84
Sanma ki, bir minnət vardır,
Amma yeddi cənnət vardır.
Şükür vardır, lənət vardır,
Kafir, mömin sevgisidi.
Valideyn haqqını tapdalayıb keçənlər Haqq yolçusu
ola bilməzlər. Belələrini nə oruc-namazları, nə ehsanları,
nə də həcləri xilas edər.
Bu sevda haqq övlad istər,
Hər övladdan cihad istər,
Səbir istər, səbat istər,
Əhli-təmkin sevgisidi.
İbrət
Malik ibn Dinar həzrətləri Həcc ziyarətinə getmişdi.
Həccini tamamladığı gecə röya gördü. Bir səs deyirdi: “Ya
Malik! Həccə gedənlərdən Əbdürrəhman ibn Muhəmməd
əfv edilmədi.” Səhər bu yuxunun təsiri ilə həmin şəxsi ara-
mağa başladı. Onun hər il həccə gəldiyini, Quran əhli
oldu ğunu deyib yerini nişan verdilər. Əbdürrəhman ibn
Muhəmməd Malik ibn Dinarı görüncə bir ah çəkib bayıldı.
Özünə gələndə dedi: “Məni röyada gördün. Mənə Allah-
Təalanın məni əfv etmədiyini söyləmək üçün gəldin, elə
deyilmi?” Həzrət heyrətlə təsdiqləyib səbəbini sordu. O da
bunları dedi: “Bir Ramazan ayının ilk gecəsi idi. İçib sər xoş
olmuşdum. Bu arada atam məni aramış və bir yerdə yat-
mış vəziyyətdə tapıb aparmaq istərkən sərxoşluğumdan
vurub onun bir gözünü çıxarmışam. O da mənə bəd duada
bulunubmuş. Ertəsi gün ayılanda nələr etdiyimi bilib,
bütün içki küplərini sındırdım, kölələrimi azad etdim.
Əməllərimdən peşman olub haqq yola gəldim. Hər il beləcə
həccə gəlir, dua edirəm. Fəqət hər səfərimdə sizin kimi
birisi gəlib röyasında Allah-Təalanın məni əfv etmədiyini
eşıtdiyini bildirir”.
85
Malik ibn Dinar həzrətləri bu əhvalatdan çox üzülüb,
Əbdürrəhmanın atasını aradı. Onu tapıb, oğlunu bağışla-
ması üçün çox xahişdə bulundu. O da “Sən şahid ol ki,
oğlu mun qüsurunu bağışladım və ona haqqımı halal etdim”
deyərək oğlunun yanına gəldi. Əbdürrəhman bu müjdəni
Malik ibn Dinardan, ardınca da atasından eşitdikdə iki
dəfə kəlmeyi-şəhadəti gətirərək ruhunu təslim etdi.
Valideynin qəlbin hər üzəndən
Ancaq Şeytan məmnun olur.
Öpər o üz, bu üzündən,
Çünki o da məlun olur.
İki nəfər tapmaz nicat:
Naşükür qul, nankor övlad.
Nanəcibə qarşı cihad
Haqq qatında qanun olur.
Adəm oğlu, halinə yan:
Oyunda, oddasan, oyan!
Cahanda odla oynayan
Cəhənnəmdə odun olur!
Allah-Təala “Mənə və anaatana şükür et” ( Loğman, 14)
buyurmaqla Özündən sonra yalnız valideynlərin şükrə layiq
olduğunu bəyan etdi. Yəni ananı-atanı incitmək də naşükür-
lükdür. Halbuki “Allah naşükürləri sevməz” ( əl-Həcc, 38) .
Onun sevmədiklərinin əsla əfv edilməyəcəyini və hamı-
sının mütləq Cəhənnəmdə yanacağını söyləmək istəmirik.
Buna elmimiz və cəsarətimiz çatmaz. İstənilən halda, ilahi
rəhmət ilahi qəzəbdən öndədir. Amma bir şeyi əminliklə
deyə bilərik ki, Allahın sevmədiklərinin könül yolçusu
olması qeyri-mümkündür. İnsan yaşlaşdıqca uşaqlaşar.
“Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tər sinə
çevirərik” ( Ya sin, 68). Ömür azaldıqca qəlb də nazilər.
86
Ehti yatsız bir söz, düşünülməmiş bir hərəkət onu asan lıqla
qırar. Allah qəlb qıranların deyil, qəlbi qırılanların yanın-
da dır. Valideynlərin könlünü sındıranlar o yaxınlığa ümid
etmə sinlər. “onların hər ikisinə (anaataya) acıyaraq mər
hə mət qanadının altına alıb de: “Ey rəbbim! onlar məni
körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, sən də
onlara rəhm et!” (əl-İsra, 24)
Hədis
Bir adam Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına
gələrək sordu: “Anam və atam yaşlandılar. Mən kiçik ikən
onların mənə etdikləri kimi mən də indi onlara yaxşılıq
etsəm, haqlarını tam olaraq ödəmiş ola bilərəmmi?”
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: “Xeyr,
tam ödəmiş olmazsan! Çünki onlar sənə yaxşılıq edərkən
sənin yaşamanı istəyərək edirdilər. Sən isə onlara yaxşılıq
edərkən onların ölməsini gözləyərək yaxşılıq edirsən”.
Gözəl oğul olmayanın
Bəndəliyi çirkin olur.
Həqiqi qul olmayanın
Haqq-hesabı kəskin olur.
Hər kim uyub aşnasına,
Kəm baxarsa anasına,
Bax onun qəlb aynasına:
Qapqara çən, çiskin olur.
Kim ataya qarşı gələr,
Rəbbi ondan nuru silər.
Dünyasını Allah bilər,
Dini amma miskin olur.
Gerçəkdən, kiçiklər ana-ataya acımadıqca, qədir-
qiymət lərini bilmədikcə böyüklərdən sayılmazlar. Həqiqi
87
din böyük lərinin valideynlərə münasibətdə göstərdikləri
diqqət, həs saslıq isə, həqiqətən, heyrət və ibrətvericidir.
Saleh övlad, saleh bəndə –
Hər ikisi birdir dində.
Saleh olsa ins də, cins də,
Sevimlicə seçkin olur.
Qul olmağa yoxsa həvəs,
Yaxşı oğul olmaq əbəs.
Sadiq quldan başqa, hər kəs
Haqq qatında heç kim olur.
İbrət
Abdullah ibn Avn həzrətləri ana-atasına çox şəfqətli idi.
Fəqət buna baxmayaraq, onlarla oturub bir qabdan əsla
yeməzdi. Səbəbini soranlara bu izahda bulunmuşdu: “Onla-
rın gözü olan bir tikəni fərqinə varmadan onlardan əvvəl
yeyə biləcəyimdən qorxuram”.
Bəşər yaşamazsa şəfqət içində,
Bəşər yaşayacaq qəflət içində.
İnsanlıq insanı sevə bilməkdir
Həyatmı yaşamaq nifrət içində?
Olmasa quzuya, qoduğa şəfqət,
Olarmı tifilə, çocuğa şəfqət?
Hər ana, hər bala hörmətə layiq,
Bəsləyin cücəyə, toyuğa şəfqət.
Bir dəfə anası Abdullah ibn Avnı çağırdı. Fikirli oldu-
ğundan bir az sərt şəkildə hay verdi. Sonra səsindəki sərt-
liyi hiss edib çox üzüldü. Dərhal oradan ayrıldı və qəba hə-
tinin kəffarəsi olaraq iki kölə satın alıb azad etdi.
Dostları ilə paylaş: |