|
I cild görsən bir milləti mala meyilliBu səhifədəki naviqasiya:
- “Mallarınız da, övladlarınız da fitnədir”
- “Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrımı qəbul edirsən Mən səni və sənin tayfanı açıqaydın zəlalət içində görürəm!”
- “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşladığınız evlər
- “Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan çox se vərsə, onlarla dostluq etməyin və sizdən kim onlarla dost
- “o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından!”
- “zövcələrinizdən və övladınızdan sizə düşmən olan lar vardır. onlardan özünüzü gözləyin”
92
Bu dünyanı bölənlər çox,
Sərhədləri silənlər çox,
Ey qalanlar, ölənlər çox,
İndi izi-tozu varmı?
Rəbbinə üz tutmayanın,
Gecə-gündüz tutmayanın,
Səmtini düz tutmayanın
Çatmağa bir üzü varmı?
Dində imandan sonra elm öyrənmək və artırmaq qədər
xeyirli əməl, bəlkə də, yoxdur. Fəqət ana rizası olmadan əldə
edilən elmə Allah bərəkət verməz. Çünki Allah qatında
ana haqqı elmin haqqını üstələr. Zatən, valideyni incik
salmağın özü ən böyük cahillikdir. Eyni zamanda övladlıq
borcunu axıradək və ləyaqətlə yerinə yetirən kimsəyə göz-
ləmədiyi elm gələr. Bu, Allah-Təalanın lütfüdür.
Qadın dayansa da kişidən geri,
Atadan öndədir ananın yeri.
Ananın haqqını anlamayana
Elmin nə faydası, dinin nə xeyri?
Ana dediyimiz bir həqiqət var,
Anadan fədakar hansı xilqət var?
Bir canda nə qədər şəfqət olarmış,
Onu Bəxş edəndə gör nə şəfqət var!
İbrət
Hakim Tirmizi həzrətləri gəncliyində elm öyrənmək
üçün iki yoldaşı ilə birgə səyahətə çıxmağı qərara aldı.
Anasından izin istəyəndə o buna çox üzülərək dedi:
“Oğlum, mən zəif, kimsəsiz və xəstə bir qadınam. Bütün
xidmətlərimi sən görmüsən. İxtiyar ananı yalqız və çarəsiz
kimə tapşırıb gedirsən?”
93
Hakim Tirmizi qalmalı oldu. Yoldaşları onsuz getdilər.
Bu durumdan çox sıxıldı. Üzdə büruzə verməsə də, tez-tez
tənha yerlərə çəkilər, için-için ağlardı. Bir gün yenə qəbiris-
tanlıqda öz-özünə: “Burda elmdən məhrum qaldım. Cahil-
likdən qurtara bilməyəcəyəm, yoldaşlarım isə alim olaraq
dönəcəklər” deyərək ağlarkən nurani bir qoca gəldi. Ağla-
masının səbəbini soruşdu. Başına gələnləri öyrəndikdə
dedi: “O iki yoldaşını keçmək istəyirsənmi?” Hakim Tirmizi:
“Əlbəttə, amma necə?” – deyə sorduqda nurani qoca onu
öyrədə biləcəyini söylədi. Dərhal razı oldu.
O ixtiyar ona üç il dərs verdi. Sonda o, mübarək zatın
Xızır ( aleyhissəlam) olduğunu anlayıb dedi: “Bu böyük nemət
anamın rizası və duası bərəkətiylə bizə ehsan olundu”.
Bu alçaq dünyada ən uca qanun
Ananı-atanı etməkdi məmnun.
Səmavi qanuna xor baxarsa kim,
Hər iki dünyası xar olur onun.
Allahın Kitabında analara xüsusi və həssas bir müna-
sibət sezilməkdədir. Quranda ana adına, “ana” kəlməsinə
azacıq kölgə sala biləcək bircə ayə belə yoxdur. Halbuki
ata, övlad, övrət haqqında bunu söyləmək mümkün deyil-
dir. Fikrimizi bəzi ayələrlə əsaslandırmağa çalışaq:
1) “Mallarınız da, övladlarınız da fitnədir” ( ət-Təğa-
bun, 15). Bu ilahi xəbərdarlıq Quranda azacıq fərqlərlə dönə-
dönə təkrarlanmışdır. Fəqət valideynlər haqqında eyni
məzmunlu ayəyə rast gəlmirik. Nə analar, nə də atalar fitnə
olaraq tərif edilmir.
Adəm oğlu, sal yadına,
Səni doğan anan kimdi?
Könül versən min qadına,
Səni doğma sanan kimdi?
94
Süddən gəldin, qandan gəldin,
Beldən gəldin, candan gəldin,
Yaddan deyil, ondan gəldin,
Cahan nədi? Canan kimdi?
2) “Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi:
“Sən bütləri tanrımı qəbul edirsən? Mən səni və sənin
tayfanı açıqaydın zəlalət içində görürəm!” ( əl-Ənam, 74)
“onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildikdə,
onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik”
deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyil
lərsə, necə?” ( əl-Bəqərə, 170). Hər iki ayədə qınanan ancaq
atalardır, analar yox.
Nur istəsən, çırağın o,
Su istəsən, bulağın o,
Od istəsən, ocağın o,
Buz istəsən, donan kimdi?
3) “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız,
zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad
olmasından qorxduğunuz ticarət, xoşladığınız evlər
Allah dan, rəsulundan və onun yolunda cihaddan sevim
lidirsə, Allahın əmri gələnədək gözləyin.” Allah fasiq
qövmü hidayət etməz” ( ət-Tövbə, 24) . “Ey iman gətirənlər!
Əgər atalarınız və qardaşlarınız küfrü imandan çox se
vərsə, onlarla dostluq etməyin və sizdən kim onlarla dost
luq edərsə, məhz belələri zalimdir” ( ət-Tövbə, 23). Uca
Allahın bu ayələrdə Xaliqdən çox məxluqu, imandan çox
küfrü sevənləri fasiq, zalım adlandırdığını, fəqət bu siya-
hıda analardan bəhs etmədiyini görməkdəyik. Anaya sevgi
digər məxluqlara sevgidən sanki ayrı tutulmaqdadır.
Gülün solsa, can bağına,
Nəğmən sussa, dodağına,
Bar verməsən, budağına
Bülbül kimi qonan kimdi?
95
4) “o gün insan qaçacaq öz qardaşından, anasından,
atasından, zövcəsindən və oğullarından!” ( Əbəsə, 33-35) .
“o günün əzabından qurtarmaq üçün günahkar istərdi
ki, fəda etsin öz oğullarını, övrətini və qardaşını, ona sığı
nacaq verən əşirətini, qohuməqrabasını və yer üzündə
olanların hamısınıtəki özünü qurtarsın!” ( əl-Məaric, 11-14) .
Hər iki ayənin məzmunundan göründüyü kimi, hətta o
dəhşətli Qiyamət günündə də xilas olmaq üçün bütün ya-
xınlarını fəda etməyə hazır olan yalnız atalar, övladlardır.
Anaların adı çəkilmir. Kim bilir, bəlkə dünyada olduğu
kimi Axirətdə də ana fədakarlığının şahidi olacağıq. Vəllahu
Əlim!
Can yandıran adam gəzsən,
Səhər gəzsən, axşam gəzsən,
Həm pərvanə, həm şam gəzsən,
Ondan başqa yanan kimdi?
5) “zövcələrinizdən və övladınızdan sizə düşmən olan
lar vardır. onlardan özünüzü gözləyin” ( ət-Təğabun, 14) .
“Allah kafirlərə nuhun övrəti ilə Lutun övrətini misal
çəkdi. onlar bizim qullarımızdan iki saleh bəndənin
kəbini altında idilər. onlar ərlərinə xəyanət etdilər...”
( ət-Təhrim, 10). Zövcələrin ərlərinə xəyanətindən – istər
mənəvi, istər cismani olsun – Quranın bir çox ayələrində
bəhs edilməkdədir. Lakin Allahın Kitabında anaların övlad-
larına xəyanətindən söhbət açılmır. Çünki ana övlada sadiq-
dir. Qadının bir kişini atıb başqa kişini tutması tez-tez rast
gəlinən hallardandır. Lakin ananın öz övladını atıb başqa-
sını övlad etməsi düşünülməz. Ana qəlbində övladın hər
cürünə məkan və məhəbbət vardır.
Varmı elə bir varlıq ki,
Həyat onsuz hədər olsun?
Varmı elə bir xarlıq ki,
Ana qırmaq qədər olsun?
Dostları ilə paylaş: |
|
|