İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

92
imkan verir 
[Алёкшин В.А., 1986, s.6]
.
Qeyd etmək lazımdır ki, Plovdağın orta Tunc dövrü kurqanlarında qəbirə
boyalı və lüləli qab qoymaq adəti olmamışdır. 25 saylı kurqan bu cəhətdən is‑
tisnalıq təşkil edir. Bəzi tədqiqatçılar lüləli qabların Naxçıvan ərazisinə cənubdan
gəldiyi fikrini irəli sürürlər 
[Бахшалиев В., 2006, c. 52]

Plovdağ nekropolunda əldə edilən boyalı qabların ornamentləri Naxçıvanın
həmdövr abıdələrinin boyalı qablarındakı ornamentlərdən qismən fərqlənir.
Belə ki, əgər Plovdağ boyalı qablarında üçbucaq təsvirlərinin iti ucu bir qayda
olaraq qabın boğazına tərəf istiqamətlənibsə, Çalxanqala kurqanlarından əldə
edilən boyalı qablarda üçbucaqların iti ucu qabın oturacağına tərəf istiqamət‑
ləndirilmişdir 
[Алиев В.Г.,1991, c.72]
. Maraqlıdır ki, Plovdağ nekropolunun kurqanaıtı
qəbirlərində boyalı qablara çox az təsadüf olunduğu halda (aşkar edilən
qabların da üzərindəki boya qaşınaraq pozulmuşdur), plitəli qəbirlərdə onlar
gil qabların  əksəriyyətini təşkil edirlər. Naxçıvan  ərazisində boyalı qab
istehsalının erkən Dəmir dövrünün əvvəllərində  tənəzzülə  uğradığı haqda,
boyalı qablar mədəniyyətinin genezisi, yayılma arealı və dövrləşməsi məsələləri
ilə uzun illər məşğul olan V.Əliyevin fikiri Mərdan gölü və Muncuqlu təpə
nekropollarının materiallarında da öz təsdiqini tapır. Qeyd edək ki, Van,
Urmiya və Göycə gölü hövzələri və ətraf abidələrində yayılmış boyalı qabları
A.Özfirat “Araz boyalıları qrupuna aid edir 
[Özfirat A., 2001, s.2]
.
Qəbirdən tapılmış gil qablar formasına və keyfiyyətinə görə də fərqlənirlər.
Bu qabların üzərində metal parlaqlığı  və qabın boğaz hissəsi ilə gövdəsi
arasında kəskin keçid vardır. Göstərilən əlamətlər ilk Tunc dövrü keramikası
üçün xarakterikdir. Eyni ilə bu cür üç qab Kvaçxelebinin B təbəqəsindən (ilk
Tunc dövrü) aşkar edilmişdir 
[Джaвахашвили А. И., Глонти Л. И., 1962., tab.IV, ris.146‐
148]
. Avropadan Altaylara qədər, Cənubi Qafqazda və Aralıq dənizi sahillərində
yayılmış kurqanlarda bu dövrün dəfn adəti təqribən eyni olmuşdur 
[Ростунов
В.Л., 2006, c. 204‐211]

Beləliklə, yuxarıda təsvir etdiyimiz kurqanaltı  sərdabələrdə eyni dəfn
adətinin müxtəlif cəhətləri ilə tanış olduq. Plovdağ kurqanlarının tədqiqi orta
Tunc dövrü kurqan qəbirlər mədəniyyətinin bəzi müddəalarına yenidən
89
89


93
baxmağı zəruri edir. 
Arxeoloji ədəbiyyatda üstü daş plitələrlə
örtülmüş qəbir kameralarının dəfn zamanı
torpaqla doldurulması haqda fikirlərə rast
gəlinir ki, bu da bir sıra faktların nəzərə
alınmadığını göstərir 
[Алиев В.Г., 1991, s.67; Nə‐
rimanov İ.,1958, s.64]
.
Birinci  ‑  səliqə ilə  işlənmiş, içərisinə
geyimli, silah və bəzəkləri ilə dəfn edilmiş
ölü və gil qablarda ərzaq qoyulmuş kameranın torpaqla doldurulduğu heç bir
məntiqə  sığmır. Ona görə ki, kamera torpaqla doldurulduğu halda üstünün
xüsusi seçilmiş, çəkilərinin bəzən 400‑500 kq‑a çatan sal daşlarla örtülməsinə
heç bir ehtiyac qalmırdı.
İkinci ‑ qəbir kameralarında bəzi avadanlığın və bəzi skeletlərdə ətraf sü‑
müklərin yerini dəyişməsi dəfndən bir müddət sonra kameraya gəmirici,
sürünən və  həşaratların (siçan, siçovul, ilan, kərtənkələ,  əqrəb və s.) daxil
olduğunu göstərir. Yeri gəlmişkən yağış  və qar suları onların açdıqları
deşiklərdən də kameraya dola bilərdi.
Üçüncü ‑ arxeoloji qazıntılar zamanı qəbirlərin kameralarında aşkar edilən
torpaq nazik qatlar şəklindədir. Bu isə onun yağış  və qar sularının torpağa
hoparaq kameraya dolması  nəticəsində  tədricən  əmələ  gəldiyini göstərir.
Qazıntı zamanı bu nazik torpaq qatları bir‑birindən çox asanlıqla ayrılır.
Yuxarıda qeyd olunanlardan belə bir qəti fikrə gəlmək olur ki, üstü örtülən
qəbir kameralarının heç birinin içərisi dəfn zamanı torpaqla doldurulmamışdır.
Ümumiyyətlə, orta Tunc və son Tunc dövrü kurqanlarında qəbir kamerasının
torpaqla doldurulması adəti olmamışdır. Bu adət Eneolit və ilk Tunc dövründə
ölülərin qəbir çuxuruna həsirə və ya ona oxşar bir şeyə bükülərək qoyulduğu
vaxt mövcud olmuş, qəbir çuxurlarının üstünün sal daşlar və  ağaclarla
örtülməyə başladığı zaman aradan qalxmışdır.
Orta tunc dövrü kurqanlarının əsas elementlərindən biri də qurbangahlardır
[Ибрагимов Б. Кашкай С., 2005, s.104‐105]
. Bu
tikililər arxeoloji ədəbiyyatda “əlavə
qəbir kamerası”, “ehsan kamerası”, “çis‑
ta”, “ritual kamera” və s. adlarla ada‑
lansa da geniş şərh edilməmiş, onların
90
90
91
91


94
təyinatı  və funksional əhəmiyyəti aydınlaşdırılmamışdır. Qurbangahların
təyinatı İ.Nərimanov tərəfindən araşdırılsa da tədqiqatçı, əsasən Y.İ.Hümmelin
bu haqda olan “şüa sistemi” nəzəriyyəsini tənqid etmiş  və bu nəzəriyyənin
çöl‑tədqiqat işlərində  tətbiq olunmasını  məsləhət görməmişdir 
[Nərimanov  İ.,
1958, s.65‐73]
. Bizim işlətdiyimiz “Qurbangah” termini də bu tikililərin təyinatını
tam əks etdirmir və onları “ehtiyat ərzaq kamerası” adlandırmaq daha düzgün
olardı. Kurqan tipli qəbirlərin yaranması Neolit dövrünün sonlarından başlasa
da, qubangahlı kurqanlar e.ə.IV minilliyin sonlarından məlumdur 
[Ibrahimli B.,
Qədirzadə H.Q., 2008, s. 36]

Plovdağ kurqanlarının qurbangahları bir qayda olaraq şərq tərəfdən
kurqanın kromlexinə bitişik işlənmişdir. Ölçülərinin müxtəlifliyi heç də kurqanın
böyük və kiçik olmasından asılı deyil. Belə ki, 17 saylı kurqanın qurbangahı
(17A) ondan iki dəfə böyük olan 18 saylı kurqanın qurbangahından çox
böyukdür və gil qabların sayı da ondan artıqdır. Orta Tunc dövrü kurqanlarının
qurbangahları dördbucaqlı və beşbucaqlı planda qurulmuşdur. Qurbangahlara
yalnız içərisində müxtəlif ərzaqlar olan gil qablar qoyulmuşdur.
İnsan skeletinin aşkar edilməməsi bəzi tədqiqatçılara burada kremasiya
dəfn adətinin olması fikrini irəli sürməyə əsas vermişdir. Beləliklə, orta Tunc
dövrü kurqanlarında inqumasiya ilə yanaşı kremasiya adətinin də olduğu təd‑
qiqatçılar tərəfindən qəbul edilmiş  və
arxeoloji  ədəbiyyatda sübut olunmuş
fakt kimi təsbit olunmuşdur 
[Брей  У.,
Трамп Д., 1990, c.130]
. Naxçıvan ərazisində
Şahtaxtı və Qarabağlar nekropollarında
aşkar edilmiş skeletsiz qəbirlərdə ur‑
nalar və ya yanmış skelet qalıqları ta‑
pılmadığından, burada kremasiyanın
olub‑olmadığı  hələlik sübut edilmə‑
mişdir 
[Асланов Г., Ибрагимов Б., Кашкай С.,
2002, c.42‐51]

Plovdağın orta Tunc dövrü kur‑
qanlarının kompleks tədqiqi və yaxın‑
lıqdakı son Tunc və erkən Dəmir dövrü
nekropollarının öyrənilməsi nəticəsində
qurbangahların təyinatını dəqiqləşdir‑
mək mümkün olmuş  və onların kre‑
92
92


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə