Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

37 


- O  bizim ailə şərəfimizi yerə vurub, təhqir edib, istəyirəm, övladım nə onun 

adını bilsin, nə də soyadını daşısın...  

 

 

                        * * *  



Ev sahibi  gedəndən sonra  Fidan yuxudan  oyanmış oğluna  yemək  verə-verə 

dərin  düşüncələrə  daldı.  Bundan  sonra  necə  yaşayacağı,  nədən  başlayacağı 

haqda fikirləşdi. Birdən telefon zəng çaldı. O, tez dəstəyi götürdü. “Tənha qadın, 

susma  danış!”  lirik  musiqisi  eşidildi.  Röyal  idi,  ədəb-ərkanla  salam  verib, 

yaxından  zəng  etdiyini  bildirdi,  evə  gəlmək  üçün  izn  istədi.  “vaxtınızı  çox 

almaram,  sizə  deyiləsi  vacib  sözüm  var...”.  Fidan  əvvəl  susdu,  etiraz  etmək 

istədi,  həyəcanla  çırpınan  qəlbinin  dərinliklərində  hansı  hissə  qadını  cəsarətə 

gətirdi,  o  Röyalı  yaxından  görmək  istəyirdi.  Artıq  tək-tənha  yaşamağa  gücü 

qalmamışdı.  “Kaş,  Röyal  illər  boyu  xəyalımda  yaşatdığım,  arzuladığım  adam 

olaydı,  yoxsa  başıma  gələn  bu  müsibətə  yəqin  dözə  bilməyəcəyəm”...  Susmaq 

razılıq əlamətiydi. Amma buna baxmayaraq Röyal yenə soruşdu: 

- İzn verirsiniz? 

Fidan: 

-  Əgər  mənə  deyəcəyiniz  vacib  söz  Əfqanla  bağlıdırsa,  zəhmət  çəkməyin, 



çünki daha buna ehtiyac yoxdur.  

- ...  


Bir azdan qapı döyüldü. Fidanın ürəyi həyəcanla çırpınmağa başladı.  

Ürəyinin  döyüntüsü  qulaqlarında  əks-səda  tapdı.  Daxilindəki  səsli-küylü 

təlatümlə  qapını  açdı.  İçəri  əlində  gül  dəstəsi  tutmuş  ucaboy,  qarayanız  bir 

oğlan daxil oldu. “Qeyb olan illər” filmindəki Əsmərə tam bənzəməsə də, onun 

kimi  mənalı  gözləri  vardı.  Havanın  isti  olmasına  baxmayaraq  uzunqol  köynək 

geyinmişdi. Uşaq Röyalı görən kimi anasının qucağından özünü oğlanın üstünə 

atdı.  Röyal  uşağın  bu  mehribanlığından  təsirlənərək  bağrına  basdı.  Fidan  bu 

səhnəni  ürək  ağrısı  ilə  seyr  edərək  kövrəldi.  Göz  yaşlarını  gizlətmək  üçün  tez 




 

38 


gül dəstəsini Röyalın əlindən alıb otağa keçdi. Arxasınca gələn oğlanı başdan-

ayağa sınayıcı nəzərlə süzüb soruşdu: 

- Aptekə gedəndə arxamca düşən siz idiniz? 

- Mənə, sən de,  Fidan  xanım,  mən  idim, yaxınlaşmağa yenə  ürək eləmədim, 

elə  bildim  gözlərinizdən  vulkan  püskürüb,  məni  bir  anda  külə  döndərəcək, 

şükür Allaha, o acı xəbərlə qəlbini yaralasam da, gözlədiyim kimi mənə acığın 

tutmadı.  

-  Sənin  nə  günahın  var,  acığım  da  tutsun?  Taledən  qaçmaq  olmur,  yazılan 

pozulmur,  sağ  olun  ki,  gec  də  olsa,  gözümü  açdınız.  Hələ  sizə  minnətdar 

olmalıyam. 

- Elə bilirdim siz məni heç zaman görmək istəməyəcəksiz.  

Fidan  ancaq  qəlbinin  səsinə  qulaq  asdı:  “Əslində  çox  görmək  istəyirdim, 

bəlkə də illər boyu xəyalımda axtardığım əsmər bənizli oğlan elə sənsən!”. 

- Fidan, bəlkə də  ilk  görüşdən  mənim belə danışmağım sənə qəribə  gələcək, 

ancaq  illər  boyu  qəlbimdə  saxladığım,  yalnız  anama  bildirdiyim  hisslərdən 

xəbərin  yoxdur.  Mən  səni  çox  sevirəm,  kaş,  biləydin  ki,  sənsiz  həyat  mənim 

üçün necə cansıxıcı, mənasızdır. Gəl Əfqandan ayrıl, evlənək, uşağına öz balam 

kimi  baxacam,  sənin  xoşbəxtliyin  üçün  canımdan  belə  keçərəm,  Fidan!  Sən 

mənə  çox  lazımsan,  yalvarıram,  “yox”  demə,  anam  da  səbirsizliklə  o  bəxtəvər 

günü gözləyir.  

Fidan  göz  yaşlarını  saxlaya  bilmədi,  elə  bil  çoxdan  bəri  gözlədiyi  əziz, 

doğma  bir  adamı  gəlib  çıxmışdı,  içində  ona  sarılmaq,  başını  çiyninə  qoyub 

ürəyindəkiləri demək hissi baş qaldırmışdı. Artıq özündən asılı deyildi, Fidanın 

başı oğlanın köksündə idi.  

Güclü  bir  kişi  köksünə  sığınıb  əzizlənmək,  sevilmək  ehtiyacı  gənc  qadının 

varlığını  elə  çulğalamışdı  ki,  dinib-danışmağa  taqəti  də  qalmamışdı.  Röyal 

nəvazişlə köksünə sığınmış Fidanın saçlarını sığallayıb, bəndi dağıtmış sel kimi 

axan  göz  yaşlarını  dodaqları  ilə  qurudub  ovutmağa  çalışırdı.  Nəhayət,  bir  az 

sakitləşib  eyvana  çıxdılar.  On  yeddinci  mərtəbədən  şəhəri,  uzaqdan  görünən 



 

39 


dənizi  birgə  seyr  etdilər.  Axşam  düşmüşdü,  qonşuluqda  tikilən  yeni 

hündürmərtəbəli binada isə fəhlələr hələ də vurnuxurdular.  

Röyal o gün bərk həyəcanlı idi, sanki özündə deyildi, tez getdi, Fidansa onun 

yubanmasını istəyirdi. Uşağın başı oyuncaqları ilə oynamağa qarışmışdı.  

... Ayrılıq məqamı çatanda onlar sevgililər kimi bir-birinə sarılıb öpüşdülər. 

Röyal  Fidanın  sidqi-ürəkdən  öpdüyü  ilk  kişi  idi.  Bu  ilk  öpüşün  dadı 

dodaqlarında qalan gənc qadın güzgü qarşısında dayanıb özünə baxa-baxa için-

için ağlayırdı.  

 

 

                                      * * *  



 

Fidan cürbəcür bəhanələr gətirir, valideynləri ilə görüşdən yayınırdı. Son vaxtlar 

nə özü ata evinə gedirdi, nə də anasının gəlib bir gün onunla qalmasına razı olurdu. 

“Mən tək qalmağa öyrəncəliyəm, tək qalmaqdan qorxmuram...” – deyirdi.  

Bir  gün  anasının  ürəyi  ayrılığa  tab  gətirmədi,  iki  daşın  arasında  qızını  arayıb 

tapdı:  


- Nəvəmdən ötrü burnumun ucu göynəyirdi, elə darıxmışdım ki...  

-  Yaxşı  oldu  gəldin,  ana,  uşaq  bir  müddət  sənin  yanında  qalsın,  iş  axtarmaq 

qərarına gəlmişəm, babat yer tapsam, uşağı bağçaya verərəm... 

-  Nədən  narazısan,  qızım,  gül  kimi  evin-eşiyin,  ərinin  maşını,  dəniz  sahilində 

bağınız... Bir də axı, işi neynirsən, məgər Əfqan az qazanır? 

Fidan təmkinini pozmadan dilləndi: 

-  Ana,  ev-eşik,  maşın-bağ  ağ  yalandı,  o  tərbiyəsiz  sizi  də  aldadıb,  məni  də.  Bu 

mənzil onun deyilmiş, dəm-dəstgah, dəniz sahilində malikanə uydurmaymış... Gəl 

otur, hər şeyi olduğu kimi sənə danışım.  

Ana-bala oturub xeyli dərdləşdilər.  

-  Mənim  kimi  ananın  başı  batsın,  sən  “tək  qalmağa  öyrəncəliyəm”  deyəndə 

Əfqanın  yenə  xaricdə  olduğunu  zənn  etmişdim.  Əgər  atanın  sağlamlığı  imkan 

versəydi,  bu  işi  belə  qoymazdı...  Fikir  eləmə  qızım,  Allah  kərimdi,  təki 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə