İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 

 

 



26 

 



 

İqtisadiyyatda  mövcud  vəziyyətin  və  sonrakı 

mərhələlərdə onların mütəmadi olaraq təhlili və 

qiymətləndirilməsi.  Milli  iqtisadiyyatın,  dövlə-

tin  iqtisadi  siyasətinin  rasionallaıq  və  mövcud 

inkişaf  səviyyəsinin  tədqiqinin  əsas  mənbəsinə 

buradan başlamaq özünü doğruldur. Belə ki, bu 

istiqamətdə təhlil və qiymətləndirmələr konkret 

iqtisadi və sosial sektorlar, təsərrüfat fəaliyyət-

ləri üzrə aparılmaqla, ölkə iqtisadiyyatında, so-

sial  sahələrdə,  regional  inkişafda,  infrastruktur 

sahələrində və s. mövcud olan problemli yerlə-

ri, inkişafa mane olan mühiti üzə çıxarılmalıdır.  

 



Məqsədin  müəyyənləşdirilməsi  və  əsaslandırıl-

ması.  Bu  amil  ilk  növbədə  bütün  mümkün  və 

zəruri məqsədlərin müəyyən edilməsindən baş-

layır,  belə  ki,  buna  məqsədlərin  təsnifləşdiril-

məsi  kimi  də  yanaşmaq  mümkündür.  Sonrakı 

prosesdə  konsepsiya,  onun  icra  mərhələləri  ilə 

bağlı  lazım  olacaq  hər  bir  məqsədin  zəruriliyi, 

xüsusiyyəti  aydınlaşdırılmalıdır.  Belə  yanaşma 

ilkin,  mərhələvi,  son,  kəmiyyət  və  keyfiyyət, 

müddət  amillərinə  şamil  edilməlidir.  Qeyd  et-

mək  lazımdır  ki,  konsepsiyanın  icrasının  məq-

sədəuyğunluğu  ilə  bağlı  bəzi  məqsədlər  oxşar 

xüsusiyyətlərə, təyinata malik ola bilərlər. Belə 

bir  şəraitdə  zəruridir  ki,  bu  məqsədlərdən  əsas 

mahiyyəti  və  müasir  tələbləri  əhatə  edəcək  bir 



 

 

 



27 

 

məqsəd  seçilsin.  Məqsəd  seçimində  onun 



sosial-iqtisadi  həyata  təsiri,  bu  sahədə  əldə 

olunacaq  fayda,  onun  institutsional  qurumlarla 

əlaqəsinin təşkili, icrasının maliyyə, innovasiya, 

kadr  təminatı  ciddi  diqqət  mərkəzində  saxlan-

malıdır.  

 



Konsepsiyanın tərtibində məqsəd və vəzifələrin 

bağlılığını  və  əlaqəliliyini  gözləmək  lazımdır. 

Belə  yanaşma  sosial-iqtisadi  inkişaf  prosesinin 

bitkinliyinə  və  düzgün  axarına  öz  müsbət 

təsirini göstərəcəkdir.  

Ölkədə müəyyən olunmuş iqtisadi inkişaf konsep-

siyasının hazırlanmasında aşağıdakı mərhələlik və on-

lar  arasında  ciddi  əlaqəlilik  gözlənməlidir.  Konsepsi-

yanın  hazırlanması  və  icrası  mərhələsində  həmçinin 

əsas  məqsəd  kimi  –  sosial-iqtisadi  quruluşun  möh-

kəmləndirilməsi  və  inkişafı,  dövlət  tənzimlənməsinin 

səmərəliliyinin  artırılması  ciddi  diqqət  mərkəzində 

olmalıdır. Məhz belə addım konsepsiya qarşısında du-

ran məqsəd və vəzifələr də nəzərə alınmaqla aşağıdakı 

mərhələlər üzrə həyata keçirilməlidir. 

Birinci  mərhələ.  Ölkədə  əhalinin  həyat  səviyyə-

sinin tədricən yüksəldilməsi: 

- əhali üzrə adambaşına düşən gəlirlərin həcminin 

artırılması; 

-  pul  gəlirləri  üzrə  məhsul  və  xidmət  təminatının 

balanslaşdırılması; 




 

 

 



28 

 

- əhalinin sosial rifahının yüksəldilməsi. 



İkinci  mərhələ.  Cəmiyyətdə  sosial  stabilliyin 

gücləndirilməsi: 

-  əhali  üzrə  adambaşına  düşən  gəlirlərin  diferen-

sasiyasının  məqsədyönlü  hədd  sərhədinin  gözlənil-

məsi; 

-  dövlətin  vətəndaşlar  qarşısında  öhdəliklərinin 



yerinə yetirilməsi, məşğulluq probleminin həlli və s. 

-  işə  götürənin  işçi  qarşısında  müqavilə  öhdəlik-

lərinə  nəzarət  sisteminin  təkmilləşdirilməsi  və  ona 

dövlət nəzarəti. 

 

Üçüncü mərhələ. Ölkə iqtisadiyyatının perspektiv 

inkişaf şəraitinin yüksəldilməsi: 

-

 

elmi-texniki  tərəqqinin  maliyyələşdirilməsinin 



xüsusi çəkisinin artırılması; 

-

 



innovasiya  sisteminin  və  tədbirlərinin  əhatə 

dairəsinin əhəmiyyətli şəkildə genişlənməsi

-

 

məqsədli və səmərəli investisiya qoyuluşlarının 



tətbiqinin artırılması; 

-

 



regionların  inkişafı  üçün  təminatın  gücləndiril-

məsi, regional iqtisadiyyatın rəqabət qabiliyyə-

tinin artırılması. 

 

Dördüncü  mərhələ.  Ölkədə  ekoloji  təhlükəsiz-

liyin gücləndirilməsi: 

-

 



su  hövzəsinin  və  resurslarının  çirklənməsinin 

mütəmadi monitorinqinin aparılması;  




 

 

 



29 

 

-



 

hava  hövzəsinin    çirklənməsinin  daim  tədqiq 

edilməsi;  

-

 



toprpaq resurslarından istifadə ilə bağlı beynəl-

xalq  ekoloji  standartlara  əməl  olunması  və  bu 

sahədə  təkmil,  çevik  hüquqi  bazanın  yaradıl-

ması. 


Konsepsiyanın  hazırlanması  və  icrasında  dövlət 

tənzimlənməsinin  səmərəli  və  məqsədəuyğun  təhlil-

qiymətləndirmə  alətlərindən  istifadə  olunması  zəruri-

dir.  Bura  müxtəlif  tənzimləyici  vasitələrin  tətbiqinin 

mümkünlüyü, onların qarşıya qoyulmuş məqsədə nail 

olunma  səviyyəsi,  həmin  vasitələrin  tətbiqi  zamanı 

qarşıya  çıxacaq  neqativ  və  pozetiv  cəhətləri,  istifadə 

olunması nəzərdə tutulan vasitələrin səmərəlilik göstə-

riciləri  və  s.  aid  edilməlidir.  Mövcud  konsepsiyanın 

hazırlanmasında  və  icrasında  mühüm  amillərdən  biri 

dövlət  tənzimləmə  mexanizminin  sərhədinin  düzgün 

müəyyənləşdirilməsidir.  Burada  əsas  diqqət  inzibati 

metodlarla  bazar  metodlarının  seçiminə  dəqiq  və  ay-

dın üstünlük verilməsi, zərurət yarandıqca onların isti-

fadəsində  qarışıqlı  əlaqə,  səmərəlilik  kimi  metodlar-

dan da istifadə olunması məqsədəuyğundur. Bütün bu 

metodların  tətbiqi  konsepsiyanın  məqsədinə,  vəzifə-

lərinə,  əldə  olunacaq  nəticələrinə  görə  əsaslandırıl-

maqla, seçilməlidir.  

Azərbaycan  Respublikasında  hazırlanan  konsep-

siyanın  icrasını  təmin  etmək  məqsədilə  ölkədə  qəbul 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə