I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

76
Kitab əlindən düşməsin,
Bu nə gözəl tərzdi, oğul!
Allah dilindən düşməsin,
Zikr bizə fərzdi, oğul!
Yük eyləmə hər əşyanı,
Bir çantayla gəz dörd yanı.
Sən məktəb bil bu dünyanı;
Daim işi tərsdi, oğul.
Hər dama sən təməl olma,
Hər başa sən təpəl olma.
Diri tərpən, tənbəl olma,
Daim işi tərsdi, oğul.
Mal dünyada baş ağrısı,
Axirətdə üz qarası.
Elm Peyğəmbər mirası;
Öyrənən varisdi, oğul.
Əgər  ana-ata  uşağa  dinini  öyrədərsə,  o  da  öyrən dik-
lərinə  əməl  edərsə,  onda  valideyn  həm  borcundan  çıxar, 
həm  də  saysız  savablara  qovuşar.  Uşaq  öyrəndiklərinə 
əməl etməzsə, valideyn  savab  qazanmasa belə,  günah  da 
qazanmaz,  çünki  artıq  üzürlüdür,  borcundan  çıxmışdır. 
Əgər ana-ata uşağa dinini öyrətməzsə, o da böyüyüb yo-
lunu azarsa, onda valideyn öz boynundakı övlad haqqını 
yerinə  yetirmədiyinə  görə  günahkar  sayılmaqla  bərabər, 
övladın günahlarına da az ya çox dərəcədə şərik olar. Və 
övlad tövbə etmədikcə bu şəriklik valideynin əməl kitabı 
qapandıqda, yəni vəfatından sonra da davam edər. Odur 
ki, valideynlik təkcə fiziki-cismani deyil, həm də mənəvi-
ruhani olur və sonuncu öncəkini üstələr.


77
İbrət
Bir  gün  Əhməd  Rifai  həzrətləri  oğlu  Salihə  öyüddə 
bulu naraq  dedi:  “Sənə  öyrətdiyim  elmə  əməl  etməsən, 
mən sənin atan deyiləm, sən də mənim oğlum deyilsən.” 
Oğlum, ata öyüd yeri,
Bu dünyada mən də biri.
İlk xilqətdən üzü bəri
Xaliqdəndi Xaliqə yol.
   
 
      Allahla ol!
Rəbbim Birdi, Rəbbim Ulu,
Sən də, mən də Onun qulu.
Muhəmməd Allah Rəsulu –
Budur Dinin, çək buna qol,
   
 
      Allahla ol!
Ya alim ol, ya tələbə,
Elmlədir hər qələbə.
Qoyma qeyri qida qəlbə,
Ancaq elmə tamahla ol,
   
 
      Allahla ol!
Uşağa  dinini  öyrətmək  Allahı  tanıtmaqdan  başlar. 
Zatən bu elə bir mərifətdir ki, ancaq başlanğıcı var, sonu 
yoxdur. Çocuq, belindən gəldiyi, bətnindən çıxdığı kimsə-
ləri necə tanıyırsa, onu yaradan Qüvvəni də o cür və daha 
çox  tanı malıdır.  Ona  görə  də  azyaşlılara,  “Səni  bizə  bir 
hacıleylək gətirdi, yaxud bazardan aldıq” kimi “nağılları” 
yox, onları xəlq və bəxş edən Allah haqqında həqiqətləri 
açıqlamaq gə rəkdir. Onsuz da hər çocuq ruhən islam fit-
rəti üzrədir. Və təkcə özünün, ana-atasının yox, gördüyü, 
yaxud umduğu hər şeyin də Allahdan olduğu ona ilk gün-
lərdən aşılan malıdır.


78
Çocuq söz qandıqca söz aç Tanrıdan,
Haqq ilə tanınar Haqqı tanıdan.
Xaliqə bəndə ol, xəlqə nümunə,
Qeyri bir tələb yox ana-atadan.
Sanma ki, dərədən-təpədən keçər,
Sanma ki, dalğadan-ləpədən keçər,
Təpədən dırnağa qədərdi haqq yol,
Fəqət böyükdən yox, körpədən keçər.
İbrət
Səhl Tüstəri həzrətlərinin bir uşağı vardı. Nə vaxt ana-
sından yeməyə bir şey istəsə, anası: “Bunu Allah-Təaladan 
istə!”  deyər,  uşaq  duada  bulunmaq  üçün  səcdəyə  qapa-
nanda istədiyi şeyi hazırlayıb xəlvətcə yanına qoyardı.
Bir gün anası evdə yoxkən uşağın könlü bir şey istədi. 
Həmişəki kimi səcdəyə qapandı. Səcdədən qalxanda istə-
diyi şeyi yanında bulub yeməyə başladı. Anası içəri girəndə 
bu durumu görüb təəccübləndi. “Oğlum, bu haradan gəldi?” 
– deyə sordu. Uşaq: “Həmişəki yerdən”, – deyə cavab verdi.
Səcdəylə aç hər sabahı,
Səcdə ibadətin şahı.
Dua möminin silahı,
Gecə-gündüz silahla ol,
   
 
   Allahla ol!
Dünya qara qoç belində,
Bəxt üzünə gec güləndə,
Ehtiyac çox güc gələndə
Rizası bol, ruzisi bol
   
 
   Allahla ol.
Dünən yasdı, bu gün büsat,
Bu gün boldu, sabah kasad.
Din islahdı, dünya fəsad;
Fəsadla yox, islahla ol,
   
 
   Allahla ol!


79
Hər fəslin öz gözəlliyi, hər gözəlliyin öz fəsli var. Doğ-
rudur, təbiətin fəsillərindən üçü barədə hərdən deyin mə lər 
olur, ancaq baharı sevməyən yoxdur. Uşaqlıq ömrün bahar 
fəslidir. Istər heyvanlarda, istərsə də insanlarda məxlu qa tın 
ən sevimlisi balacalardır. Məhz məxluqatın sevimlisi. Çünki 
Xaliqə olan sevgi bütün sevgilərin fövqündədir.
Bir könül min ola, hətta mindən çox,
Ondan qeyrisinə yer yenə də yox.
Balacaların tərbiyəsi övlad sevgisindən çox Allah sev-
gisindən doğmalıdır. Məxluqa aşırı sevgi sevəni kor edər, 
sevilənin nöqsanlarını görməyə mane olar. Allah sevgisi isə 
övladlığı  deyil,  bəndəliyi  önə  çəkər.  Uşaq  da  valideynin 
istəyi üzrə yox, Yaradanın muradı üzrə tərbiyə olunar.
İbrət
Əbdülqadir  Geylani  həzrətləri  Allah  sevgisinə  azacıq 
xələl gətirə biləcək hər cür sevgini dərhal könlündən silərdi. 
Həzrətin belə söylədiyi rəvayət edilir: “Hər nə zaman bir 
cocuğum olsa, onu əlimlə tutar və “Bunu ölmüş qəbul edi-
rəm” deyər, qəlbimdən çıxarardım”.
Allah mənə səndən yaxın,
Allah sənə məndən yaxın,
Allah bizə təndən yaxın,
Nə bədənlə, nə ruhla ol,
 
 
 
   Allahla ol!
Rəbbini balasından çox sevən valideyn övladının dün-
yasından  çox  axirəti  üçün,  balasını  Rəbbindən  çox  sevən 
valideyn isə övladının axirətindən çox dünyası üçün çalı şa-
caqdır. Allah Axirəti istəyir. Allahın istəyinə qarşı çıxmaq 
nə valideyn üçün arzuediləndir, nə də övlad üçün. “Bilin 
ki, mallarınız da, övladlarınız da fitnədir və böyük əcir 
Allahın yanındadır” (əl-Ənfal, 28). Övlad fitnəsinin fəsa dın-
dan qorunmağın ən gözəl vasitəsi dini tərbiyə, tərbiyənin ən 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə