İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

 



22 

 

Konsepsiyaya  əsaslanaraq  qeyd  etmək  olar  ki,



 

innovasiya ssenarisinin tətbiqi sosial-iqtisadi inkişafda 

ciddi  müsbət  dönüşün  baş  verməsinə  səbəb  olmaqla, 

inkişaf etmiş ölkələrə xas aşağıdakı dəyişiklərə gətirib 

çıxaracaqdır: 

-

 



iqtisadiyyatda, elmdə, təhsildə, yüksək texnoloji 

və digər sahələrdə müqayisəli üstünlüklər nəzərə alın-

maqla, inkişaf meyllərinin yüksəlməsinə

-

 



özəl sektorun, rəqabət qabiliyyətli müəssisələrin 

və  investisiya  aktivliyinin  dinamik  inkişafını  təmin 

edən institutların yaranmasına;  

-

 



istehsal,  emal,  hasilat  və  xidmət  sektorlarında 

innovasiyaların təkmilləşdirilməsinin intensivliyi son-

da  əmək  məhsuldarlığının  keyfiyyət  və  kəmiyyət 

göstəricilərinin yüksəlməsinə; 

-

 

infrastruktur sisteminin dinamik inkişafına; 



-

 

insan  kapitalının  intensiv  inkişafının  keyfiyyət 



dəyişikliyinə,  ölkədə  ortabab  təbəqənin  səviyyəsinin 

və əhalinin maddi rifah halının yüksəlməsinə; 

-

 

beynəlxalq  əlaqələrin  çoğrafiyasının  genişlən-



məsinə. 

Azərbaycan  xalqının  ümummilli  lideri,  Heydər 



Əliyevin layiqli davamçısı Azərbaycan Respublikası-

nın  Prezidenti  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə 

uğurla  həyata  keçirilən  sosial-iqtisadi  siyasət  nəticə-

sində  iqtisadiyyatımızın  bu  günkü  vəziyyəti  artıq  ke-

çid  proqramının  əsas  məqsədlərinə  həm  forma,  həm 



 

 

 



23 

 

də məzmun etibarilə nail olunduğunu və keçid dövrü-



nün  başa  çatdığını  təsdiq  edir.  Bütün  bunlar  göstərir 

ki,  artıq  ölkəmizin  iqtisadi  inkişafı  yeni  keyfiyyət 

mərhələsinə  daxil  olmuşdur.  Məhz  bu  amil  Azərbay-

can  Respublikası  Prezidentinin  29  noyabr  2011-ci  il 

tarixdə  imzaladığı  “Azərbaycan  2020:  Gələcəyə  ba-

xış” inkişaf konsepsiyasının həyata keçmə imkanlarını 

daha  da  reallaşdırır.  Bütün  bu  mühüm  amillər  özlü-

yündə Azərbaycanın məcburi cəlb olunduğu Ermənis-

tanla  münaqişənin,  Dağlıq  Qarabağ  probleminin  bu 

müddət  ərzində  ölkəmizin  xeyrinə  həll  olunmasına 

müsbəət təsir göstərəcəkdir. 

 



 

 

 



24 

 

2.“Azərbaycan Respublikası 2020-ci ilə gələcəyə 



baxış” inkişaf konsepsiyasında mərhələlik  

 

 

Azərbaycan  Respublikasının  uzun  müddətli  inki-

şafını təcəssüm etdirən bu konsepsiya – müvafiq gös-

təricilər  sistemini,  onların  məqsədini,  əhatə  etdiyi 

dövrün  inkişaf  meylinin  strategiyasını  və  nəzərdə  tu-

tulan  dövr  üçün  ölkənin  malik  olacağı  sosial-iqtisadi 

imkanları  özündə  əks  etdirməlidir.  Konsepsiyanın  ic-

rası  dövründə  dövlətin  tənzimlənməsi  qarşısında  du-

ran əsas vəzifə - mövcud sistemin inkişafının müxtəlif 

dövrləri ərzində yaranacaq fərqli və çoxsaylı maraqlar 

arasında  tənzimləyici  əlaqələndirməni  maksimal  im-

kanlar  səviyyəsində  təmin  etməkdir.  Dövlətin  sosial-

iqtisadi siyasətinin sistemli şəkildə həyata keçirilməsi 

konsepsiyanın icrası dövründə xüsusi əhəmiyyət kəsb 

edir.  Həmçinin,  bu  amil  konsepsiyanın  məqsədinə, 

onun  həyata  keçirildiyi  hər  bir  dövrün  real  imkan-

larına görə uzlaşdırılmalıdır. 

Məlum olduğu kimi sosial-iqtisadi inkişaf konsep-

siyasının tərtibində əsas vəzifə kimi əhalinin həyat sə-

viyyəsinin, maddi-mənəvi rifah halının yüksəlməsi zə-

ruri müddəa sayılırsa, lakin burada həmçinin işlək qa-

biliyyətli  vətəndaşların  məhsuldar  və  yüksək  ixtisaslı 

iş  qabiliyyətinin  artırılması,  yerli  və  xarici  bazarlara 

çevik  reaksiya  verən  işçi  qüvvəsinin,  əmək  kollekti-

vinin  hazırlanması  da  xüsusi  diqqət  mərkəzində  dur-



 

 

 



25 

 

malıdır.  Bütün  bunlar  özünü  istər  nəzəri,  istərsə  də 



praktiki  cəhətdən  konsepsiyanın  icrasında,  o  cümlə-

dən  əhalinin  maddi-rifah  halı,  işçi  qüvvəsinin  peşə-

ixtisas səviyyəsinin göstəricilərində və onların hər ilki 

nəticələrinin yekunlarında göstərməlidir. Dünya təcrü-

bəsində  olduğu  kimi,  Azərbaycan  Respublikasının 

müasir  və  gələcək  inkişafı  da  yüksək  ixtisaslı,  təcrü-

bəli, peşəkar, bazar rəqabətinə cavab verən insanların 

mövcudluğundan ciddi şəkildə aslıdır. 

 

Azərbaycanda iqtisadi inkişaf konsepsiyasının ha-



zırlanmasında  və  onun  həyata  keçirilməsində  ümumi 

tarazlıq prinsipinin gözlənilməsi vacib şərtdir. Burada 

əsas  amil  bir  tərəfdən  mal  və  xidmətlərin  məcmu  tə-

ləbi ilə məcmu təklifi arasındakı uyğunluğa nail olun-

masıdırsa,  digər  tərəfdən  məhdud  istehsal  resursları 

nəzərə  alınıb,  bazar  prinsipləri  əsas  götürülməklə  is-

tehsal  amillərinin  nəzərdə  tutulan  təkrar  istehsalının 

təminidir. Məhz bu şəraitdə məhsul bölgüsündə istifa-

də  istiqaməti  (istehsal  amillərini  də  əsas  götürməklə) 

istehsal edilən məhsulun artımı ilə müşahidə edilmək-

lə, son hədd amilinin tələbat müddətini uzadacaqdır. 

Sosial-iqtisadi  inkişaf  konsepsiyasının  hazırlan-

ması mərhələlərinin əsasları.  Ölkədə hazırlanması və 

icrası nəzərdə tutulan iqtisadi inkişaf konsepsiyasının 

mərhələlərinin  aşağıdakı  amillərə  əsaslanması  pers-

pektivdə özünü daha da doğruldacaqdır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə