Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

46 


***** 

“Kaş  ki,  hər  şey  ayrı  cür  olaydı!”.  Görəsən,  Röyal  bununla  nə  demək 

istəyirdi?  Axı  sevən  oğlan  illərlə  xəyalı  ilə  yaşadığı  sevgilisini  yataqda  bu  cür 

qoyub  gedə bilməzdi.  Fikir-zikir  Fidanı boğur, cavabsız sualların burulğanına atıb 

boğurdu.  Daha  dözə  bilmədi,  qadınlıq  qüruruna  sığışdırmasa  da,  bu  məsələnin 

mahiyyətinə  varmaq naminə Röyalın anasına zəng  vurub, onunla görüşməyi  xahiş 

etdi.  Evlərinin  yaxınlığındakı  xiyabanda  sakit  bir  guşədə  oturacaqda  əyləşib 

dərdləşdilər.  

- Qızım,  məni bağışla, - deyə Röyalın anası  Fidanı çox  intizarda qoymadı,-səndən 

oğlumun  dərd-sərini,  əsl  bəlasını  gizləməyə  çalışırdım,  bilirdim  o,  səni  ürəkdən 

sevir, düşünürdüm ki, yəqin bu sevgi onu həyata qaytarar, ağlını başına yığar, kor-

koranə getdiyi yoldan geroi döndərər... 

Kövrəlib  dərindən “ah” çəkdi,  yerə dikilmiş  gözlərinin  kipriklərindən sanki 

qəm  yükü asılmışdı,-deyirlər, “ziyanın yarısından qayıtmaq da xeyirdi...”, bilirəm, 

mənim  qəbahətimi  heç  kəs  əhv  eləməz,  sən  də  bağışlama.  Bəlanın  birindən 

qurtulmamış, o birinə tuş gəldin, mən də özümü baiskar sayıram. Mənim taylarım 

məscidə gedir, namaz qılır, oruc tutur, ziyarətgahlarda nəzir-niyaz paylayır. Mənsə 

oğlumun  hansı  yuvanın  quşu  olduğunu  bilə-bilə  əlinə  bir  dəstə  gül  verib  yanına 

göndərdim.  Sən  mənim  günahımdan  keç,  qızım!  Axı  mənim  gözümün  ağı-qarası 

bircə  oğlum  var,  nə  edə  bilərdim?  Allah  pis  əməlindən  peşman  olanları 

bağışlayandı. Görürəm, əgər müalicə olunmasa, onu əbədi itirəcəyəm. Bir ana üçün 

bunun  nə  demək  olduğunu  anlayarsan.  Röyalı  sevirsənsə,  xilasına  yardımçı  ol! 

Görüm,  bu  ölkəyə  narkotika  gətirənin  qapısı  bağlansın,  gül  kimi  oğlan  idi,  dağ 

boyda vücudu şam kimi əridi, gözümün qabağında məhv olub gedir... 

Fidan təəəccüblə soruşdu: 

- O pis yola nə vaxtdan düşüb? 

Qadın göz yaşlarını silib sözünə davam etdi: 

- Atası rəhmətə gedən gündən, o günəcən tifil heç siqaret də çəkməmişdi. 

... Günlərlə özünə gələ bilmirdi. Çox bərk sarsılmışdı. Üz-gözünü saç-saqqal 

basmışdı.  Bu  ağır  itkinin  təsirini  yüngülləşdirmək  üçün  tay-tuşlarından  biri  ona 




 

47 


nəşə  verir...  Bir  dəfə,  iki-üç  dəfə...  Axır  ki,  o  zəhrimara  alışır.  Sonra  daiynəyə 

keçir.  Daha  gücüm-taqətim  qalmayıb.  Evdə  qiymətli  qab-qacaq,  nə  var,  hamısını 

satıb müalicəsinə vermişəm. 

- Mən isə onun ürək xəstəliyindən əzab çəkdiyini düşünürdüm. 

Fidana yalnız indi agah oldu ki, o gün Röyal yataq otağında niyə haldan-hala 

düşürmüş.  Gah  titrəyir,  gah  da  sakit,  mehriban  olur,  bəzən  də  siması  dəyişir, 

özündən çıxır, sifəti əcaib görkəm alırdı. “Bu mənim niyə ağlıma gəlməyib, axı bu 

vaxtacan onu qısaqol köynəkdə görməmişəm...”-fikirdən ayrılıb soruşdu: 

- Bəs indi hardadır, telefona niyə cavab vermir? 

-  Narkoloji  dispanserdədir,  götürmürdülər,  iş  yoldaşlarımdan  birinin  orda  tanışı 

var, birtəhər razı saldıq... 

Fidanın çiyninə sanki ağır  yük düşmüşdü.  Nə deyəcəyini,  nə edəcəyini ağlı 

kəsmirdi: 

- Elə günü sabah gedib baş çəkərəm ora... 

Ürəyindən:  “Axı  o,  məndən  həqiqəti  gizlədib.  Bəs  niyə  onu  görməyə  can 

atıram?!”-keçdi...  Taleyi  yeni  bir  sürprizlə  üz-üzə  qalmaqdan  həzz  alırdı.  Fidan 

ağır düşüncələr burulğanında evə qayıdıb özünü çarpayının üstünə yıxdı. 

- Allahım, günahım nədir ki, mənə bu əzabları çəkməyi rəva görürsən?  

Röyalın narkoman olması ona bir anlıq rahatlıq vermirdi. 

... Ertəsi gün ürək ağrısıyla dispanserə yollandı, içəri keçəndə öz-özünə: “Axı sənin 

burada nə ölmüşün var, Fidan, sən bura niyə, kimə görə gəlmisən?”-deyə fikirləşdi. 

Eyni  zamanda  vicdanı  üzə  durdu:  “Röyalı  bu  vəziyyətdə,  ağ  ölümün  pəncəsində 

təkbaşına qoyub kənardan seyr edə bilməzsən. Bu insanlığa rəva deyil. Axı sən onu 

sevirsən...”. Nədənsə, ona elə gəlirdi ki, Röyalı bu bəlanın əlindən təkcə o ala bilər, 

əgər Röyal həqiqətən onu sevirsə. Sevginin gücünə inanırdı. 

Röyal  onu  görcək  uşaq  kimi  kövrəldi.  çarpayıdan  qalxmağa  taqəti  qalmamışdı. 

Fidan  əlindən  tutub  qalxmasına  kömək  etdi.  Nəmli  gözlərinə  baxanda  özündən 

xəbərsiz boynuna sarıldı. 

-... Niyə məndən özün barədə həqiqəti gizlədirdin?   



 

48 


- Səni itirməkdən qorxurdum. Elə bilirdim, mənimlə bağlı hər şeyi öyrənsən, mənə 

nifrət  edəcəksən...  –  Röyal  günahkarcasına  xırıltılı  səslə  pıçıldadı,-yaşadığın  evin 

qarşısında  təzə  tikilən  binanın  sonuncu  mərtəbəsinə  çıxıb,  “Səni  sevirəm”  sözünü 

yazdığım  günün  səhəri  soruşdun  ki,  mənə  görə  ora  çıxmağa  qorxmadın?  Mən 

həmin  günəcən  ora  dəfələrlə  qalxıb,  özümü  aşağı  atmaq  istəmişdim.  Son  anda 

intihar etməkdən vaz keçmişdim... Məni həyata bağlayan yeganə qüvvə sən idin... 

Röyal Fidanın qarşısında diz çökdü, yalvarıb-yaxardı: 

- Bağışla məni! Əgər məni tərk etsən, elə bil öz əlinlə qəbrə qoyursan! Mənə sənin 

köməyin lazımdır, məni bu bəladan yalnız sən qurtara bilərsən, Fidan! 

Fidan susurdu. Nəhayət, ona uşaq kimi yalvaran Röyalı ayağa qaldırdı. 

- Deyirlər, dən burda dəfələrlə müalicə olunmusan. 

- Bu dəfə müalicə olunsam... mənə sənin yaxşı mənada təsirin, köməyin lazımdır... 

Əl  uzat, əgər bunu bacarsam, bir də o lənətə gəlmiş zəhrimara yaxın düşmərəm... 

inan mənə, gülüzlüm. Iş taparam, uşaq, sən, mən, ailə qurub birlikdə yaşayarıq. 

Fidan: “Neyləyim, İlahi, ona bu vəziyyətdə məndən savayı kim kömək edə bilər?” 

düşündü. – Dur gedək həkimin yanına,-dedi. 

Bu  dəfə  müalicə  çətin  keçəcək,-deyə  həkim  Fidana  bildirdi,-ciddi  rejim 

altında  olmalıdır.

 

Təkcə  müalicə  yox,  məsləhət  görərdim  səriştəli  psixoloq-



həkimlə də möhkəm əlaqə saxlayın... Psixoloji asılılıq onu yenə bura döndərə bilər.

 

Ona görə maddi cəhətdən bu müalicənin



 

öhdəsindən gəlmək asan deyil, qızım.  

Psixoloq-həkim  orta  yaşlarında  zərif  simalı  bir  qadın  idi.  Fidanı  çox 

mehribancasına qarşıladı: 

-  İki  həftəlik  müalicə  kursundan  sonra  yenidən  qəbuluma  gəlin.  Hər  şey 

onun  öz  iradəsindən  asılıdır...  Narkomaniya  dünyasının  içinə  girən  şəxsin  ordan 

geri  qayıtması  çox  çətin  prosesdir.  Bu  labirint  kimi  bir  dünyadır,  sirli  quyudur, 

ordan  yalnız  sırf  təsadüf,  bir  də  böyük  insan  iradəsi  nəticəsində  qurtulmaq 

mümkündü... Röyal da başqaları kimi bu yola qədəm qoyanda elə bilirmiş istədiyi 

an  bu  bəladan  qurtula  bilər...  Anasına  demişdim,  ilk  növbədə  onu  narkoman  tay-

tuşlarından  uzaqlaşdırmaq  gərəkdi.  Əgər  köhnə  məhəllə  dostlarından  zyrılmasa, 

müalicəyə bu qədər pul tökməyinizin faydası yoxdu. Onu da deyim ki, bu xəstəliyə 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə