-meyvə  qoyulub,  amma 

otaqda heç kəs yoxdur, səs-səmir gəlmir, kimsə duş qəbul edir, qızın gəldiyini hiss 

edən  həmin  naməlum  şəxs:  “Gözəl  qız,  sən  özünçün  məzələn,  mən  bu  dəqiqə 

çıxıram”-deyə  səslənir.  Qəribə  də  olsa  səs  Fidana  tanış  gəlir,  az  sonra  qurulana-

qurulana  lüt-üryan  vanna  otağından  bayıra  çıxan  həmin  səs  sahibi  onu  görcək 

heykəl kimi yerində donub qalır, özünü o qədər itirir ki, qurşaqdan aşağısını örtən 

hamam  dəsmalının  yerə  düşməsindən  xəbəri  olmur,  sərxoş  və  çılpaq  halda 

qarşısında peyda olan Əfqanın dili topuq vurur: 

-  O  qo..ca,  çox...bilmiş  qəh..bə  səni  qəs...dən  bura  göndərib.  Fidan  özünü 

itirmir, dişi aslan kimi axtardığı ovunun üstünə yeriyir:  

- Bişərəf, namərd, məni pis yola düşməyə sən vadar etdin, iblis kimi atamın 

qılığına girib, ailə tifağımızı dağıtdın, murdar nəfsin Allah bilir, mənim kimi daha 

neçəsini bədbəxt edib, çirkaba batırıb... 

- Məni izləyirdilər, istəmirdim, arvadım olduğunu bilsinlər... 

- Qorxurdun ki, aldatdığın adamlar birinci arvadın kimi  məni qaçırdarlar, ay 

namussuz,  dələduz,  gözüylə  görən...  –  deyə  Fidan  da  çığıra-çığıra  masaya  meyvə 

soymaq  üçün  qoyulmuş  mətbəx  bıçağını  əlinə  alıb  beş-altı  dəfə  dalbadal  onun 

peysərinə, köksünə saplayır... Hər dəfə zərbəni endirəndə: “Al, ailəmin şərəfini iki 

qəpiklik  etdiyinə  görə  bu  atamdan,  bu  anamdan,  bu  bacımdan,  bu  məndən,  bu  da 

oğlumdan  sənə  hədiyyə”-deyir.  Əfqan  qan  gölündə  üzsə  də,  hırıldaya-hırıldaya 

danışır:  “Qanım  sənə  halaldı,  dayqızı,  məni  bıçaqla  yox,  baltayla  doğra,  tikə-tikə 

elə, daha orda-burda gizlənməkdən usanıb bezmişəm, yarasa kimi gecədən-gecəyə 




 

59 


yuvamdan  çıxıram...  Ancaq  məni  öldürməmiş  sənə  bir  vəsiyyətim  var,  o  qara 

gədədən uzaq dur... Röyalı de..yi..rəm, o narkoman manyakdı...”. 

Yuxudan hövlnak ayılıb bir qurtum su içdi. Özünə gələndə düşünüb-daşındı 

ki,  yəqin  bu  yuxunu  usta  Mehmanın  ərzaq  göndərdiyi  sürücünün  danışdığı 

əhvalatın  təsiri  ilə  görüb.  “Kim  bilir,  bəlkə  Roza  arvadın  mənimlə  tanış  etmək 

istədiyi  “harın  kişi”  Əfqandı  elə?  Yox,  Allah  eləməmiş,  birdən  “harın”  dediyi  o 

kişi  Mehman  ustanın  özü  olar?  Deyir,  yaxşı  bağı-bağçası  var.  Bu  nə  boş-boş 

fikirlərdi  gəlir  başıma?  Məgər  malikanəsi,  bağ-bağçası  olan  təkcə  Mehmandı? 

Amma  bir  şey  gün  kimi  aydındı,  ev  sahibi  Allah  eləməmiş,  mənim  pis  yola 

düşdüyümü  bilsə,  mütləq  burdan  qovacaq...  Dərdimin  üstünə  bir  dərd  də  əlavə 

gələcək onda. Çalışıb üç-dörd günə Roza arvadın pulunu aparıb qaytararam. Məni 

zorla  onun-bunun  altına  yıxmayacaq  ki?!  Bəs  “Röyaldan  uzaq  dur,  o,  manyakın 

biridir”  xəbərdarlığı,  özümü  ona  görə  oda  atıb,  bu  qədər  borcun  altına  girməyim, 

doğrudanmı, bütün bu fədakarlıqlar əbəsdir”. 

Oddan  qaçmaqla  oda  sarı  qaçmaq  başqa-başqa  şeylərdi.  Birində  od  yalnız 

düşdüyü yeri yandırıb-yaxır, o birində söndürməyə gedəni də külə döndərir. 

Yuxuda  Əfqanın  Röyalı  “manyak”  adlandırması  yadına  psixoloqla  etdiyi 

söhbətləri  saldı:  “Narkomanlar  yalanı  inandırıcı  formada  danışır,  qarşısındakı 

adamın  qəlbini  ələ  almaq  üçün  özlərini  məsum  göstərib,  qəribə  fikirlər  söyləyir, 

qeyri-adi hərəkətlər edirlər...”. 

Nə etməli, haranın külünü başına tökməli? Düşündü ki, tutalım öz məhəbbəti 

naminə  həyatını  xilas  etdiyi  Röyala  görə  gedib  tanımadığı  kişilərlə  görüşdü, 

yaşadı...  Məgər  bu  şərəfsizlik  Röyalın  özünə  xəyanət deyildimi?  Əfqana  xəyanəti 

qəbahət  saylmırdı,  o  bic  buna  layiq  idi,  amma  xəyalında  yaratdığı,  həyatdasa 

taleyin  narkoman  kimi  qarşısına  çıxartdığı  Röyala  xəyanət  edəcəyini  ağlının 

ucundan  belə  keçirə  bilmirdi...  “Axı,  onun  gözlərinə  necə  baxaram.  Biləndə  -səni 

narkotika  bataqlığından  xilas  edib,  həyata  qaytarmaq,  işə  düzəltmək,  bir  sözlə, 

adam eləmək üçün özümü küçə fahişəsi kimi pula satdım-deyəcəyəm? Lənət sənə, 

kor şeytan, bu fikir ağlına hardan gəldi?” 



 

60 


Özü də nəetdiyinin, nə düşündüyünün fərqində deyildi, maddi vəziyyəti onu 

o qədər sıxmışdı ki, başını tamam itirmişdi. Iki gün idi Röyal evə gəlmirdi. Üçüncü 

gün sübh tezdən zəng edib bildirdi ki,anası pul tapa bilməyib.  

-  Deyəsən,  o  üç  yüz  dollar  tapılmayınca  heç  bura  dönmək  fikrin  yoxdur. 

Yaxşı,  gəl  apar,  mənə  kişi  kimi  verdiyin  sözü  də  unutma,  işə  düzəlmək  adıyla 

aldığın pulu aparıb beynini dumanlandıran o zəhrimara versən, bəxtindən küs!.. 

Röyal sevinə-sevinə, uça-uça gəldi. üzündən-gözündən öpüb getdi.  

***** 


Həmin  gecə  evə  zəng  edib,  onu  işə  düzəldən  dostugildə  qaldığını  bildirdi. 

Səsi  yenə  bərk  xırıldayırdı.  Bu  hadisədən  sonra  Fidanın  Röyalın  sağalacağına 

bəslədiyi  ümidləri  zəncir  halqaları  kimi  bir-bir  qırılıb  tökülməyə  başladı.  Bir-iki 

gün də keçdi. Böyük kədər hissiylə Röyalın anasına zəng etdi.  

-  Ay  gəlin,  başına  dönüm,  qaranı  görüm,  qara  günlərə  qalsın,  mənim 

günümü də qara edib, kaş öləydi, mənim də canım qurtaraydı, sənin də... 

Hansı  ana  övladını  belə  qarğıyardı.  O  qısa  telefon  söhbətindən  belə  məlum 

oldu  ki,  yazıq  arvad  oğlunun  məhəlləyə  gəldiyi  gündən  narkotika  qəbul  etdiyini 

bilirmiş, ancaq bu dəfə xəcalətindən Fidabna zəng etmirmiş... Deyirdi ki, bir daha 

ağlaya-ağlaya  yalvarıb,  oğluna  kömək  istəməyəcək.  Çünki  oğlu  öz  əli  ilə  özünə 

qəbir  qazır.  Küçədən  tapılan  meyitini  də  bu  gün,  sabah  yəqin  televizorda 

göstərəcəklər. 

Amma  Fidan  onun  ölümünə  razı  deyildi.  Ürəyində  “Allah  eləməsin!”  deyirdi. 

Doğrudan  da  bu  dünyada  heç  kimə  etibar  yoxmuş.  Bəs  bundan  sonra  Fidanın 

aqibəti  necə  olacaq?  Yəqin  bacardığı  qədər  gədəni  özündən  uzaqlaşdırmağa 

çalışacaqdı. Qəlbində ilk dəfə idi ki, “Allah belə məsləhət bilirmiş” ifadəsinə acığı 

tutdu,  “məgər  Allahın  mənim  qabağımda  Əfqan  kimi  dələduzu,  Röyal  kimi 

narkomanı çıxartmaqdan başqa işi-gücü yox idi? Yox, bu adamlara ürcah olmaqda 

mənim  də  səhvlərim,  günahım  var,  biri  qismətimlə  barışıb,  iradəsizlik 

göstərməyimdir, o biri üyəyiyumşaqlığımın, sevgimin, mərhəmətimin ucbatından.., 

bunlar  bir  yana,  hələlik  hamamçı  Rozanın  borcundan  çıxmaq  barədə  düşünmək 

lazımdı”, axı verdiyi vaxt-vədə get-gedə daralırdı. Röyalın bu hərəkətindən sonra, 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə