Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 

49 


tutulanlar  gizli  həyat  sürməyə  imkan  verir,  yalanı  inandırıcı  formada  danışırlar... 

Qarşısındakı adamın qəlbini ələ almaq üçün özlərini məsum göstərir, min bir dona 

girməyi bacarır, qəribə fikirlər söyləyir, qeyri-adi hərəkətlər edirlər. 

***** 


O gündən Fidan hər gün narkoloji dispanserə baş çəkirdi, bəzən qəbul etdiyi 

dərmanların  təsirindən  ayılmayan  Röyalın  çarpayısının  yanında  saatlarla  oturur, 

onun  sağalacağına  böyük  ümidlər  bəsləyir,  xoşbəxt  olacağı  günü  səbirsizliklə 

gözləyirdi.  Müalicə  xərclərini  çətinliklə  ödəyirdi,  Röyalın  anasının  imkanı  sıfıra 

bərabər idi, aylıq az məvacibiylə yalnız keçmiş borclarını ödəyirdi. 

Anasının  bağışladığı  qədim,  yadigar  üzükdən  savayı  üst-başında  qiymətli 

zinət  əşyaları  nə  varsa,  hamısını  dəyər-dəyməzinə  satıb,  Röyalın  müalicəsinə 

xərclədi. 

Yaşadığı  binanın  qonşuluğundakı  həyət  evlərinin  birində  hamamçı  Roza 

adında  bir  qadın  sələməyə  borc  verir,  ortada  dəllallıq  edir,  adamlardan  qiymətli 

əşyalar alıb girov saxlayırdı. Cavan yaşlarında qadın hamamında müdir işləyən bu 

ətli-əndamlı ortayaş arvad  Fidanın  gözəlliyinin  heyranı  idi. Ağır  xəstəsi olduğunu 

biləndə  ondan  verdiyi  borca  görə  girov  qoymasını  tələb  etmədi.  Roza  arvad  hər 

dəfə Fidanı görəndə ona təzə ov kimi baxırdı.  

Röyal da yavaş-yavaş özünə gəlməyə başlayırdı. Fidanın fədakarlığını görüb 

ona  dönə-dönə  dəlilər  kimi  aşiq  olduğuna,  zəhmətini  yerə  vurmayacağına  and 

içirdi. 

Fidan daha ağlına gətirmirdi ki, Röyal bir də narkotikadan istifadə edə bilər. 

Bu əziyyətləri görən adamın bir də öz canına qəsd edəcəyinə kim inanardı? 

Bir  dəfə  xəstəxanadan  evə  dönəndə  gördü  ki,  qapının  ağzında  bir  nəfər  kişi 

dayanıb. Liftdən çıxan kimi həmin adam onu səslədi:  

-

 



Fidan xanım, sənsən qızım? 

-

 



Bəli, mənəm. 

- Bunları Mehman  qədeş göndərib-deyə o, qapının ağzına qoyduğu sellafon 

torbaları göstərdi,-paydı, bağ sovqatı, bir də xırda-para bazarlıq.  



 

50 


Fidan  ev  sahibinin  bu  xeyirxahlığına  mat  qalmışdı.  Təşəkkür  etməyə  söz 

tapa bilmirdi.  

- Mən həm sürücüsüyəm, həm də bağında bağbanlıq edirəm, Mehman qədeş 

dedi  ki,  boşanmaq  üçün  şəxsiyyət  vəsiqən  lazımdı.  Məşhur  vəkil  dostunun 

dediyinə  görə  Əfqan  dələduzluğuna  görə  axtarışdadı.  Ona  görə  orda-bura  gün 

keçirir, ortada görünmək, gözə dəymək istəmir, tutulmaqdan qorxur.  

Fidan çantasından vəsiqəsini çıxarıb ona verdi. 

- Bəs Mehman usta özü hardadı?-deə Fidan qapını aça-aça xəbər aldı. 

Kişiyə ərzaq dolu torbaları içəri daşımağa kömək etdi. 

-

 



Bir az naxoşdu, qızım. 

-

 



Allah şəfasın versin! 

-  Sağ  ol  qızım,  hamısı  o  həbsxana  xarabanın  zibilidi,  dərd  canından  çıxmır 

ki, dəfələrlə xaricdə müalicə olunub. 

Fidan kişinin sadə, həm də söhbətcil adam olduğunu görüb maraqlandı:  

- Mehman usta bəyəm həbsdə olub?  

- Hə, nə az, nə çox, düz on iki il. Mən isə qoy gedim. 

-  Bir  az  oturun,  bu  istidə  əziyyət  çəkib  bunları  gətiribsiz,  nəfəsinizi  dərin, 

mən bu dəqiqə sizə çaydan-sudan bir şey verim. 

- Sərin su olsa, içərəm. 

Fidan sərin su gətirib nəvazişlə yer göstərdi. Ədəb qaydalarına uyğun özü də 

gəlib üzbəüz oturdu. 

-  Mən  onu  bircə  dəfə  görmüşəm,  üz-gözündən  ağayanalıq,  nur  yağan, 

zahirən  sağlam  görünən  bu  insanın  da  demə  dərdi-səri  varmış...  Maraqlıdı,  əmi 

mənə onun haqqında daha nə danışa bilərsiniz?  

-  Eh,  ay  qızım,  bu  fani  dünyada  dərdsiz  adammı  var?  Mehman  qədeşi  bir 

yox,  yüz  dəfə  görsən  də  dərd-sərini  danışan  döyül,  onu  çoxdan  tanıyıram,  qızıl 

kimi əlləriylə ad-san çıxarmışdı,  maşının səsinə qulaq asıb,  hansı  hissəsinin  xarab 

olduğunu  o  saat  deyərdi,  sonra  balaca  “baron”  ləqəbli  biriylə  şərikli  avtoservis 

açdı,  ustalara  ustad  oldu...  Dost-tanış  yanında  yaxşı  xətir-hörmət  qazanmışdı. 

Toyuna kimlər gəlmədi...  




 

51 


Bir  gen  şəriki  işdən  sonra  onu  öz  bağına  dəvət  edir.  Deyir,  arvad-uşağı 

göndərmişəm  istirahətə,  evdə  tək  qalıb  darıxıram,  o  vaxt  qədeşin  iyirmi  yeddi, 

baronun  qırxdan  çox  yaşı  varmış.  Cavanlıqda  hamının  səhvi  olur,  qızım,  elə 

səhvlər  var,  adama  ömrü  boyu  peşmançılıq  gətirir,  ustanın  səhvinə  isə  günah  da 

demək  olmur,  düz  iş  də...  Uzun  sözün  qısası,  “baron”  deyir,usta,  sənə  çoxdandı 

yaxşı  qonaqlıq  vermək  istəyirdim,  əlimə  göydən  düşmüsən,  gəlsənə  əməlli-başlı 

kef  eləyək,  dəniz  sahilində  yaxşı  bir  sauna  tanıyıram,  zəng  edib  iki  yeyib-içən 

gözəl canan da çağırarıq  məclisimizə. Özümüzü əməlli-başlı masaj etdirərik. Usta 

da evinə zəng edib o gecə şəhərdən kənarda olduğunu, evə gəlməyəcəyini bildirir. 

Bağışla  qızım,  atan,  bəlkə  də  baban  yaşında  kişiyəm,  abırsızlıq  olmasın,  amma 

özün bilmək istədin, mən də... 

- Buyurun, əmican, danışın, heç narahat olmayın! 

-  Narahatçılıqdan  keçib,  qızım,  belə  şeylər  təkcə  kinolarda  olmur,  baronun 

“canan”  dediyi  rəfiqələr  gülə-gülə  gəlib  çıxırlar.  Bu  zaman  çox  gözlənilməz, 

dəhşətli  hadisə  baş  verir,  cavan,  gözəl,  vur-tut  beş-altı  ayın  gəlini  olan  həyat 

yoldaşını yarımsərxoş halda görən ustanın cin vurur təpəsinə. Elə ordaca “baron”u 

da,  arvadını  da  bıçaqlayıb  ölümcül  yaralayır.  Arvadı  elə  hadisə  yerində  keçinir, 

şərikinin  həyatını  həkimlər  xilas  edir,  istintaq  zamanı  məlum  olur  ki,  qızları 

saunaya  şəriki  yox,  onun  sifarişirlə  hansısa  “mama  Roza”  göndəribmiş.  Usta  isə 

şərikinin  bu  işi  düzüb-qoşduğunu,  arvadını  əvvəlcədən  tanıdığını  zənn  edibmiş... 

Bax, belə, qızım,  həbsxanada böyük  nüfuzla, xətir-hörmətlə bərabər  xəstəliklər də 

qazandı,  qədeş  üç  il  əvvəl  çıxdı,  o  günü  dostları-tanışları  bir  yerə  yığışıb  böyük 

bayram elədilər, kimisi ona  maşın, kimisi  ev bağışladı, bax, bu gördüyün evi, indi 

ustanın qaldığı bağı dostları bağışlayıb. Amma təmirdən sonra o burada bir gün də 

olsun yaşamayıb. Yay-qış bağ evində qalmağı xoşlayır... 

Kişini böyük maraqla dinləyən Fidan soruşdu: 

- Bəs həbsxanadan çıxandan sonra evlənmədi? 

-  Yox  qızım,  dost-tanışı  nə  qədər  xahiş-minnət  etsə  də,  fikrindən  daşındıra 

bilmədi. “Mənim qadınlara inam hissim o bədnam gecədə öldü”-deyir. 

Xudahafizləşəndə   




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə