İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 

 

 



46 

 

landırmalarla müəyyən edilməlidir. Mövcud konsepsi-



ya Azərbaycanın gələcək, 30-40 ildən sonrakı inkişaf 

perspektivlərinin möhkəm elmi-praktik əsaslarının ha-

zırlanmasında əsas bazis rolunu oynamalıdır.  

 



 

 

 



47 

 

3.“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf 



konsepsiyasında ölkənin sosial iqtisadi inkişaf 

modelinin təkmilləşdirilməsinin əsasları 

 

Azərbaycan  Respublikasında  sosial-iqtisadi  inki-

şafın  ahəngdar  və  səmərəli  tərəqqisi  üçün  müntəzəm 

surətdə  kompleks  tədbirlər  sistemi  işlənib  hazırlanır 

və onlar müvəffəqiyyətlə həyata keçirilir. Bu tədbirlər 

məcmusunda  bazar  münasibətləri  sistemində  istehsa-

lın  idarəedilməsi  sistemində  keyfiyyətcə  istiqamətve-

rici,  tənzimləyici  və  stimullaşdırıcı  kimi  üzə  çıxan 

xalqın  iqtisadi  mənafelər  sisteminin  nəzərə  alınması 

və  onların  düzgün  əlaqələndirilməsi  mühüm  əhəmiy-

yət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, 

Cənab İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci ildə 

təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” in-

kişaf  Konsepsiyasının hazırlanması  ölkənin  nəzəri və 

praktik  əsaslar  üzərində  perespektiv  istiqamətlərinin 

müəyyənləşməsinə  yönəlmişdir.  Bu  inkişafın  təmin 

olunmasında  müəyyən  ediləcək  strateji  istiqamətlər, 

həyata  keçiriləcək  tədbirlər  içərisində  ən  mühüm  ad-

dım Azərbaycan Respublikasının milli iqtisadi inkişaf 

modelinin təkmil əsaslar üzərində qurulmasıdır. Məhz 

mükəmməl və çevik iqtisadi inkişaf modeli həm müa-

sir proseslərdə baş verən dəyişikliyə  uyğun olub, ha-

zırlanacaq  konsepsiya  üzrə  tədbirlərin,  proqramların, 



 

 

 



48 

 

istiqamətlərin  səmərəli  və  ciddi  dəyişikliyə  uğrama-



dan həyata keçirilməsinə təkan verə bilər. 

Həmçinin, müasir dövrdə iqtisadiyyatda bazar mü-

nasibətlərinin  bərqərar  olması,  iqtisadiyyatın  bütün 

pillələrində bazar münasibətlərinə keçidin başa çatma-

sı  bu  kontekstdən  Azərbaycanın  yeni  özünəməxsus 

sosial-iqtisadi inkişafın modelinin formalaşması qanu-

nauyğunluqlarının  eləcə də nəzəri problemlərinin öy-

rənilməsi gündəmə duran ən aktual problemlərdəndir. 

Dünya iqtisadiyyatı inkişaf etdikcə və qloballaşma 

prosesi ilə çuğlaşdıqca vaxtaşırı olaraq  bu və ya digər 

problemi  qabartmış  olur.  Belə  problemlərdən  biri  də 

milli iqtisaqi inkişaf modelidir. Müstəqillik əldə etdik-

dən  sonra  bu  problem  respublikamızda  qabardılmış, 

müəyyən  fikirlər  söylənilmiş,  yazılmışsa  da  hazırki 

dövrdə də bu öz aktuallığını saxlamaqdadır. Beləliklə, 

bu  problemin  yenidən  şərh  olunması  gündəmdədir, 

zəruridir.  Hazırlanacaq  və  həyata  keçiriləcək  “Azər-

baycan  2020:  gələcəyə  baxış”  inkişaf  konsepsiyasına 

uyğun olaraq yaradılacaq milli iqtisadi inkişaf modeli 

iqtisadi həyatın sosial proseslərlə çuğlaşması məntiqi-

nin  təkcə  bir  istiqamətini    yox,  həm  də  bütövlüyünü 

ifadə  edən  bir  modelidir.  Bu  baxımdan  onun  tədqiq 

olunması  və  araşdırılması  çoxtərəfli  istiqamətlərdə 

özünü büruzə vermiş olur. Buna görə də milli iqtisadi 

model haqqında birdən-birə mükəmməl fikirlər yürüt-

mək şübhəsiz ki, çətindir. Milli iqtisadi inkişaf modeli 




 

 

 



49 

 

strateji  baxımdan  işlənilmiş  olsa  da  o,  taktiki  baxım-



dan dünyada gedən qloballaşma prosesi ilə bağlı daim 

təkmilləşdirilməli  və  inkişaf  etdirilməlidir.  Bu  model 

ölkə iqtisadiyyatının bütövlüyü baxımından işlənilmə-

li  və  nəticə  etibarilə  respublikamızın  güclü  inkişafı 

yolunda  aydınlaşdırıcı,  istiqamətverici  bir  təkan 

mənbəyinin əsası  olmalıdır. 

Milli iqtisadi inkişaf modeli ölkə iqtisadiyyatında 

təlabatlar sistemini müəyyənləşdirməli, bu və ya digər 

dərəcədə  prioritet  istiqamətləri  ortaya  qoymalıdır. 

Həm  də  bu  tələbatların  əsaslandırılması  ehtiyatlar 

məntiqinə  söykənməli  və  iqtisadi  inkişafın  təkcə  kə-

miyyət tərəflərini yox, keyfiyyət cəhətlərini də nəzərə 

almalıdır. 

Müvafiq modelin müstəsna əhəmiyyəti və mühüm 

prinsiplərindən  biri  ölkənin  əhali  qruplarının  maddi 

rifah  halının  durmadan  yaxşılaşdırılmasında  ifadə 

olunmalıdır. Təkcə dövlətin iqtisadiyyata müdaxiləsi-

nin  azaldılması  prinsipi  mütləq  qəbul  edilməməli, 

ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq bu hədd 

vaxtı-vaxtında müəyyənləşdirilməlidir. 

Azərbaycanın iqtisadi inkişafı modeli – hər bir is-

tehsal və təsərrüfat subyektinin – coğrafi mənada əra-

zinin,  sosial-iqtisadi  mənada  isə  xalqın,  millətin 

sosial-iqtisadi, psixoloji mənafelərini özündə birləşdi-

rən,  respublikanin  dövlət  müstəqilliyinin  təmin  olun-

ması prinsiplərinə söykənən bazar iqtisadiyyatının for-




 

 

 



50 

 

malaşdırılması  əsasında  idarə  olunan  milli,  sosial-



iqtisadi tərəqqinin gələcək strateji məqsədlərinin əsas 

cəhətlərini  özündə ifadə  etməlidir.  Bazar iqtisadiyya-

tının  qurulması  heç  də  məqsəd  deyil,  milli  dirçəlişin 

və sivil ölkələrin iqtisadi inteqrasiyasına qovuşmanın 

yolunda mühüm vasitədir. 

Şübhəsiz,  respublikamızın  iqtisadi  inkişaf  modeli 

çox çalarlıdır və ciddi elmi axtarışlar nəticəsində təd-

ricən  daha  da  zənginləşməlidir.  Burada  əsas  prinsip-

lərdən  biri  respublikanın  inkişafının  milli  mənafe 

prinsiplərinə  uyğun  konkret  tarixi  şərait  çərçivəsində 

bütövlükdə müstəqilliyə söykənən iqtisadiyyatının ge-

niş  təkrar  istehsal  baxımından  qarşılıqlı  əlaqədə  olan 

sahələrinin mənafelərinin uzlaşdırılması, onların  qar-

şılıqlı  iqtisadi  münasibətlərinin  son  nəticəsinə  görə  

bazar  tələblərinə  uyğun  qurulması,  qabaqcıl  ölkələr 

səviyyəsinə  yüksələrək,  sivil  və  normal  həyat  tərzi 

üçün əsas yaratmasıdır. 

Ümumiyyətlə isə bazar münasibətləri sistemi iqti-

sadi quruculuğun sanki zəruri şərti olsa da, o avtoma-

tik  şəkildə  qurulmur  və  ya  həyata  keçirilmir.  Həm-

çinin bazarın xislətindən doğan bir sıra sosial-iqtisadi 

ziddiyyətlərin  aradan  qaldırılması  mexanizmlərin  ar-

dıcıl,  elmli,  düşünülmüş  şəkildə  həyata  keçirilməsini 

tələb edir. Belə ki, bazar sosial bəlalar doğuran mey-

dana  yox,  istehsal  amilinə  çevrilməlidir.  Bu  isə  mü-

rəkkəb və həllini tələb edən elə bir hadisədir ki, mül-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə