İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   23   24   25   26   27   28   29   30   ...   84

108
mümkün olmadı. Keramika çəhrayı gilli, qalın divarlı qablara aiddir. 
Qəbirdə dörd ədəd yoğun tunc məftildən hazırlanmış ayaqbənd, səkkiz
ədəd nazik tunc məftildən hazırlanmış qolbaq, iki həlqəvari üzük, iki ədəd
ucları birləşməyən həlqə formasında və ortasında meandr naxışlı zolağı olan
asma bəzək var idi. Buradan üç ədəd qabarıq formalı tunc düymə, üç ədəd
yoğun yerində  cızma naxışları olan baş sancağı, tuncdan hazırlanmış  və
üzərinə  əqiq muncuqlar düzülmüş  sırğa, dəstəyində  ağac bərkitmək üçün
deşiyi olan tunc xəncər,  əqiq və balıqqulağından hazırlanmış muncuqlar da
aşkar edildi.
10 saylı  qəbir düzgün olmayan dördbucaqlı formasında olub, şərq‑qərb
istiqamətindədir. Örtük daşları qalmamışdır. Onun şimal və cənub divarlarının
uzunluğu 1,1 m, şərq divarının uzunluğu 0,75 m, qərb divarının uzunluğu isə
0,53 m‑dir. Qəbirin bir hissəsi dağıdılmışdır. Divarlarının tikintisində üfüqi və
şaquli qoyulmuş sal daşlardan istifadə olunmuşdur. Dərinliyi 0,6 m olan bu
uşaq qəbirindən çox az sümük qalıqları və bir neçə muncuq aşkar edildi. 
11 saylı  qəbir də düzgün olmayan dördbucaqlı formasındadır. Örtük
daşları qalmamışdır. Ölçüləri 1,55 x 1,02‑0,92 m‑dir.  Şimal‑qərb divarına iki
ədəd ensiz sal daş dirək kimi qoyulmuş, qalan divarları isə yastısına və dikinə
qoyulmuş sal daşlarla işlənmişdir. Qəbirin giriş yolu şimal‑şərq tərəfdəndir.
Şimal‑qərb küncündə plitə daş üzərində kəllə sümüyü aşkar edildi. Kəllə sü‑
müyünə yaxın tunc həlqə və muncuqlar var idi.
11 saylı qəbirin qurbangahı (11A) ona şimal tərəfdən bitişik işlənmişdir.
Ölçüləri 1,15 x 0,63 m‑dir. Örtük daşları qalmamışdır. Kameranın divarları
dikinə qoyulmuş plitə daşlardan qurulmuşdur. Qurbangahın dərinliyi 0,45 m‑
dir. Kameranın şərq və cənub tərəflərində qrup halında 11 ədəd gil qab aşkar
edildi ki, onların bəziləri bir‑birinin içərisinə qoyulmuş vəziyyətdə idi. Onlar
əsasən boşqab, çölmək, kasa və vaza tipli qablardan ibarətdir. 
Xalı‑Keşan nekropolunda aparılmış qazıntı işlərinin nəticələri göstərdi ki,
buradakı qəbirlər Plovdağ nekropolunun son Tunc dövrünə aid dördbucaqlı
planda işlənmiş plitəli qəbirləri ilə eyni dövrə aiddir. Bu oxşarlıq təkcə qəbirlərin
quruluşunda deyil, həm materialların formasında, həm də ornament motivlərində
özünü göstərir. Nekropolun çox hissəsi dağıldığından yalnız bir neçə, nisbətən
salamat qalmış  qəbir tədqiq edildi. Göründüyü kimi, bəzi qəbirlərin örtük
daşlarının yalnız bir hissəsi salamat qalmışdı. Qəbirlər dördbucaqlı planlı qur‑
bangahlara malikdir. Onlar quruluşuna və planına görə Muncuqlu‑təpə


109
qəbirlərinə oxşayırlar. Lakin Xalı‑Keşan qəbirlərində xüsusi qurulmuş giriş
yolu yoxdur. Qəbirlərin çoxunun və qurbangahların divarları yanı üstə dikinə
qoyulmuş sal daşlardan ibarətdir. Bəzi qəbirlərin divarları bir neçə qat həmin
daşlarla işlənmişdir. Qəbir kameralarının və qurbangahlarının ətrafına 1,5–1,7
m enində sahəyə daş döşənmişdir. Perimetr üzrə səliqə ilə düzülən uzun və
enli sal daşlarla qəbirin divarları arasında olan sahədəki daşlar arasında fərqlər
vardır. Belə ki, ikincilər nizamsız şəkildə düzülmüşdür. Onların içərisində çay
daşlarına da rast gəlinir. Qəbirlərin kameraları avadanlığa uyğun olaraq qu‑
rulduğundan, çox halda dördbucaqlı deyil, trapesiya formasını almışdır. Qur‑
bangahlar adətən dördbucaqlı plandadır.
Xalı‑Keşan nekropolundan əldə edilən tapıntılar  əsasən qara boz və
çəhrayı rəngli keramika məmulatından, tuncdan hazırlanmış xəncər, qolbaq,
sırğa və sancaqdan və digər müxtəlif bəzək əşyalarından ibarətdir.
Bu materialların oxşarlarına Naxçıvanın həmin dövr abidələrində  və
Urmiya gölü hövzəsi abidələrinin materiallarında rast gəlinir. Xalı‑Keşandan
tapılmış qirmızı gilli, dabanlı oturacağa malik, tək qulplu qabın formaca
identik bənzərinə Göytəpənin B təbəqəsindəki K qəbirində 
[Burton‐Brown T., 1951,
s.144. tab.34. şək.38]
və III Dingətəpə 
[Muscarella O.W., 1974, s.46. şək.13]
materialları içə‑
risində rast gəlinir. Burada tez‑tez təsadüf edilən eyni formalı, lakin dabansız
qablara isə V Həsənli abidəsində rast gəlinir və e.ə. XII‑X  əsrlərə aid edilir
[Dyson Robert H., 1964, s.195‐197].
Xalı‑Keşandan tapılan xəncərlər Naxçıvan bolgəsi
üçün xarakterik olub 
[Абибуллаев О.А., 1982, s.174‐175; Əliyev V., 1977, s.100]
, ümümiyyətlə,
Cənubi Qafqazda geniş yayılmışdır.
Xalı‑Keşan nekropolu materialları içərisində dəmirdən hazırlanmış əşyalar
yoxdur. Silah və  bəzəklər  əsasən tuncdan hazırlanmışdır. Metal muncuqlara
isə heç rast gəlinməmişdir. Pasta və daşdan hazırlanmış muncuqlar həm
formaca, həm də naxışlanmasına görə sonrakı dövrə aid Muncuqlutəpə mate‑
riallarından zənginliyi ilə seçilirlər. Xalı‑Keşan nekropolunda əldə edilən iy
başlığının oxşarı III Dingətəpənin 27‑ci qəbrindən 
[Muscarella O.W., 1974, s.42. tab.7.
şək.616]
tapılmışdır. Analoji ornamentə Goytəpənin B təbəqəsindən əldə edilmiş
asma bəzəkdə də rast gəlinmişdir 
[Burton‐Brown T., 1951, tab.28, N1579].
Əldə olunan
arxeoloji materiallar Xalı‑Keşan nekropolunu e.ə. II minilliyin sonu, I minilliyin
əvvəllərinə aid etməyə imkan verir. 


110
Mərdan gölü nekropolu
Mərdan gölü nekropolu Plovdağ abidəsindən 300‑350 m şimal‑şərq, Mun‑
cuqlutəpə nekropolundan isə 350‑400 m şimal‑qərb tərəfdə yerləşir (şəkil 106‑
112). İki hissədən ibarət olan nekropolun bir hissəsi dağın ətəyində, bir hissəsi
isə dağın yamacındadır. Hər iki hissənin qəbirləri eyni tiplidir. Onlar müxtəlif
ölçülü daşlarla işlənmiş qəbir kamerasından və qurbangahdan ibarətdir. Ha‑
mısında eyni istiqamət olmasa da, qurbangahlar ən çox cənub‑şərq tərəfdən
qəbirə bitişik işlənmişdir. Qəbirlərin qurbangahlara tərəf olan divarları dikinə
qoyulmuş bir ədəd daş plitədən ibarətdir. Gilançay vadisində mövcud olmuş
dəfn adətinə görə ölü qəbirə qurbangah tərəfdən qoyulurdu. Mərdan gölü
nekropolunda qəbirlərin ətrafına dördbucaqlı planda daş döşənmişdir. Skelet
sümükləri çox pis qalmışdır. Qəbirlərdən ən çox boz və çəhrayı gilli keramika,
tuncdan hazırlanmış silah və bəzəklər, dəvəgözü və çaxmaq daşından hazırlanmış
ox ucları və müxtəlif muncuqlar aşkar edilmişdir. Bəzən dəmir əşyaların fraq‑
mentlərinə də rast gəlinib.
1 saylı qəbir dördbucaqlı planda olub, şimal‑qərb və cənub‑şərq istiqamə‑
tindədir. Qəbirin uzunluğu 1,3, eni 1,0, dərinliyi isə 0,45 m‑dir. Onun üç divarı
müxtəlif ölçülü yastı daşlarla işlənmiş, cənub‑şərq divarına isə bir ədəd sal daş
dikinə qoyulmuşdur. Qəbirdən üç ədəd gil qab aşkar edilib. Bu qəbirin ölçüləri
və buradan yalnız qurbangahlar üçün xarakterik olan gil qabların tapılması
onun 2 saylı  qəbirin qubangahı oldu‑
ğunu ehtimal etməyə əsas verir.
Qablardan biri əldə hazırlanmış,
çəhrayı  rəngli gilinə qum qatılmışdır.
Qazan tipli bu qab düz oturacaqlı, sfe‑
rekonus gövdəlidir. Ağzının enli, lent‑
vari formada kənarı birbaşa göv dəsinə
birləşir. Gövdəsi orta hissədə  qəribə
formada əyilib. Qabın otura cağında 1,5
sm diametrində deşiyi var. Onun yuxarı
hissəsində cilalanma izləri görünür. Di‑
varının qalınlığı orta hissəsində 1,2,
ağzına və oturacağına yaxın hissələrdə
isə 1,8 sm‑dir.
106
106


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə