96
Nəbilərdən
kim müqəddəs,
Peyğəmbərdən eyləsən bəhs?
Varmı ana gözündə şəxs,
Övladdan da öndər olsun?
Olsa da yad, yağı kimi,
Zəhər, ya da ağu kimi,
Varmı bala dağı kimi
Bu dünyada kədər olsun?!
“Ana” kəlməsi müqəddəsdir, Allahın Kitabında pis əməl -
lər və ya onların sahibləri təsvir edilərkən həmin kəlmə-
dən əsla istifadə olunmadığı ortadadır. Eyni zamanda
“Anası onu zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdu.”
(
əl-Əhqaf, 15) və
“Peyğəmbərin xanımları möminlərin
analarıdır” (
əl-Əhzab, 6) kimi ayələr, habelə “Əl-Fatihə”
surəsinin “Ummul-Quran” (Quranın anası) adlanması ana
sözünün hər cür yüksək dəyərləri ifadə etmək üçün işlən-
diyini göstərməkdədir.
Doqquz ay bətnində bizə qıymadı,
Üç il də qoynunda bizdən doymadı.
Bətnindən, qoynundan düşsək də, fəqət
Heç zaman qəlbindən yerə qoymadı.
Möminlər üçün anaya və ataya qayğı bütün nafilə iba-
dətlərdən üstündür, çünki fərzdir.
“rəbbin qəzavat (hökm)
etdi:
“ondan başqasına ibadət etməyin və valideyn ləri
nizə ehsan edin” (
əl-İsra, 23)
. Valideynə diqqət namaz, oruc,
zəkat kimi fərz ibadətləri də özünə bağlamışdır.
Hədis
Bir adam Rəsulullahın (
salləllahu aleyhi və səlləm) hü zu-
runa gələrək dedi: “Ya Rəsulallah! Beş vaxt namazı qılsam,
Ramazan orucunu tutsam, zəkat versəm və Həcc ziyarətini
yerinə yetirsəm, mənim üçün nə (hansı mükafat) vardır?”
97
Həzrət (
salləllahu aleyhi və səlləm) buyurdu: “Kim bun ları
edərsə, peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh kimsə lərlə
birlikdə olur. Fəqət ana-atasını üzməməsi şərtdir. Allah ana
və atasına qarşı gələnə lənət etmişdir”.
Ananı-atanı üzən oğulmu?
Namazı, orucu onun qəbulmu?
Kim
daha bədbəxtdi, bilə bilmirəm:
Naxələf övladmı, naşükür qulmu?
Ailədə övlad yeganədirsə, onun evdə qalıb ana-atasına
qulluq etməsinin cihaddan üstün tutulduğunu göstərən
hədislər də mövcuddur. Həqiqətən də, Allah yolçusu olmaq
sözün hərfi mənasında hər oğulun işi deyildir. Yaxşı alim
də, yaxşı abid də ola bilərsən. Lakin yaxşı övlad olmadıqca,
nə çox elmin səni ucaldar, nə də çox ibadətin.
Nə verər bəzəmək ana qəbrini,
Sağ ikən bilməsək ana qədrini?
Bəlkə də dünyada cahil qalmazdı,
Anlaya bilsəydi ana qəlbini.
İbrət
Əbulhəsən Harkani həzrətləri rəvayət etmişdir: “Bir
diyarda iki qardaş yaşayırdı. Anaları yataq xəstəsiydi. Hər
gecə növbəylə qardaşlardan biri anasına baxır, digəri iba-
dətlə məşğul olurdu. Bir gecə onlardan birinə ibadət o qədər
şirin gəldi ki, ertəsi gecə qardaşına dedi: “Ey qardaşım, izin
ver, bu gecə də Allah-Təalaya ibadət edim, sən də anama
bax”.
Qardaşı sevə-sevə qəbul etdi. Ondan razılıq alan qar-
daş da könül rahatlığıyla ibadətə başladı. Gecənin bir saa-
tında səcdədə ikən uyudu. Bu zaman bir yuxu gördü.
Röya sında ona xitabən: “Öncə qardaşını bağışladıq. Səni
də onun xatiri üçün əfv etdik” deyildi. Təəccüblə soruşdu:
“Fəqət mən Allah-Təalaya ibadət edirəm, halbuki qarda-
98
şım anama baxır. Necə olur ki, mən onun əməli səbəbiylə
bağışla nıram?”
Ona buyuruldu: “Elədir, sən Allah-Təalaya ibadət edir-
sən. Qardaşın da ananın qulluğundadır. Allah-Təalanın
sənin ibadətinə ehtiyacı yox. Amma ananız qardaşının xid-
mətlərinə möhtacdır”.
Cihad etsən, Adəm oğlu,
Şəhid,
ya da qazi olsan,
Zərrə qədər əcrin yoxdu,
Valideynə asi olsan.
Xətm etsən hər gün Kitab,
Beytullahı
hər il təvaf,
Naxələfə olmur savab,
Hətta xalqın gözü olsan.
Dursan an xidmətində,
Gecə-gündüz zəhmətində,
Yenə
nur yox qismətində,
Qulluğundan razı olsan.
Valideynə itaət peyğəmbərlik sifətlərindəndir. Allah-
Təala Yəhya Peyğəmbəri (aleyhissəlam) vəsf edərkən bu-
yurdu:
“Anaatasına qarşı da olduqca itaətkardır, zalim,
asi deyildir” (
Məryəm,14). Atasız doğulan Həzrət İsanın
(
aleyhissəlam) da beşikdəykən dilə gətirdiyi ilk kəlmə lər dən
biri eyni məzmundaydı.
“o həmçinin məni anama qarşı
olduqca itaətkar etdi, zülmkar, asi eləmədi” (
Məryəm, 32).
Peyğəmbərlərə aid sifətlər bütün Allah yolçularına aiddir,
çünki Allaha gedən yolda peyğəmbərlər öndədir.
Nə cür doğulmusan, get, anandan sor,
Şükür Allaha ki, nə şilsən, nə kor!
Atan qız ummadı,
oğlan istədi,
Oğlan olmaq asan, oğul olmaq zor.