İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

 

 



30 

 

edilən  sosial-iqtisadi  inkişaf  proqramlarının  əsas 



strategiyası bir-birilə ciddi şəkildə əlaqələndirilməklə, 

onların  həyata  keçirilməsində  aşağıdakı  istiqamətlər 

gözlənilməlidir: 

-  məqsədyönlü  struktur,  elmi-texniki,  innovasiya 

və investisiya siyasətinin uzlaşdırılması və onun həya-

ta keçirilməsi

-  iqtisadi  inkişaf  mərhələlərində  sosial  problem-

lərin həlli; 

-    real  sektorda,  iqtisadiyyatda  işgüzar  fəallığın 

stimullaşdırılması. 

Konsepsiyada məqsədyönlü struktur, elmi-texniki, 

innovasiya və investisiya siyasətinin uzlaşdırılması və 

onun  həyata  keçirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  

İqtisadi inkişafın sürətlənməsində, struktur siyasətində 

aparılan islahatlar vacibdir və burada əsas məqsəd öl-

kədə ortabab təbəqənin, xüsusilə də biznes mühitində 

bu təbəqənin inkişafı üçün bütün mümkün  vasitələr-

dən istifadə etməkdir. Buraya müxtəlif stimullaşdırıcı 

tədbirləri  şamil  etmək  mümkündür  (fiskal,  maliyyə-

kredit,  perspektivli  sahələrə,  müəssisələrə  dəstək,  öl-

kədə  rəqabət  mühitinin  genişləndirilməsi,  hüquqi  ba-

zanın  təkmilləşdirilməsi  və  s.).  Milli  iqtisadiyyatın, 

əsasən də sənaye müəssisələrinin inkişafı baxımından 

struktur  islahatların  təkmilləşdirilməsi  ölkə  daxilində 

rəqabətqabiliyyətli məhsullar istehsalına təsir etməklə, 

beynəlxalq  bazarlarda  ölkə  maraqlarının  güclənməsi-




 

 

 



31 

 

nə geniş yollar açacaqdır. Lakin, bütün bu proseslərin 



təmin  olunması  və  davamlılığı  Azərbaycanda  elmi-

texniki  tərəqqinin  dövlət  və  müəssisə  səviyyəsində 

təkmilləşməsi,  elmi  potensialın,  onun  maddi-texniki 

bazasının  əsaslı  surətdə  inkişafı,  bu  sahəyə  ayrılan 

maddi, maliyyə resurslarının ciddi şəkildə artırılması, 

innovasiya  sisteminin  elmdə,  təhsildə,  iqtisadiyyat 

sahələrində əməli şəkildə tətbiqi ilə bağlıdır. 

 

Konsepsiyanın  hazırlanmasında  və  icrasında  tək-



mil elmi-texniki siyasətin mövcudluğu, onun əsasında 

elmi-texniki  proqramların  qəbulu  zəruridir.  Belə  ki, 

bütün  bu  əsaslar  konsepsiyanın  əsaslandırılmış  elmi 

və praktiki baza üzərində həyata keçirilməsinə öz təsi-

rini  göstərir.  Dövlət  bu  ərəfədə  fundamental,  tətbiqi 

elmlərin və təhsil sisteminin kompleks və vahid mər-

kəzdən  tənzimlənməsini,  inkişafını,  onlar  arasında 

konsepsiyanın icrası vacib olan zəruri təşkilatı və sə-

mərəli  idarəetmə  mərkəzini  formalaşdırır.  Bütün  bu 

tədbirlər innovasiyalı iqtisadiyyatın qurulması, ölkədə 

yüksək ixtisaslı və peşəkar kadr potensialının güclən-

məsi və rəqabət-qabiliyyətli, tələbat doğuran məhsul-

ların istehsalı baxımından xüsusi zərurətdən çıxış edir. 

Ölkədə  sənaye  sahələrinin  restruktrutizasiyası,  yeni 

sahələrin  inkişafı,  aqrar  sektorun  fəaliyyətinin  artırıl-

ması və bu sektorun zərurət yarandıqca turizm obyekt-

ləri ilə əlaqəli inkişafının stimullaşdırılması da məqsə-

dəuyğundur. Xüsusilə, həyata keçirilən investisiya si-




 

 

 



32 

 

yasətinin  konsepsiyasının  məqsəd  və  vəzifələrinə 



uyğunlaşdırılması,  bu  baxımdan  məqsədli  vahid döv-

lət  investisiya  siyasətinin  aparılmasının  nəzəri-meto-

doloji  əsaslarının  təkmilləşdirilməsi  öz  zəruriliyi  ilə 

çıxış  edir.  Həmçinin,  özəl  sektorun  inkişafını  stimul-

laşdırmaq  məqsədilə  səmərəli,  əsaslandırılmış  və  çe-

vik investisiya tədbir-lərinin həyata keçirilməsi də öz 

müsbət əhəmiyyətini göstərəcəkdir. 

 

Vətəndaşların maddi və mənəvi rifah halının yük-



sək standatlarına  nail  olunması.  Bu  amil ölkə vətən-

daşlarının  həyat  səviyyəsinin  və  onların  əldə  etdiyi 

gəlirlərin 2020-ci ildə və ondan sonrakı dövrdə inkişaf 

etmiş  dövlətlərin  bu sahədəki  müvafiq göstəricilərinə 

çatdırılması  ilə  əlaqədar  götürülməlidir.  Qeyd  edilən 

müddəanı başqa formadada ifadə etmək mümkündür, 

belə  ki,  ölkə  vətəndaşlarının  həyat  səviyyəsinin  və 

əldə  etdiyi  gəlirlərin  2020-ci  ildə  və  ondan  sonrakı 

dövrdə onların sosial, iqtisadi, intelektual səviyyəsinin 

təmininə yetməsi. Müvafiq standartlar, sosial meyarlar 

ölkə vətəndaşlarının tam şəxsi təhlükəsizliyini, inkişa-

fını təmin etməklə, yüksək və keyfiyyətli tibb, təhsil, 

kommunal,  mədəni-maarif  və  digər  xidmətlər  əldə 

olunmasına   münbit zəmin  yaradacaq, həmçinin eko-

loji təhlükəsizlik səviyyəsinin zəruri həddə çatdırılma-

sına geniş imkanlar açacaqdır.  

Əhalinin həyat tərzini xarakterizə edən göstəricilə-

rin Ümumi Daxili Məhsuldakı adambaşına düşən gə-




 

 

 



33 

 

lirlərdə,  əhalinin  alıcılıq  qabiliyyətində  əsaslı  şəkildə 



artması müvafiq sosial standatların, konsepsiyanın qa-

yəsindən  irəli  gəlir.  Xüsusilə,  ölkədə  əhaliyə  göstəri-

lən  tibb,  təhsil,  kommunal  xidmətlərinin  səviyyəsi 

əsaslı şəkildə artmalı, bu artım həm kəmiyyət, həm də 

keyfiyyət baxımdan dəyişməlidir. Eyni zamanda, əha-

linin  mənzil  tələbatının  tənzimlənməsi  mexanizminin 

ən səmərəli və təkmil mexanizmi yaradılmalıdır. 

Sosial nailiyyətin və tarazlığın əldə edilməsi. Kon-

sepsiyada  cəmiyyətin  məsuliyyətinin  artırılması, 

vətəndaşlar  arasında  vahid  razılığın  təmin  olunması 

xüsusi  yer  tutmalıdır.  Belə  yanaşma  həmçinin  dövlət 

və özəl institutları arasındada inkişaf etməlidir. Qeyd 

olunan amillər cəmiyyətdə sosial narazılığın minimum 

həddə enməsinə təsir göstərməlidir. Bütün bunlar cə-

miyyətin  üzvləri  arasında  olan  istedadlı  insanların 

qüvvəsindən səmərəli istifadə edilməsi, onların mobi-

lizə olunması və cəmiyyətdə əməyin nəticələrinin pe-

şəkarcasına  qiymətləndirilməsi  nəticəsində  öz  həllini 

tapa bilər. Konsepsiyanın icra müddəti sona yaxınlaş-

dıqca ölkədə əhali arasında ortabab təbəqənin əhalinin 

əlli  faizini  təşkil  etməsi  sosial-iqtisadi  inkişafın  son-

rakı  dövrlərinə  də  öz  müsbət  təsirini  göstərəcəkdir. 

Ortabab təbəqənin əsas hissəsinin yüksək ixtisaslı, in-

tellektual  qabiliyyətli,  peşəkar  mütəxəsislərdən  ibarət 

olması həm onların özünün, onlarla işləyən insanların 

inkişafına, həm də yeni biliklərin öyrənilməsinə, yük-



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə