İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   24   25   26   27   28   29   30   31   ...   84

111
Boşqab tipli İkinci qab əldə ha ‑
zırlanmış, çəhrayı gilinə narın qum
qatılmış, yastı oturacaqlıdır. Ağzı içə‑
riyə tərəf əyilib.
Küpə tipli üçüncü qabın boz gi ‑
linə narın qum qatılmış, yastı otura ‑
caqlı, şar gövdəli, qısa boğazlıdır. Ağzı
azca kənara açılır. Qab bişmə mişdən
əvvəl çiyin hissəsində çızma üsulu ilə
işlənmiş həndəsi naxışlar vardır. 
2 saylı qəbirin ətrafına dörd bucaqlı
planda daş döşənmiş və peri metr üzrə
yanları düz, uzun daşlar hasar kimi
düzülmüşdür. Örtük daş larından ikisi
salamat qalmışdır ki, onlardan biri sı‑
naraq içəriyə  tərəf  əyilmişdir. Qəbir
bir tərəfdən ensiz olmaqla trapesiya
formasındadır. Kameranın uzunluğu
1,72, eni isə şimal‑qərb tərəfdə 1,1, cə‑
nub‑şərq tərəfdə isə 0,79 m‑dir. Qəbirin
iki divarı dikinə qoyulmuş sal daşdan
ibarətdir. Onun qalan iki divarı isə
müxtəlif ölçülü daşlarla işlənmişdir. Buradan bir ədəd çəhrayı  rəngli gilinə
narın qum qatılmış, yastı oturacaqlı, sıxılmış  şar gövdəli, qısa boğazlı, ağzı
kənara açılan küpə, üç ədəd çaxmaq daşından və bir ədəd dəvəgözü daşından
ox ucu, bir ədəd tuncdan hazırlanmış xəncər, tunc həlqə və tuncdan yarımşar
formalı pilək aşkar edilmişdir.
3 saylı qəbirin dördbucaqlı planda, 1,3x0,8 m ölçülərində olan kamerası
şimal‑qərb, cənub‑şərq istiqamətindədir. Onun cənub‑şərq tərəfinə bir ədəd
sal daş dikinə qoyulmiş, qalan tərəfləri iri həcmli daşlarla işlənmişdir. Örtük
daşları slnaraq kameranın içərisinə tökülmüş, qəbir qarət olunmuşdur. Buradan
çəhrayı gilli, çiyin hissəsində qirmızı və qara boya ilə, iti ucları yuxarıya tərəf
olan üçbucaqlar çəkilmiş  və içərisi çarpaz xətli torla naxışlanmış qablar,
dəvəgözü daşından hazırlanmış yed di ədəd üçbucaq formalı ox ucu, çaxmaq
daşından hazırlanmış dörd bucaq formalı, bir tərəfi cilalanaraq itilənmiş alət,
iki  ədəd çaxmaq da şından alət, ağ  rəngli, pis vəziyyətdə olan möhür və 38
107
107


108
108


113
ədəd əqiq, sümük və pastadan hazır‑
lanmış muncuq aşkar edilmişdir.
3 saylı  qəbirin qurbangahının
(3A) ətrafına dördbucaqlı planda (2,0
‑ 2,4 x 1,56 ‑ 1,35m) daş döşənmiş, ka‑
meranın üstü sal daşlarla örtül müşdü.
Qurbangahın kamerası beş bu caqlı for‑
madadır. Onun divarları dikinə qo‑
yulmuş sal daşlardan iba rətdir. Qur‑
bangahdan bir ədəd çəh rayı gilli çöl‑
mək, boşqab, iki küpə və digər saxsı
məmulatları aşkar edildi.
4 saylı qəbir dördbucaqlı plan‑
dadır. Dağın yamacında yerləşdiyindən
onun ətrafına döşənmiş daşlar və örtük
daşları qalmamışdır. Qəbirin ölçüləri
1,67 x 1,47 m‑dir.  Şimal‑qərb və  şi‑
mal‑şərq divarları dikinə və yastısına
qoyulmuş daşlarla, cənub‑şərq və  cə‑
nub‑qərb divarları isə yalnız dikinə qoyulmuş daşlarla işlənmişdir. Qəbirin
dərinliyi şimal‑şərq divarı yanında 0,56 m, cənub‑qərb divarı yanında isə 0,33
m‑dir. 
Bu qəbirdən müxtəlif formalı tunc bilərziklər, həlqəvari tunc üzüklər,
dörd həlqədən ibarət zəncir fraqmenti, üzərində perlamutra asması olan yastı
gümüş məftildən hazırlanmış sırğa, bir ədəd çəhrayı gilinə narın qum qatılmış,
üzərinə qırmızı rəngli anqob çəkilmiş, cilalanmış kubokdan fraqment, ayaqqabı
fraqmenti, çaynik tipli qabın lüləsindən fraqment və s. aşkar edilmişdir.
5 saylı  qəbirin  ətrafına uzunluğu 4,95, eni isə 4,4 m olan dördbucaqlı
planda daş döşənmişdir. Onun dəfn kamerası  cənub‑qərb,  şimal‑şərq istiqa‑
mətində olub, düzgün olmayan dördbucaq formasındadır. Qəbirin ölçüləri
1,33 x 0,7, dərinliyi 0,7 m‑dir. Divarları dikinə qoyulmuş sal daşlardan ibarətdir.
Qəbir qarət olunduğundan və bir neçə dəfə dağıntıya məruz qaldığından heç
bir avadanlıq əldə edilmədi.
5 saylı  qəbirin qurbangahı (5A) onun ətrafına döşənmiş daşlara  şərq
tərəfdən bitişik işlənmişdir. Ölçuləri 0,85 x 0,6 m olub divarları dikinə qoyulmuş
109
109


114
sal daşlardan qurulmuş  və möhkəm
olması üçün ətrafı daşla iş lənmişdir.
Qurbangahın şərq tərəfində örtük da‑
şının bir hissəsi salamat qalmışdır. Bu
daşın altında gil qablar salamat aşkar
edildi. Örtük daşı olmayan qərb tərəfdə
isə qablar sınmış vəziyyətdə idi. Bura‑
dan üçayaqlı qabın üst hissəsi tapıldı.
Onun ayaqları isə kameranın mərkəzində aşkar edildi. Qabların saxlanması və
vəziyyəti göstərir ki, qurbangahın örtük daşları son əsrlərdə götürülmüş,
torpağın altında qalan qablar nəzərə çarpmadığından, onlara toxunulmamışdır.
Buradan çəhrayı gilli boşqab, küpə, küp, yarımbükülü insan ayağı formasında
ayaqları olan üçayaq, süzgəc və digər saxsı materiallar aşkar edildi.
6 saylı  qəbir dördbucaqlı plandadır. Onun örtük daşları qalmamışdır.
Qəbirin kamerası iri həcmli plitə daşlardan qurulub. Kamera şimal‑cənub isti‑
qamətində olub, uzunluğu 1,47, eni isə 1,26 m‑dir. Kameranın dərinliyi qərb
tərəfdə 0,41 m, şimal‑şərq küncündə isə 0,70 m‑dir. Buradan iki pərli, uzun
saplaqlı tuncdan ox ucları, çaxmaq daşından hazırlanmış üçbucaq formalı
başqa bir ox ucu, ikitərəfli spiralvarı asma bəzək, bir ucu sınmış tunc həlqə və
25 ədəd müxtəlif muncuq aşkar edildi.
6 saylı qəbirin qurbangahı (6A) 0,85 x 0,65 m ölçülərində olmaqla, qəbirin
ətrafına düzülmüş daşlara şimal tərəfdən bitişik işlənmişdir. Örtük daşlarının
bir tərəfi sınıb. Kameranın ətrafına dördbucaqlı planda daşlar düzülüb. Onun
divarları dikinə qoyulmuş plitə daşlardan qurulub. Qurbangahdan 8 ədəd
çəhrayı gilli boşqab, küpə, çölmək tipli qablar aşkar edildi.
7 saylı qəbirin də dördbucaqlı planda olan kamerası var. Onun ölçüləri
1,40 x 0,76 m‑dir. Kameranın divarları dikinə qoyulmuş plitə daşlardan
ibarətdir. Dərinliyi 0,58 m‑dir. Qəbirdən üç ədəd yumru muncuq, iki ədəd
dördbucaqlı formada balıqqulağından düzəldilmiş muncuq və iki tunc həlqə
aşkar edildi. 
8 saylı qəbir də dördbucaqlı plandadır. Onun dərinliyi 0,63 m, ölçüləri
2,54 x 0,97 m‑dir. Qəbirin divarları yastı və dikinə qoyulmuş daşlarla işlənmişdir.
Qəbir qarət olunmuşdur. Buradan 13 ədəd  əqiq və balıqqulağı muncuq, üç
ədəd arxasında ilgəyi olan düymə və bir ədəd iki deşikli düymə əldə edildi.
8 saylı qəbirin qurbangahı (8A) qəbirə cənub‑qərb tərəfdən bitişik işlən‑
110
110


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə