Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   19   20   21   22   23   24   25   26   27

 

64 


- Roza xanım, məni bağışlayın, qoy bu məsələ başqa vaxta qalsın, üz-gözüm 

pis gündədir, görsən, tanımazsan.  

-  Mənə  bax,  bəhanə  gətirmə,  o  pulu  səndən  yüksək  fazilə  geri  alaram,  elə 

bilirsən,  xəbərim  yoxdu,  balam,  his-pas  basmış  “silyotka”  narkomanın  qoynunda 

nə həzz alırsan, başa düşmürəm... 

- Bəhanə  gətirmirəm, elə onun qoynuna  girmədiyinə  görə  məni əməlli-başlı 

döyüb,  inanmasanız,  bu  dəqiqə  telefonunuza  üz-gözümün  şəklini  çəkib 

göndərərəm, baxın görün, nə haldayam, ən azı bir-iki həftəyə sağalmaz... 

-  Ay  qız,  bəs  niyə  polisə  vermirsən,  nədən  çəkinirsən,  istəyirsən,  bu  dəqiqə 

zəng edim, bassınlar içəri, canın qurtarsın. 

-  Yox,  yox,  sizi  and  verirəm  Allaha,  lazım  deyil,  çünki  anası  məni  tanıyır, 

uaxşı düşməz, inanmıram bir də bura gələ... 

-  Ay-hay,  sən  nə  danışırsan,  narkoman  dadandığından  belə  asan  əl  çəkmir. 

Mənə qulaq as, ondan birdəfəlik qurtulmaq istəyirsəndə, yaşayış yerini dəyiş... 

Fidan candərdi söhbəti bitirmək xatirinə:  

- Yaxşı, bu haqda fiirləşərəm, sağ olun!-dedi. 

Üzük əhvalatından sonra tamam sarsıldı, ağır depressiyaya düşmüş kimi, bir neçə 

gün yataqdan qalxmadı, ev telefonunu xətdən ayrırdı. Cib telefonunu söndürdü. Bir 

müddət sakit həyat tərzi yaşadı.  

 

Telefonuna  üç  ismarıc  gəlmişdi;  hər  üçü  Röyaldan  idi.  fidan  düşündü  ki, 



yəqin elədiyinə peşman olub üzr istəyir. Ona görə ismarıcları oxumadan telefonun 

yaddaşından  silmək  istədi,  maraq  güc  gəldiyindən  gözucu  nəzər  saldı,  gördü  ki, 

üzrxahlıqdan  əsər-əlamət belə  yoxdur.  Elə  bil  nə  o  üzük  əhvalatı  olmuşdu,  nə  də 

Fidanı  şillənin,  yumruğun  altına  salıb  əzişdirmişdi,  “bəs  o  manyak  ismarıclarında 

nə  demək  istəyir”,  maraq  hissi  güc  gəldi,  birinci  ismarıcı  oxudu:  “Mən  səndən 

qaçıram, çünki sənsizlikdən ölmək  istəyirəm. Istəmirəm ki,  mənim ölümüm sənin 

gözlərinin  qabağında  olsun!  O  dünyaya  getməyi  bacarmaq  asan  iş  deyilmiş.  Sənə 

yaxın ola-ola səndən uzaqda ölməyi öyrənirəm, əlvida, sevgilim”. Görünür, cavab 

almadığından  ikinci  məktub  ismarıcda  yenidən  Fidanın  ürəyini  ələ  almağa  cəhd 

edirdi: “Bu nə cəzadı, taleyimiz bizə verir, gülüzlüm? Hər ikimiz iradəsizliyimizin 




 

65 


əzabını çəkirik, mən sənə layiq olmaya-olmaya qəlbinə yol tapdım. Dərdini-sərini 

yüngülləşdirəcəyimi  zənn  edirdim.  Tale  əks  tərəfə  sürüklədi.  Əvvəl  təkcə  anam 

əzab  yükünü  daşıyırdı,  indi  sənin  də  əzab  yükünü  artırdım.  Bu  gün  anam  səni 

incitdiyimə görə məni evdən qovdu, rəva görmə ömrümün son günlərini bomj kimi 

yaşayım...  Mənə  bir  dəfə  də  fürsət  ver”.  Nəhayət,  üçüncü  ismarıcda  Röyal 

narkoman  fəlsəfəsiylə  etdiklərinə  haqq  qazandırır,  əsəbləşir,  ondan  əl 

çəkməyəcəyionə  eyham  vururdu:  “Niyə  mənə  cavab  vermirsən,  düşünürsən,  kişi 

sarıdan bəxtin  gətirməyib? Yox,  məni suçlayıb, betərin betəri varmış demə, çünki 

məni  qadir  Allah  sənin  yoluna,  bu  şəkildə  həyatdan  ibrət  dərsi  almağın  üçün 

çıxartdı.  Dörd  divar  arasında  kölə  kimi  yaşayan  sənin  kimi  bədbəxt  qadınlar  az 

deyil,  düzü,  səni  xəyallarında  təsəvvür  elədiyin  xoşbəxtliyə  qovuşdura  bilmədim, 

amma  dənizdə  dalğaların  yırğaladığı  solğun  mayak  kimi  köləlikdən  azad  olmağın 

yolunu nişan verdim... Səni dələduz bir adamın əsarətindən qurtardım. Illər ötəcək, 

itirdiklərinə  rəğmən  qazandıqlarına  sevinəcəksən,  taledən  qaçmaq  olmur,  bu 

əsmərbənizli oğlana evinin və qəlbinin qapılarını aç! Gəlirəm...”  

 

Fidan  təşvişlə  qapıya  yaxınlaşıb  kilidi  təkrar-təkrar  yoxladı,  havalanmış 



adamlar kimi öz-özünə danışmağa başladı:  

- Gəlir? Yox, bu qapı heç vaxt onun üzünə açılmayacaq. O manyaka heç vaxt, heç 

zaman məni alçaltmağa, təhqir etməyə bir daha fürsət verməyəcəyəm – danışdıqca 

əsəbləşib coşurdu, - daha başqa bir Fidanam, başqa ürəyimə daş bağlayıb, narkotik 

maddənin  əsirinə  çevrilmiş  bu  xəstənin  ismarıclarına  da,  zənglərinə  də  cavab 

verməyəcəyəm...  –  deyə  çığırıb  cib  telefonunu  zərblə  parket  döşəməyə  çırpdı. 

Cingilti səsinə o biri otaqda şirin-şirin mürgüləyən oğlu diksindi.  

Fidan  dəli  kimi  eyvana  çıxdı,  qarşı  tərəfdə  tikinti  işləri  gedən  təzə  binanın 

son  mərtəbəsinə  baxdı,  yenə  Röyal  yada  düşdü,  yox,  artıq  əsmərbənizli,  çinar 

boylu oğlana bənzətdiyi Röyaldan əsər-əlamət yox idi, “Fidan, mən səni sevirəm” 

sözlərini yazdığı o yüksəklikdən dərin dərənin dibinə əbədi yuvarlanmışdı. 

Onun  düşdüyü  nəhəng  xəndək  böyük  uçurum  xəyalında  canlandı.  Orada 

Röyal  yaşında  cavan,  nə  vaxtsa,  ata-anasının  əziz-xələfi,  məktəbli  qızların 

vurulduğu gözəl-göyçək, sağlam oğlanlar əqrəb sürüsü kimi qaynaşırdı... 




 

66 


Zəhər  ehtiyatı  tükənən  əqrəblər  özünəməxsus  təbii  instinqlə  sıraya  düzülür, 

uçurumdan  yuxarı  dırmaşırlar,  onlar  qarşılarına  çıxan  canlıları  sanca-sanca  artıb 

çoxlaırlar.  Sonra  əqrəblər  nizamlı  ordu  kimi  böyük  şəhərlərə  soxulurlar.  Röyalın 

başçılıq etdiyi dəstə Fidanın yaşadığı göydələni mühasirəyə alır... 

Fidan  bhirdən  diksinib  ayıldı,  özünə  gəldi,  bu  nədir,  xəyalın  gerçək,  yoxsa 

gerçəyin xəyal şəklində təcəssümümü? Qorxa-qorxa eyvandan üzüaşağı boylandı.  

“Yox,  Fidan,  belə  olmaz...”  –  deyə  bədbinlikdən  yaxa  qurtarmaq  istədi.  Bu 

ür  xəyalların,  şbühələrin  içində  qovrulmaqdansa,  elə  günü  bu  gün  uşağını  da 

götürüb  atangilə  get,  yoxsa  dəli  olarsan.  Içəri  keçib  güzgüdə  sifətinə  baxdı,  göy 

yerlər hələ tam sağalmamışdı. Ata-anai deməzdimi, bu nə sir-sifətdi? Düzdü, o, bu 

vəziyyətə düşdüyünə görə valideynlərini  günahkar sayır, onları qəlbən bağışlamır, 

görmək belə istəmirdi.  

Bəs  neyləməli?  Qalıb  Natəvanın  dediyi  kimi,  taleyini  zamanın  axarınamı 

buraxsın?  Onunla  sərt  davranan  amansız  iqballa  döyüşdən  əl  çəkib  Roza  arvada 

sığınsın, gündə bir kişinin qoynuna girib, fahişəlikmi etsin?    

Çantasına  baxdı,  uşaq  üçün  yemək  almağa  heç  qəpik-quruşu  da  yox 

qalmamışdı. Üzünə nə qədər ənlik-kirşan çəksə də, göy yerlərin izi bilinirdi. 

Tutalım, durub indi getdi o aradüzəldən hamamçı Rozagilə, dedi ki, razıyam, 

hansı “harın kişi” ona yaxın düşər?  

Ev telefonunu xəttə qoşdu.  

-  Alo,  Roza  xanım,  mənəm,  Fidan,  cib  telefonumun  danışıq  müddəti  bitib,  dedim 

bəlkə  zəng  edib  məni  axtarmısız...  hə...hə,  bir  azca  qalıb  bədənimdə,  bu  dəqiqə 

baxım,-tələsik  nazik  ev  xalatını  soyunub,  yarıçılpaq  qaldı,  -  hə,  inanın,  bu,  heç, 

ağlıma gəlməyib, göbəyimin ətrafında qara qançır yerlər var... 

 

Deyirsiz,  bir  az  da  gözləyim...  Onda,-sözünü  bitirməmiş  dəllal  Roza  dərhal 



dəstəyi  asdı,-duud,  duud...  Fidan  bu  qırıq-qırıq  səsləri  dinləyib,  güzgü  qabağında 

xeyli  çılpaq  dayandı.  Deyəcəkdi,  “onda  qoy  sizə  gəlim,  heç  olmasa,  danışıq  kartı 

almaq  üçün  pul  verin”,  sonra  da  dükana  gedib  uşaq  üçün  bir  şey  alardı.  Söz  yox 

qadın  imkan  vermədi.  Evdə  bir  az  quru  peçenye  qalmışdı.  Dükançının  borc 

dəftərində  adı  var  idi,  məbləğ  şişmişdi,  daha  şörəyi  də  nisyə  almağa  utanırdı. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə