Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   19   20   21   22   23   24   25   26   27

 

73 


- Hə qızım, sən uşaqla otur burda, kölgədə, - tavanın dirəyindən asdığı torbadan 

bir-iki ovuc tum götürüb masanın üstünə tökdü – bu tumu yavaş-yavaş 

göyərçinlərə atım, sizə öyrəşsinlər, mən gedim, qədeşi çağırım, yəqin balıq 

tutmağa gedib...  

- Uzağa gedib?  

- Yox, budey, bağın o üzü dənizdir, istəyirsən, gəzə-gəzə birlikdə gedək. Uşağı 

da ver mən götürüm qucağıma...  

- Zəhmət çəkməyin, özü yeriyər, böyük oğlandı, bu gün-sabah üç yaşı tamam 

olacaq.  

- Maaşallah, həqiqətən yekə kişidi, bəs bu qoçağın adı nədir? 

- Türkel.  

- Türkel, Türkel, nə yaxşı addır, diləyatımlı, sadə... 

- Əmi, bəs sizin adınız nədir? Neçə vaxtır tanışıq, mənə bu qədər yaxşılıq 

etmisiz, indiyəcən adınızı soruşmağa utanmışam.  

- Dədə-baban Niftullahdı, uşaq vaxtından hamı mənə Nifti deyir, Mehman qədeş 

isə məni “Məşdi” çağırır. 

- Onda mən də sizi “Məşdi əmi” çağıracağam.  

- Ürəyin necə istəyir, elə də çağır, bax, budur, gəlib çatdıq.  

Mehman usta başında iri həsir şlyapa, qısaqol idman köynəyində sahildə oturub 

sonsuz maraqla tilovlara baxırdı.  

Səsə dönüb baxanda gözlərinə inanmadı, ayağa qalxıb bir-iki addım irəli gəldi, 

heyrətlə: 

- Fidan xanım, - dedi, - siz hara, bura hara? – Sonra üzünü Məşdi kişiyə tutub, - 

heç bunu səndən gözləmirdim, Məşdi, zəng edib xəbər verəydin barı...  

Məşdi kişi bu iraddan zərrə qədər də pərt olmadı, əksinə, qəddini şax tutdu. 

Mehman ustanın gözlərində çoxdan bəri görmədiyi sevincqarışıq heyrəti sezdiyinə 

xoşhallandı: 

- Qədeş, bu gün şəhərdəki dəhşətli istini görsəydin, heyrətlənərdin, özün də 

Fidan xanımı bağa dəvət edərdin, uşaq havaya uyğunlaşmır, tez-tez xəstələnir, o, 

heç kondinsioneri də işlətmir... 




 

74 


- Əcəb eləmisən, Məşdi, lap xoş gəlib, səfa gətiriblər, deyirəm, zəng etsəydin, 

evdə gözləyərdim, day bu görkəmdə, bu geyim-gecimdə - deyə idman paltarına 

işarə elədi, - qarşılarına çıxmazdım.  

- Rəhmətliyin oğlu, noolub eyy, camaat şəhərin küçələrində, parklarda elə bu 

qiyafədə gəzir də, kostyum geyinib, qalstuk taxmır ki...  

Sahildə xəfif meh əssə də, günəşin istisindən qovrulmuş qumun qızmarı, adamı 

gendən vururdu. Mehman usta nəvazişlə Fidana baxdı: 

- Yaxşı, gəlin gedək evə, uşağı bu havada günün altında saxlamaq günahdı, - 

sonra üzünü Məşdiyə tutub, - sən də tilovları yığışdır, balıqları götür, - dedi və 

əyilib balaca Türkelin əlindən tutdu... 

Fidan Mehman ustanın onu belə səmimi qarşılayacağını gözləmirdi. Yaşadığı 

həbsxana həyatından sonra heç bir qadına gözünün ucuyla baxmayan, maraq 

göstərməyən bu 42 yaşlı kişinin nəzakətli rəftarı, xeyirxahlığı, ağayana davranışı 

qəlbini riqqətə gətirmişdi. Təşəkkür üçün deyəcəyi sözləri belə unutmuşdu, 

oğlunun əlindən tutub, onu şirin dilklə əzizləyən xilaskarını seyr edə-edə həftələrlə, 

aylarla çəkdiyi iztirablar gözlərinin önündən keçirdi. Həmin gün dənizin sahilindən 

evəcən olan 4-5 dəqiqəlik yolda sanki yenidən dünyaya göz açmışdı. Düşünürdü ki, 

qadın təkcə uşaq dünyaya gətirmir, həm də illər boyu çəkdiyi əzab-zəiyyətlərin 

içindən özünü də qadın kimi doğur, yaradır. Belə doğuluşun, belə yaranışın 

sevincini yaşayırdı Fidan. Göz açdığı bu təzə dünyada mavi dəniz, qumlu sahil, 

sərin meh, meyvə ağacları, böyük hovuz, göyərçinlər... – bir sözlə, hər şey ona 

Mehman ustanın, Məşdi əminin özləri kimi doğma, sözləri kimi şirin gəlirdi... İlk 

gördüyü gün “siz” deyə xitab etdiyi Fidana Mehman ustanın “sən” deməsi bu 

doğmalıqdan soraq verirdi. 

Birlikdə nahar etdikdən sonra Fidanın dəmlədiyi nanəli çaydan içə-içə söhbət 

əsnasında Mehman usta soruşdu: 

- Bəs ailənizə vurduğu maddi-mənəvi ziyana görə o nadürüstdən təzminat tələb 

etməyəcəksən? 




 

75 


- Rəhmətlik nənəm deyərdi ki, “itdən çox çarıq oğurlayan yoxdur, amma ayağı 

yenə yalındır”. Onu avaragor-dələduzun nəyi gedib tələb edəcək? Bir də dediyim 

kimi, atam bu əhvalatdan bixəbərdi...  

- Hə, haqlısan. Rusların bir yaxşı atalar sözü var: “yalanla uzağa gedə bilərsən, 

amma geri qayıda bilməzsən”. O yelbeyin fırıldaqçı məni də aldatdı – birinci kərə 

içəri düşəndə dedi ki, guya məmur işləyən qaynatası ona şər atıb, ailəsini dağıdıb. 

Çıxandan sonra yanıma gəldi, dedi: inandım, kömək etdim ona. Söz vermişdim, 

əlimə keçsin, ona yaxşıca qulaqburması verim, amma ürəyimlə yenə bacarmadım, 

deyəsən qocalıqdandı... Deyirlər, yaşlaşdıqca, adamın ürəyi yuxaya dönür...  

- Sizin nəyiniz qocadır, Mehman usta, - Fidan həmsöhbətini nəvazişlə süzdü, - 

bir az saçınız ağarıb, o da sizə yaraşır.  

- Nə bilim, hərdən mənə elə gəlir, haqqımda geniş məlumatın var... – dönüb 

məna dolu gözlərini Məşdi kişiyə dikdi. Məşdi kişi əvvəl çiyinlərini çəkdi, sonra 

üzünü aşağı tutub: 

- Biz Türkel balamla enirik həyətə, göyərçinlərə dən verməyin vaxtıdır... Hə, 

Fidan, qızım, sağ ol, maşallah, bişirdiyin yemək dadlı, dəmlədiyin çay ləzzətli.  

Fidan: 

- Nuş olsun, əmi, - dedi və gözlərini Məşdi kişinin üzünə zillədi, baxışları bir-



birilə toqquşanda, çoxbilmiş kişi bic-bic güldü, təcrübəli insana məxsus tərzdə göz 

vurdu. Fidan bir an onun nəyə işarə etdiyini anlamayıb duruxub qaldı.  

- Qədeş, deyirəm, bu Fidan xanım, bir-iki həftə burda qalsa, ağzımız əməlli-başlı 

dada gələr, mədəmiz də toy-bayram edər. 

- Məşdi, sənin ağzının tama gəlməsi üçün bir-iki həftə az deyilmi? 

Kişi gülə-gülə:  

- Neynək, qədeş, Fidan xanımdan xahiş eləyək, onda ilin yarısını burda, yarısını 

da şəhərdə qalsın. Məşdi kişi zarafata salıb, ürək sözünü kişiyanə dediyindən 

böyük fərəh hissi keçirirdi və qəlbinə sığmayan elə bu fərəhlə uşaqla bərabər 

həyətə endi. Fidan da bayaq anlamadığı mətləbi indi sezdi və fərəh hissi onun da 

könlünə-gözünə doldu.  

Mehman usta arxasınca baxıb: 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə