Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 

61 


Natəvanın  dediyi  kimi  özünü  həyatın  axarına  buraxmaqdan  başqa  çarəsi 

qalmamışdı.ünün  qabağından  Röyalla  keçirdiyi  intim  anlar  gəlib  keçdi.  “Allah 

eləməsin, o manyakdan uşağa qalım...”-deyə pıçıldadı. 

***** 


Həftənin  axırıncı  günüydü.  Fidan  fikir-zikir  içindəydi,  qəm  dəryasına 

batmışdı, birdən qapı bərkdən döyüldü. Fidan qapını açmağına peşman oldu: 

- Mənə pul lazımdı, gözəlim mənim... 

Fidan qaşqabaqlı surətdə başını buladı: 

- Əvvəla, salaməleykim, ikincisi, sən de, pulu hardan, kimdən tapım? 

-  Üçüncüsü  və  sonuncusu,  bilmirəm,  hardan  tapırsan,  tap,  bir  nəfərə  pul 

verməliyəm, məni aşağıda gözləyir, xahiş edirəm... 

- Sən axı yaxşı bilirsən, mənim pulum yoxdu, o üç yüz dollara görə... 

Röyal sözünü kəsib: 

- Cəhənnəm olsun, o üç yüz dollar! Get, çantanı bura gətir... 

Gözlərinin içindən sanki o deyil, yarıyuxulu, mürgülü başqa bir məxluq peyda olub 

key-key baxırdı Fidana. Bəlkə bu, adına cin, şeytan deyilənin özüydü. Bu durumda 

dünya  gözəli  olan  ən  şirindil,  ən  hiyləgər  qadın  belə  onu  sakitləşdirib  ovundura 

bilməzdi.  

- Vəziyyəti qəlizləşdirmə, çıx  get!  Bilmirsən, bilmək də  istəmirsən ki,  məni 

qarşıda  hansı  müsibət  gözləyir.  Bu  gün  sənə  verdiyim  o  üç  yüz  dolları 

qaytarmasam,  gedib  yad  bir  kişinin  altına  yıxılmalıyam,  başa  düşürsən,  axı  məni 

sevdiyini  söyləyirdin,  məgər  sənin  üçün  həyatda  müqəddəs  heç  kim,  heç  nə 

qalmayıb?  Ananın,  sevdiyin  qadının  qədd-qaməti  heçdirmi  səninçün?  Məgər  bu 

dünya  o  bir  parça  zəhrimarın  dumanından  aldığın  yalançı  ləzzətdən  ibarətdir?  O 

yalançı  həzz  keçib-gedəndən  sonra  gör  nə  hala  düşürsən?  Niyə  özünü  göz  görə-

görə məhv edirsən, Röyal, niyə?  

Röyal rişxəndlə:  

- Hə, mnə nə qədər istəyirsən ağıl ver, haqqın var, de ki, o zəhrimar çörəyi-

suyu əvəz edib, mənimçün, de ki, bir qram narkotik zibili əldə etmək üçün mənim 

kimilər  lap  öz  anasını,  arvadını  da  pula  satar.  Ancaq  mənə  bu  dəqiqə  pul  lazım 




 

62 


olduğunu da unutma! Düz deyirsən, səni sevirdim, amma necə deyərlər, bu “qara” 

da məni sevir, onun sevgisi mənim sevgimdən güclüdü. Bu həyat nədir axı? Səncə, 

hamımız üçün ölümü gözləmək səhnəsi deyilmi, çox gözəl, füsunkar dediyimiz bu 

həyat?  Çəkən  üçün  də,  çəkməyən  üçün  də...  Bu  səhnənin  yalnız  bir  qalibi  var. 

Gülüzlüm,  mənim,  onun  da  adı  Ölümdü.  Istər  ağ  olsun,  istər  qarası,  bəlkə  yaşılı, 

mavisi də olur, amma sən də unutma, ölüm elə ölümdür. 

-  Röyal,  mən  doyunca  yaşamaq,  sevmək,  oğlumu  böyütmək  istəyirəm.  Söz 

vermişdin,  dil  tökmüşdün,  diz  çökmüşdün,  yalan  danışmayacaqsan,  köhnə 

vərdişindən  əl  çəkəcəksən,  son  günlər  müxtəlif  bəhanələlərlə  evə  gəlməyəndə, 

sanırdım ki, xroniki yalançılıq xəstəliyinə tutulmusan. Demə, sənin içindəki tərki-

dünyalıq həvəsi ondan da güclüymüş, bu həvəs vərdişə çevriləndə fəlakət baş verir. 

Eynən intihar kimi... 

-  Mən  pis  oğlanam,  ona  görə  də  məndən  təzədən  adam  olacağına  boş  yerə 

ümid bəsləmə... 

-  Sən  elə  bilirsən,  qadın  üçün  həyatda  ən  qorxulu  şey  ərsiz,  kişisiz 

qalmasıdır?  Ac-susuz,  pal-paltarsız  qalmaq,  tənhalığın  ağrı-acısı  ürəyini  yandıra-

yandıra kirayədə ömür-gün keçirtmək nə qədər ağır olsa da, Əfqan kimi dələduza, 

sənin  kimi  islaholunmaz  narkomana  rast  gəlməkdən  yaxşıdır...  Mən  onun 

köləliyindən  qurtuldum,  sənin  əsirin  oldum.  Bir  qadın  üçün  ən  dəhşətli  şey 

ehtirasların  quluna  dönüb,  özünün  öz  gözündən  düşməsi,  daxilinə,  keçmişinə 

xəyanətidir.  Mən  bu  gün  sənə  görə  qəm-kədərlə  gözlərimi  dolandırıb,  göz 

yaşlarımı  içimə  axıda-axıda  harın,  pullu  bir  kişiylə  sevişməyi  bir  az  əvvəl 

fədakarlıq, az qala qəhrəmanlıq sayırdım, indisə bədbəxtlik... 

Röyalın  yenidən  gic  damarı  tutdu,  elə  bil  gözlərində  uyuyan  şeytan 

yuxusundan oyanıb bağırdı: 

-  Yaxşı,  bəsdir,  -  səsini  qonşular  eşitməsin  deyə  aşağı  saldı,-onsuz  da 

ürəyimdə  kövrək  hissiyyatım  qalmayıb,  deyirsən,  pulun  yoxdu,  amma  sən 

bayaqdan  gözəl-gözəl  nitq  söyləyirsən,  mən  də  o  zərif  əllərinə,  barmaqlarına 

baxıram, orda axtardığım puldan da artıq pul görürəm, çıxart ver, gedim. Dostlarım 

pul əvəzinə, üzüyə də qane olarlar, hələ bəlkə qalığını da qaytardılar. 




 

63 


- Sən nə danışırsan, vermərəm, bu üzük nənəmdən yadigardı. 

-  Sevimli  nənəni  o  dünyada  pərişan  eləmək  istəmirsənsə,  lal-dinməz  çıxart 

ver,  gedim,  yoxsa,  o  gözəl  barmağın  şikəst  olar,  mən  qan  görən  kimi  əsəblərim 

sakitləşir.  

-  Manyak,  əclaf,  sənin  biqeyrət  Əfqandan  heç  nəyin  əskik  deyil,  o,  atamı 

aldadıb, babamdan  miras qalan evi satdı, sən də  məni aldadıb, üstəlik  hədə-qorxu 

gəlməklə nənəmdən yadigar qalan yeganə qiymətli üzüyümü almaq istəyirsən. Bir 

çimdik ağ tozdan ötrümü? Bu üzük... 

Hay-küy səsinə uşaq səksənib zarın-zarın ağlamağa başladı. 

Röyal havalı-havalı bir əli ilə başını tutub, o biri əlini divara çırpdı:  

- Bu üzük, bu üzük, hər halda sənin o gorbagor nənən nə padşah qızı olub, nə 

də xan-bəy arvadı... Sənə dedim ki, çıxart ver, vəssalam-şüttəmam. 

Hirslə  Fidanın  üzərinə  yeridi.  Fidan  dal-dalı  çəkilib,  divara  qısıldı.  Özünü 

necə müdafiə edəcəyini bilmirdi. Röyalın birinci şilləsi başını gicəlləndirdi, ikincisi 

yerə sərdi. Müqavimət göstərirdi, sıxılmış ovcunu açmaq istəyən Röyalı inəsindən 

itələdi.  Bu  zaman  Röyalın  gözü  qızdı,  daha  da  quduzlaşdı,  yumruqlarını  işə  salıb, 

huşunu itirənəcən Fidanı döydü. 

***** 


Uşaq  yatağından  düşdü,  döşəmədə  huşsuz  vəziyyətdə  hərəkətsiz  qalan 

anasının yanına yüyürdü. Ağlamağına ara verdi: 

-  Ana,  ana,  duy,  su  vey,  su,  su...-deyə  onun  saçından  dartışdırırdı.  Fidan 

özünə  gəlib,  birinci  boş  qalmış  barmağına  baxdı.  Sonra  uşağa  su  verib,  güzgü 

qabağında üzünün, alnının göyərib-şişmiş yerlərinə buz qoyub için-için ağladı. 

Bu  zaman  mobil  telefonu  zəng  çaldı.  Fidan  birtəhər  toxtayıb,  ekrana  baxdı. 

Zəng  edən  hamamçı  Rozaydı.  “Keçi  can  hayında,  qəssab  piy  axtarır”-pıçıldayıb 

barmağının  ucuyla  yaşıl  düyməni  basdı.  Başqa  bir  barmağı  da  telefonun 

səsgücləndiricisinə toxundu: 

-  Ay  qız,  harda  qaldın,  mən  səninçün  yaxşı  çay,  şirniyyat  süfrəsi  açmışam, 

adamın da başımı xarab edib, zəngimi gözləyir... 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə