72
Çox yalan fəcrə bu qul aldanaraq batdı qəmə,
Nə uzun çəkdi gecəm, gerçək fəcir nədən gəlməz?
Dərd o vaxt buldu kamal, kamil onun həmdərdi var,
Fəqir anlar fəqiri, qeyri fəqir nədən gəlməz?
Ya biz arif deyilik, ya Ondan bir işarə yox,
Qarışıb röyalarım, doğru təbir nədən gəlməz?
Ayrılıq üzdü bizi, təsəlli yox, ümid vardır,
Hicranın əcri vüsaldırsa, əcir nədən gəlməz?
Dövrümüzdə və dövrəmizdə nə qədər nurlu, hissiy-
yatlı uşaqlar vardır. Əgər süddən yenicə kəsilmiş bir
çocuq gecə duraraq özündən xəbərsiz yatağında kamil
səcdəyə gedirsə, yalnız Quranın ayələrini oxumaqla sakit-
ləşib, qorxmadan, səksənmədən yatırsa, başqalarının eşit-
mədiyi səsi eşidirsə, görmədiyi şeyləri görürsə, vali deyn-
lərin, yaxın ların Allaha şükürlər edərək öz qüsurlarını
düzəltmək, dinin əmr və yasaqlarına sarılmaq, uşağı da
din biliciləri ilə məsləhət lə şib Allahın sevdiyi bir şəkildə
boya-başa çatdırmaq əvəzinə onu cadu-pitiyə, yaxud iynə-
dərmana salıb korlamağın nə adı var? Nə yazıq ki, həqiqi
könül sərraflarının ortada olmaması, yaxud görünməməsi
könül dəllallarına meydan vermiş, müxtəlif falçıların, ca-
dugərlərin, saxta görücü lə rin, yalançı təbiblərin qol-qanad
açmasına imkan yaratmışdır. Allah heç bir cəmiyyəti ger-
çək üləmasız, kamil mürşidsiz eləməsin. Millətin irşad və
inkişafı onlara bağlıdır.
Bu hərracın dəllalı çox,
Yalnız sərraf istər könül.
Naşısı çox, cığalı çox,
Əqdi şəffaf istər könül.
73
Bu nə bazar, nə sövdədi,
İkibaşlı bir gövdədi.
İlk umduğu son tövbədi,
Sonra təvaf istər könül.
Cənnətlərdi cana əvəz,
Amma nəfs, amma nəfs
Bu dünyaya eylər həvəs,
İnsaf, insaf istər könül.
İbrət
Rəvayət olunur ki, Pir Muhəmməd Cəncəvi uşaq ikən
birdən-birə insanlardan qaçmağa başlayır. Atası oğlunun bu
halını görüb onu Şeyx Əbdülqaffar Əfəndinin yanına aparır.
Şeyx uşaqdan soruşur: “İnsanları görəndə nə üçün
qaçırsan?” Uşaq deyir: “İnsanlar mənim gözümə vəhşi hey-
vanlar şəklində görünürlər. Məcbur olub qaçıram. Qaç ma-
sam, rahat ola bilmirəm”.
Şeyx Pir Muhəmmədin atasına toxtaqlıq verib deyir:
“Qorxma, uşaqda qorxulu heç bir şey yoxdur. Allah-Təala
onun bəsirətini – qəlb gözünü açmışdır. Hər kəsi həqiqi
sifətində görür. İnsanların çoxu vəhşi heyvan təbiətində
olduğundan, onun gözünə olduqları kimi görünür. Qoy
mənim yanımda qalsın. İnşaallah, kamil bir insan olar”.
Hanı bir mürşidi-kamil, qulu Sultanə götürsün?
Könlüm quş, köksüm qəfəs, alsın gülüstanə götürsün?
Ayırıb qəlbi qəlibdən qula ehsanda bulunsun,
Cismimi dərdə salıb canımı dərmanə götürsün.
Dünya arxamca yüyürməkdə Züleyxasayağı,
Qapılar bağlıdı, bu məhbusu zindanə götürsün.
Heç nə verməz bizə zövq, kimsə bizi şad eləməz,
O yolun yolçuları getdi, o karvanə götürsün.
74
Kainat bir bağça-bağ, şübhəsiz, bir Bağbanı var,
Deyin bağ istəmirəm, qoy bizi Bağbanə götürsün.
Qaldırsın pərdələri, ayna tutub bətnimizə
Ruhumuz Haqq ilədir, nəfsimi imanə götürsün.
Var elə müşkülümüz, yox elmimiz idrak edək,
Əql əngəlsə, kərəm eyləyib divanə götürsün.
Bir məqam ummadayıq, ayıq başla yox yetişən
Əhli-hal qılsın qulu, mənzilə məstanə götürsün.
Alsın məndən məni, Ondan Onadır onsuz da yol,
Lütfü varsa fəqirə, Rəhim və Rəhmanə götürsün.
Uşağı təkcə öyrətmirlər, ondan həm də öyrənirlər.
Bəzən bir uşağın böyüyə verdiyi tərbiyə böyüyün uşağa
verdiyindən qat-qat təsirli olur. Kiçiklərin qəfilcəsinə dediyi
qəribə sözlərə qafilcəsinə yanaşılmaz. Çünki yaşlılardan
fərqli olaraq, çocuqlar saf və səmimi olduqlarından Allah-
Təala bəzi həqiqətləri onların dili ilə söylər.
Elm öyrənilməsi heç zaman gec sayılmadığı kimi öyrə-
dənin öyrənəndən gənc olması da utanc hesab edilməz.
Elm tədrisində nə öyrədənin yaşı maneədir, nə də öyrə nə-
nin. Önəmli olan öyrədənə həssaslıq, öyrədilənə həvəsdir.
Ulaqdan öyrən demirəm,
Hərçənd o da bir ibrətdir.
Uşaqdan öyrən deyirəm,
Arifə min işarətdir.
Sevdiyimiz dünyası yox,
Qiymətli bir əşyası yox,
Qəlbinə bax, riyası yox,
Hər təmizlik ibadətdir.
75
İbrət
Bir gün Əhməd Rifai həzrətləri yolda dava edən uşaq-
lara rast gəldi. Onları ayırdı və birindən kimin oğlu oldu-
ğunu sordu. Uşaq: “Sənə lazım olmayan şeyi nə edəcək-
sən?” – deyə cavab verdi. Həzrət: “Oğlum, Allah sənə xeyir
versin. Mənə ədəb öyrətdin” – söyləyə-söyləyə oradan
uzaq laşdı.
Bax, nə söylər, nə soruşar,
Küssə də dərhal barışar.
Rəbbi onu danışdırar;
Hikmət bundan ibarətdir.
Əbu Muhəmməd Ruveym həzrətləri nəql edir: “Bir gün
Bağdadın içi ilə gedirdim. Bərk susadım. Su istəmək üçün
bir qəsrin qapısı önündə durdum. Bir oğlan uşağı qapıya
çıxıb mənə su verdi. Alıb içdim. Oğlan qiyafəmə baxıb dedi:
“Sufi gördüm, gündüz su içər.” Bu söz ürəyimə ox kimi
təsir etdi. Söylədənin kim olduğu mənə aydındı. Allahdan
tövfiq dilədim. Ondan sonra ölüncəyə qədər gündüz təam
yemədim, su içmədim”.
Hikməti yaxından, uzaqdan öyrən,
Demə ki, heyvandı, ulaqdan öyrən.
Yalana alışmış ağızlardan qaç,
Yenicə dil açan uşaqdan öyrən.
Tərbiyə doğmalıq və sərtliyin vəhdətini tələb edir. Hər
müəllim bir valideyn, hər valideyn də bir müəllim kimi
dav ranmazsa, uşağın təlim-tərbiyəsi naqis olar və dərhal
olmasa da, gələcəkdə acı nəticələr verər. Gələcək dedikdə
daha çox Axirəti nəzərdə tuturuq. Dünyanın onsuz da
gələcəyi yoxdur. Allah Rəsulu (salləllahu aleyhi və səlləm)
buyurdu ki: “Uşaqlarına dinlərini öyrətməyənlər Cəhən
nəmə girəcəklər”. Çünki övlad valideynə cavabdeh olmasa
da, valideyn övlada cavabdehdir.
Dostları ilə paylaş: |