Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

55 


Nə  isə...  Özüm  də  bilmirəm,  bunları  sənə  niyə  danışıram.  Bəlkə  pula-zada 

ehtiyacın var, hə, uatnma de. 

Fidan  onun  uzun-uzadı  lüzumsuz  söhbətindən  usanıb  eyhamlarından  pərt 

olmuşdu.  

-  Bimirəm,  necə  deyim,  dərd-sər  başımdan  aşır,  bir  yandan  da  heç  kimi 

dilxor  etmək  istəmirəm...  Bu  dünyada  almaqdandan  dəhşətli  şey  yoxdur.  Əgər 

yanında bir iş olsaydı... 

-  Eh,  Fida,  Fida,  sən  heç  vaxt  dəyişməyəcəksən.  Axı  bu  nə  həyatdı 

yaşayırsan.  Bəsdir,  özünü  məğlubedilməz  şahzadə  kimi  apardın...  Sən  ən  çətin 

durumda belə özünü yersiz məğrurluğuna qurban verirsən. Al, - deyə danışa-danışa 

çantasından  çıxartdığı  bir  dəstə  dolların  arasından  beş  yüz  ayırıb  rəfiqəsinin 

qabağına  qoydu,-istədiyin  kimi  xərclə,  amma  gəncliyini  heç  olmasa,  başına  gələn 

bu  hadisədən  sonra  hədər  yerə  xərcləmə.  Sənin  daha  ixtiyarın  özündədir,  azad 

qadınsan,  özün  öz  istəklərinin,  gözəlliyinin,  qəlbinin  ağasısan...  Amma 

aldanmaqdan da dəhşətli hadisələr var bu dünyada, aldanmaq, yalan-palan nə olan 

şeydir nə olan şeydir ki? Elə bilirsən ki, Cek mənə kələk gəlmir, yeni gələndə elə 

mən də onu bala-bala aldadıram. 

Fidan heyrət içində gözlərini döydü: 

- Demək istəyirsən ki, Cekə xəyanət edirsən? 

-  Ha,  ha,  ay  qız,  sən  elə  danışırsan,  bişmiş  toyuğun  gülməyi  gəlir,  xəyanət 

nədir?  Sən  həyatda  bacardığın  kimi  yaşamağa,  istədiyindən  zövq  almağa  xəyanət 

deyirsən?  Biz  bir-birimizi  gözəl  başa  düşürük,  o  da  uşaq  istəmir,  mən  də.  Biz 

tamam  azad  fərdlərik.  O  da  xoşuna  gələn  başqa  qadınla  əylənə  bilər,  mən  də 

bəyəndiyim kişiylə dostluq edə bilərəm, bir də unutma,  hər  hansı bir əcnəbiyə ərə 

gedib  şorgöz  türk  kişisinin  məşuqəsi  olmaq,  öz  millətindən  olan  kişiyə  ərə  gedib 

Cekə  oxşayan  sısqa,  qurumuş  ingilisin  məşuqəsi  olmaqdan  min  qat  olmaqdan 

yaxşıdır.  Bilirsən,  o,  İçərişəhərdə  tərcüməçisi  olan  məşuqəsinə  ev  alıb,  hədiyyə 

edib. Belə olan halda niyə mən də özümə muzdla cavan sevgili tutub əylənməyim? 

Qadın  qəlbinin  iki  qapısı  var;  biri  sədaqət  qapısıdı,  digəri  xəyanət.  Sən  nigaha 

sadiqlik  göstərdin,  əslində  indi  də  orta  əsrlərdə  olduğu  kimi  itaətkarlıq 




 

56 


kompleksindən  kənara  çıxa  bilmirsən.  Nigah  hər  şeyi  həll  etmir,  daha  doğrusu, 

nigah  müqaviləsi  iki  tərəf  arasında  öz  şəxsi  arzularını  gerçəkləşdirmək  üçün 

hüquqi sənəd rolunu oynayır. 

-  Sən  nə  danışırsan?  Məgər  bizim  analarımız  orta  əsrlərdə  yaşayıblar?  Pis 

günlərini – yarıac, yarıtox vədələri nə tez unudub, üzünə gülən bəxt ulduzuna şıllaq 

atdın? 


- Fida, sən yanılırsan, mən Londonda, ya da Parisdə maşın sürəndə rütubətli 

zirzəmidə  kirayə  qaldığım  günlər,  ata-anamın  onun-bunun  bağ  evində  bir  qarın 

çörək üçün  nökərçilik elədiyi  vaxtlar kino lenti kimi gözlərimin qabağından  gəlib 

keçirdi. Desəm ki, kövrəlib ağlamadım, ağ yalan olar. Amma  ürəksıxan bu şeylər 

arxada qaldığından özümü tez ələ alıb sabahkı planlarım barədə düşünür, hərdənbir 

özüm-özümə gülüb deyirdim, bax, sən öz bacarığınla Avropanı fəth etdin Natəvan, 

sənin  bacarmadığın  işə  qurd  düşər,  quzum,  bircə  qalıb  Amerikaya  getmək...  Bu  il 

ora mütləq gedəcəyəm, inşallah, Vaşinqtonun, Nyu-Yorkun küçələrindən kirayəyə 

götürdüyüm bahalı maşınlar şütüyəcək... Hə, Amerika dedim, yadıma düşdü, bizim 

bir əcnəbi şərikimiz  var... Mən səni ona subay qız kimi təqdim edəcəyəm... Bəlkə 

sən  də  bir  vaxt  Londonun,  ya  da  Parisin  küçələrində  maşın  sürəndə  bu  çətin 

gününü  xatırlayacaqsan.  Onda  mənə  “çox  sağ  ol”  deyəcəksən,  təsəvvür  edirsən, 

pinəçi  Səlimin  qızı  Avropanın  göbəyində  bahalı  avtomobil  sürür,  inanılası  deyil, 

eləmi?  


Fidanın  üzünün  rəngi  qaçmışdı,  dil-dodağı  əsirdi.  Natəvan  məsuliyyətsiz 

davranışıyla, sərsəm danışığıyla mənliyinə toxunmuş, heysiyyətini tapdalamışdı:  

-  Bəsdir,  Natəvan,  mən  sənin  yanına  alçalmaq  üçün  gəlməmişəm... 

İstəmirəm, al, verdiyin pullar  mənə  gərək deyil. Mənə  nə təklif elədiyini də  yaxşı 

anlayıram. Vaxtilə o ingilis gədəsini toruna salmaq istədiyini mənə deyəndə səndən 

küsmüşdüm, indi o günlərin heyfini almaq üçün məni hansısa əcnəbinin məşuqəsi 

edib  alçaltmaq  istəyirsən.  Demək  istəyirsən  ki,  bundan  ayrı  yol  yoxdu.  Var, 

Natəvan,  namusunu  əcnəbilərə  tapdadıb  ,  yağlıplov  yeməkdənsə,  təmiz  vicdan, 

alnıaçıq, soğan-çörək yemək daha şərəflidir. 

- Axı sən özün iş istədin... O adam multimilyonerdir. 




 

57 


- Bəli, mən səndən iş istədim, hansısa əcnəbi işbazın məşuqəsinə çevrilməyi 

yox.  Səndə  heç  bir  günah  yoxdur,  səni  tanıya-tanıya  səndən  kömək  umandadı 

günah... 

Dönüb arxasına baxmadan getdi. 

Natəvan iş masasının üstünə atılmış pulları yığıb onun arxasınca: 

-  Axmaq,  bu  ağılla  hara  getmək  olar?  Sən  get,  get,  axı,  “eşşək  nə  bilir  zəfəran 

nədir”, ay yazıq. 

***** 


Yenə  ümid  qalırdı  qonşuluqda  yaşayan  hamamçı  Roza  arvada.  Satmağa, 

girov  qoymağa  zinət  əşyaları  qalmamışdı,  bircə  anasının  yəkqaşlı  brilliant 

üzüyündən başqa, onu da bu  günəcən gözbəbəyi kimi qorumuşdu. Çünki bu üzük 

anasına böyük  nəvəsindən  yadigar qalmışdı. Onu  nə satmaq,  nə də  girov qoymaq 

istədi. Hamamçı Roza da elə bil Natəvan ilə sözləşmişdi, onunla hal-əhval tutandan 

sonra: 


-Fidan, qızım, görürəm, zəmanənin üzü qara olsun,çətindi,-dedi,-borclar səni 

yaman  sıxışdırır.  Maşallah,  gözəlsən,  ay  parçası  kimisən,  qızlıq  təravətini  hələ 

itirməmisən,  necə  deyərlər,  bir  üzün  gəlindi,  bir  üzün  qız,  məncə  sən...  –  qəfil 

susub sınayıcı baxışlarla gözlərinin içinə baxdı, sonra dərindən köks ötürüb sözünə 

davam  etdi,-uzun  sözün  qisası,  özünə  bir  arxa-dayaq  tapsan,  yaxşı  olar.  Yoxsa  bu 

borc-xərc bataqlığından çıxa bilməzsən... Gəlsənə, səni  yaxşı bir  Allah bəndəsiylə 

tanış edim, o, sənə hər sahədə kömək etsin, həyan dursun. Onsuz da həyatında gec-

tez  kimsə  olacaq,  ürəyini  bir  şəxsə  açacaqsan...Sənin  kimi  gənc  qadının  bu  çətin 

dövrdə tək yaşaması mümkün deyil. Hələ üstəlik, uşağın var. Nə deyirsən? 

Fidan fikirləşmədən birbaşa: 

- Yox, yox, elə şey ola bilməz,-dedi. 

- Cavab verməyə tələsmə, qızım, al götür, üş yüz dollar sənin qara gözlərinə 

qurban,  ancaq  get  yaxşı-yaxşı  fikirləş,  düz  bir  həftədən  sonra  mənə  fikrini  bildir, 

kişinin  ünvanını  verim,  otur  taksiyə  özün  get  görüş,  yaxşı  bağı-bağçası  var,  otur-

dur  elə,  xoşuna  gəlməz,  başqasını  taparam.  Bu  dünyada  nə  çoxdu  pullu-paralı 

kişilər... 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə