İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

65
böyük əksəriyyəti misdən və tuncdan hazırlanmışdır. Onlardan bilərzikləri,
həlqə formalı üzükləri, bayquş və kərtənkələ formalı fiqurları, güzgüləri,
qapı tutacaqlarını, zəngləri və s. göstərmək olar. Metal məmulatının ha‑
zırlanmasında tökmə, kəsmə, döymə,  ştamplama və başqa üsullardan
istifadə olunmuşdur.
Bəzək əşyalarının əksəriyyətini şüşə bilərziklər və muncuqlar təşkil
edir. Muncuqlur əqiq, lacıvərd, kəhrəba, pasta, gil və sümükdən hazırlan‑
mışdır. Müxtəlif texniki üsullarla hazırlanan bəzək əşyalarının çox hissəsi
yerli istehsalın məhsuludur.
Numizmatik materiallar şəhərin iqtisadi, siyasi və mədəni həyatının
öyrənilməsində mühüm rol oynamaqla yanaşı, dövrün müəyyən edilməsində
də əsas vasitədir. Xaraba‑Gilan şəhər yerindən e.ə.II əsrdən XV əsrə qədər
uzun bir xronoloji dövrü əhatə edən sikkələr  əldə edilmişdir. Bunların
içərisində II Mitridatın (e.ə.123‑‑ci illər) Arşaki gümüş drahması, imperator
Honorinin (395‑423‑cü illər) qızıl solidi, IX‑X əsrlərə aid ərəb xəlifələrinin
qızıl sikkələri, XI‑XII əsrlərə aid anonim Bizans sikkəsi və çoxlu miqdarda
Eldəgizlərin (XII‑XIII əsrlər) mis pulları, Şirvanşahların (XII əsr), I Məsudun
(1180‑1193‑cü illər) mis sikkələri, Hülakülərin mis və gümüş sikkələri
vardır. Numizmatik materiallar içərisində üzərində «Kiran» yazılmış mis
sikkə də vardır ki, bu da şəhərdə zərbxananın olduğunu sübut edir.
Əldə edilmiş epiqrafik materiallar içərisində aramey, sasani, fars,
57
57


66
türk dillərində yazı nümunələri ilə yanaşı, naməlum yazılar da vardır. Bu
yazılar yarımqiymətli və adi daşlar, keramika və metal əşyalar üzərində oyma
üsulu ilə  və qara tuşla yazılmışdır. Memarlıq yazılarını xüsusi qeyd etmək
lazımdır. Bunlar seriya ilə hazırlanmış kəc plitələrdən, dekorativ bişmiş kər‑
piclərdən memarlıq köynəyi üzərində yığılmış mətnlərdən, kaşıdan hazırlanmış
yazı nümunələrindən və daş üzərindəki kitabələrdən ibarətdir.
Aşkar edilmiş maddi mədəniyyətin qədim kökləri Plovdağ (e.ə.III‑II mi‑
nilliklər) və Muncuqlutəpə (e.ə.I minilliyin birinci yarısı) abidələrindən başlayır.
Antik dövrdən  şəhər kimi formalaşan Kiran XIV əsrin  əvvəllərində süqut
etdikdən sonra bu mədəniyyət öz ənənəvi inkişafını Aza (XIV‑XV  əsr) və
Ordubad (XVI əsrdən sonra) şəhərlərində davam etdirmişdir.


67
Q
ƏBİR  ABİDƏLƏRİ
Xaraba‑Gilan arxeoloji ekspedisiyası Ordubad rayonu ərazisində, Gilançayın
sol sahilində, çox da hündür olmayan dağların ətəyində Tunc və erkən Dəmir
dövrünə aid bir neçə nekropol tədqiq etmişdir. Bu nekropollar Antik və orta
əsrlər dövründə mövcud olmuş Kiran şəhərinin xarabalıqlarından (indi Xara‑
ba‑Gilan adlanır) qərb tərəfdə yerləşir. Bu bölgənin son Tunc və erkən Dəmir
dövrünə aid yazılı mənbələr olduqca azdır. Lakin Gilançay vadisinə yaxın —
Cənubi və  Qərbi Azərbaycan  ərazilərində  aşkar edilən mixi yazılar, e.ə. I
minillikdə Araz çayı sahillərində baş verən siyasi, iqtisadi və mədəni proseslər
haqqında kifayət qədər məlumat verir. 
Naxçıvan ərazisində mixi yazıların çox az olmasının səbəbi assuriyalıların
buraya qədər, yəni Arazın orta axarına qədər gəlib çatmamaları, Urartu yürüş‑
lərinin isə Araz boyu ilə deyil, Kiçik Qafqazın Qaradağ silsiləsinin cənub ətək‑
lərindən keçməsi olmuşdur. Naxçıvan bölgəsində yeganə mixi yazı Culfa
rayonu  ərazisindəki  Əlincəçay vadisində yerləşən  İlanlı dağda tapılmışdır.
58
58


68
Mixi yazı Urartu çarlarından İşpuini və onun oğlu Menuaya (e.ə. 820‑810‑cu
illər) aiddir. Yazıda Pulua ölkəsinin (bəlkə  də Plovdağ) tərkibinə daxil olan
“Anianu ölkəsinin şəhəri”, “Arsini ölkəsinin şəhəri” xatırladılır 
[Salvini M., 1998,
n.1.]
. Arsini (Arasin – M.) şəhərini mixi yazının tapıldığı yerə yaxın yerləşən
müasir Ərəzin kəndinin adı ilə əlaqələndirmək olar 
[Кашкай С.М., 2002.]
. “Anianu
şəhəri”ni isə İlanlı dağın ətəyində yerləşən və keçən əsrin ortalarında quraqlıq
üzündən tərk edilmiş Anzır kəndi ilə lokallaşdırmaq mümkündür. Ola bilər
ki, bu ərazilər Urartu mənbələrində Cənubi Qafqazda adı çəkilən “Etiuni/Etiuxi
olkəsinin”, ya da Puluadinin tərkibinə daxil olmuşdur. Puluadi ölkəsinin
paytaxtı Libliuni, Cənubi Azərbaycanda inzibati mərkəz olan Varzakandan 5
km aralıda, Urartu çarı Sardurun oğlu Argişti tərəfindən qoyulmuş yazının ta‑
pıldığı ərazi ilə lokallaşdırılır 
[Меликишвили Г.А. 1960]
.
Naxçıvan bölgəsində  və Urmiya gölü hövzəsində I Kültəpə, II Kültəpə,
Qızılkilsə, Şortəpə, Göytəpə, Həsənli, Yanıqtəpə, Dingətəpə kimi çoxtəbəqəli
abidələrin arxeoloji tədqiqi bir‑birini  əvəz edən mədəniyyətləri xronoloji
ardıcıllıqla öyrənməyə imkan verir. Məlumdur ki, e.ə. III minilliyin ortalarından
bu ərazidə mövcud olan boyalı qablar mədəniyyəti Dəmir dövrünün əvvəllərində
tənəzzülə uğrayaraq, monoxrom rəngli boz və çəhrayı gilli keramika ilə əvəz
olunur 
[Əliyev V., 1977.s.139]
. Nekropolların materiallarında boyalı qablar mədə‑
niyyətindən boz‑çəhrayı rəngli keramikaya keçid aydın izlənilir. Tədqiqatlar
nəticəsində son Tunc və erkən Dəmir dövrünün inkişaf mərhələlərini də
izləmək mümkün olmuşdur. Bu inkişafın keçid dövrləri üçün xarakterik olan
elementlər həmin mərhələlərin vahid bir mədəniyyətə aid olduğunu soyləməyə
imkan verir. Arxeoloji qazıntılar nəticəsində Naxçıvan bölgəsi üçün yeni olan
qəbir tipləri aşkar edilmişdir.
60
60
59
59


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə