İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

76
bəqəyə məxsus kurqanaltı torpaq qəbirlərdə
rast gəlinmişdir. Mesopotamiya, Altay və
Qazaxıstanda yayılmış bu dəfn adətinin
Naxçıvan böıgəsində qədim kökləri vardır.
Belə ki, analoji dəfn adətinə I Kültəpə abi‑
dəsinin Eneolit təbəqəsində də rast gəlin‑
mişdir 
[Абибуллаев О.А., 1982, c.48, N24]
.
Ümumiyyətlə, Birinci Plovdağ nekro ‑
polunun e.ə.III minilliyin ortalarından e.ə.II
minilliyin sonunadək olan dövrdəki dəfn
adətinin xarakterik cəhətlərini aşağıdakı
kimi ümumiləşdirmək olar: 
1. Qəbirlərin tipi – kurqanaltı daş qutu
və torpaq qəbirlərdir .
2. Qəbirlərin şərq tərəfdən qurbangahı vardır ki, buradan yalnız 2‑3 ədəd
gil qab aşkar olunur.
3. Ölülər adətən sol yanı üstdə, bükülü vəziyyətdə  dəfn olunmuşlar.
Lakin sağ yanı üstdə də dəfn vardır.
4. Silahı, bəzəkləri ilə  dəfn olunmuş ölülərin yanına bir neçə gil qab və
bəzi hallarda xırda buynuzlu heyvanın kəlləsi və ayaqları qoyulmuşdur. İstisna
olaraq bir qəbirdə iri buynuzlu heyvanın bir neçə qabırğası və onurğasının bir
hissəsinə rast gəlinmişdir.
5. Qəbirlər təkdəfinlidir. Yalnız bir qəbirdə qoşa dəfnə təsadüf olunmuş‑
dur.
Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, Birinci Plovdağ nekropolunda
uzun müddət sabit davam edən dəfn adəti mövcud olmuşdur. 
İkinci Plovdağ nekropolu
E.  ə. III minilliyin ortalarından e. ə. II minilliyin sonlarınadək uzun bir
xronoloji dövrü əhatə edən bu abi dələrdən Ikinci Plovdağ nekropolunun orta
Tunc dövrünə aid kurqanları nisbətən daha geniş tədqiq edilmişdir 
[Ибрагимов
Б.И., 2007, s. 86‐89]
. Bu kurqanların əksəriyyəti müxtəlif dövr lərdə bir neçə dəfə
68
68


77
dağıntıya məruz qalmışdır (şəkil 69‑
100). Toxunulmamış, az‑çox salamat qal‑
mış və dəfn adətinin bəzi əlamətləri ilə
seçilən kurqanları təqdim edirik.
1 saylı kurqanın kromlexi dairəvi
plandadır. Qəbir kromlexin təqribən
mərkəzində yerləşir. Kameranın cənub,
qərb və şimal tərəfləri müxtəlif həcmli
daşlarla işlənmiş, yalnız şərq tərəfi bir
ədəd iri həcmli daşla örtülmüşdür. Bu
daş sonradan yerini dəyişmiş və nisbətən
qərb tərəfə əyilmişdir. Qəbirin kamerası
təmizlənərkən 28‑30 sm dərinlikdə qərb
divarına yaxın bir ədəd dəvəgözü da‑
şından düzəldilmiş ox ucu tapıldı. 50‑
52 sm dərinlikdə bükülü vəziyyətdə,
başı  şərq istiqamətində, üzü cənuba
tərəf qoyulmuş skelet aşkar edildi. Ske‑
letin ilkin vəziyyəiti sonra dan dəyişmiş
və o, arxası üstə düş müşdü. Qəbir bir
neçə dəfə dağıntıya məruz qaldığından
skelet çox pis qalmışdı. Buradan iki gil
qab, müxtəlif muncuqlar tapıldı. 
1 saylı kurqanın qurbangahı  şərq
tərəfdən kromlexə bitişik işlənmiş, dai‑
rəvi formadadır. Qurbangahın sonradan
işlənməsi açıq‑aydın nəzərə çarpır. Ka‑
meranın içərisindən bir neçə gil qab
aşkar edildi. Qurbangahın kamerası beş‑
bucaqlı formadadır. Təq ribən eyni for‑
malı beş ədəd sal daş dikinə qoyularaq
kameraya beşbucaqlı forma verilmiş,
daha beş  ədəd sal daş oların üstünə
üfüqi vəziyyətdə qo yularaq kameranın
bucaqları örtül müşdür. Bu zaman ka‑
mera daralsa da, beşbucaqlı formasını
saxlamışdır. Son rakı prosesdə qurbangah
69
69


78
kamerasının üstünü tək bir ədəd sal
daşla örtmək elə bir çətinlik törətmə‑
mişdir.
6 saylı kurqan nekropolun mərkəzi
hissəsində yerləşir (Edubba, s. 86‑92).
Daş qarışıq torpaqdan ibarət olan kurqan
təpəciyi 0,5 m hündürlüyundə salamat
qalmışdı. Kurqanın dairəvi planda olan
kromlexi (6,1 x 5,85 m) müxtəlif ölçülü
dağ daşları ilə işlən mişdir. Qəbirin dörd‑
bucaqlı kamerası (1,3 x 0,8 m) kromlexin
təqribən orta sında yerləşir. Kameranın
üzəri iri həcmli qalın sal daşlarla örtül‑
müşdür. Şərq tərəfdəki daşın uzunluğu
1,7 m, eni 0,6 m, qalınlığı isə 0,28 m‑dir.
Çəkisi təqribən 400 kq‑a yaxındır. Örtük
daş ları bir‑birinə kip birləşdirilmiş,
kənar ları və birləşən yerləri xırda daş ‑
larla və palçıqla tutulmuşdur. Kamera
şərq‑qərb istiqamətindədir.  Şərq diva‑
rından başqa qalan divarları 6‑7 cərgə
müxtəlif həcmli daşlarla işlənmişdir. Bu
zaman divarların aşağı hissəsində iri
həcmli (40‑45 x 35‑38 sm), yuxarı hissə‑
sində isə nisbətən kiçik həcmli daşlardan
istifadə olunmuşdur. Kameranın  şərq
divarı dikinə qoyulmuş bir ədəd sal
daşdan (66 x 54 x 16 sm) ibarətdir. Bu
daş elə qoyulmuşdur ki, bir tərəfi örtük
daş larının səviyyəsindən 12 sm yuxarıya
çıxmışdır. 
Örtük daşlarından 50‑60 sm dərin ‑
likdə qadın və uşaq skeletləri aşkar edil ‑
di. Uşağın skelet sümükləri çürümüş,
qadının skelet sümükləri isə nisbətən
yaxşı qalmışdır. Qadın sağ, uşaq isə sol
yanı üstə, başları  şərq istiqamətində,
70
70


79
yarımbükülü vəziyyətdə dəfn olunmuş‑
lar. Uşaq qadının qolları arasındadır.
Qadın skeletinin üstündə ox qabı aşkar
edildi. Bu tip ox qabları nazik ağac tə‑
bəqədən hazırlanır, üzərinə dəri çəkilirdi.
Onun uzunluğu 60 sm, eni 11 sm idi.
Ox qamışlarının qalmış izlərinin uzun‑
luqları 45‑50 sm, diametrləri isə 0,8‑1,0
sm‑dir. Dəvəgözü və çaxmaq daşlarından ürək formasında hazırlanmış ox uc‑
larının uzunluğu 2,5 sm‑dən 4,0 sm‑ə, eni isə 1,6 sm‑dən 2,1 sm‑ə  qədərdir.
Qadının kəllə sümüyünün arxa tərəfində və döş qəfəsinin sağ yarısının altında
8 ədəd tunc sancaq, sırğa və qolbaqlar aşkar edildi. Sancaqlar ölçülərinə görə
bir‑birindən fərqlənirlər. Uzunluğu 10 sm‑ə qədər olan iki sancağın baş tərəfinə
əqiqdən və pastadan hazırlanmış muncuqlar keçirilmişdi. 
Qadının kəllə sümüyünün arxa tərəfində 3 cərgə əqiqdən və onları ayıran
ağ rəngli muncuqlardan (üç deşikli), boyun fəqərələrinə yaxın isə ağ rəngli ba‑
lıqqulaqlarından düzülmüş boyunbağı aşkar edildi. Bunlardan başqa boynuna
və döş qəfəsinə yaxın nisbətən iri həcmli, yanları riflənmiş muncuqlar tapıldı.
Bu muncuqlar ya baş geyimindən, ya da boyunbağıdan qopub tökülmüşdür. 
Kurqandan tapılmış əqiq muncuqlar formasına və təyinatına görə diqqəti
cəlb edir. Şiş papağın alınlıqdan yuxarı hissəsində aşkar edilmiş 19 ədəd əqiq
muncuq Plovdağ nekropolunda indiyədək aşkar edilən ən iri muncuqlardır və
rənginin tündlüyünə görə də başqalarından seçilirlər. Baş geyiminə və paltarlara
tikilən  əqiq muncuqlar həm həcminə, həm rəng çalarlarına və  həm də
işlənməsinə görə bir‑birindən fərqlənirlər. Arxeoloji ədəbiyyatda xaricdən gə‑
tirilmiş muncuqlar haqqında kifayət qədər məlumat vardır. 
Tədqiqatçı İ.Nərimanov yalnız boru deşikli, yaxşı işlənmiş əqiq muncuqların
əksəriyyətinin yerli istehsalın məhsulu olması haqda F.Bayernin fikri ilə razılaşır
[Nərimanov  İ., 1958, s.96‐97]
. Doğrudan da, Cənubi Qafqazda əqiq yataqlarının
kifayət qədər olduğu halda əqiq muncuqların Yaxın Şərq ölkələrindən gətirilməsi
o qədər də  ağlabatan deyil. Əqiq muncuqların gətirilmə olması haqqında
ideya Xocalı kurqanından üstündə Assuriya çarı Adad‑Nirarinin adı yazılmış
əqiq mun cuğun tapılmasından sonra geniş ya yılsa da, bu ideyanın iqtisadi və
mədəni kökləri yoxdur. Plovdağ  və ona yaxın nekropolllarda aşkar edilmiş
minlərlə əqiq muncuğun xaricdən gətirildiyini demək olmaz. Onların içərisində
diq qəti cəlb etməyən rəng çalarlı və kobud işlənmiş nümunələr də vardır. 
71
71


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə