260
Nəfsə
min donda bu dünya görünə, ləzzəti yox,
Zövq onun dərisini büsbütün soymaqla olur.
Hər gün zövq artırmayan zövq tərkinə vermiş qərar,
Tərki-zövqün nişanı bir yerdə saymaqla olur.
Öz halını qoyub başqalarının dünyəvi hallarına ağla-
yan ların göz yaşları sünidir. Belələri öz Axirətinə biganə,
özgələrinin isə dünyasına həssas yanaşanlardır. Əsl ağla-
malı gün gələndə onların özlərindən qeyrisi üçün ağlama-
yacağı yəqindir. Quran məhz bu gerçəkliyə indidən işıq
tutan və həqiqi göz yaşlarının hədəfini bəyan edən Kitabdır.
İbrət_Bir_gecə_Həsən_Bəsri_həzrətləri_“Hər_bir_nəfs_ölümü_dadacaqdır”'>İbrət
Bir gecə Həsən Bəsri həzrətləri
“Hər bir nəfs ölümü
dadacaqdır” (
Ali-İmran, 185) ayəsini təkrar-təkrar oxuyub,
için-için ağlarkən qəfil bir səs gəldi: “Bu ayəni daha nə
qədər təkrar edəcəksən? Onu eşidən cinlərdən tam dörd
mininin səmaya baxmalarına macal buraxmadan ölümünə
səbəb oldun”.
Könül
kimi kitab evi,
Quran kimi Kitab hanı?
Qəbir kimi xətib evi,
Ölüm kimi xitab hanı?
Quş
kəsərək yaşayan kim,
Daş kəsərək yaşayan kim,
Baş kəsərək yaşayan kim,
İnsan kimi qəssab hanı?
Çox isti bir gündə Həsən Bəsri həzrətlərinə bir bardaq
sərin su gətirdilər. Bardağı götürdü, suyun soyuqluğunu
hiss edən kimi fəryad qoparıb bayıldı. Özünə gələndə ətraf-
dakılar bu halının səbəbini sordular. Buyurdu ki: “Suyu
əlimə alıb soyuqluğunu hiss etdiyim zaman Cəhənnəm
261
əhlinin Cənnət əhlinə xitabən bəyan etdiyi
“Suyunuzdan
bir az da bizə verin” (
əl-Əraf, 50) ayəsini xatırladım, ağlım
başımdan getdi.
Nədir həyat? Ancaq zəhmət,
Bir gün nemət,
bir gün möhnət,
Sonda sərin sutək rəhmət.
Atəş kimi əzab hanı?!
“Ayələrə qarşı kar və kor davranmayanların” Quranın
bircə ayəsindən təsirlənərək bayılması, yaxud ölməsi onun
Allah kəlamı, yəni Haqq söz olmasındandır. Allahın sözü
bəndənin sözündən fərqli olaraq, nəfsi, ağlı, huşu aşar və
birbaş ruha işlər. Ruh bədənə üfürülməzdən çox-çox öncə
yaradılan və Rəbbini təsdiq edən varlıqdır. Rəbbdən gələn
sözün, vədin mütləq baş verəcəyini kim bilməsə də, ruh
bilməkdədir. Yer üzünə, bu dünyaya Axirət aləmindən gəl-
diyi üçün o, aləmin həqiqətlərinə dair ayə oxunarkən onları
təkrar görmüş, yaşamış kimi olur. Həmin həqiqətlər Cəhən-
nəm dəhşətləri barədə də ola bilir, Behişt mükafatları haq-
qında da.
İbrət
Zunnun Misri həzrətləri rəvayət edir: “Məscidə girdim,
biri:
“...rəbbi onlara tərtəmiz bir içəcək içirir” (
İnsan, 21)
ayəsini oxuyurdu. Bu ayəni təkrar edir, ovcu ilə də nəsə
içirmiş kimi hərəkətdə bulunurdu. Sordum: “Ehey, Quranmı
oxuyursan, yoxsa bir şeymi içirsən?”
Dedi: “Bu ayəni oxumaqdan o qədər ləzzət alıram ki,
oxuduğum zaman anladılan şərbəti içər kimi oluram”.
Quran Haqdı, ona sarıl!
Aparmasın hər sel səni.
Haqdan qeyri nə var, ayrıl!
Qoparmasın hər yel səni.
262
Tərs burular çarxın onsuz,
Tam sorular arxın onsuz.
Tez vurular arxan onsuz,
Yıxar hər incəbel səni.
Haqq
dünyadan söhbət olar,
Hər söz dönər şərbət olar.
Nə lağ, nə bir qeybət olar,
İncitməsin hər dil səni.
Quran qəlblərdən qaranlıqları götürən bir nurdur.
“Biz
sizə açıqaydın bir nur endirdik” (
ən-Nisa, 174). Qəlblər
zülmətlərdən sıyrılınca Haqqı batildən, Axirəti dünyadan,
əbədini fanidən, mələkləri şeytanlardan ayırmağa, fərqlən-
dirməyə başlar. O fərqi sezmək, seçmək o nur olmadan
mümkün deyildir.
“Allah öz rizasına uyanları o kitabla salamatlıq yol
larına yönəldər, onları izniylə qaranlıqlardan aydınlığa
çıxarar və onları siratin müstəqimə (yeganə doğru yola)
hidayət edər” (
əl-Maidə, 16).
Nəfsə səni rəqib qılar,
Haqqa səni həbib qılar.
Xalqa səni qərib qılar,
Azdırmasın hər el səni.
Yaşayandı, yaşanandı,
Könüllərdə daşınandı.
Qurtarmaz o, başlanandı,
Qurtaracaq bu yol səni.
Quran fərqli qəlblərə fərqli təsir edər. Lakin bütün təsir-
ləri birləşdirən ümumi bir xətt var: bu, əbədi nemətləri mü-
vəqqəti nemətlərə fəda etməmək, Allah yanında olanları
insan yanında olanlardan üstün tutmaqdır.
263
Şəqiq Bəlxi həzrətləri buyurdu ki: “İyirmi il Quran üzrə
çalışdım. Dünyanı Axirətdən ancaq o cür ayırd edə bildim
və daha çox bu iki cümlə üzərində durdum:
“Sizə verilən
hər hansı bir şey, sadəcə, dünya həyatının keçici matahı
və zinətidir. Allah qatında olan isə daha xeyirli və ba qi
dir” (
əl-Qəsəs, 60).
Nə süzərsən bu dünyanı?
Bir baxışa dəymir dünya.
Nə bəzərsən bu dünyanı?
Bir naxışa dəymir dünya.
Doğulmadıq əşya üçün,
Çiy iş ya xam xülya üçün.
Doğulmadıq
dünya üçün,
Bu doğuşa dəymir dünya.
Bir sevdalıq təhəri yox,
Bir sədalıq təpəri yox.
Bir dualıq dəyəri yox,
Bir qarğışa dəymir dünya.
İndi
gəldik sonra üçün,
Gətirənə səna üçün.
Gəlmədik hər sona üçün,
Bir ağuşa dəymir dünya.
Quran Adəm oğlunun mənəvi qidasıdır. Bu qidanı qə-
bul etməyənlərə maddi qidalar halal olmur. İstər bu, istər
o dünyda.
İbrət
Davud Tai həzrətlərinin yeməyi quru çörəkdən ibarət
idi. Bir anını belə qəflətdə keçirməmək üçün çörəyi suya
doğrayıb şorba kimi yeyər və buyurardı ki: “Çeynəmək
vaxtı uzadır, bir loxmanı çeynəmək əlli Ayəti-Kəriməni
oxu mağıma mane olur, nəyə görə zamanımı zay eləyim?!”