100
Rəbbini sevəmməz özünü sevən,
Rəbbini sevəmməz yüzünü sevən.
Rəhmanın nuru var, atəşi vardır,
Rəbbini sevəmməz közünü sevən.
Məhəbbət Məhbuba fəda olmaqdır,
Məhəbbət Məhbubda fəna olmaqdır.
Məxluqat torpaq, su, od və fəzadır,
Məhəbbət daha çox fəza olmaqdır.
Məhəbbət ülvi hissdir, səmavidir. Böyük günahlara
səbəb olmamalıdır, olursa, artıq nəfsanidir, şeytanidir. Ən
böyük günah şirkdir. Səhih bir hədisdə isə valideynə itaət-
sizlik şirkdən sonradır. “Sizlərə günahların ən böyüklərini
xəbər verimmi? Allaha şərik tanımaq, ana və ataya asi ol
maqdır...”
Həqiqətən, dörd qadına ər olmaq bir qadına oğul olmaq-
dan asandır. Nəfs asan olanı və xoş gələni seçər. Adəmoğlu
yüz qadından yüz övlad doğura bilər, fəqət özünü doğa
biləcək ikinci qadın varmı? Kişi şəriət çərçivəsində dilə diyi
qadınla nikaha girə, dilədiyi vaxt onu boşaya və bu işi dilə-
diyi qədər təkrar edə bilər. Buna görə heç bir ilahi cəza da
yoxdur. Zatən nikaha qədər bir-birisiz yaşaya bilməyən lərin
nikahdan sonra bir-biriylə yaşaya bilmədikləri az görül mə-
mişdir. Lakin səni doğan qadından nə cür ayrıla, onu nə
cür tərk edə bilərsən? Bunun cəzası oddur, atəşdir!
Səndən doğan qadın ilə
Səni doğan bir olurmu?
Sən sağdığın qadın ilə
Səni sağan bir olurmu?
Birmi ruhi, cinsi təmas? –
Ana candı, canan libas.
Qurandandı bu iqtibas:
Can və yorğan bir olurmu?
101
Hər oğlandan olmur oğul,
Nəfsini at, Rəbbini bul!
O – Əzim Rəbb, sən – miskin qul:
Sənlə Ağan bir olurmu?
İbrət
Rəsulullahın ( salləllahu aleyhi və səlləm) zamanında
Əlqamə adlı çox ibadət edən, ehsanda bulunan mömin bir
gənc vardı. Şiddətli bir xəstəliyə tutulub ölüm yatağına
düşdü. Yanına gələnlər səylə ona kəlmeyi-şəhadəti təlqin
etsələr də, “Lə ilahə illəllah” deyə bilmədi. Durumu Pey ğəm-
bərə ( salləllahu aleyhi və səlləm) çatdırdılar. Həzrət ( salləllahu
aleyhi və səlləm) Əlqamənin valideynlərindən yalnız yaşlı
anasının sağ olduğunu öyrənib onunla görüşmək istədi.
Qadın hüzura gələndə ondan oğluna münasibətini soruşdu.
O da Əlqaməyə qarşı qəzəbli olduğunu söyləyib, səbəbini
belə açıqladı: “Xanımını məndən üstün tutar və məni üzərdi”.
Rəsulullah ( salləllahu aleyhi və səlləm): “Əlqamənin anası
qəzəb edərsə, Əlqamənin dili də şəhadət kəlməsindən pər-
dələnər, onu gətirə bilməz” buyuraraq, Hz. Bilala ( radi-
yallahu ənh) çoxlu odun toplamağı əmr etdi. Əmrdən sonra
Rəsulullahla ( salləllahu aleyhi və səlləm) qadın arasında bu
söhbət keçdi:
– Nə edəcəksən, ya Rəsulallah?
– Gözlərin önündə oğlunu yandıracağam.
– Qəlbim buna dözə bilməz!
– Ey Əlqamənin anası! Allahın əzabı daha çətin və
davamlıdır. Allahın onu bağışlaması səni sevindirəcəksə,
ondan razı ol, haqqını halal et. Nəfsim qüdrət əlində olan
Allaha and içirəm ki, sən oğluna qəzəbli olduğun müd dətdə
Əlqamənin namazı, orucu, sədəqəsi ona fayda verməz.
– Ya Rəsulallah! Allah-Təalanı, mələklərini və burada
olan müsəlmanları şahid tuturam ki, oğlum Əlqamədən razı
oldum, haqqımı halal etdim.
102
Rəsulullahın ( salləllahu aleyhi və səlləm) əmri üzrə Bilal
Əlqamənin evinə baş çəkib onun yüksək səslə şəhadət
gətirdiyini xəbər verdi.
O gün Əlqamə Rəbbinə qovuşdu. Rəsulullah ( salləllahu
aleyhi və səlləm) onun cənazə namazını qıldırdı, dəfnindən
sonra qəbrin yanında duraraq əshabına xitabən buyurdu:
“Ey mühacir və ənsar camaatı! Kim xanımını anasın-
dan üstün tutarsa, Allahın, mələklərin və bütün insanların
lənəti onun üzərinə olsun! Tövbə etməyincə, anasına eh-
sanda bulunub könlünü almayınca Allah onun nə fərz, nə
də nafilə ibadətlərini qəbul edər. Allahın rizası ananın razı
olmasında, qəzəbi də ananın qızmasındadır”.
Allah naxələfi naçar eyləyər,
Ananı cənnətə açar eyləyər.
Ərənlər, Allahın qəhrindən qorxun:
Ana qəzəbinə düçar eyləyər!
Qadın tələb etmir Məcnun olasan,
Qadın tələb edir onun olasan.
İblis də, ey insan, bunu istəyir,
İstəyir özütək məlun olasan.
Övrəti valideyndən üstün tutmaq dünyanı Axirətdən
üstün tutmaq kimidir. Dünya sevgisi isə, bəlli olduğu kimi,
bütün xətaların başıdır.
Hikmət
Rəvayət edirlər ki, biri saleh bir zatın yanına gələrək
yaxşılıq etdiyini, fəqət qəlbində o yaxşılığın ləzzətini bula
bilmədiyini söylədi. O zat da səbəbini belə açıqladı: “Çünki
İblisin qızı, yəni dünya sevgisi sənin qəlbinə yerləşmişdir.
Şübhəsiz ki, bir ataya gərək olan şey qızını evində ziyarət
eləməkdir. O qızın evi isə sənin qəlbindir. İblisin oraya gir-
məsi də ancaq fəsad törətmək üçündür”.
103
Ərini anasından ayıran gəlin, gerçəkdən, İblisin qızın-
dan başqası deyildir.
Gəlməmisən şər evinə,
Gəlmə cin-şeytanla, gəlin.
Sən gəlmisən ər evinə,
Buyur din-imanla, gəlin.
Özgə gölün sonasısan,
Uçub ora qonasısan.
Sən də ana olasısan,
Anaları anla, gəlin.
Hələ şuxsan, solmağın var,
Ətə, yaşa dolmağın var,
Qayınana olmağın var,
Nə işin var qanla, gəlin?
Şeytan bəzi canlıları və cansızları Adəmoğluna cazibəli
göstərərək, onlara qarşı nəfslərdə şəhvani arzular oyadar.
“Qadınlara, uşaqlara, yığınyığın qızılgümüşə, cins atlara,
malqaraya, əkinlərə aşırı məhəbbət insana gözəl göstə ril
mişdir. Bunlar dünya həyatının matahıdır, gözəl dönüş
yeri isə Allahın yanındadır” ( Ali-İmran,14) .
Ayədən göründüyü kimi, şeytanın “siyahısı”ndakı can-
lıların arasında valideynlər yoxdur, amma qadınlar baş da-
dır. Çünki o, Adəmoğlunun ən zəif yerini yaxşı bilir, zatən
Hz. Adəmin ( aleyhissəlam) özünü də Həvvanın vasitəsilə
azdırmışdı.
Övrət olmaq ad-san deyil,
Ana olmaq asan deyil.
Gəlin olmaq nöqsan deyil,
Gir qulluğa canla, gəlin.
Bəziləri “Məhəbbət könül məsələsidir, qəlbə isə hökm
etmək olmur” deyərək, qadına olan aşırı sevgiyə haqq qa-
Dostları ilə paylaş: |