Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   19   20   21   22   23   24   25   26   27

 

70 


olduğunu bəhanə edib, gələrəm, sizi də bağa apararam. İstəyirəm, Mehman qədeş 

ta o günəcən gəlişinizdən xəbər tutmasın... 

Kişi qapıdan çıxanda Fidan dedi: 

- Əmi,  məni bir sual  narahat edir, Mehman usta kimi  bir adam  necə olub ki, bu 

cür şəraitli mənzili Əfqan kimi avaragora kirayəyə verib? 

-  Məgər  o  kürəkən  dələduz  özü  bu  barədə  bir  söz  deməyib?  Onlar  çox  qısa 

müddət  ərzində  həbsxanada  bir  yerdə  olublar.  Bir  də  axı,  kirayə  nədir,  qızım, 

Mehman  usta  ona  rəsmi  etibarnamə  vermişdi...  Hətta  dövlət  rüsumunu  da  özü 

ödəmişdi. Nə isə... Di, sağlıqla qalın, mən getdim. 

- Yaxşı yol! 

Bu dəfə kişinin dalınca bir stəkan su da atdı. 

 

 



* * *   

 

...  Düz  bir  saat  sonra  hamamçı  Rozanın  evindən  çıxanda  vaxtından  əvvəl 



azadlığa buraxılmış məhbus kimi Fidanın sevincdən uçmağa qanadı yox idi.  

Həyat  kitabını  sonacan  oxumuş  qocanın  dediyi  kimi,  pay  apardığı  ağ  şanı 

hamamçı  Rozanın  bərk  xoşuna  gəldi.  Üç  yüz  dollar  əvəzinə  üç  yüz  manat  pulu 

görən dəllal arvadın elə bil çiçəyi çırtladı: 

-  Bu,  nədir?  Deməli,  mən  deyənə  razı  olmadın?  –  soruşanda,  Fidan  uşağını  da 

götürüb, atası evinə dönəcəyini bildirdi: 

- O narkoman oğlan hər dəfə qapımı döyəndə ürəyim tir-tir əsir, yerindən qopur. 

Qorxuram,  özüm  cəhənnəm,  uşağa  xətər  yetirər.  Siz  özünüz  də  məsləhət  bildiniz 

ki, ondan can qurtarmağın yeganə yolu yaşayış yerimi dəyişməkdi. 

-  Başqa  yol  da  vardı,  -  hamamçı  Roza  üzümdən  ləzzətlə  yeyə-yeyə 

hiyləgərcəsinə  söz  atdı:  -  amma  razı  olmadın,  neynəyək,  ha  vaxt  fikrini  dəyişsən, 

yanıma gəl... Əli qırılaydı, o, “silötkə” köpəyoğlunun, gül kimi qızdın, bir gör səni 

nə hala salıb? Çox sınıxmısan, get, özünə fikir ver. Ye-iç, ətə-qana dol, əmələ gəl, 

bir az kökəlsən, yenə gözəgəlimli, diqqətçəkən xanım-xatın çağına qayıdacaqsan...  




 

71 


Xudahafizləşmək istəyərkən titrədə-titrədə uşağa baxıb soruşdu: 

- Aaz, bu kişi qırığı o gədədəndi? O cür qapqara pıspısadan bu cür gözəl uşaq? 

Fidan başını bulayıb: 

- Yox, bunun atası türmədədir... 

- Dedim, axı, nəşəxor uşağına oxşamır, sən də lap gül vurmusan, ha, özünə kişi 

tapa bilmirdin? Biri türmədə çürüyür, digəri də küçələrdə nəşəxorluq edib sülənir. 

Eybi  etməz,  atalar  üçdən  deyib,  bir  az  kökəl,  qayıt  gəl  yanıma,  canımçün,  Roza 

xalan bir abırlı kişi tapar ki, vallah səni gözlərinin üstündə saxlayar... 

Fidan da: 

-  Hardaydı  məndə  o  bəxt?  Birinə  atam  zorla  vermişdi,  o  biri  yetimi  də  özüm 

sevmişdim,  heç  birində  yarımadım.  Üçüncüsündənmi  yarıyacam  –  deyəndə  arvad 

gözlərini bərəldib: 

-  Bura  bax,  kişi  sarıdan  bəxtin  gətirmirsə,  günahı  özündə  gör,  onun-bunun 

üstünə  yıxma,  bir  nəşəxordan  ötrü  boyun-boğazının  gül  kimi  qır-qızılını,  briliant 

sırğa-üzüyünü atdın çölə... İndi get, ata evinə, ağlın gəlsin başına... 

Oğlunun  totuq  əllərindən  tutdu,  yaşadığı  binanın  yaxınlığındakı  parkda  gəzə-

gəzə  hamamçı  Rozanın  ibrətamiz  sözlərini  son  kəlməsinəcən  yada  saldı,  fikrə 

daldı. Uşaqların əlində dondurma görən oğlu onu dartışdırıb: 

-  Ana,  mən  ondan  istiliyəm  –  dedi.  O,  fikirdən  ayrılıb  oğlunu  bağrına  basdı, 

üzündən-gözündən  öpüb:  “canım-gözüm,  nə  istəsən,  allam...”  dedi,  çantasından 

çıxartdığı şax yüzlüyü dondurma satana uzatdı.  

-  Bacım,  xırdam  yoxdu,  indicə  alverə  başlamışam,  amma  siftə  eləmişəm, 

diyircəkli  buz  dolabından  götürdüyü  dondurmanı  uşağa  verib,  -  qoy  məndən  bu 

kiçik bəyə pay olsun! – dedi.  

O,  dondurmasatana  təşəkkür  edib,  pulu  çantasına  qoydu.  Utandığından  üzü 

qızarmışdı.  Sanki  dondurmanı  havayı  aldıığına  görə  yox,  cəmi  bir-iki  saat  əvvəl 

uşağının  ehtiyacı  üzündən  özünün  yad,  tanımadığı  kişinin  ağuşuna  atmaq  fikrinə 

düşdüyünə görə vicdanı əzab, xəcalət çəkirdi...  

Mehman  ustanın  göndərdiyi  puldan  200  manat  qalmışdı,  onun  da  yarıdan 

çoxunu  binanın  yaxınlığındakı  ərzaq  dükanına  borcunu  ödəyəcəkdi.  Son  vaxtlar 




 

72 


daha nisyə ərzaq götürməyə üzü gəlmirdi. Borc-xərcin kəllə-çarxa qalxması Fidanı 

çəkindirirdi.  

Dükanda çalışan satıcı qız onu görcək qaşqabağını salladı. Amma Fidanın nisyə 

ərzaq  istəməyə  yox,  borcunu  ödəməyə  gəldiyini  bilən  kimi  sevindi,  vitrikndən 

götürdüyü şokoladlı kökəni uşağa uzatdı: 

-  Al,  bu  da  sənə  xaladan  pay  olsun!  –  Borc  dəftərini  götürüb,  -  Fidan  xanım, 

cəmi borcunuz 127 manatdır... – Pulun qalığını qaytaranda, - nəsə götürəcəksiz? – 

nəzakətlə soruşdu. 

Fidan  xeyr  dedi  və  yenə  üzünə  qızartı  çökdü.  “Fidan  xanım”,  “Fidan  xanım”  – 

satıcı qızın ona bu günəcən “xanım” deyə müraciət elədiyini xatırlamırdı. 

“Pul adamın  üzünə bütün bağlı qapıları açar”  – deyirlər, amma o gün Mehman 

ustanın  qoca  sürücüsüylə  göndərdiyi  pul  onun  özünün  də  ağızdolusu  “Fidan 

xanım”  çağırdığı  bu  gənc  qadının  üzünə  fahişəlik  dünyasına  gedən  qapıları 

bağlamışdı...  O  qapılar  heç  kəsə  bəxtəvərlik  vəd  etmir,  yalnız  müvəqqəti 

əyləncələrlə,  intim  münasibətlərə  yadda  qalır,  ötəri  xoşbəxtliyin  zahiri  təmtərağın 

ömrü isə böyük gələcəyə bəslənən ümidləri pərən-pərən edir, kölgə altına alırdı.   

 

* * *  


 

- Bu da bizim bağ, - maşından enən kimi hündür, üzüm talvarının altında 

qoyulmuş masaya yaxınlaşdılar. Masanın yan-yörəsində çoxlu göyərçin vardı, 

onlar heç kəsdən qorxmur, dən axtara-axtara quruldaşırdılar. Uşaq sevincək halda 

quşların üstünə yüyürdü. 

- Yaz çağları burada qaranquşların civiltisi, göyərçinlərin qurultusuna qarışır, bir 

təbii, harmonik musiqi yaranır ki, gəl görəsən, adam qulaq asmaqdan usanmır.  

Fidan özü ilə gətirdiyi sillafon torbadan iki qutu çıxarıb masanın üstünə qoydu. 

Onlardan birini götürüb kişiyə uzatdı:  

- Əmi, bu köynəyi sizə almışam, bu da Mehman ustanın hədiyyəsi. 

- Bıy, ay qızım, niyə özünü xərcə salmısan? 

- Bu boyda yolu əliboş gəlməyə utandım...  




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə