Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   19   20   21   22   23   24   25   26   27

 

67 


Özünə yer tapa bilmirdi. Evin içində o küncdən bu küncünə gedir, bu küncündən o 

küncünə  gedir,  rabitəsiz  halda  vurnuxurdu...  Geyinib  mətbəxə  keçmək  istədi, 

birdən  gözləri  televizorun  yanındakı  büllur  güldana  sataşdı.  Güldanın  içində  ilk 

dəfə  Röyalın  gətirdiyi  çiçək  dəstəsindən  quruyub  qaralmış  ləçəklər  qalmışdı. 

Büllur  qabı  hər  dəfə  silib  təmizləyəndə,  getdikcə  gül  ləçəyindən  çox  tütün 

yarpağına  bənzəyən  o  çürüntünü  atmaq  istəsə  də,  əli  gəlməmişdi.  Indi  güldanı 

aparıb  yaxşı-yaxşı  yudu,  təmizləyə-təmizləyə  Röyaldan  da  bu  dünyada  bir  iz 

qalmayacağını  düşündü.  Sonra  güldanı  silib  yerinə  qoydu,  ağlına  daha  bir  fikir 

gəldi: “Görəsən, bu qabı satmaq istəsə, müştəri nə qədər pul verər?” 

***** 


Bir  neçə  gündən  sonra  oğluyla  oturub  televizora  baxanda,  gözləri  ekranın  aşağı 

hissəsində  qaçan  sətirlərə  sataşdı.  “Fidan,  hardasan,  mənə  cavab  ver...  səni  sevən 

kəs...  Fidan,  Fidan,  Qara,  Qara-23...”  Başqa  sətirdə  isə  kiminsə  arzusu  ifadəsini 

tapmışdı:  “Gözəl,  sədaqətli,  peşəsi  həkim,  evi,  maşını  olan  35-40  yaş  arası  bir 

qadınla tanış olmaq  istəyirəm. Imza:  Kasıb oğlan...” Bir azdan Qarabalanın yazıb 

göndərdiyi sətirlər təkrar göründü. 

-  Qəribədir,  görəsən,  o  bədbəxt  belə  şeylərə  pulu  hardan  tapır?  –  Fidan  uşağın 

oyuncaq kimi fırlatdığı sınmış cib telefonuna baxıb təıəssüflə başını yellətdi.  

Dünyada onun ən çox dözmədiyi, hövsələsi çatmadığı şey riyakarlıq idi. bu qisim 

adamlar  həyasızcasına  soxulur,  hətta,  ekran-efir  məkanından  da  öz  məqsədləri 

üçün istifadə edirlər.  

Qapının zəngi çalındı. Fidanın boğazı qurudu. “Yəqin odur, həyasıza bax, yenə pul 

istəməyə gəlib, bəlkə heç o deyil?”. Qapı hər dəfə döyüləndə, telefon zəng çalanda 

az qala dəli olmaq dərəcəsinə çatırdı.  

Qorxu  qara  quş  kimi  səksəkəli  ürəyini  pəncəsinə  alıb  göy  üzünə  qaldırmışdı. 

Fidanın  ayaqları  yerə  dəymirdi.  Nəfəsini  içinə  çəkib  gözlükdən  içəri  boylandı. 

Şükürlər  olsun,  gələn  o  deyildi,  Mehman  ustanın  sürücüsü  idi.  yenə  əli  dolu 

gəlmişdi.  Fidanın  həyəcanı  sovuşdu,  üzünə  qəlbinin  dərinliyindən  doğan  gizli 

süvincin işığı düşdü: 

- Xoş gəlmisiz əmican, bağışlayın, bir az qapını gec açdım. 




 

68 


- Elə bildim evdə yoxsan, az qalmışdı, qayıdıb gedirdim. 

- Siz içəri keçin, bunları özüm apararam.  

Kişi  dəhlizdə  ayaqqabılarını  soyunub  çıxartdı,  sonra  qoltuğunda  tutduğu  kağız 

qovluğu  Fidana  uzatdı,-Dayan  qızım,  sən  bunu  al,  mən  bu  ayın-oyunu  özüm 

mətbəxə daşıyaram.  

Fidan  əlindəki  qovluğu  qeyri-ixtiyarı  yellədə-yellədə  kişinin  arxasınca  getdi. 

Kürəyini soyuducunun qapısına söykəyib: 

-  Gəlin,  qonaq  otağına  keçək,  -  dedi  –  siz  Allah,  əyləşin,  sonra  mən  özüm 

bunları yerbəyer edərəm.  

- Elə bura da pis deyil, qızım, mən tez gedəcəyəm.  

Əl-üzünə su vuran dünyagörmüş kişi diqqətlə Fidana baxdı: 

-  Hə,  yaxın  gəl  görüm,  gözümə  birtəhər  dəyirsən,  yaman  sınızmısan,  bəlkə 

səni incidib-eləyən var? 

- Yox, elə belə... 

-  Nə  elə  belə?  De,  qorxma,  qədeş  bilsə,  səni  incidən  hər  kimdisə,  dəxli 

yoxdu,  ağzının  payını  verər...  Allahın  köməyi,  ağlının  gücü  ilə  özündən  deyən 

oğlanları  yerində  oturtmağa  gücü  çatar.  Al,  sənə  pul  da  göndərib,  dedi,  birdən 

Fidan xanımın pula ehtiyacı olar. Düz beş yüz manatdır... 

Fidan  sürücünün  əlindəki  yüzlüklərə  baxıb  təəəccübdən  heykəl  kimi  donub 

qaldı, sevincindən ağlasınmı-gülsünmü ağlı kəsmirdi, amma üzünə işıq salan daxili 

sevincini gizlədə bilmədi, həyəcanla iki əlini irəli uzadıb pulu ovuclarına basdı: 

-  Allah  sizi  sevindirsin,  əmican,  bu  lap  yerinə  düşdü,  hə  bir  nəfər  qonşu 

arvad... – birdən üzündəki işıq yox oldu, elə bil günəşin qabağını qara bulud aldı,-

hə, yaman  məni sıxma-boğmaya salmışdı, axı...-tez özünü ələ alıb, sözünə düzəliş 

verdi: - hə, uşaq zəhərlənmişdi, təcili yardım çağırdım, dərman almağa qarıdan bir 

az  əlborcu  götürmüşdüm,  gecikdirdiyimə  görə  bir  az  əvvəl  gəlib  ağzına  gələni 

deyib  getdi.  Yaman  pərt  idim.  Onun  qorxusundan  çölə-bayıra  da  çıxa  bilmirdim. 

Allah  Mehman  ustadan  və  sizdən  razı  olsun,  Tanrı  ömrünüzü  uzun  eləsin,  sizə 

qıymasın. 



 

69 


-  Bu  harasıdır  hələ,  sənə  bir  şad  xəbərim  də  var.  Hərçənd  buna  şad  xəbər 

demək  olar-olmaz,  orasını  mən  bilmirəm,  əlqərəz  o  yalançı-fırıldaqçı  gədəni 

tutublar. Necə deyərlər, “çoxbilmiş quş dimdiyindən tələyə düşər”. Bu qovluğu aç, 

orda vəkilin sənin adından yazdığı sənədi imzala... 

Fidan  tez  qonaq  otağından  qələm  gətirməyə  getdi.  Bu  zaman  kişi  durub 

soyuducunun qapısını açdı. Və gözlərinə inanmadı, soyuducu bomboş idi.  

Fidan qayıdıb, gələnəcən, keçib yerində oturdu.  

Qız sənədi imzalayan kimi kişi qovluğu götürüb: 

- Hə, mən gedim, - elə bil səsi quyunun dibindən gəldi.  

Fidanın sevincindən ruhu təzələnmiş, ovqatı durulmuş, qulaqları tutulmuşdu. 

Qəlbindən “Məni qınayan olmasa, elə bu saat gedib, Mehman ustanın əllərindən, 

ayaqlarından öpərdim...” fikri keçdi.  

- Qızım, - deyə kişi səsini qaldırdı, - fikrin-xəyalın haralara uçub, deyirəm, mən 

getmək istəyirəm. Bir istəyin-filanın varsa, söylə, çəkinmə.  

-  Nə  tez,  əmican?  Mən  heç  Mehman  ustanın  hal-əhvalını  əməlli-başlı  xəbər  ala 

bilmədim... 

Kişi dərindən köks ötürüb, sözlü adam kimi başını tərpətdi. Yəni əhvalı yaxşıdı, 

sonra  ilk  dəfədi  ki,  bir  qadına  uzaqdan-uzağa  da  olsa,  ilgi,  diqqət-qayğı 

göstərdiyinin şahidi oluram. Məndən olsa, uşağı da götür, bir dəfə özün bağa  gəl. 

Həm  ona  təşəkkürünü  bildir,  həm  də  ki,  iki-üç  gün  qalıb  dincəl.  Bu  dörd  divar 

arasında  qalmaqdan  rəngi-ruhunuz  saralıb,  uşaqçün  də  yaxşı  olar,  gen  bol-həyət-

bacada ürəyi istədiyi kimi qaçıb-oynayar... 

- Əmi, siz elə bir ürək oxuyursuz... 

-  Ürək-zad  oxuyan  deyiləm,  mənim  balam,  insanam,  həyatın  qalın  kitabını  hər 

adam oxuya bilmir, ona görə sənə çətindir. 

- Bir həftə mənə möhlət verin, o deyingən qarıdan özgə borclu olduğum adamlar 

var.  

-  Yaxşı,  sən  o  acıdil  qarıya  gətirdiyim  tumsuz,  şirin  üzümdən  pay  ver,  qoy, 



doyunca  yesin,  bəlkə  dili  şirinləşə...  Bir  həftədən  sonra  şəhərdə  vacib  işim 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə