Hüseynov Mövlud


OVŞALA ŞƏRBƏTİ Texniki şərtlər



Yüklə 1,58 Mb.
səhifə12/16
tarix10.11.2017
ölçüsü1,58 Mb.
#9227
1   ...   8   9   10   11   12   13   14   15   16

OVŞALA ŞƏRBƏTİ

Texniki şərtlər

TŞ AZ 51000156001-001-2013


(ilk dəfə tətbiq оlunur)

Qüvvədə olma müddəti




“_30_” __01______2014-cü ildən


“_30_” _01_____ 2019-cu ilədək


Razılaşdırılıb:

ADİU-nun elm və innovasiyalar

üzrə prorektoru
İmza, möhür: prof. Ə.İ.Bayramov
Magistratura Mərkəzinin direktoru

İmza : dos. H.A.İsrafilov

“_25_” ___04_____ 2013-cü il


İşləyİb hazırladı:

Ərzaq malları əmtəəşünaslığı

və ekspertizası kafedrasının müdiri

İmza: prof. Ə. İ. Əhmədov

Ərzaq malları əmtəəşünaslığı

və ekspertizası kafedrasının doktorantı

İmza: M.Ə.Hüseynov

“_16_” __02______ 2013-cü il



Bu texniki şərtlər suya şəkər tozu, limon turşusu, qızılgül ləçəklərindən alınan ekstrakt, gülab, nanə, reyhan bitkilərinin distilləsindən alınan ətirli suların əlavə edilməsi ilə konser-vantsız və konservantla, qazlaşdırılmış və ya qazlaşdırılmamış alkoqolsuz ovşala şərbətinə şamil edilir.

Məhsulun kefiyyətinə olan zəruri, əhalinin həyatı, sağ-lamlığı üçün təhlükəsizliyi təmin edən məcburi tələblər 3.2.1-3.2.4 bəndlərində göstərilmişdir.

Bu texniki şərtlər sertifikatlaşdırma üçün istifadə edilə bilər.Bu texniki şərtlərin tələbləri məcburidir.


1 TERMİN VƏ TƏRİFLƏR
Bu texniki şərtlərdə müvafiq təriflərlə aşağıdakı terminlər istifadə olunur:

1.1 Ovşala şərbəti: gül suyu, şəkər, limon turşusu, gülab, ətirli-ədviyyəli bitkilərdən alınmış distilyat və qaynadılmış (və ya xüsusi qaydada təmizlənib pasterizə edilmiş) su ilə hazırlanmış spirtsiz içki-şərbətdir.

1.2 Gül suyu: həqiqi qızılgül ləçəklərinin limon turşusu ilə turşulaşdırılmış və temperaturu 95-1000C olan suda 16-24 saat saxlanılıb süzülmüş turş dadlı, tünd qırmızı rəngli ekstraktdır.

1.3 Gülab: qızılgül ləçəklərinin qaynayan su buxarı ilə qovulmasından alınan ətirli su-distilyatdır.

1.4 Ətirli distilyat: nanə, reyhan, bədmüşk, boymadərən bitkilərinin su buxarı ilə qovulmasından alınan ətirli distilyat-dır.
2 TƏSNİFAT
2.1 Spirtsiz içki tipli məhsulun “Ovşala” şərbətinə aid olması məhsulda şəkərin miqdarına, üzvi turşuların və ətirli-ədviyyəli bitkilərin müxtəlifliyindən asılı olaraq təyin edilir.

Ovşala şərbətində şəkərin miqdarı ən azı 7% (ən çoxu 8%), üzvi turşuların miqdarı 100 ml içkidə 1 normal qələvi məhluluna görə 1,2-1,5 ml olmalıdır.



3 TEXNİKİ TƏLƏBLƏR
3.1 Ovşala şərbəti bu texniki şərtlərin tələblərinə uyğun olaraq, sanitariya norma və qaydalarına riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır.
3.2 Xarakteristikası.

3.2.1 Toksiki elementlərin, mikotoksinlərin (aflatoksin B1), pestisidlərin, radionuklidlərin miqdarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 saylı 30.04.2010-cu il tarixli əmri ilə təsdiq olunmuş “Qida məhsullarının təhlükə-sizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər. Sanitariya Epidemioloji qaydalar və normativlər” ilə müəyyən edilmiş və 6.1 saylı cədvəldə göstərilmiş yol verilən hədlərdən yüksək olmamalıdır.


Cədvəl 6.1. Ovşala şərbətinin zərərsizlik göstəriciləri.


Göstəricilərin adı

Yol verilən hədd, ən çoxu

Toksiki elementlər, mq/litr




Arsen

0,01

Qurğuşun

0,3

Kadmium

0,03

Civə

0,0005

Mikotoksinlər, mq/l




Aflatoksin Bı

0,005

Pestisidlər, mq/litr




Heksaxlorsikloheksan

(α, β və γ izomerlər)


0,03


DDT və onun metabolitləri

0,01

Radionuklidlər, Br/litr;




Sezium – 137

30

Stronsium – 90

40


Qeyd: Digər pestisidlər xammala görə müəyyən olunur.

3.2.2 Mikrobioloji göstəricilərinə görə alkoqolsuz ovşala şərbəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 saylı 30.04.2010-cu il tarixli əmri ilə təsdiq olunmuş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər. Sanitariya-Epidemioloji qaydalar və normativlər” ilə müəyyən edilmiş və 6.2 saylı cədvəldə göstərilmiş normalara uyğun olmalıdır.


Cədvəl 6.2. Ovşala şərbətinin mikrobioloji göstəriciləri.

Məhsul


qrupu

MAFAn

MM


KƏGV/qr,

çox


olmamalı

Məhsulun kütləsində və ya həcmində (qr. sm3) yol verilmir

Mayalar və kiflər KƏGV/qr, çox olmamalı

Qeyd


BÇQB

(kolifor-

malar)


Patogenlər,

o cümlədən salmonellalar



Təbii şəkərlə hazırlanan şərbət

-

100

100

15*


KƏGV/100 sm3, çox olmamalı

3.2.3 Ovşala şərbətinin orqanoleptiki göstəriciləri 6.3 saylı cədvəldə göstərilmiş tələblərə uyğun olmalıdır.


Cədvəl 6.3. Ovşala şərbətinin orqanoleptiki göstəriciləri.


Göstəricilərin

adı


Xarakteristikası

Xarici görünüşü

Şərbət doldurulmuş butulkalar xaricdən təmiz

olmalı, tam doldurulmuş, etiketi düzgün

yapışdırılmış və qapağı hermetik bağlanmış olmalıdır.


Şəffaflığı

Gün işığında şəffaf stəkanda və ya silindrdə

baxdıqda şərbətdə bulanıqlaşma və daxilində

asılı hissəciklər olmamalı, şəffaf və çöküntüsüz

olmalıdır.



Rəngi

Ovşala içkisinin rəngi parlaq, hiss olunan, çəhrayı rəngdə olmalıdır. Digər şərbətlər də hazırlandığı ətirli-ədviyyəli və meyvə-giləmeyvənin rənginə uyğun gəlməlidir. Bu zaman rəngin az uyğun və çox uyğun olması şərbətin tərkibindən asılıdır.

Dad və iyi

Ovşalanın dadı azacıq turşa-şirin dadlı olub,

iyi qızılgül ətrini (əsasən gülabı) verməlidir.

Kənar dad və iylərin, qıcqırmış, kiflənmiş dad

və iyin olmasına yol verilmir.


3.2.4. Ovşala şərbətinin fıziki-kimyəvi göstəriciləri 6.4 saylı cədvəldə göstərilən tələblərə uyğun olmalıdır.


Cədvəl 6.4. Ovşala şərbətinin fıziki-kimyəvi göstəriciləri


Göstəricilərin adı

Norması

Quru maddələrin kütlə payı,%, ən azı;

7,8 - 8,9

Turşuluğu, 100 sm3 içkiyə 1mol/dm3qatılıqlı

natrium hidroksid məhlulu, sm3;


1,2-1,5


Karbon 4 oksidin kütlə payı, %, ən azı;

0,3

Sorbin turşusunun - E-200 - kütlə payı, %-lə;

0,06

Qeyd: Qazlaşdırılmamış “Ovşala” şərbətində karbon 4 oksidin kütlə payı təyin edilmir.



3.3 Xammala olan tələblər.

3.3.1 Ovşala şərbətinin hazırlanmasmda bütün çeşidlər üçün xammal komponentlərinin konkret siyahısı və onların nisbəti müəyyən qaydada təsdiq olunmuş resepturalarda təyin edilir.

3.3.2 Ovşala şərbətinin istehsalında aşağıdakı əsas xammallardan istifadə olunmalıdır:


  • QОST 21 və QОST 22 üzrə - şəkər tozu;

  • QОST 8050 üzrə karbon 4-oksid;

  • üzüm sirkəsi – QОST 52101-2003;

  • QОST 908 üzrə limon turşusu "ekstra" və əla növ;

  • QОST 2874 üzrə içməli su;

- qida ətirvericiləri (gülab, nanə, reyhan, bədmüşk, boymadərən bitkilərindən alınmış distilyatlar) qüvvədə olan normativ sənəd üzrə;

Qızıl gül (Роза - Rosa – QОST 18908:1-93);

Nanə (Мята – Menta Piperita L. - QОST 23768-94);

Reyhan (Базилик – Ocimum basilicum L. – QОST 53593-2009);

Boymadərən (Тысячелистник – Achillea millefo­lium L.– QОST 51074-2003);


  • qida boyaları (E-122 - “azorubin”, E-124 - “ponso 4P”- qüvvədə olan normativ sənəd üzrə;

  • konservantlar – sorbin turşusu E 200.

Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş qaydada spirtsiz içkilərin istehsalında istifadəsinə yararlı olan yerli və xaricdən gəlmiş qida xammalı və qida əlavələri, keyfiyyəti bu texniki şərtlərdə qeyd olunan, normativ sənədlərdə göstərilən tələblərdən aşağı olmayan, digər köməkçi xammalın istifadəsinə icazə verilir.

Xammala olan tələblər alqı-satqı müqavilələrində, qüvvədə olan standartlara istinad edilməklə və ya müəyyən dəyərlərin göstərilməsi ilə təyin edilə bilər.

3.3.3 Ovşala şərbətinin istehsalında istifadə olunan xammalın təhlükəsizlik və mikrobioloji göstəriciləri Sanitariya qaydaları ilə müəyyən olunmuş yol verilən həddlərdən çox olmamalıdır.

3.3.4 Gigiyenik və uyğunluq sertifıkatı olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən icazə verilən, xaricdən alınan analoji xammal və materialların istifadəsinə icazə verilir.


3.4 Markalanma.

3.4.1. Ovşala şərbətinin hər bir qablaşdırma vahidinin istehlak qablaşdırmasına etiket vurulur və ya mətbəə üsulu ilə markalanır, markalanmanın tərkibi aşağıdakı məlumatları əks etdirməlidir:

- məhsulun adı, məhsulun çeşidi (olduqda), firma adı (olduqda) dırnaq arasında;


  • istehsalçının adı və yerləşdiyi yer (hüquqi ünvanı), əm-təə nişanı (olduqda);

  • xalis kütlə və (və ya) həcm;

- məhsulun tərkibi (inqrediyentlərin kütlə payının ardıcıl azalma sırası ilə, qida əlavələrinin, aromatizatorların və digər icazə verilən komponentlərin məcburi göstərilməsi ilə);

- 100 q məhsulun qida və enerji dəyəri;



  • istehsal tarixi;

  • yararlılıq müddəti;

  • saxlanma temperaturu;

- istehlak qablaşdırması açıldıqdan sonra məhsulun saxlanması haqqında tövsiyələr (tövsiyə olunan mətn – “sərin və qaranlıq yerdə saxlamalı”);

  • bu texniki şərtlərin işarəsi;

  • ştrixkod.

İstehsal tarixinin aydın, oxuna bilən istənilən formada qeyd edilməsinə icazə verilir.

Məlumat Azərbaycan dilində, əlavə olaraq isə sifarişçinin tələbi ilə başqa dillərdə də təqdim edilə bilər.

3.4.2 Nəqliyyat tarasının hər bir vahidinin üzərində məhsulu səciyyələndirən aşağıdakı məzmunda markalanma vurulmalıdır;


  • istehsalçının adı və yerləşdiyi yer (hüquqi ünvanı), əmtəə nişanı (olduqda)

  • məhsulun adı, məhsulun çeşidi (olduqda), fırma adı olduqda;

  • xalis çəki və qablaşdırma vahidinin ədəd sayı və ya yalnız ədəd sayı;

  • qablaşdırma vahidinin xalis kütləsi;

  • istehsal tarixi (gün, ay, il);

  • yararlılıq və son istifadə və yaxud saxlanma müddəti və saxlanma şərtləri;

  • sertifikatlaşdırma haqqında məlumat;

  • bu standartın işarəsi.

Markalanma mətbəə üsulu, kağız etiket və ya ştamp ilə bilavasitə karton qutu üzərində aydın oxuna bilən üsullar ilə vurulur.

3.4.3 Manipulyasiya işarələri "Günəş şüalarından qorunmalı","Kövrəkdir. Ehtiyatla", "Tez xarab olan yük", "Yuxarı" (ehtiyac olduqda) QОST 14192 üzrə


vuru­lur və nəqliyyat qablaşdırmasının üst-üstə maksimum yığım sayı da göstərilir.

3.4.4 İxrac edilən məhsulun markalanması xarici ticarət təşkilatının tələblərinə uyğun olaraq aparılır.

3.4.5 Nəqliyyat markalanması QОST 14192 üzrə aparılır. Nəqliyyat markalanmasına əlavə tələblər alqı- satqı müqaviləsinin şərtlərinin tələblərinə uyğun olmalıdır.

3.4.6 İstehlakçı istəyi və razılığı ilə ovşala şərbətlərinin


qablaşdırılmasında məlumatların azaldılmasına və sadələş-dirilməsinə yol verilir.


    1. Qablaşdırma.

3.5.1 Ovşala şərbəti 0,1; 0,2; 0,25; 0,33; 0,5; 0,75 və 1,0 litrlik təkrar istifadə olunmayan və şərbətin yararlılıq müddəti ərzində təhlükəsizliyini və keyfiyyət göstəricilərini təmin edən şüşə qablara qablaşdırılır.

3.5.2 İstehlak və nəqliyyat qablaşdırmaları, qapaqlar və tıxac vasitələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfındən bu tip məhsulların təmasına icazə verilmiş materiallardan hazırlanmalı, daşınma və saxlanma qaydalarına riayət etmək şərti ilə, yararlılıq müddəti ərzində məhsulun keyfıyyətini, təhlükəsizliyini və bu texniki şərtlərin tələblərinə uyğunluğunu təmin etməlidir.

3.5.3 Müvafiq qaydada təsdiq olunmuş və istifadəsinə icazə verilmiş digər qablaşdırmaların istifadəsinə yol verilir.

3.5.4 Ovşala şərbətinin xalis kütləsinə nominal miqdardan yol verilən kənara çıxmalar QОST 6687.0-86 üzrə təyin edilir.

3.5.5 Ovşala şərbətinin qablaşdırılması sanitariya qaydalarına uyğun olaraq həyata keçirilməli, daşınma və satış zamanı məhsulun qorunub saxlanmasını təmin etməlidir.

4. TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ VƏ ƏTRAF

MÜHİTİN MÜHAFİZƏSİ
4.1 “Ovşala” şərbətinin istehsalında təhlükəsizlik tələbləri QОST 12.2.124-ə uyğun olmalıdır.

4.2 Çirkab suları “Yerüstü suların çirklənmədən mühafizəsi üzrə sanitariya qaydaları və normaları”-na (SanPiN 4630) uyğun olaraq təmizlənməlidir.

4.3. Zərərli maddələrin atmosferə tullanmasına nəzarət QОST 17.2.3.02 və SanPiN 4946 (“Yaşayış yerində atmosfer havasının mühafizəsi üzrə sanitariya qaydaları və normaları”) üzrə keçirilir.

4.4 Torpağın məişət və sənaye tullantıları ilə çirklənməsindən mühafızə SanPiN 42-128-4690 tələblərinə uyğun olaraq keçirilir.


5. QƏBUL QAYDALARI



    1. Ovşala şərbətinin qəbulu QОST 6687.0 üzrə aparılır.

5.2 Ovşala şərbətininin keyfiyyəti, mikrobioloji, orqanoleptiki və fıziki- kimyəvi göstəriciləri, istehlak qablaşdırma vahidinin xalis kütləsi, qablaşdırmanın və markalanmanın keyfiyyəti hər partiyada yoxlanılır.

5.3 Hazırlanmış ovşala şərbəti istehsal müəssisəsinin Texniki Nəzarət şöbəsi (laboratoriya) tərəfindən qəbul edilir.

5.4 İstehsalçı buraxılan ovşala şərbətinin keyfiyyətinə təsdiq olunmuş formada sənədlərdə standartın tələbinə uyğun olaraq zəmanət verir.

5.5 İstehlakçı qəbul olunan şərbətin keyfiyyətini təsdiq olunmuş tədqiqat üsulları ilə göstəricilərə uyğun olmasını nəzarət formasında yoxlaya bilər.

5.6 Təhlükəsizlik və mikrobioloji göstəricilərinin nəzarət qaydası, müəyyən qaydada təsdiq olunmuş istehsalata nəzarət proqramında istehsalçı tərəfındən təyin edilir.

5.7 Zəhərli kimyəvi maddələrin, toksiki elementlərin və radionuklidlərin miqdarına nəzarət vaxtaşırı, lakin 3 ayda bir dəfədən az olmayaraq akkreditasiya edilmiş laboratoriyalarda aparılır.

5.8 Ovşala şərbətində konservantların (qoruyucu-ların), antioksidləşdiricilərin və digər icazə verilmiş qida əlavələrinin miqdarının vaxtaşırı olaraq yoxlanılması qaydası istehsalata nəzarət proqramında müəyyən edilir və texniki sənədlərdə əks etdirilir.

6. SINAQ ÜSULLARI
6.1 Nümunələrin seçilib götürülməsi QОST 6687.0 üzrə həyata keçirilir.

6.2 Məhsulun orqanoleptik göstəriciləri və qablara doldurulma səviyyəsi QОST 6687.5, quru maddələrin kütlə payı QОST 6687.2, turşuluq QОST 6687.4, karbon 4-oksidin kütlə payı 6687.3, içkilərin davamlılığı QОST 6687.6 üzrə təyin edilir.

6.3 Mikrobioloji analizlər üçün nümunələrin hazırlanması QОST 26668, QОST 26669 üzrə aparılır.

6.4 Mikrobioloji göstəricilərin təyini QОST18963, QОST 30518, QОST 10444.12, QОST 30712, QОST 30519 və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təsdiq etdiyi üsullar üzrə aparılır.

6.5 Toksiki elementlərin təyini üçün nümunələrin hazırlanması QОST 26929 üzrə, toksiki elementlər QОST 26927, QОST 26930, QОST 26932 QОST 26933, QОST 30178, QОST 30538 üzrə təyin edilir.

6.6 Radionuklidlərin, pestisidlərin və aflatoksin B1-in təyini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş metodlar əsasında aparılır.

6.7 Konservantların təyini QОST R 53595 üzrə aparılır.

6.8 Ovşala şərbətinin orqanoleptiki göstəricilərinin təyini üsulu.

Ovşala şərbətinin orqanoleptiki üsulla xarici tərtibatı, dadı və ətri, şəffaflığı və rəngi, karbon qazı ilə doydurulması və tam doldurulması yoxlanılır.



Xarici tərtibatı yoxlanarkən butulkanın xaricdən təmiz olmasına, tam doldurulmasına, etiketin düzgün yapışdırılma­sına və qapağın qeyri-hermetik bağlanmasına fıkir verilir.

Dad və iyini yoxlamaq üçün içki dequstasiya bakalına tökülür, dərhal dad və iyi təyin olunur. Bu zaman içkinin dad və iyinin onun çeşidinə müvafiq olmasına, dad və iyin aydın hiss olunmasına, çatışmazlıqlara, kənar dad və iyin olmasına fıkir verilir.

Səffaflığını yoxlamaq üçün butulkaya gün işığında baxır və onun bulanıqlığına və daxilindəki asılı hissəciklərə fikir verilir.

Rəngi şəffaflığı ilə eyni zamanda müəyyən edilir. İçkinin hazırlandığı bitkinin rənginə uyğun gəlməsi, az və ya çox uyğun gəlməməsi müəyyən edilir.

Karbon 4-oksidlə doydurulması butulkanın açılıb bakala töküldüyü vaxt təyin edilir. Bu zaman qazın uzun müddət çıxmasına, uzun müddət qazın zəif çıxmasına və ya da qazın qısa müddətdə zəif çıxmasına fikir verilir.

Ovşala şərbətinin keyfiyyəti orqanoleptik göstəricilərinə görə 100 ball sistemi ilə qiymətləndirilir, о cümlədən xarici tərtibatına - 10 ball; dad və iyinə - 40 ball; şəffaflığına - 10 ball; karbon qazı ilə doydurulmasına - 35 ball; rənginə - 5 ball qiymət verilir.

Ovşala şərbətində heç bir kənar iy, dad, asılı hissəciklər, çöküntü və kənar qarışıq olmamalıdır.


    1. Ovşala şərbətinin fiziki- kimyəvi göstəricilərinin təyini üsulları



Ovşala şərbətində olan quru maddənin miqdarı əsasən şəkərin miqdarından asılıdır. Ona görə də şərbətdə quru maddənin miqdarı içkinin sıxlığına görə xüsusi areometrlə - saxarometrlə təyin edilir.

İçkinin tərkibindəki quru maddəni təyin etməzdən əvvəl ondakı karbon qazını ayırmaq lazımdır. Karbon qazını ayırmaq üçün orta nümunəni 5 dəqiqə çalxalayırlar. İçkinin sıxlığı (quru maddənin miqdarı) 20°C- də saxarimetrlə təyin edilir.

Ovşala içkisində quru maddənin miqdarı 7,8 - 8,9; digər şərbətlərdə 9-11 olmalıdır.



Şərbətlərdə turşuluğun təyini nümunənin 0,1 normal qələvi məhlulu ilə titrlənməsinə əsaslanır. Spirtsiz içkilərin turşuluğu 100 ml içkinin tərkibindəki turşuların neytrallaş­masına sərf olunan qələvi məhlulunun ml-lə miqdarı ilə ölçülür.

Tədqiq olunan nümunədən 10 ml pipetka ilə 100 ml-lik kolbaya tökür, üzərinə 30- 50 ml distillə suyu əlavə edirik. Karbon qazının tam ayrılması üçün kolbadakı qarışıq qaynayana qədər qızdırılır. Qaynar məhlulun üzərinə 2- 3 damcı fenolftalein indiqatoru əlavə edib 0,1 normal qələvi məhlulu ilə 1 dəqiqə ərzində itməyən açıq çəhrayı rəng alınana qədər titrləyirik. Qazsız şərbətlərin turşuluğu təyin edildikdə nümunə qaynayana qədər qızdırılmır.

Turşuluq (X) aşağıdakı düstur üzrə hesablanır:
və ya X = Y· K
burada,

Y - titrlənməyə sərf olunan 0,1 normal qələvinin miqdarı, ml- lə;

K - qələvi məhlulunun normallıq əmsalı;

10 - titrlənməyə götürülən içkinin miqdarı, ml- lə;

10-0,1 normal qələvi məhlulunu 1 normal qələvi məhluluna çevirmək üçün əmsal;

100 - 100 ml içkiyə görə hesablamaq üçün.

Nəzarət və elmi- tədqiqat işlərində qələvinin normallıq əmsalı tapılıb düsturda istifadə edilir. Tədris təcrübəsində K vahid götürülür.

Məsələn, 10 ml içkinin tərkibində olan turşuların neytrallaşmasına 2,5 ml 0,1 normal qələvi məhlulu sərf olunmuşdur. Qələvinin normallıq əmsalı K=0,9850 olduqda içkinin turşuluğu X=0,9850x2,5=2,46 ml olur.

Ovşala içkisində turşuluq 100 ml içkidə 1,2- 1,5 ml 1 normal qələviyə uyğun olmalıdır.

Digər şərbətlərdə 1,5- 2,0 ml ola bilər.


Qeyd: Əgər ovşala şərbəti karbon qazı ilə doydurularsa içkinin davamlılığı və karbon qazının miqdarı QОST 6687.6-ya uyğun olaraq təyin olunur.
7. Daşınma və saxlanma

7.1 Ovşala şərbəti müvafiq nəqliyyat növündə, tezxarabolan yüklərin qüvvədə olan daşınma qaydalarına uyğun olaraq nəql edilir.

7.2 Yerli satış üçün xüsusi avadanlığı olmayan, yeyinti məhsullarının daşınmasına icazə verilmiş avtomobil nəqliyyatından istifadə edilməsinə yol verilir.

7.3 Ovşala şərbətinin daşınması QОST 23285-in tələblərinə uyğun olaraq həyata keçirilir.

7.4 Ovşala şərbəti istehsalçıda və istehlakçıda anbarlarda, soyudulan satış otaqlarında və soyuducularda havanın dövr edilməsi şərti ilə, 0°C- dən aşağı olmayan və 18°C- dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

Birbaşa günəş işığının altında ovşala və digər şərbətlərin saxlanılmasına yol verilmir.

7.5 Ovşala şərbətinin daşınma və saxlanma şərtlərinə riayət edildikdə, istehsalçı məhsulların bu texniki şərtlərin tələblərinə uyğun olmasına zəmanət verir.

7.6 Ovşala şərbətinin qablaşdırıldığı gündən etibarən yararlılıq müddəti; qazlaşdırılmış konservantsız - 10 sutka, qazlaşdırılmış konservantla – 20 sutka, qazlaşdırılmamış – 5 sutka.




Əlavə A (məcburi)

Ovşala şərbətinin orqanoleptiki qiymətləndirilməsi
Cədvəl A.l.


Göstəricilərin adı

Qiyməti (balla)

Xarici tərtibatı

10

Dad və iyi

40

Şəffaflığı

10

Rəngi

5

Karbon qazı ilə doydurulması

35

Yekun

100



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə