İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

 

 

 



51 

 

kiyyət münasibətlərinin modifikasiyasını, dövlət mül-



kiyyətinin  özəlləşdirilməsini,  ciddi  elmli  idarəçiliyi 

tələb edir. 

İnkişaf  etmiş  ölkələrin  iqtisadi  inkişaf  modelləri-

nin öyrənilməsi, bazar iqtisadiyyatına keçid şəraitində 

Azərbaycanın  iqtisadi  yüksəlişində  onlardan  bəhrə-

lənmək  çox  mühüm  əhəmiyyətə  malikdir.  Nəzər 

yetirilərsə  şübhəsiz,  hazırda  yüksək  inkişaf  yoluna 

qədəm qoymuş və artıq öz inkişaf modelləri ilə məş-

hur  olan  ölkələrin  də  bazar  iqtisadiyyatına  keçdikləri 

yol keşməkeşli və mürəkkəb olmuşdur. Buna görə də 

iqtisadi  inkişaf  modelimizi  qurarkən  ilk  növbədə  bi-

zim üçün spesifik hal olan bu işə hazırlıq səviyyəmizi 

müəyyənləşdirməliyik. 

İqtisadi inkişaf modelini formalaşdırarkən bu prin-

siplər  respublika  iqtisadiyyatının  kompleksliyi,  nor-

mal regional inkişaf və bütövlüyü baxımından işlənil-

məli, hər sahənin geniş təkrar istehsalı və onun inkişaf 

sürəti  müəyyənləşdirilməlidir.  Sonradan  bu  sahələrin 

inkişaf  prinsipləri  (burada  zərurət  yarandıqca  dünya 

təcrübəsinə arxalanmalı) elmi və praktiki əsaslandırıl-

maqla  müəyyən  edilməlidir.  Respublikamızda  iqtisa-

diyyatda  sivil  idarəetmə  sisteminin  özünəməxsus  xü-

susiyyətlərini nəzərə almadan bu prosesi düzgün qav-

ramaq qeyri-mümkündür. 

Şübhəsiz, iqtisadi inkişaf modelləri öz müxtəlifliyi 

ilə  fərqlənməkdədir.  Bu  fərqlilik  içərisində  Azərbay-




 

 

 



52 

 

can  üçün  hansının  önəmli  olması  məsələsi  hazırlana-



caq  inkişaf  konsepsiyasının  icrası  baxımdan  müasir 

dövrün ən vacib məsələlərindəndir. Bu baxımdan res-

publikamız üçün təkmilləşdirilmiş iqtisadi inkişaf mo-

delinin  hazırlanması  aşağıdakı  prinsipial  cəhətlərin 

nəzərə alınmasını tələb edir: 

1.  Bazar  iqtisadiyyatı  modeli  bütün  ölkələrdə  ol-

duğu kimi iqtisadiyyatın da idarə olunmasına yeni ba-

xımdan  yanaşmanı  tələb  edəcəkdir.  İlk  növbədə  bu 

baxış mürəkkəbliyi ilə fərqlənib, iqtisadçılar arasında 

fikir  ayrılıqları  və  mübahisələr  yaratmaqdadır.  Bu 

amil isə sosial-iqtisadi inkişafın ziddiyyətlərindən irəli 

gəlir. Lakin respublikada iqtisadiyyatın idarə olunma-

sının xüsusiyyətlərini doğuran amillər çoxşaxəlidir və 

onları  nəzərə  almadan  gələcək  idarəetmənin  prinsip-

lərini də düzgün qavramaq olmaz. 

 

2. Bunları qəbul etmədən, işlənəcək hər hansı bir 



idarəetmə strukturunda və konsepsiyada nəzərə alma-

dan  süni surətdə başqa ölkələrin inkişaf modellərinin 

nəzərə alınması və ya istifadə olunması lazımı nəticə-

lər  verməyəcəkdir.  Bu  əsasda  qərb  ölkələrinin  təcrü-

bəsinə  yiyələnməklə  ancaq  öz  müstəqil  yolumuzu 

müəyyənləşdirmək  təqdirəlayiqdir.  Çünki,  bu  inkişaf 

etmiş ölkələrin indiki vəziyyətinə münasib iqtisadi si-

yasət qurmaq prinsipləri bizim indiki inkişaf səviyyə-

mizə uyğunluq təşkil etmir. 



 

 

 



53 

 

3.  Xüsusi  mülkiyyətçiliyə  və  sahibkarlığa  əsasla-



nan müxtəlif konsepsiyalar, idarəçilik prinsipləri, mo-

dellər  bütünlükdə  öz  ölkələrinin  milli  mənafelərinə 

söykənməklə  heç  də  başqaları  üçün  yararlı  deyildir. 

Olduğu kimi də tətbiq oluna bilməzlər. 

4. Respublika iqtisadiyyatının dirçəlməsində digər 

mütərəqqi  iqtisadi  inkişaf  modellərindən  istifadə 

cəhətləri iqtisadiyyatın kompleksliyinin ifadəçisi olan 

daxili və xarici bazarın formalaşması məntiqini özün-

də ifadə edən inkişaf sürəti ilə müəyyənləşdirilməlidir. 

Konsepsiyaya  uyğun  olaraq,  hazırlanacaq  iqtisadi  in-

kişaf  modelində  bütün  sahələr  üzrə  tələbinə  və  milli 

iqtisadi  mənafelərin  əlaqələndirilməsi  məntiqinə  uy-

ğun mühüm strateji məhsullar üzrə istehsal texnologi-

yasının son məhsula qədər texnoloji ardıcıllığı, başqa 

digər sahələr ilə asılılıq səviyyəsi, maddi-texniki təmi-

natla təmin olunma dərəcəsi də müəyyən edilməlidir. 

Azərbaycanın  xarici  ölkələrlə  iqtisadi  əlaqələri, 

həmçinin müxtəlif xarici ölkələrin Azərbaycana məq-

sədli  münasibətləri respublikanın iqtisadi inkişaf mo-

delində  nəzərə  alınmalıdır.  Azərbaycana  xammal  ba-

zası və gəlir mənbəyi kimi baxan ölkələrin də maraq 

dairəsi  aydındır.  Çünki,  hər  bir  dövlət  ilk  növbədə 

iqtisadi-siyasi  əlaqələrinin  öz  mənafeləri  əsasında 

qurulmasını istəyir, bu təbiidir. Belə halda inkişaf et-

miş ölkələrin təsir dairəsinə düşmək o qədər də çətin 

deyildir.  Beləliklə,  ilkin  mərhələdə  bu çətinliyi  mini-




 

 

 



54 

 

muma  endirmək  üçün  dövlət  quruculuğunda  mövcud 



boşluğu sürətlə doldurmaq lazımdır. 

Eləcə  də  bütövlükdə  kapital  qoyan  ölkələr  üçün 

xammal məskəninə çevrilməmək üçün düşünülmüş in-

kişaf istiqaməti, inkişaf modeli seçmək zəruridir. La-

kin  zərurəti  doğuran  amillər  kompleksi  tələb  edir  ki, 

zəngin  strateji  ehtiyatlara,  təbii  sərvətlərə  malik  olan 

respublikamız  sürətlə  təkmil  dövlətçilik  mexanizmini 

təşkil etsin, onun idarə edilməsində demokratik vasitə-

lərə geniş yer verməklə, müstəqil milli iqtisadi struk-

turlar  yaratmağı  sürətləndirsin.  Müasir  mərhələdə  öl-

kənin inkişaf modelinin formalaşmasında xarici kapi-

talın respublika iqtisadiyyatına cəlb edilməsi amili də 

mühüm  əhəmiyyət  kəsb  edən  məsələlərdəndir.  Belə 

ki,  əksər  ölkələrin  sosial-iqtisadi  inkişafında  xarici 

kapitalın  rolu  danılmazdır.  Bunu  hətta  inkişaf  etmiş 

ölkələrin  timsalında  görə  bilərik,  lakin  bu  baxımdan 

Azərbaycan fərqlilik kəsb edir. Azərbaycan öz zəngin-

liyi ilə başqalarının kapitallarını özünə cəlb edirsə, bu 

zənginlik  dirçəlməkdə  olan  milli  sahibkarlığa  zərbə 

vurmamalı, xarici kapital inhisarçılığın bərqərarı üçün 

əsas  yaratmamalıdır.  Xarici  sərmayənin  cəlb  edilmə-

sində əsas məqsəd respublikada bazar iqtisadiyyatı in-

frastrukturunu  formalaşdırmaq,  müasir  elmi-texniki 

prosesləri,  innovasiya  tədbirlərini,  texnologiyalarını 

mənimsəmək,  iqtisadiyyat  sahələrində  quruluş  dəyi-

şikliklərini  bazar  münasibətlərinə  uyğun  qurmaqdır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə